MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə6/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   2   3   4   5   6   7   8   9   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

17

Dədə Qorqud qopuz çalırdı. Yerdən bir dəstə quş  pırlayıb 

budaqlara qondu, civildəşdilər. Dədə Qorqud qopuz çalırdı. Ağaclar 

çiçək açır, yalın budaqlar yarpaqlanır, yamaclarda otlar, çiçəklər 

baş qaldırır, qurumuş çeşmələrin gözü soyuq-soyuq sularla dolurdu. 

Məzar kənarında təpəciyin torpağı da axıb qəbri doldururdu. Dədə 

Qorqud özü öz məzarını da, ölümünü də unutmuşdu”... 

Kitaba daxil edilmiş “Üzeyir ömrü” kinossenarisinin əvəlində 

yazıçının Üzeyir Hacıbəyovun sənətkarlığına verdiyi yüklsək 

qiyməti görürük. Anarın Üzeyir sevgisi də  Dədə Qorqud, Mirzə 

Cəlil sevgisi qədər böyükdür. Dəfələrlə onun bu barədə etirafını 

eşitmişik. Bir kimsə onun yanında bu əvəzolunmaz  şəxsiyyətlər  

haqqında mənfi bir söz deyə bilməz, o dəqiqə Anarın etirazını, özü 

də çox kəskin, sərt etirazını  eşidər. Müəllifin həm Üzeyir 

yaradıcılığından, Üzeyir şəxsiyyətindən söz açan, həm də  filmlə 

bağlı yaddaqalan məqamları  işıqlandıran yazısının  əvvəl və son 

abzasları ilə yazımızı yekunlaşdırırıq: ”1981-ci ildə çoxdankı 

arzumu həyata keçirə bildim–Üzeyir Hacıbəyli haqqında iki seriyalı 

bədii film çəkdim. Böyük Azərbaycan bəstəkarı haqqında filmin 

ssenarisi üzərində işə başlarkən mən, şübhəsiz, bütün çətinlikləri və 

məsuliyyəti nəzərə almışdım. Amma hər şey mən düşündüyümdən 

həm daha çətin, həm də daha maraqlı oldu. 

Real tarixi şəxsiyyət, bizdən çox da uzaq olmayan vaxtda ya-

şamış insan haqqında, məsələn, Üzeyir Hacıbəyli haqqında  əsər 

yaratmağın çətinliyi nədədir?  Birinci növbədə Üzeyir Hacıbəyli 

şəxsiyyətinin–bəsəkar, alim, publisist, ictimai xadim kimi fəaliyyət 

göstərmiş bu böyük insanın miqyas ölçülərində. Ü.Hacıbəylinin 

yaradıcılıq yolu–yalnız tək bir adamın, tək bir dahi sənətkarın ömrü 

deyil, bütün Azərbaycan musiqisi və  səhnə  sənətinin yarıməsrlik 

salnaməsidir, ideya estetik toqquşmalarla zəngin olan salnaməsi...” 

... “Gerçəkdən də Hacıbəyli dünyası–gözəllik, ülvilik, nəciblik 

dünyasıdır. Üzeyir Hacıbəylinin müqəddəs surəti ömrümün, mənəvi 

həyatımın ayrılmaz hissəsidir. Bu dahi insana qibtə edirəm.  

Onun musiqisi ölməzdir. 

Üzeyir ömrünün verdiyi dərslər–son dərəcə qiymətlidir.”   

“Aydın fikir” qəzeti, 04.11.10 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

18 

NƏRİMAN HƏSƏNZADƏ YARADICILIĞINDA 

MUSİQİ SƏNƏTİMİZƏ QİYMƏT 

 

Xalq şairi Nəriman Həsənzadə geniş oxucu auditoriyası olan və 



sevilən şairlərimizdəndir. Onun yaradıcılığında mövzu rəngarəng-

liyi var. Onun üçün hər şey mövzu ola bilir. Yaşadığı cəmiyyətdə 

heç nəyə biganə qala bilməyən  şairin  əsərlərində  sənətə  və 

sənətkarlara olan sevgisi, hörməti də diqqəti cəlb edir.  

Həqiqi sənəti sevən, onu yüksək qiymətləndirən Nəriman Hə-

sənzadə  bayağılığa düşmən olan sənətkardır. Onun üçün sənət var, 

söz var, saz var. Onu “Şüştər ağladır, “Cəngi” oynadır. Bu mənada 

şairin “Şüştər ağlatdı məni” və “Cəngi” adlı şeirləri diqqəti çəkir. 

Şair yazır: 

 

Laylayı anamız çalıb, yatmışıq, 



Cəngi havasıdır ata nəğməmiz. 

Birində - beşikdə xumarlanmışıq, 

Birində - səngərdə vuruşmuşuq biz. 

 

Birində - süd içdik böyümək üçün



Bizə ad verdilər məhəbbət ilə. 

Birində - and içdik döyüşmək üçün, 

Özümüz ad aldıq şücaət ilə. 

 

Nərimana görə  sənət  əbədiyyət qazanmalıdır, sənətkar bu 



günçün yox, sabahlar üçün yaşamalı, yaratmalıdır.  Əbədiyyət 

qazanmayan sənət xalqın qəlbinə yol tapa bilməz. Bayağılıq sənətin 

düşmənidir. Müəllifin “Əbədiyyət” adlı  məqaləsi Üzeyir 

Hacıbəyova həsr olunub. Burada Üzeyir sənətinin ölməzliyindən 

söz açan şair poetik düşüncələrini qəlbindən süzülən məhəbbətə 

bələyib sətirlərə çevirir: ”Mən Üzeyir Hacıbəyovun əsərlərində nə 

isə, anamın südü qədər halal olan daimi bir doğmalıq duyuram. 

Mənə elə  gəlir ki, bu musiqi havalarını  nə vaxtsa anamın  əziz 

laylalarında eşitmişəm. Əbədi bir ehtiyac hissi ilə ona ikinci dəfə 

qulaq asır, təzədən doğuluram. 

Peşəkar musiqimizin və operamızın banisi kimi tanıdığımız və 

sevdiyimiz bu böyük sənət xadimi bütöv bir musiqi mərhələsi, eləcə 

də bütöv bir ədəbi mərhələdir. Çoxşaxəli istedada malik sənətkar 

xalqın həyatını, məişətini qüdrətli yazıçı qələmi ilə bədii boyalarla 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

19

göstərdiyi kimi, koloritli musiqi dili ilə də tərənnüm edirdi. 

Üzeyir Hacıbəyov böyük Füzulidən sonra ikinci dəfə “Leyli və 

Məcnun”u yaratdı. Muğamlar ilk dəfə notlara köçürüldü, ilk dəfə 

Leylinin, Məcnunun bəşəri məhəbbəti aydın və  səlis duetlər, 

ariyalar dililə nəql edildi”. 

Şair Üzeyir yaradıcılığını insan haqqında himn adlandırır.  İn-

sanlara daim sevinc, xoşbəxtlik bəxş eləmək üçün bir ömür çalışan, 

istər bir ədib, tənqidçi, publisist, istər rejissor, musiqi nəzəriyyəçisi, 

istərsə  də ictimai xadim kimi fəaliyət göstərən sadə, lakin böyük 

insanın hamı tərəfindən sevildiyini və buna görə də onun xoşbəxt 

ədəbi taleyi olan bir sənətkar kimi unudulmadığını diqqətə çatdırır. 

Burada “Leyli və  Məcnun” xatırlanır və yadıma Nəriman 

Həsənzadənin “Məhəbbət” adlı bir şeiri düşür.  Şeirin epiqrafında 

tarzən Bəhram Mansurovun “Əlli beş ildir “Leyli və  Məcnun”da 

Leylinin eşqilə tar çalıram” sözlərini oxuyuruq. Şeir Bəhram 

sənətinə  həsr olunub. Şair tarzən dostuna “çal” deyir. Burada bir 

məqam var. Şair yazır ki: “Dünyada hər kəsin bir Leylisi var,- kimi 

qələm çalır, kimi tar çalır”. Şair burada Üzeyiri, Füzulini xatırladır, 

amma sonda bir zarafat və bu zarafatda bir gerçəklik var: 

 

Böyük Üzeyirin doğma sənəti, 



Xallar–Füzulinin fəryad səsiydi. 

Bir qadın qəlbinin ilk məhəbbəti, 

Qadağan olunmuş Şərq kəlməsiydi. 

 

Bəlkə də taleyi beləymiş onun



Bir əsrə bəs oldu bir qəlbin qəmi. 

Leylini səhrada itirdi Məcnun, 

Səhnədə axtardın, ay Bəhram əmi. 

 

Xətrinə dəyməsin qoy bu zarafat, 



Bilirəm, böyükdür eşqin, ülfətin. 

Bu əlli beş ildə amma, ay ustad, 

Leylini Məcnuna verə bilmədin. 

 

Nəriman Həsənzadə müsahibəlrindən birində  ən çox sevdiyi 



müğənninin Zeynəb Xanlarova olduğunu qeyd edir. Onun “Kom-

munist” qəzetindəki “Nəğməmizin ulduzu” adlı məqaləsi də Zey-

nəb xanıma həsr olunub. Müəllif yazır: “O, Azərbaycanı nəğməyə 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə