MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə33/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

 
~ 98 ~ 
tacirlərin  malını  yuyub  aparır.  Səfərin  digər  məntəqəsində 
qəhrəman  suyun  yolunu  açmaq  üçün  quyuya  enir.  Bir  varianta 
görə divlə (2, 379), baĢqa varianta görə bir oğlanla qarĢılaĢır (9, 
335),  onun  «dünyada  nə  göyçək  olar?»  sualına  cavab  verməli 
olur.  Cavab  verməsə  onu  quyuda  gördüyü  öldürülmüĢ  saysız-
hesabsız insanların aqibəti gözləyir. Qəhrəman satın aldığı ikinci 
məsləhəti xatırlayıb deyir: «Könül sevən göyçək olar». Bu zaman 
tilsim  sınır,  divin  aĢiq  olduğu  qurbağa  gözəl  bir  qıza  çevrilir. 
BaĢqa  variantda  Ģahzadənin  sevdiyi  qız  tilsimlənmiĢ  ĢüĢənin 
altından  çıxır  (10,  54).  Bunun  mükafatı  olaraq  div  qəhrəmana 
dənələri  qiymətli  ləl  olan  üç  nar  verir  (2,  379).  BaĢqa  variantda 
sevgililərin hədiyyəsi 40 belə nar və 60 yüklü dəvə olur (10, 54). 
Üçüncü  varianta  görə,  oğlan  qəhrəmana  ləl  dolu  7  qarpız  verib 
heç  kəsə  göstərmədən  ailəsinə  göndərməsini  tapĢırır  (9,  336). 
Həmin  vəsaitlə  qəhrəman  səfərdən  dönənədək  arvadı  bir  imarət 
tikdirib  döĢətdirir.  qəhrəman  evə  qayıdınca  evinin  yerində  bir 
sarayın  ucaldığını,  arvadının  yanında  isə  bir  oğlanın  yatdığını 
görür. Əvvəlcə qılıncıyla ikisinin də baĢını kəsmək istəyir. Lakin 
səbrli olmaq barədə məsləhəti xatırlayıb əl saxlayır və oğul qatili 
olmaqdan qurtulur. 
«Novellistik (məiĢət 

 K.Ġ.) nağılda «müdriklik» mövzusun-
un xüsusi Ģaxələnməsi qəhrəmanlara xoĢbəxtlik gətirən «xeyirxah 
məsləhətlər» haqqında nağıllardır (AT 910, 914, 915). ..... xeyirx-
ah  məsləhətləri  verən  Ģəxs  müəyyən  dərəcədə  sehrli  köməkçini 
xatırladır  və  məlum  qeyd-Ģərtlə  onun  funksional  transformasiya-
larından biri kimi nəzərdən keçirilə bilər» (14, 14-15). 
Nağılın  türk  variantı  «Yatalak  Mehmet»  adlanır  (13,  109-
115).  Bizim  nağıllardan  fərqli  olaraq  burada  bir  məsləhətin 
sınanmasını  müĢahidə  edirik.  Karvana  qoĢulan  Mehmet  quyuya 
endirilir ki, suyun  yolunu açsın. Quyunun dibinə çatmamıĢ onun 
gözünə  nurani  bir  Ģəxs  görünüb  deyir  ki,  aĢağıda  bir  ərəb 
görəcəksən.  Onun  qarĢısında  bir  dünya  gözəli,  bir  də  qurbağa 
olacaq. Səndən soruĢacaq ki, bunların hansı gözəldir? Cavab ver 
ki, «dünya gözəli nədi, qurbağanın gözləri məni yandırdı». 
Müqayisə  göstərir  ki,  Azərbaycan  nağıllarında  məsləhətlər 
bu  gün  də  sabit  Ģəkildə,  atalar  sözü  olaraq  iĢlənən  ümumiləĢ-
dirilmiĢ  formullar kimi  ifadə olunmuĢlar. Halbuki  türk nağılında 
qəhrəmana verilən məsləhət bu nümunənin kontekstindən kənarda 
iĢlənmir.  BaĢqa  sözlə,  «könül  sevən  göyçək  olar»  kəlamı  yeri 
gəldikdə, məqamında hər kəs tərəfindən söylənə bilər. «Qurbağa-
nın gözləri məni yandırdı» cümləsi barədə isə bunu deyə bilmərik. 


 
~ 99 ~ 
Analoji  məzmunlu  rus  nağıllarından  «Bəxtsiz  kəndli  Ġvan» 
(12,  53-56),  «Əl  qaldır,  amma  vurma»  (12,  228-232),  «Bədbəxt 
Ġvan»  (12,  383-386)  kimi  nümunələri  göstərmək  mümkündür. 
Məsələn,  birinci  nağılda  məsləhətlər  belədir:  «Allahın  istəyi  ol-
masa  baĢdan  bir  tük  belə  düĢməz»,  «Ġki  nəfər  mübahisə  edəndə 
bitərəf ol», «Əl qaldır, amma vurma». Rus nağılında da bu kəlam-
ların  hər birinin doğruluğu iĢdə, praktikada sübuta  yetir. Onların 
xalqın  çoxəsrlik  təcrübəsinin,  müdrikliyinin  ümumiləĢdirilməsi 
kimi  meydana  çıxdığı  yalnız  nağılın  qəhrəmanı  tərəfindən  deyil, 
həm də dinləyici tərəfindən dərk edilir. 
«Novellistik  (məiĢət 

  K.Ġ.)  nağılda  sehrli  varlıqların  əvəz-
edicisi  kimi  qəhrəmanın  yalnız  ağlı  deyil,  həm  də  bir  ali  qüvvə 
kimi onun taleyi çıxıĢ edir. Bu qüvvə təsadüfün deyil, insanların 
iradəsinin  və  niyyətlərinin  əksinə  olaraq  özünə  yol  açır.  Təsa-
düflərin  özlərinin  (novellistik  qeyri-adi  hadisələrin)  taleyin 
təzahürləri  kimi  izah  edilə  bilməsi  novellistik  nağıl  üçün  xarak-
terikdir» (14, 15). 
«Xeyirxah məsləhət» süjetli nağıllarda mənəvi-əxlaqi prob-
lemlər,  zərərli  adətlərdən,  pis  vərdiĢlərdən  azad  olma  məsələləri 
də  ön  plana  çəkilir.  Bu  zaman  əsasən  valideynlər,  yaxud  həyat 
yoldaĢı  qəhrəmanın  islah  olunmasında  vasitəçi  statusunda  çıxıĢ 
edirlər. Bu tip nağıllara həm Azərbaycan həm də baĢqa xalqların 
folklorunda rast gəlinir. Məsələn, «Ata məsləhəti» adlı nağılda (2, 
381-382)  ölüm  ayağında  olan  ata  harınlamıĢ  oğluna  məsləhət 
görür ki, qumar oynamağa, içki məclisinə yoldaĢlarından iki saat 
gec,  məĢuqəsinin  yanına  isə  sübh  tezdən  getsin.  Atası  dünyasını 
dəyiĢdikdən  sonra  qəhrəman  onun  məsləhətlərini  sınayır.  Qumar 
oynayan  yoldaĢlarının  pul  üstündə  bir-birini  bıçaqladığını,  içki 
içən yoldaĢlarının sərxoĢ olub dalaĢdığını görüb hər dəfə özünün 
də  bu  vəziyyətə  düĢdüyünü  anlayır  və  tövbə  edir.  Sübh  çağı 
qəfildən  məĢuqəsinin  yanına  gedib  onun  ənliksiz-kirĢansız  nə 
qədər çirkin olduğunu görür. Halal arvadının məĢuqəsindən gözəl 
olduğunu dərk edərək bu pis əməlini də tərgidir. 
BaĢqa  bir  nağılda  ata  oğluna  məsləhət  görür  ki,  qumar 
oynamaq istəsə, qumarbazların böyüyü ilə oynasın. Oğul qumar-
bazların  baĢçısının  dilənçi  vəziyyətində  yaĢadığını  görüb  bu 
peĢənin axırı olmadığını anlayır (3, 302-307). 
Rus  nağıllarında  məsələyə  yanaĢmada  müəyyən  fərqlərin 
olduğunu  müĢahidə  edirik.  məsələn,  nağıllardan  birində  qadın 
ərinə  tapĢırır  ki,  səfərdən  ona  hədiyyə  əvəzinə  ağıl  alıb  gətirsin. 
Ər  bir  sərxoĢun  boğçada  ağıl  satdığını  görüb  alır.  Boğçanı 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə