MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə41/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

 
~ 122 ~ 
KÖNÜL HƏSƏNOVA 
BDU, fil.ü.f.dok.  
 
ƏMĠN ABĠD YARADICILIĞINDA MĠLLĠ-MƏNƏVĠ 
DƏYƏRLƏRĠMĠZ 
 
Açar sözlərepos, Dədə Qorqud, Əmin Abid, Oğuznamə
 milli dəyər 
 
1920-1930-cu  illər  Azərbaycan  folklorĢünaslığının  öyrənil-
məsi  tarixində  öz  ziddiyyətləri,  çətinlikləri,  eyni  zamanda  yeni-
yeni  töhfələri  ilə  mühüm  mərhələlərdən  biri  olmuĢdur.  Həmin 
mərhələnin ziyalıları dövrün çətinliklərinə, yasaq və qadağalarına 
baxmayaraq bir çox milli-mənəvi dəyərlərimizi yenidən gündəmə 
gətirib,  tədqiq  edib  xalqın  yaddaĢına  qaytara  bilmiĢdilər.  Eyni 
zamanda bu mərhələyə aid olan Əmin Abid yaradıcılığı və onun 
apardığı  araĢdırmalar,  tədqiqatlar  folklorĢünaslığımızın  inkiĢafı 
üçün  bu  gün  də  çox  önəmlidir.  Ədəbiyyatımızı  və  onun  tarixini 
öyrənən  görkəmli  alimin  məqalələri  maraqlı  mövzuları  əhatə 
edirdi.  Ə.Abid  «Heca  vəzninin  tarixi»,  «Türk  xalqları  ədəbiyya-
tında  mani  növü  və  Azərbaycan  «bayatı»larının  xüsusiyyəti», 
«Azərbaycan  folkloru»  adlı  irihəcmli  məqalələrində  folklorun 
ayrı-ayrı janrlarından tutmuĢ bayatılar, aĢıq Ģeirinin Ģəkilləri, aĢıq 
Ģeir sənəti, heca vəzni, türk xalqlarının yeddi hecalı Ģeirin törəmə 
tipləri, qafiyəsi, ritmi, alliterasiyası və digər poetik qəliblərə kimi 
öz  elmi  mülahizələrini  bildirmiĢ  və  elmi-nəzəri  cəhətdən  tədqiq 
etmiĢdir.  O,  ağız  ədəbiyyatımızı  ümumtürk  və  dünya  folkloru 
kontekstində  ərəb,  fars,  türk  ,  uyğur,  qazax,  tatar,  türkmən  və  s. 
mənbələrdə  araĢdıran  bir  elm  fədaisi  idi.  Milli  dəyərlərə,  türk-
cülüyə  önəm  verən  alim  «Türk  el  ədəbiyyatına  elmi  bir  baxıĢ», 
«Əsirət  dövründəki  Azərbaycan  ədəbiyyatına  aid  vəsiqələr» 
məqalələrində isə «Kitabi-Dədə Qorqud» dastanının mədəniyyəti-
mizin,  ədəbiyyatımızın  tarixində  tutduğu  yüksək  mövqeyə 
toxunaraq yazırdı: «Oğuznamə»ni Azərbaycan xalq ədəbiyyatının 
məhsulu  saymaq  icab  etdiyi  kimi,  havi  olduğu  tarixi  qiymət 
etibarilə  də  ədəbiyyatımızın  ilk  əsəri  olaraq  qəbul  etmək  lazım 
gəlir» (1, № 6-7, s.46-50). 
Onun  1926-1930-cu  illər  arasında  «Kitabi-Dədə  Qorqud»la 
bağlı  yazdığı  əsərlər,onlarda  irəli  sürdüyü  fikirlər  bu  gün  də  öz 
elmi  əhəmiyyətini  itirməmiĢdir.  Ümumilikdə  iĢə  onlar  «Kitabi-
Dədə  Qorqud»un  öyrənilməsində  yeni  mərhələ  yaratdığı  kimi, 


 
~ 123 ~ 
Azərbaycan  ədəbiyyatının  qədim  dövrlərdən  baĢlayıb  mərhələlər 
üzrə  öyrənilməsinin  düzgün  dövrləĢdirilməsinə  imkan  vermiĢdir. 
Ə.Abidin  1926-1930-cu  illər  arasında  eposla  bağlı  apardığı 
araĢdırmaları  geniĢ  və  çoxcəhətli  idi.  Bu  fikrə  aydınlıq  gətirmək 
üçün  həmin  dövrdə  Ə.Abidin  yaradıcılığında  xarakterik  olan  iki 
məsələyə münasibət bildirmək istərdik. Birincisi, odur ki, Ə.Abid 
prof.A.Samoyloviçə  həsr  edilmiĢ  ―Türk  el  ədəbiyyatına  elmi  bir 
baxıĢ‖  məqaləsində  elmi-nəzəri  fikrin  geniĢliyinə  diqqət  yetirir, 
bu  gün  oğuznamələrin  klassik  yaradıcılıq  nümunəsi  olduğunu 
sübut etmək üçün tədqiqatın özünün nəzəri səviyyəsi məsələsinin 
kifayət qədər olmasını vacib hesab edirdi (1, № 6-7, s.46-50). 
Ġkinci  məsələ  isə  tədqiqat  materiallarının  zənginliyi,  onun 
araĢdırılan  mətnin  əsas  cəhətləri  və  müddəalarını  əhatə  etmə 
zərurəti  ilə  bağlı  idi.  O,  bu  mülahizələrini  «ƏĢirət  dövründəki 
Azərbaycan  ədəbiyyatına  aid  vəsiqələr»  («Azərbaycanı  öyrənmə 
yolu»məcmuəsi,  1930,  №  3)  məqaləsində  daha  geniĢ  əks  etdir-
miĢdir.  Ə.Abid  «Kitabi-Dədə  Qorqud»a  qədər  məlum  oğuzna-
mələri  nəzər-dən  keçirib  eposun  yaranma  bazasını  müəyyən-
ləĢdirməyə  cəhd  edirdisə,  bu  müəllifin  hər  Ģeydən  əvvəl  ilk 
mənbələrə diqqətli münasibətinin nəticəsi idi. Ə.Abid araĢdırdığı 
bütün  «Dədə  Qorqud»  hadisələrinə  belə  dəqiqliklə  yanaĢır, 
onların  ilk  qaynaqlarını,  törəmə  yolları  və  mərhələlərini  öyrənə-
öyrənə  dünəndən  bu  günə  gəlirdi.  Ə.Abid  bu  kimi  səmərəli,elm 
üçün  yeni  axtarıĢları  ilə  əsrin  20-ci  illərində  Azərbaycan  qor-
qudĢünaslığının əsasını qoydu. «Kitabi-Dədə Qorqud» mətni hələ 
Azərbaycanda  çap  edilməzdən  əvvəl  Ə.Abid  tərəfindən  onun 
öyrənilməsinə  baĢlandı.  O,  bir-birinin  ardınca  bir  neçə  məqalə 
yazdı  və  ilk  dəfə  olaraq  «Kitabi-Dədə  Qorqud»un  Azərbaycan 
xalqına məxsus olmasını təsdiq edən dəlilləri ortaya qoydu (2, № 
3, s. 48-52). 
QorqudĢünaslıqda  belə  bir  fikir  vardır  ki,  guya  «Kitabi-
Dədə  Qorqud»  haqqında  tədqiqatlara  yalnız  abidə  üzə  çıxdıqdan 
sonra baĢlanmıĢdır. Bu kökündən yanlıĢ fikirdir. Ə.Abid ilk dəfə 
olaraq dastan mətninə əsaslanaraq «Dədə Qorqud»un Azərbaycan 
türklərinin  bir  qolu  olan  Bayat  qəbiləsinə  mənsub  olduğunu 
göstərmiĢ,  dastanın  coğrafiyası,  toponomik  adları,  oğuzlara 
məxsusluğunu bildirən daha bir çox baĢqa faktları açıqlamıĢdır (3, 
№ 3, 4, 6, 7). Ə.Abid ilk dəfə olaraq «Ədəbiyyat tarixi»ni «Kitabi 
-Dədə  Qorqud»dan  baĢlamaq  zərurətini  irəli  sürmüĢdür.  Ə.Abid 
«Azərbaycan türklərinin ədəbiyyat tarixi» əsərində özü Azərbay-
can  ədəbiyyatını  «Kitabi-Dədə  Qorqud»dan  baĢlamıĢ  və  əsər 


 
~ 124 ~ 
haqqında  geniĢ  tədqiqatını  oraya  daxil  etmiĢdir  (4).  Ə.Abidin 
Ģəxsində  Azərbaycan  qorqudĢünaslığı  özünün  yaradıcılıq  üçün 
zəruri  funksiyaları həyata keçirdi, onun ilk nəzəri  istiqamətlərini 
iĢləyib  hazırladı.  «Heca  vəzninin  tarixi»  (3,  №  3,  4,  6,  7)  adlı 
məqaləsində  türk  Ģeirində  hecanın  tarixindən  danıĢarkən  dastan-
dakı  qafiyəli  nəsrdən  (səs  formasında)  atalar  sözü  və  məsəllərə 
gedib çıxır, abidənin dil materialı əsasında heca vəzninin tarixini 
qədimlərə aparırdı. 
Ə.Abid «Kitabi-Dədə Qorqud»la bağlı tədqiqatlarını dastan-
ın  mətni  Azərbaycanda  hələ  nəĢr  edilməmiĢdən  qabaq  yazıb 
ortaya  qoymuĢdu.  Bu  isə  onun  Drezden  nüsxəsinin  əlyazmasına 
yaxından  bələd  olduğunu  göstərirdi.  Güman  ki,  Ə.Abid  bu 
nüsxəni  Türkiyədə  təhsil  alarkən  ələ  keçirib  üzünü  köçürmüĢ, 
həmin  mətn  əsasında  da  dastan  haqqında  iri  həcmli  tədqiqat  iĢi 
yazmıĢdır.  Təəsüf  ki,  bu  tədqiqatların  bir  hissəsi  məhv  edilib 
sıradan  çıxarılmıĢ,  baĢqa  bir  hissəsi,  həm  də  çox  kiçik  bir  qismi 
«Azərbaycan  türklərinin  ədəbiyyatı  tarixi»  əsərində  hələ  də  çap 
olunmamıĢ qalmıĢdır. 
QorqudĢünaslığın  Ə.Abid  mərhələsi  ilə  bağlı  vacib  bir 
məsələni də qeyd etmək lazımdır. Bu da «Azərbaycan türklərinin 
ədəbiyyat  tarixi»  əsərinin  əlyazmasında  onun  «Dədə  Qorqud» 
mətnlərindən istifadəyə verdiyi istinadlardır. Buradan görünür ki, 
Ə.Abid  «Kitabi-Dədə  Qorqud»un  Drezden  nüsxəsinin  əlyazması 
əsasında bir nəĢr hazırlamıĢdır və yeri gələndə əsərlərində həmin 
nəĢrə  istinad  etmiĢdir.  Güman  ki,  bu  eposun  Ə.Abid  tərəfindən 
hazırlanıb,  lakin  nəĢr  edə  bilmədiyi  əlyazması  idi.  ġübhəsiz  ki, 
onun  tapılıb  üzə  çıxarılması  qorqudĢü-naslığımız  üçün  mühüm 
tapıntı olardı. 
Bu  gün  Azərbaycan  qorqudĢünaslığının  təĢəkkülü  və  for-
malaĢmasında  xüsusi  əhəmiyyəti  olan  Ə.Abid  mərhələsinin  hələ 
tam  halda  öyrənildiyini  söyləmək  olmaz.  Onun  «Kitabi-Dədə 
Qorqud»la  bağlı  nəĢr  etdiyi  əsərlər  həm  Azərbaycanda,  həm  də 
Türkiyədə  tam  halda  müəyyən  edilmədiyi  kimi,  onların  böyük 
əksəriyyəti də çap edilməmiĢdir. Ə.Abidin eposla bağlı tədqiqat-
larının  mühüm  hissəsini  əhatə  edən  «Azərbaycan  türklərinin 
ədəbiyyatı  tarixi»  əsəri  çap  edilmədiyi  kimi,  onun  əlyazma 
mətnində eposla bağlı mülahizələri sistemli Ģəkildə araĢdırmalara 
cəlb edilməmiĢdir. 
Maraq  doğuran  məsələlərdən  biri  Azərbaycanda  «Kitabi-
Dədə  Qorqud»un  öyrənilməsi  iĢinə  Ə.Abidin  təsiri  məsələsidir. 
Ə.Abid 20-ci illərdən baĢlayaraq təkcə öz  yazıları ilə deyil, eyni 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə