MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə7/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   2   3   4   5   6   7   8   9   10   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

20 

çevirir, hər yerdə günəşli yurdumuzu, qədim Odlar diyarını  vəsf 

edir. Müğənninin səsindəki məlahət, mahnının psixoloji ruhuna 

aşıladığı təravət, ifa üslubundakı orijinallıq hər yerdə dinləyicilərin 

qəlbinə yol tapır. Sevimli sənətkarımızın səsində,  ədalarında hər 

sözün öz rəngi, öz boyası var. Həm də onun ifa etdiyi nəğmə mətni 

özü yenidən doğulmuş olur. Zeynəb Xanlarovanın təkrarsız isteda-

dının hüsnü bir də orasındadır ki, musiqi ilə mətn arasındakı əlaqəni 

emosional  şəkildə dinləyiciyə çatdırır. Aydın diksiyası, zil və 

bəmdə sözlərin məntiqini, şeirin, qəzəlin musiqi ahəngini gözləməsi 

oxuduğu hər hansı muğamın və mahnının təsir gücünü artırır. 

Z.Xanlarova mənim sözlərimə yazılmış bir neçə mahnı ifa edir. 

Etiraf edim ki, müğənninin məlahətli ifasına qulaq asdıqca, heyran 

olmuşam. Bu şeiri sanki yenidən dinləmişəm. 

Bəli, Z.Xanlarova yaradıcı müğənnidir. Oxuduğu hər mahnıya 

elə forma, elə ifa manerası, elə hərəkətlər tapır ki, sanki bütün bun-

lar nəğmə ilə bir yerdə nota düzülmüşdür”. Bu məqaləni oxuyanda 

Zeynəb xanımın televiziya ekranlarında bizə çatdırılan xarici 

qastrol səfərlərindəki konsertləri yadıma düşdü. Mən o qədər də 

musiqiyə aludə olan adam deyiləm, amma həmişə Zeynəb 

Xanlarovanın konsertin əvvəlində dediyi bir sözü həmişə 

qulaqlarımdadır, söz düşəndə də həmişə onu sitat gətirirəm. Zeynəb 

xanım səhnəyə çıxan kimi “Sizə Azərbaycandan salam gətirmişəm” 

deyərdi, baxmayaraq ki, o qastrola SSRİ xətti ilə gedirdi və o zaman 

hamımız üçün vahid vətən–SSRİ var idi. Mən məhz bu hərəkətinə 

görə ona hörmət bəsləyirəm... 

Nəriman Həsənzadənin Xan Şuşinskinin ölümünə həsr olunmuş 

“Heyrət” adlı olduqca kiçik bir şeiri var. Amma bu kiçiklikdə elə bir 

böyüklük yerləşdirilib ki: 

 

Bir heyrət bürüyüb məni bu yerdə. 



Dolub izdihamla Fəxri Xiyaban. 

Tabutu -  çiyində, səsi–efirdə, 

Susan da Xan idi,  

                       oxuyan da Xan... 

 

Nəriman Həsənzadənin istər şeirində, istər məqalələrində sənətə, 



sənətkara verdiyi qiymət təqdirəlayiqdir. 

“Kredo” qəzeti, 20.11.10 


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

21

MUSİQİ SƏNƏTİMİZ FİKRƏT QOCA YARADICILIĞINDA 

 

Xalq şairi Fikrət Qocanın yaradıcılığında sənətə və sənət dost-



larına ünvanlanmış əsərlər çox olmasa da, səmimiliyinə görə diqqəti 

çəkir. “Dədəm Qorqud” adlı şeirində nəğməmizi, musiqimizi təqdir 

edən şair, sənətdən çox sənətkarı ön plana çəkir. Şair üçün insan hər 

şeydən qiymətlidir. “Dədəm Qorqud nəğməmizin yaşıdı, Dilin, 

könlün, sözün məhək daşıdı”,- deyən şair nəğməmizin qədimliyinə 

işarə edir.  

Fikrət Qocanın “Qara Qarayevin əziz xatirəsinə” adlı  şeirində 

sənətkarın vida mərasiminin təsviri verilir. Susan musiqinin son 

nidası, Qara ömrünün əlvidası kimi lalələr öz rəngiylə musiqini 

oxuyur. Şair düşünür ki, “Bu gecə ildırımlı yollarla bir zənci gələr 

tabutunun ayağına”. Şair mənalı bəstəkar ömrünə nə az deyə bilir, 

nə çox. Yalnız bir həyat həqiqətini xatırladır: ”İnsan  əvvəl-axır 

torpaqdır”. Şeir belə bitir: 

 

Abşeron qayalarında 



Xəzərin duzlu göz yaşı axdı. 

Qara Qarayev 

Ömrünü musiqiyə, səsə döndərib. 

Səs ömrünün ölçüsü yoxdur... 

Azərbaycan yola salacaq onu,-  

Qaradağlı, Qarayazılı, Qarabağlı 

Yeddi gözəl gələcək bu gün 

                                qara duvaqlı. 

Qara bir axşam gələcək 

Qara geyinib Qarasız qalmış 

                bir ilham gələcək. 

Bu qara torpağın yaşı qədər 

Xalqımız səni salacaq yada... 

İndi... Əlvida, 

Əzizim, əlvida... 

 

Fikrət Qocanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevə 



ünvanlanmış şeiri elə “Habilə” adlanır. Şair burada kaman yerinə öz 

ürəyini çalan, sənət qarşısında  əyilib xalqın gözündə ucalan bir 

sənətkardan danışır. Elə bir sənətkar ki, kamanı ilə  nəinki insan 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

22 

qəlbini, hətta dağı-daşı da yandırıb tökür. Şair sənətkar dostunu 

alqışlayır, onun sənətini tərənnüm etməkdən həzz alır, “Sən əlvan 

musiqi xalları ilə Gözəl duyğuların rəsmini çəkdin” deyə onu 

qiymətləndirir. Şair düşünür ki, Habil rəssam olsaydı da indiki kimi 

şöhrətlənə bilərdi. Şair olsaydı da, yenə də bu cür sevilərdi. İnsan-

ların dərdini, zamanın, cahanın ağlasığmaz, dəhşətli bəlalarını 

kamanda musiqi dili ilə bizə çatdıran sənətkar fırça ilə də, qələmlə 

də bu yanğıda, bu rəngdə, bu ahəngdə danışacaqdı. “İstəsən baharı 

qış eyləyərsən, İstəsən sən elə ağı deyərsən, Dağların gözündə ağlar 

bulaqlar”. Şair sənətçi dostu ilə, eloğlusu ilə fəxr edir, həm də ona 

ərkyana müraciət edərək, “çal” deyir: 

 

El oğlu, kaman çal, çiçəklər açsın, 



Qoy bahar bəzəsin bizim elləri. 

Ruhum havalansın, xəyalım uçsun, 

Düşsün rəngdən-rəngə qəlbin telləri. 

 

Çal, sənin dünyanda şadlansın ellər, 



Bahar aləmidir sənin aləmin. 

Fişəng tək göylərdə oynasın əllər, 

Yandır babasını kədərin, qəmin. 

 

Fikrət Qocanın publisistik yazılarında da sənətə, sənətkara hörmət 



və  məhəbbətin  şahidi oluruq. Onun “Qovbustan” jurnalında çap 

olunmuş “Polad Bülbüloğlu” adlı  məqaləsində  həm Bülbülü, həm 

Poladı, həm də sənətkar obrazını görürük. Müəllif əvvəlcə Bülbüldən 

söz açır, onun sənətinə qiymət verir. Sonra Polad ilə Kubada səfərdə 

olduğunu qeyd edir və səfər təəssüratını oxucularla bölüşür. Nəhayət, 

sənətkar haqqında sənətkar sözü deyərək onu qiymətləndirir: 

”Poladın mahnılarında işıq bolluğu var. Onlar yaxşı mənada yüngül, 

şən, oynaq mahnılardır. Əsl gənclik mahnılarıdır. Adam Poladın lirik 

qəhrəmanının şənliyinə inanır, ona qoşulur, oxuyur, oynayır. Həm də 

bu yalançı bayram əhval-ruhiyyəsi deyil. Poladın musiqisi yalançı 

nalədən, yalançı fəlsəfəçilik iddiasından çox uzaqdır. 

Mahnılarını özü oxuyur. Mahnılarını öz səsi ilə  təhlil edir, çat-

dırmaq istəyir. Demək istəyir ki, belə oxumaq lazımdır. Azərkeş-

lərinə, dinləyicilərinə ürək-dirək verir ki, hamınız oxuya bilərsiniz. 

Mahnılar hamımız üçündür”. Fikrət Qocanın müğənni haqqında 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə