MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

 
~ 95 ~ 
―tree‖. Languages facts, the consonant basis of the words, it show 
that concordant is the main idea in the rod part and they are creat-
ing the row of words in the most of languages, at the first with the 
meaning  with  ―tree‖,  also  the  row  of  words  which  connected 
among themselves. Even when the semantic is remote we can find 
the  connection  with  the  ideological  and  rod  of  part  in  the  deep 
words roots. In some cases, alternation, eliziya, metateza, they are 
all influencing on the form  of word and changing it form  of for-
mally phonetic party. 
 
 
 


 
~ 96 ~ 
KƏMALƏ ĠSLAMZADƏ 
BDU, dosent  
 
«XEYĠRXAH MƏSLƏHƏTLƏR» SÜJETLĠ MƏĠġƏT 
NAĞILLARINDA MĠLLĠ-MƏNƏVĠ DƏYƏRLƏRĠN 
BƏġƏRĠ XARAKTERĠ 
 
Açar sözlər: ənənəvi süjet, xeyirxah məsləhətlər, məişət  
nağılları, motiv, məcazilik, çoxmənalılıq, rəmzlər 
 
MəiĢət nağılları hər bir xalqın keçmiĢi, həyatının etnoqrafik 
təfərrüatları, psixoloji portreti, ailədaxili münasibətləri, cəmiyyət-
inin  iyerarxik  strukturu,  adətləri,  inancları,  əxlaq  kodeksi  barədə 
daha  çox  informasiya  verən  folklor  nümunələrindəndir.  Nağıl 
janrının  bu  qrupuna  aid  örnəklərdə  ağıl,  bilik,  gözəl  əxlaq  və 
zəhmət  kult  səviyyəsinə  qaldırılır.  Bunlar  düzgün,  firavan,  xo-
Ģbəxt həyatın rəhni hesab olunur. 
FolklorĢünaslıqda  belə  bir  fikir  mövcuddur  ki,  məiĢət 
nağılları  sehrli  və  heyvanlar  haqqındakı  nağıllara  nisbətən  daha 
gec yaranmıĢdır. Bunu onlarda mifik, fantastik elementlərin, sehr-
li  obrazların,  cadu  və  tilsimin  olmaması  ilə  bağlayırlar. 
Y.Meletinski belə bir fikrində haqlıdır ki, məiĢət nağılında da epi-
zodik səviyyədə sehrli qüvvələr çıxıĢ edə bilər. O yazır: «Novel-
listik  (məiĢət  –  K.Ġ.)  nağılda  möcüzələr  yoxdur.  Onlara  yalnız 
nağılın periferiyasında (mərkəzindən kənarda – K.Ġ.) rast gəlmək 
mümkündür  və  onlar  burada  sehrli  nağıllarda  malik  olduqları 
mühüm funksiyaları daĢımırlar. Bundan baĢqa həmin qalıq xarak-
terli  «möcüzələr»  dünyanın  klassik  nağıl  modelinə  deyil,  məiĢət 
xurafatı  kateqoriyasına  (Ģeytan,  cadugər  və  s.)  aiddirlər....» 
(14,10). 
«E.D.Tursunov  məiĢət  nağıllarının  mənĢəyini  dualizm  dü-
nyagörüĢü»  (6,  54)  ilə  əlaqələndirir.  Bizcə,  bu  fikir  daha  ağla-
batandır.MəiĢət nağıllarında doğrudan da iki əks cəbhəni  – xeyri 
və  Ģəri  təmsil  edən  qüvvələr  qarĢı-qarĢıya  gəlir.  Qəhrəman  öz 
ağlı, cəsarəti və ya hiyləgərliyi ilə Ģərə qalib gəlir.  
MəiĢət  nağıllarında  etnosun  əsrlərə  söykənən  təcrübəsi,  bu 
təcrübənin  nəticələrinin  ümumiləĢdirilməsindən  doğan  hökmlər, 
həmin  hökmlərin  müxtəlif  həyati  situasiyalara  tətbiqi  və  bir  çox 
problemlərin  həllində  effekti  özünü  göstərir.  Həmçinin  bu 
nümunələr  xalqın  sözləri  məcazi  mənada  iĢlətmək,  fikirləri, 
mətləbləri  rəmzlərlə  ifadə  etmək,  eyhamlarla  baĢa  salmaq 


 
~ 97 ~ 
bacarığını  sərgiləyir.  Bütün  sadaladığımız  xüsusiyyətlər  birlikdə 
xalqın  milli  mənəvi  dəyərlərini  ehtiva  edir  ki,  bunlar  da  çox  za-
man  nağılların  finalında  təqdim  olunan  ibrətamiz  məntiqi  ümu-
miləĢdirmələrdə  öz  ifadəsini  tapır.  «Bəzən  isə  nağılın  əxlaqi 
nəticəsi  aforizm  Ģəklində,  atalar  sözü  və  məsəl  formasında  ifadə 
olunur,  həm  də  bu  ifadə  mücərrəd  formada  deyil,  məzmunla 
ayrılmaz bağlı olur» (6; 68). «Beynəlxalq», «gəzərgi», «səyyar», 
«ənənəvi»  kimi  terminlərlə  adlandırılan  süjetlər  əsasında 
qurulmuĢ  nağıllar  üzərində  apardığımız  müĢahidələr  isə  göstərir 
ki,  həmin  dəyərlər  bir  çox  xalqlar  üçün  müĢtərəkdir,  ortaqdır, 
baĢqa sözlə, onlar bəĢəri xarakter daĢıyır. 
Nağıl süjetlərinin Aarne – Andreyev göstəricisində 910-915 
(5,  65-66),  Ġlkin  Rüstəmzadənin  tərtib  etdiyi  «Azərbaycan 
nağıllarının  süjet  göstəricisi»ndə  isə  910-918  (11,  242-247) 
nömrələri altında qeyd olunmuĢ «Xeyirxah məsləhətlər» beynəlx-
alq  süjeti  əsasında  formalaĢmıĢ  nağılların  təhlili  və  müqayisəsi 
millilik  və  bəĢərilik  anlayıĢlarının  qarĢılıqlı  əlaqəsini  üzə  çıx-
armağa imkan verir. 
Mentalitetimizə  uyğun  olaraq  cəmiyyətimizdə  böyüyün 
sözünü  dinləmək,  məsləhətə  əməl  etmək,  müdrik  kəlamları  öz 
fəaliyyətində rəhbər tutmaq ənənəsi dərin kök salmıĢdır. «Xeyirx-
ah  məsləhətlər»  süjeti  əsasında  qurulmuĢ  nağıllarda  qəhrəmanın 
baĢqa  ehtiyacları  olduğu  halda  pulunu  son  qəpiyinədək  ağıllı 
məsləhət  almaq  üçün  xərcləməsi  və  sonradan  həmin  kəlamların 
onun karına gəlməsi  təsvir olunur. Aldığı  məsləhətlər qəhrəmanı 
ölümdən,  müxtəlif  təhlükələrdən  qurtarır,  onu  var-dövlətə,  xo-
Ģbəxtliyə  qovuĢdurur.  Məsələn,  «Üç  məsləhət»  (2,  378-381), 
«KiĢini kiĢi eləyən arvad olar» (10, 43-65), «Evi arvad tikər» (9, 
332, 338) adlı nağılların qısa məzmunu belədir: PadĢah qızı atası 
ilə mübahisə edir ki, evi qadın tikər, kiĢi yox. PadĢah acığa düĢüb 
onu kasıb odunçuya verir. Variantlardan birində qız kəlağayı tox-
uyub ərinə verir ki,  100  tümənə satsın (9, 333).  BaĢqa variantda 
padĢah qızı barmağındakı üzüyü satmaq üçün odunçuya verir (10, 
45).  Əri  arvadının  verdiyini  satıb  pulu  götürür  və  bu  zaman  söz 
satan nurani bir kiĢi ilə rastlaĢır (10, 46). Digər variantda onun adı 
Bəhlul  kimi  verilir  (9,  333).  Bu  hadisə  üç  dəfə  təkrar  olunur  və 
odunçu  üç  məsləhət  alır:  «dərədə  yatma,  təpədə  yat»,  «könül 
sevən göyçək olar», «səbrli qul arzusuna çatar».  
Daha sonra qəhrəman dəvə karvanına bələdçilik etməli olur. 
Məsləhəti yadına salıb bələdçilik etdiyi karvanı təpəyə çıxarır və 
orada  gecələyir.  Gecə  leysan  yağır  və  dərədə  gecələyən  baĢqa 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə