29
─
Analiz işlərini yerinə yetirən şəxs xaricdən təmin edildiyinə görə müəssisənin
çalışma tempində heç bir dəyişiklik olmayacaqdır. İxtisaslı
şəxslər analiz
fəaliyyətlərini yerinə yetirəcəklər. Ancaq iş analizini yerinə yetirəcək şəxs lərin
yüksək ixtisaslı şəxslər olmalarına
baxmayaraq, müəssisənin quruluşunu, bəzi
fəndləri, iş prinsiplərini bilmədiklərinə görə bir çox çətinliklərlə qarşılaşırlar
Bundan başqa işçilər bu şəxsi gülərüzlə və xoşxasiyyətlə qarşılamaya da
bilərlər. Buna görə də nəticə etibari ilə iş analizi prosesi
yüksək səviyyədə həyata
keçirilməz.
3. Analiz işlərini yerinə yetirən qurumlardan:
- Hər hansı bir qurumdan, analiz
işində təcrübəsi olan şəxsi dəvət etməklə və müəssisədə bu şəxsi seçməklə bu
fəaliyyətlərin səmərəliliyini artırmaq mümkündür. Burada əsasən müəssisə və təşkilat
daxilindən və xaricindən olan, analiz işini yerinə yetirən şəxslərin hər ikisinin birlikdə
çalışmasının əhəmiyyəti vardır. Hər iki şəxs işgüzar birlik yaradır, nəticədə müəssisə
daxilindən seçiləcək şəxs analiz işinin qanunauyğunluqlarına yiyələnir.
Seçmə prosesindən sonra şəxslərin təhsili vacib şərtlərdəndir. Təhsil prose sində
aşağıdakı məqamlar üzərində dayanmaq lazımdır.
─
Analiz işləri necə həyata keçiriləcək?
─
Şəxslərə nəyi, necə edəcəkləri ilə bağlı onlara məlumat vermək.
─
Onların işçilərlə görüşləri zamanı meydana gələ
bilən problemlərin əvvəlcə
dən həlli yolunu tapmaq.
─
Bəzi mövzuları onlara verməklə, bu mövzularla bağlı
olan fikirlərin
toplanılması.
Dostları ilə paylaş: