MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

50 
 
Sibi-zənəxü turunci-ğəbğəb.  
Əndami lətifeyi-ilahi,  
Dəryayi-lətafət içrə mahi.  
Şəhbaz baxışlı, ahu gözlü,  
Şirin hərəkətli, şəhd sözlü.  
Rahü rəvişi müdam qəmzə,  
Başdan-ayağa təmam qəmzə.  
Ayruqca şəklü xoşca peykər,  
Yaxşıca sənəm, gözəlcə dilbər.  
Aləm səri-muyinin tüfeyli,  
Məhbubeyi-aləm, adı Leyli.  
Qeys onu görüb həlak oldu,  
Min şövq ilə dərdnak oldu.  
Ol nadirə həm ki, Qeysi gördü,  
Min zövq bulub, özün itirdi,  
Gördü ki, bir afəti-zəmanə,  
Misli dəxi gəlməmiş cəhanə. 
  


51 
 
BU, SİFƏTİ-MƏCNUNDUR 
və 
İBTİDAİ-MÖHNƏTİ-FÜZUNDUR 
 
Bir dilbəri-sərvqəddü gülruy,  
Sərvi-xoşü gülrüxü səmənbuy.  
Şirin ləbi - mənşəi-lətafət,  
Rə'na qədi - durduğilə afət.  
Övsafi-lətafətində söz çox,  
Əltafi-məlahətində söz yox.  
Şəhla gözü - nərgizi-pürəfsun,  
Ziba qaşı - nərgis üzrəki nun.  
Hüsni gülü laleyi-şəfəqfam,  
Zülfi xəmi - lalə üzrəki lam.  
Ağzı sifətin xud etmək olmaz,  
Əsrari-nihanə yetmək olmaz.  
Zülfi sözü - zikri-həlqeyi-raz,  
Lə'li-ləbi - abi-çeşmeyi-naz.  
Dövri-məhi-ruyi - çeşmeyi nur, 
 Xaki-kəfl-payi - sürmeyi-hur.  
Bir qayət ilə şəmaili-xub  
Kim, Leyli olanda ona mətlub,  
Bir güzgüyə gər açıb gözünü,  
Güzgüdə görəydi öz-özünü,  
Öz arizinə olurdu meyli,  
Qılmazdı həvayi-hüsni-Leyli.  
Ol iki səmənbərü səhiqəd  
Bir-birinə oldular müqəyyəd.  
Ol iki xərabi-badeyi-zövq  
Bir camdan içdilər meyi-şövq,  
Girdabi-bəlayə oldular qərq,  
Qalmadı aralarında bir fərq.  
Övzai-müxalif oldu yeksan,  
Guya iki təndə idi bir can.  
Hər kim sorar olsa Qeysə bir raz,  
Leylidən ona yetərdi avaz. 
 


52 
 
Kim Leyliyə qılsa bir xitabı,  
Qeys idi ona verən cavabı.  
Eylərlər idi xəti-vəfa məşq,  
Artardı dəmadəm onlara eşq.  
Leylidə oxumaq iztirabı  
Olsa, rüxi-Qeys idi kitabı.  
Məşq etməyə Qeys alsa bir xət,  
Leyli qaşı idi ona sərxət.  
Xətt üzrə qılırdı ol gözəllər  
Min naz ilə bəhslər, cədəllər.  
Əmma nə cədəl - kəmali-ülfət,  
Nə bəhs - nəhayəti-məhəbbət.  
Çün bir neçə müddət ol iki pak  
Övqat keçirdilər tərəbnak.  
Eşq olduğu yerdə məxfi olmaz;  
Eşq içrə olan qərar bulmaz.  
Eşq atəşinə budur əlamət  
Kim, baş çəkə şö'leyi-malamət.  
Hüsn afəti-eşq olub dəmadəm,  
Gəldikcə İradət oldu möhkəm,  
Bir qayətə yetdi nəş'əyi-hal  
Kim, oldu həvasü əql pamal.  
Qalmadı zəbanə tabi-göftar  
Kim, eyləyələr məhəbbət izhar.  
Keyfiyyəti-hali qılmağa faş  
Gətmişdi təkəllümə gözü qaş.  
Eylərdi gözilə bu xitabı,  
Qaşilə verərdi ol cəvabı.  
Qaşü göz ilə olan təkəllüm,  
Həm qılmadı dəfi-zənni-mərdüm.  
Mərdümden olam, demə, kənarə!  
Mərdüm göz içindədir, nə çarə?  
Həmraz ikən ol iki vəfadar,  
Dəmsaz ikən ol iki cigərxar,  
Rəf' odu hicabi-şahidi-raz;  
Eşq oldu məlamət ilə dəmsaz. 
  


53 
 
Aşiqlərə gizli qalmadı hal;  
Mə'lum oldu cəmii-əhval.  
Gərd ayineyi-nişatə düşdü,  
Minbə'd iş ehtiyatə düşdü.  
Söyləşməyə ol iki yeganə  
Qalmadı səbəb, məgər bəhanə.  
Ta olmaya raz aşikara,  
Dövran ilə qıldılar müdara.  
Bir növ bəhanə ilə hərdəm  
Könlünü qılırdı Qeys xürrəm.  
Qəsdən unuduurdu dərsin ol zar,  
Leyliyə deyirdi: "Ey vəfadar!  
Hifzi-səboq etdi bağrımı xun,  
Məndən bilirəm, bilirsən əfzun,  
Mən bilmədigim mənə oxutgil,  
Dərsim oxuyam qulaq tutgil!"  
Çün lövhələr üzrə xot yazardı,  
Əmdən xətini qələt yazardı.  
Yə'ni ki, xəta təvəhhüm edə,  
Ol gül açılıb təbəssüm edə,  
Göftarə gələ ki: "Bu, qələtdir,  
Tərk et ki, xilafı-rəsmi-xətdir!"  
Ola səbəbi-təkəllümi-yar,  
Fəhm etməyə müddəayi əğyar. 
Ətfal qılanda dövr bünyad,  
Vari
1
 belə eyləyəndə fəryad,  
Ol, yarına ərzi-hal edərdi,  
Özgə dövrün xəyal edərdi.  
Qılmazlar idi sözünü mə'lum,  
Bilməzlər idi sözünə məfhum.  
Məktəbdən olan zamanlar azad,  
Vəsl üçün edərdi hiylə bünyad:  
Qəsd ilə nihan edib kitabın,  
Həddən aşırardı iztirabın, 
 
 
                                                            
1
Hamısı 
 


54 
 
 
Leyli yolunu tutub durardı,  
"Sən gördün ola?" - deyib sorardı.  
Yə'ni bu bəhanə ilə bir dəm,  
Yarın görə, ola şadü xürrəm.  
Elmi-xətə ömrün eyləyib sərf,  
Məşq etmiş idi həmin iki hərf:  
Bir səfhədə "lam"ü "ya" mükərrər  
Yazardı, onu qılardı əzbər
1
  
Kim: "Bu iki hərfdir muradım,  
Rövşən bular ilədir səvadım". 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                            
1
Ərəb əlifbasında(L)- və(Y)-hərflərinin təkrarından"Leyli"- sözü yaranır. 
 


55 
 
 
BU, LEYLİYƏ ANASI İTAB ETDİGİDİR 
və 
BƏHARİ-VƏSLİNƏ XƏZAN YETDİGİDİR 
 
Çün məkr ilə Qeysi-bədsərəncam,  
Bir neçə zaman keçirdi əyyam.  
Tədbir ilə eşq zövq verməz,  
Tədbir diyari-eşqə girməz.  
Eşq ilo riya degil müvafiq,  
Rüsvay gərək həmişə aşiq.  
Dildən-dilə düşdü bu fəsanə,  
Faş oldu bu macəra cəhanə  
Kim: "Qeys oluban əsiri-Leyli,  
Leyli dəxi salmış ona meyli".  
Tədrici-məbadi ilə nagah  
Leylinin anası oldu agah,  
Odlara tutuşdu, yasə batdı, 
Ol qönçədəhanə dil uzatdı.  
Yanar od olub, çəkib zəbanə,  
Ol gülrüxə dedi yanə-yanə:  
"K'ey
1
 şux! Nədir bu göftügulər,  
Qümaq sənə tə'nə eybculər?  
Nəyçün özünə ziyan edirsən?  
Yaxşı adını yaman edirsən?  
Nəyçün sənə tə'nə edə bədgu?  
Namusuna layiq işmidir bu?  
Nazik bədən ilə bərgi-gülsən,  
Əmma nə deyim ikən yünülsən!  
Lalə kimi səndə lütf çoxdur,  
Əmma nə deyim, üzün açıqdur.  
Təmkini cünunə qılma təbdil!  
Qızsan, ucuz olma, qədrini bil!  
Hər surətə əks kimi baxma.  
Hər gördügünə su kimi axma.  
Mey gərçi səfa verir dimağə, 
                                                            
1
 
Ki ey
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə