MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

 
~ 128 ~ 
BƏXTĠYAR ƏSKƏROV 
 BDU, fil.ü.f.dok. 
 
XХ YÜZĠLĠN 30-cu ĠLLƏR TARĠXĠ 
ROMANLARINDA GERÇƏKLĠKLƏ BƏDĠĠLĠYĠN 
VƏHDƏTĠ 
 
Açar sözlər: Qızlar bulağı, Dumanlı Təbriz, Avesta, ənənə, 
mənbə 
30-cu illər bədii nəsrində tarixi roman janrı müəyyən inkiĢaf 
yolu  keçir;  yazılan  romanlarda  həm  yaxın,  həm  də  uzaq  tarixi 
hadisələr  təsvir  edilirdi.  Yaxın  tarixi  hadisələr  M.S.Ordubadinin 
"Dumanlı Təbriz", uzaq tarixi hadisələr isə Y.V.Çəmənzəminlinin 
"Qızlar bulağı" əsərində təsvir edilirdi. Bununla belə, bu əsərləri 
birləĢdirən  ümumi  cəhət  də  yox  deyil,  belə  ki,  hər  iki  romanda 
konkret tarix, yaxud hər hansı bir tarixi hadisə, Ģəxsiyyət əsas yer 
tutmur,  tarixi  fon  əsərin  süjet  xəttinə  bədii  təxəyyüllə  eyni 
dərəcədə  müncər  edilmiĢdir  ki,  bu  da  həmin  əsərləri  eyni 
mövqedən qiymətləndirməyə imkan verir. 
"Dumanlı  Təbriz"  romanı  1905-1911-ci  illərdə  Ġranda 
Təbriz Ģəhərində baĢ verən Səttarxan inqilabi hərəkatı kimi  tanı-
nan devrim hadisələrinə həsr edilmiĢdir. Bu devrim yalnız Cənubi 
Azərbaycanda deyil, həm də bütün ġərq ölkələrinin ictimai-siyasi 
həyatına  təsir  etmək  gücündə  olmuĢdur.  ġahlıq  üsuli-idarəsinə 
zərbə  vurmaq,  ruhani  zehniyyətini  zəiflətmək  baxımından  da 
inqilabın böyük təsir gücü olmuĢdur. XX yüz ilin əvvəllərinin ən 
böyük  tarixi  hadisələrindən  birinin  baĢ  qəhrəmanı  Səttarxan 
inqilabın  yalnız  ideya  istiqamətinin  müəyyənləĢməsində  deyil, 
həm də onun həyata keçirilməsində əsas qüvvədir. Belə bir tarixi 
hadisənin  ilk  dəfə  bədii  təsvirini  vermək,  siyasi  təbəddülatlarla 
dolu  inqilabın  xarakterini,  quruluĢunu,  gediĢini  və  mahiyyətini 
aĢkarlamaq missiyası M.S.Ordubadinin üzərinə düĢmüĢdür. 
Ġlk  tarixi  roman  kimi  müəllifin  qarĢısında  duran  məsələnin 
mürəkkəbliyi yalnız ziddiyyətli Səttarxan inqilabının bədii cəhət-
dən  necə  təsvir  olunmasıdır.  Çünki  bu  inqilabi  hərəkatın 
özünəməxsus  xüsusiyyətləri  vardır  ki,  onu  tarixi  reallığa  uyğun 
olaraq  qiymətləndirmək  yazıçıdan  tarixi  araĢdırmalar  aparmaqla 
yanaĢı,  həm  də  bədii  təxəyyüldən  istifadə  etməyi  tələb  edirdi. 
Yazıçı məhz romanın yazılmasında tarixi araĢdırmalardan istifadə 
etmiĢdir. Elə romanın ayrı-ayrı səhifələrindən də  məlum  olur ki, 
yazıçı romanı yazmazdan əvvəl burada baĢ verən hadisələrlə bağlı 


 
~ 129 ~ 
tarixi araĢdırmalar aparmıĢ,  faktları, tarixi sənədləri  və hadisələri 
dərindən  öyrənmiĢdir.  Yaxın  ġərqdə  böyük  səs-küy  yaradan  bu 
böyük siyasi-tarixi  hadisənin baĢ verməsi  səbəbləri, onun siyasi-
tarixi mahiyyəti, istiqaməti, perspektivi, eləcə də ayrı-ayrı konkret 
tarixi Ģəxsiyyətlərin tərcümeyi-halı haqqında məlumatlar topladığı 
və romanda bu məlumatlardan istifadə etdiyi də aydın olur. 
Tarixiliklə  müasirliyin  vəhdətində  yazıçı  Səttar  xan,  Bağır 
xan  kimi  tarixi  Ģəxsiyyətlər  əsas  yer  tutduğu  kimi,  süjet  xəttinin 
Əbülhəsən  bəyin  ətrafında  qurulması  tarixlə  bədii  düĢüncənin 
sərhədlərini  müəyyənləĢdirir.  Yazıçı  tarixi  hadisələri  xronoloji 
cəhətdən  ard-arda  düzmək  yolunu  tutmamıĢ,  dövrün,  mühitin 
panoramını  yaratmağa  müvəffəq  olmuĢdur.  Y.Axundlu  yazır: 
"M.S.Ordubadi  Səttarxan  hərəkatının  təsviri  ilə  yanaĢı,  Ġranda 
inqilabi  hərəkatın  qısaca  tarixi  ilə  də  oxucuları  tanıĢ  edir.  Bu 
tanıĢlıq  bir  tərəfdən  inqilabın  inkiĢaf  yolları  barədə  müəyyən 
təsəvvür  yaradırsa,  digər  tərəfdən,  indiki  hərəkatın  nə  kimi 
maneələrlə qarĢılaĢdığını aydınlaĢdırır. Hələ XIX əsrin sonlarında 
Mirzə  Ağa  xan  Kirmani,  ġeyx  Əhməd  Ruhi,  Seyid  Cəmaləddin 
Əfqaninin  Ġran  inqilabı  hərəkatı  tarixində  müəyyən  xidmətləri 
olmuĢdur" (1, 37). 
Romanın  xatirə-gündəlik  üslubunda  qurulması  onun  tarixi-
liyi və sənədliliyini bir qədər artırır. Ġranı və Cənubi Azərbaycanı 
qarıĢ-qarıĢ  gəzən  Əbülhəsən  bəy  həm  də  baĢ  verən  Səttarxan 
inqilabında  yaxından  iĢtirak  edir;  onun  gediĢində  qorxmaz  və 
ağıllı bir təĢkilatçı olaraq göstərilir. Romanda danıĢlan hadisələrə 
təhkiyəçinin  (burada  Əbülhəsən  bəyin!)  Ģahidlik  etməsi  və  onun 
dilindən  icmallar  verilməsi  əsərin  tarixi  effektivliyini  artırmıĢ 
olur.  O,  bir  yerdə  durmur,  əldə  silah  döyüĢmür,  bir  çox  ölkələri 
gəzir.  Buna  görə  ona  hərəkatın  ideyavericisi,  yaxud  səyyar 
inqilabçı da demək olar. Əbülhəsən bəyin ġərq ölkələrinin tarixi, 
bugünü,  coğrafiyası,  iqtisadiyyatı,  siyasi  həyatı  barədə  geniĢ 
məlumatı  olduğu  üçün,  siyasi  hadisələrdən  yaxĢı  baĢ  çıxarır, 
düzgün  qərarlar  verir.  Hərəkatın  doğru  yolda  getməsində  onun 
böyük  əməyi  hiss  olunur.  Bəzən  isə  səhv  istiqamətdə  gedən 
inqilabi hərəkatı doğru  yola  yönəltməyi  bacarır.  O, Ģərq həyatını 
dərindən  bilir,  Ģərqli  adət-ənənələrini,  Ģərqli  təbiətini,  onun 
təfəkkür  tərzini  hadisələr  fonunda  qiymətləndirməyi  bacarır.  O, 
baĢqalarından  fərqli  olaraq  Ġranın  gələcəyinə  nikbinliklə  baxır, 
yaxud  əcnəbilərlə  görüĢlərində  ġərq  haqqındda  yanlıĢ  fikirdə 
olanlara  dah  dolğun  məlumat  verərək  ġərqə  olan  yanlıĢ  müna-
sibəti  dəyiĢməyə  çalıĢır:  "Ġranı  o  qədər  də  qaranlıq  bilməyiniz, 


 
~ 130 ~ 
burada  da  iĢıqlı  günlər  görəcəksiniz,  Ģübhəsiz  ki,  Ġranı  sevəcək-
siniz,  gözəl  xatirələr  alacaqsınız,  sizi  də  sevəcəklər,  siz  də 
sevəcəksiniz.  Burası  ġərqdir.  Nə  qədər  ki,  dastanlar,  romanlar, 
minbir gecələr ġərqidir; o qədər də yeni üsyançı ġərqdir" (2, 30).  
"Dumanlı  Təbriz"  romanının  süjet  xəttində  tarixi  hadisələr 
də  baĢlıca  yer  tutur.  Bu  tarixi  hadisələr  isə  tarixi  Ģəxsiyyətlərin 
fəaliyyətində  üzə  çıxır.  xarici  səfirliklər  və  ayrı-ayrı  ölkələrin 
(romanda  imperialist!)  nümayəndələrinin  də  bu  prosesdə  iĢtirakı 
həqiqətə  uyğun  Ģəkildə  verilmiĢdir.  Tarixi  Ģəxsiyyətlər  arasında 
isə  Səttarxan,  Bağırxan,  Siqqətülislam,  Hacı  Əli  DavafüruĢ  və 
baĢqaları əsas obrazlardan biri kimi diqqəti cəlb  edir. Tədqiqatçı 
Fəridə  Vəzirova  bu  tarixi  Ģəxsiyyətlər  və  qəhrəmanları  təhlil 
edərkən doğru qeyd edir ki: "...Səttarxan Səidin tarixi qəhrəman-
larından  ən  canlı,  ən  həyati  surətlərdəndir.  Ədibin  verdiyi  digər 
tarixi surətlərdə, ən yaxĢı iĢlənmiĢlərdə belə. Səttarxana nisbətən 
az-çox  kitabdan  və  romandan  gələn,  müasirlikdən  doğan  sifətlər 
varsa, burada o yoxdur. Bəlkə bu bir də ona görədir ki, Ordubadi 
Səttarxanı görmüĢ, onunla tanıĢ idi və onun xüsusiyyətlərini yaxĢı 
öyrənmiĢdi" (3, 70). 
Görkəmli  tarixi  Ģəxsiyyət  olan  Səttarxanın  obrazını  yazıçı 
müxtəlif və rəngarəng bədii boyalarla təsvir edir ki, burada yazıçı 
bədii təxəyyüldən də  geniĢ  istifadə edir. Xalq  içərisindən çıxmıĢ 
qəhrəmanın sadəliyini, humanistliyini təsvir edərkən yazıçı məhz 
bu amilləri nəzərə almıĢdır. Bu mənada yazıçı Səttarxanı "haqqını 
böyük  qüvvələrdən  tələb  edən  az  qüvvələrin"  təmsilçisi  kimi 
qələmə  verir.  Səttarxanın  bir  xalq  qəhrəmanı  kimi  böyüklüyü, 
qorxmazlığı,  siyasi  xadim  olması,  əzəmətliliyi  adi  sözlərlə 
deyilmir, hadisə və situasiyalarda göstərilir.  
Romanda  tarixi  Ģəxsiyyət  olaraq  yalnız  Səttarxanın  obrazı 
verilməyib,  eyni  zamanda  onun  dava  yoldaĢları  Bağırxan,  Hacı 
Əli  DavafüruĢ,  Ġran  Ģahı  Məmmədəli  Ģah,  mütərəqqi  din  xadimi 
və  mütəfəkkir  Sirəqətül-islam,  Abbasəli  QəndfüruĢ  və  baĢqaları-
nın  obrazını  tarixi  reallığa  uyğun  olaraq  yaratmıĢdır.  Eyni 
zamanda  Ġran  ticarətçilərinin  nümayəndəsi  kimi  hacı  Mehdi 
Küzəkunə, MəĢədi Kazım ağa, rus çarizminin nümayəndələrindən 
polkovnik  Smirnov,  varlılardan  Səməd  xan,  Rəhim  xan,  Sərdar, 
RəĢid  və  baĢqaları  haqqında  təfərrüatlı  məlumatlar  verilərək 
obrazları yaradılır. Bunların içərisində tarixdən alınmıĢ obrazlarla 
yanaĢı,  bədii  təxəyyülün  məhsulu  olan  surətlər  də  çox  deyildir. 
Diqqəti bu obrazlara yönəldən M.Əlioğlu "Bədii nəsrimizdə tarixi 
roman" adlı məqaləsində yazır: "Bu adamların bir neçəsi tarixdən 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə