MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə10/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

29

 

YAŞADIB YAŞAYANLAR 

_____________________________________________________ 

 

 

 

NİGAR RƏFİBƏYLİ YARADICILIĞINDA SƏNƏT 

 

Xüsusi fərqlənən insan qruplarından biri də  sənətkardır: sözü, 



qələmi, fırçası, səsi və s. ilə sənət nümunələri yaradan insanlar… 

Zaman-zaman sənətkarlar xalqın gözündə daim yüksəkdə 

dayanmış, həmişə sevilmiş, hətta dünyalarını  dəyişdikdən sonra 

belə unudulmamışlar. Şairlərsə, qələmiylə daim sənəti alqışlamış, 

sənətkarları  mədh eləmişlər. Nigar Rəfibəyli poeziyasını izləsək, 

orada sənət haqqında, sənətkar qüdrətini vəsf eləyən şerlərə çox rast 

gəlmək olar. İstər rəssamlıq, heykəltaraşlıq, istər aktyorluq, sazən-

dəlik, istərsə də şairlik Nigar şerində öz dəyərli qiymətini alır və 

şairin qələmiylə bütün sənətkarların sənətkarlığı vəsf olunur. 

“Nuxada Xan sarayı” adlı  şerində sarayı  gəzən  şairin xanın 

cah-cəlalına deyil, dağlar qoynunda belə bir sənətkarlıq nümunəsi 

yaradan rəssamın sənətinə heyran qaldığını görürük. Şair zamanın 

soldura bilmədiyi, zaman-zaman boranın, qışın məhv edə bilmədiyi 

boyalarla yaradılmış naxışlara baxır və bu ilahi varlıqların necə hifz 

olunub bu günə qədər gəlib çıxdığına təəccüb edir. Şair yazır: 

 

Sənətin nə sirri var bu sarayda, 



Yoxsa bir rəmzidir eşqin, kədərin? 

Sənətkar xəyalı ulduzda, ayda, 

Göylərdənmi almış ilhamı dərin. 

Bahara vurğunmuş bəlkə də rəssam. 

Seçib o rəngləri yazdan alarmış. 

Nuxa  dağlarında coşqun baharı 

Bəlkə uzun-uzun seyrə dalarmış? 

 

Baxdım saraydakı gülə, çiçəyə, 



Rəngləri solmamış illərdən bəri, 

Qoy baxıb onları salsın ipəyə, 

Nuxalı ustanın mahir əlləri. 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

30 

Şair burada rəssamın fikirlərini, onun yaradıcılıq ahəngini tut-

maq istəyir. Rəssamın yadigarı olan zərif naxışları oxumaq, birbəbir 

açmaq, suallarına cavab tapmaq istəyir. Hətta ustaların həmin na-

xışları ipək kələğayılara salmasını arzulayır. Şerin sonunda şairin 

əsas məqsədi  anlaşılır. Bahar eşqilə gülən rəssamın sənətinin bizim 

qızları  bəzəməsini arzulayan şair “çoxdan torpaq olmuş bir 

arzu-kamın” yenidən parçalanmasını və bununla da həmin sənətin, 

həm də sənətkarın yaşamasını istəyir. Burada mədəniyyətə, incəsə-

nətə olan təəssübkeşliyi, sənətə olan hörməti, məhəbbəti, duyuruq. 

Şairin “Afrodita” adlı  şerində  də heykəl qarşısındakı heyran-

lığından yaranan duyğuların tərənnümünü görürük. Şair heykələ 

baxıb onu yaradanın xəyalı qarşısında sanki baş əyir. Təəccübünü 

də gizlətmir, deyir ki, deyilənə görə qadının hüsnü, gözəlliyi bir gün 

sola bilir, sönə bilir, amma sənin yanından elə bil heç əsrlər 

keçməyib, elə bil zamanın nəfəsi sənə dəyməyib, boranlar, tufanlar, 

hətta qanlı vuruşlar belə  sənə toxunmayıb.  Şair yenə  də  sənəti, 

sənətkarları alqışlayır: 

 

Təbiətdən alır insan həyatı, 



Təbiət  insana həyat, can verir… 

Lakin sənətkarın qüdrətli əli 

Həyata əbədi bir dövran verir. 

İnan ki, ey gözəl, insan hüsnü də  

Sənətkar əlilə yüksəlir göyə. 

Səndəki gözəllik ölməz sənətdir, 

İnsanlar sənətə gəlir səcdəyə.

 

 



Burada sənətin ölməzliyi, sənətkar  əliylə yaradılan heykəlin 

əbədiyaşarlığı, sənətkar qüdrəti və insanların sənət qarşısında hətta 

səcdəyə durmaları tərənnüm edilir. 

“Aktrisa” adlı şerdə isə tamam başqa bir süjet var. Şair əvvəlcə 

bir məhəbbət macərasından söhbət açır. Özü də elə inandırıcı, elə 

faciəvi səhnə yaradır ki, adama elə gəlir ki, şair doğrudan da hansısa 

bir məhəbbət məcarasını sadəcə  qələmə alıb.  Şerin sonuna yaxın 

birdən gurultulu alqış  səsi və  səhnədə  məhəbbətin, daha doğrusu 

qısqanclığın qurbanı olan “ölmüş” gözəlin alnında tər damcıları, 

gözlərində sonsuz sevinc görünür və oxucu bayaqdan aktrisanın 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

31

səhnə həyatından söhbət getdiyini anlayır. Şair burada təkcə sənəti 

deyil, eyni zamanda əməyi də, iş sevincini də tərənnüm edir və şer 

belə bitir: 

 

Dezdemona, Gültəkin, 



Firəngiz, ya Məhəbbət 

Başqadır, hər birində 

Həm həyat, həm aqibət. 

Qurtarınca tamaşa, 

O silir boyaları, 

Gülümsəyir sənətkar 

Aynada gecə yarı. 

Ona fərəhlə baxan 

Dostlarına söyləyir: 

—Oyanardım həvəslə, kaş 

Yeni bir əsər olsun, 

Dünyada mən bir sevinc 

Bir fərəh bilmirəm ki, 

O əmək sevincinə 

Yaxın, bərabər olsun.

 

 



Nigar xanımın sənətkara münasibətini bildirən  şerlərindən biri 

aktyor və rejissor, Rəsul Rzanın bacısı Suğra xanımın əri İsmayıl 

Əfəndiyevin  xatirəsinə yazılmış şerdir. Şer belə başlanır: 

 

Hərdən gülüşün düşür yadıma, 



Hərdən qəmin, məlalın, 

Hər şeyi sezə bilən, 

Hər şeyə dözə bilən 

Qəlbin, pərişan halın. 

Sakit axan sular kimi 

                   axıb getdin. 

Dostlarının ürəyində  

                 ağrı buraxıb getdin.

 

 

Daha sonra şair yana-yana söyləyir ki, yenə bahar gələcək çə-



mənlər çiçək açacaq, salxım-salxım yasəmənlər budaqlardan sal-

lanacaq, quşlar qatar-qatar qürbətdən vətənə dönəcək, günəş yenə 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə