30
Bu mənbələr arasında əlaqə yaratmaq və onların zəncirvari işləyişinə nail olmaq
üçün bir neçə məlumat toplama üsulları vardır. Bu
üsüllardan ən geniş tətbiq
olunanlar aşağıda izah edilmişdir.
1.Gözlə nəzarət üsulu:
- Bu üsulla, işin icrasına lazım
olan şərtlərin yerinə-
yetirilməsi üçün planlaşdırılan vəzifə və öhdəliklər təyin edilir. Bu üsülla analizçi
işləri normal iş günündə nəzarətdə saxlayır və müşahidə
etdiklərini sistematik bir
şəkildə qeyd edir.
Analizçi şərh edəcəyi iş haqqında zəruri məlumata malik olmalıdır. Bundan
başqa müəssisə daxilində çalışan bütün şəxslərin nəzarət aitında saxlanılması
mümkün variant deyil. İnsanlar nəzarətdə olduqlarını
hiss etdiklərinə görə, işlərini
daha səlist yerinə yetirirlər. Bir çox insan nəzarət altında çalışmaqdan çəkinib, bəziləri
isə narahatlıq keçiririər. Əgər şəxs əmək haqqı miqdarının təyin edilməsi məqsədi ilə
nəzarətdə
olduğunu hiss edərsə, yüksək əmək haqqı əldə etmək üçün fəaliyyətlərini
yüksək səviyyədə idarə etməyə çalışar.
Bu üsulun digər bir zəif tərəfı odur ki, zehni işlərdə bu üsul öz mahiyyətini itirir.
Həmçinin bu üsul çox vaxt aparır.
Bu üsulun istifadəsi aşağıdakı hallarda daha məqsədəuyğundur.
1. Texniki vasitələrin köməyi ilə nəzarət etmək mümkündürsə
2. Fiziki olaraq icra olunan işlərdə.
3. İş vaxtının çox qısa olması zamanı
2. Görüşmə üsulu
:
- Bir işin vəzifə və öhdəliklərinin təyinində istifadə olunan
digər bir üsul da görüşmə üsuludur. Bu vaxt işçi gördüyü işi qısa
şəkildə təsvir edə
bilər. Bu üsul daha çox zehni işlərlə bağlı məlumat toplandığı zaman müvəffə- qiyyət
qazanmışdır.
Görüşməni həyata keçirən şəxs,
işini mükəmməl bilməli, o icra etdiyi vəzifənin
əhəmiyyətini dərk etməli və bu istiqamətdə təhsil almalıdır. Sualların tərtibatında
diqqətli olmalı və bütün biliklərin, məlumatların təyin edilməsinə can atmalıdır.
downloaded from KitabYurdu.org
31
İş analizini
yerinə-yetirərkən şəxs, işçilərlə dostluq əlaqələri yaratmalı, çalışan
ların isə ona güvənməsini və inanmasını təmin etməlidir.
Bu üsulun tətbiq edilməsi zamanı qarşımıza çıxan problem ondan ibarətdir ki,
işçi bəzən yüksək əmək haqqı almaq urzusu ilə öz işini olduğundan daha ağır və çətin
olaraq təsvir edə bilər.
Görüşmə üsulu çox məsrəfli bir üsuldur. Buna
görə də bəzən təşkilatlarda
işçilərlə tək-tək görüşmək əvəzinə, qrup halında görüşməyə daha çox üstünlük verilir.
Bunun nəticəsində də görüşmə üsulu öz effektliyini itirir.
Dostları ilə paylaş: