MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə11/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

56 
 
 
Axdığı üçün düşər əyağə.  
Güzgü kimi qatı üzlü olma!  
Nərgis kimi xiyrə göziü olma!  
GÖzdən gərək olasan nihan sən,  
Ta demək ola sənə ki, cansən.  
Sən şəm'sən, uymagil həvayə  
Kim, şəm'i həva verər fənayə.  
Lö'bət kimi öziinii bəzətmə,  
Rövzən kimi kuçələr gözətmə.  
Sağər kimi gəzməgi həram et,  
Nəğmə kimi pərdədə maqam et.  
Sayə kimi hər yerə üz urma,  
Heç kimsə ilə oturma, durma!  
Sən sadəsən, özgə əhli-neyrəng,  
Cəhd eylə verilməsin sənə rəng.  
Derlər səni eşqə mübtəlasən,  
Biganələr ilə aşinasən.  
Sən qandanü eşq zövqi qandan?  
Sən qandanü dust şövqi qandan?  
Oğlan əcəb olmaz olsa aşiq,  
Aşiqlik işi qıza nə layiq?  
Ey iki gözüm, yaman olur ar!  
Namusumuzu itirmə, zinhar!..  
Biz aləm içində niknamız,  
Mə'rufi-təmami-xasü amız,  
Nə nəng ilə dəxi edəlim laf?  
Biz deməyəlim, sən eylə insaf!  
Tut kim, sənə qıymazam məni-zar,  
Məndən ulu bir müdəbbirin var.  
Neylərsən əgər atan eşitsə?  
Qəhr ilə sənə siyasət etsə?  
Minbə'd gəl eylə tərki-məktəb,  
Bil əbcədini həmin cədü əb. 
Etmə qələm ilə məşqdən yad,  
Suzən tutü nəqş eylə bürtyad. 
 


57 
 
Ətfaldan eylə qət'i-ülfət,  
Həmraz yetər yanında lö'bət,  
Büt kimi bir evdə eylə mənzil,  
Olma dəxi hər yənayə mayil.  
Ənqa kimi üzlət eylə pişə,  
Öylə rəviş eylə ki, həmişə  
Gərçi adın ola dildə məzkur,  
Görmək səni ola qeyri-məqdur.  
Xoş ol ki, qızı həmişə gizlər,  
Xud gizli gərək həmişə qızlər". 
  


58 
 
BU, İNKAR İLƏ LEYLİ ANASINA  
CAVAB VERDİGİDİR 
və 
 SƏRAYİ-MÖHNƏTƏ GİRDİGİDİR 
 
Leyli bu itabı çün eşitdi,  
Öz könlündə müqərrər etdi  
Kim, şö'bədeyi-sipehri-zalim  
Tərh eylədi nəqşi-namülayim.  
Əyyami-vüsalə yetdi hicran,  
Vəqt oldu cigərlər ola büryan.  
Əmma nə desin, nəçarə qılsın,  
Tədbir nə olduğun nə bilsin?!  
Naçar tutub təriqi-inkar,  
Asari-təcahül etdi izhar.  
Gülzar- itabə ab verdi,  
Giryan-giryan cəvab verdi:  
"K'ey, munisi -ruziganın ana!  
Dürci-düri-şahvanın ana!  
Sözlər dersən ki, bilməzəm mən,  
Məzmununu fəhm qılmazam mən.  
Dersən məşuqü eşqü aşiq,  
Mən sadəzəmir tifli-sadiq;  
Bilmən nədir ol bədisə məzmun?  
Söylə, necə olmayım digərgun?  
Eşqin qılmazdı kimsə yadın,  
Ha səndən eşitdim indi adın.  
Billah, nədir, anə, eşqə məfhum?  
Bu sirri-nihanı eylə məlum!  
Hadiyi-rəhi-muradım olğıl,  
Bu işvədə ustadım olğıl!  
Mən məktəbə rə'yim ilə getmən,  
Bir şüğli xilafi-rə'yin etmən.  
Həm sən dərsən ki: "Məktəbə var!"  
Həm dersən son ki: "Getmə, zinhar!"  
Qanğı sözə e'tiqadım olsun?  
Sənə necə e'timadım olsun? 
 
  


59 
 
Mən həm degiləm bu zacrə qail  
Kim, hərdəm olub çiraği-məhfü,  
Nacinslər ilə həmdəm olam,  
Bir yerdə müqəyyədi-qəm olam.  
Hər didədən edə-edə pərhiz,  
Övqat keçə küduratamiz.  
Peyvəstə müəlüm eyləyib cövr,  
Gahi səbəq oxuda, gəhi dövr.  
Billah mənə həm bu idi məqsud,  
Məktəbdə olurmu tifl xoşnud?  
Ayrıq bu sözü mükərrər etmə,  
Lütf eylə, məni mükəddər etmə!"  
Çün ana eşitdi bu cəvabi,  
Tərk etdi şikayətü itabi.  
Şəksiz ona rövşən oldu kol
1
 mah,  
Aşiqlikdən degildir agah  
Bihudədir ol qamu fəsanə  
Kim, aşiqdir filan fılanə.  
Çün vaqeə şək məhəlli oldu,  
Ol vaqeədən təsəlli oldu.  
Leyli həm oturdu evdə naçar,  
Düzdü sədəfinə dürri-şəhvar...  
Bir bürcdə sabit oldu əxtər,  
Məhbusi-xəzanə oldu gövhər.  
Lə'l oldu əsiri-sineyi-səng,  
Həbs oldu gülabə şişeyi-təng.  
Qəmdən siyəh oldu ruzigarı,  
Nomid dili-ümidvarı.  
Ah eylər idi, vəli, nə hasil?  
Ol yel açamazdı qönçeyi-dil.  
Göz yaşı tökərdi, leyk nə sud,  
Bitməzdi onunla nəxli-məqsud.  
Zülfi kimi piçü tabə düşdü,  
Heyran qalıb iztirabə düşdü.  
Ağzı kimi xülqün etdi qəm dar; 
 
                                                            
1
 
Ki ol
 
 


60 
 
Çeşmi kimi cismi oldu bimar.  
Nə dərdini saxlasa, qərari,  
Nə şərhi-qəm etsə, qəmküsari.  
Fanusi-xəyalə döndü ol şəm',  
Könlünü qılıb xəyal ilə cəm',  
Hərdəm çəkib ol qəm içrə min ah,  
Səbr etdi zərurət ilə ol mah.  
Dərd ilə düzüb təraneyi-qəm,  
Bu bir qəzəli oxurdu hər dəm: 
 
 
QƏZƏLİ-LEYLİ 
 
Fələk ayırdı məni cövr ilə cananımdan,  
Həzər etməzmi əcəb, naləvü əfganımdan? 
 
Oda yandırmasa gər şö'lə ilə nöh fələki,  
Nə bitər atəşi-ahi-dili-suzanımdan? 
 
Qəmi-pünhan məni öldürdü, bu hem bir qəm kim,  
Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan. 
 
Ah idi həmnəfəsim, ah ki, ol həm axır  
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan. 
 
Mən, nə hacət ki, qılam dağı-nihanım şərhin?  
Aqibət zahir olur çaki-giribanıradan. 
 
Həq bilir, yar degil canü dilimdən qaib,  
Nola gər qaib isə dideyi-giryanımdan. 
 
Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,  
Əsəri-mehrini sanman ki, çıxar canımdan. 
 
Lütf edib sən məgər, ey bad, bu gündən böylə  
Verəsən bir xəbər ol sərvi-xuramanımdan. 
 
Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,  
Kimsə agah degil hali-pərişanımdan. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə