MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

 
~ 116 ~ 
edilən ölüb-dirilmə aktı və cinsi əlaqənin təqlidi elementləri Kosa 
obrazının da ölüb-dirilmə, artım, bərəkət, ölümsüzlük rəmzini öz 
ətrafında birləĢdirən əski bir düĢüncədən gəldiyini sübut edir. 
Məlumdur ki, tükün  arxaik  mənalarından biri, S.Y.Neklyu-
dovun  qeyd  etdiyi  kimi,  cinsi  enerjinin  göstəricisi  olmasıdır  (16, 
212).  Ġndini  özündə  də  üzdə  tük  bitməməsinə  xalq  arasında 
kiĢilikdən  məhrum  olmağın  əlaməti  kimi  baxılır.  Kosa  da  keçəl 
kimi  əsl  mahiyyətini  zahiri  çirkinlik  və  eybəcərlik  pərdəsi 
arxasında gizlədir. Deməli, Kosanın erkəkliyi, erotik gücü xədim-
lik donunda təqdim edilir. Xalq inanır ki, uĢağı olmayan hər hansı 
bir kiĢi Kosa libası geysə, həmin kiĢinin övladı olar, yaxud Kosa 
hansı həyətə, evə birinci girsə, o ev ruzili-bərəkətli olar.  
Çoxmənalı mahiyyət  daĢıyan xalq  gülüĢündə ölümlə həyat, 
inkarla  təsdiq  iç-içədir.‖Kosa-kosa‖  tamaĢasında  Kosaya 
müraciətlə belə deyilir: 
 Kosama əl vurmayın, 
 Kosam ikicanlıdır... 
 Yüz əlli beĢ yaĢında 
 Lap, lap cavandı kosam! (2, 226) 
 
AMEA-nin  m.ü.,  prof.  M.Kazımoğlu  (Ġmanov)  verilmiĢ 
nümunəyə toxunaraq bildirir ki, yüz əlli beĢ yaĢlı Kosanın ikicanlı 
və cavan olması  xalq  gülüĢünün məğzindəki ölüm-həyat, köhnə-
yeni münasibətindən xəbər verir. Buradakı gülüĢ ölümə yox, ölüm 
anında yenidən doğana və doğulana doğru yönəlir. Ölüm və həyat 
eyni bir obrazda,  yəni kosada birləĢir. Hamiləlik və cavanlıq yüz 
əlli  beĢ  yaĢlı  qocalığa,  yəni  həyat  ölümə  qarĢı  dursa  da,  onlar 
ayrılmazdır, çünki eyni bətndədirlər (9, 56-57). 
Kosanın bolluq, artım və məhsuldarlıqla bağlı olması ―Kosa 
-kosa‖ tamaĢasının aĢağıdakı örnəyindən aydın olur; 
 
 ...Kosam bir oyun eylər 
 Quzunu qoyun eylər
 Yığar bayram xonçası 
 Hər yerdə düyün eylər (2, 224). 
 
 Meydan  tamaĢasının  baĢqa  bir  variantında  isə  kosa 
oynadıqca dövrəsindəkilər bir ağızdan deyirlər: 
 Kosam bir oyun eylər 
 Quzunu qoyun eylər, 
 Yığar ġabran düyüsün  


 
~ 117 ~ 
 Payızda toyun eylər (10, 115). 
 
 Həmin  meydan  tamaĢasında  erkəkliyin  xədimlik  masqası 
arxasında ifadə edildiyini təkə // keçi barədəki nəğmədən də görə 
bilərik: 
 Təkəm, təkəm, axta təkəm, 
 Boynunda var noxta təkəm (7, 27) 
 
 Erkəkliyin  rəmzi  hesab  olunan  təkənin  tamaĢada  axtalıq 
libasında  təqdim  edilməsi  kiĢiliyin  kosalıq  donunda  təqdim 
edilməsi  ilə  birbaĢa  bağlıdır.  TamaĢa  ilə  bağlı  nəğmələrdə  həm 
keçinin axtalığına, həm də onun məhsuldarlığa təsir etmək gücünə 
iĢarə edilir:  
 Təkəm bir oyun eylər
 Quzunu qoyun eylər (7, 27) 
 
 Kosa  kimi  Keçəl  də  qeyri-adi  mənĢəli  bir  obrazdır.  Türk 
xalqları  folklorunda  ironik  qəhrəman  obrazı  olan  keçəl  əsas 
qəhrəmanın  yardımçısı  kimi  özünü  göstərir,  çoxbilmiĢ  olmaqla 
yanaĢı  hiyləgərlik  səciyyəsini  də  daĢıyır.  Bir  qisim  nağıllarda 
qəhrəmanın  özünün  keçələ  çevrilərək  o  biri  dünyaya  getməsi 
araĢdırıcıları  keçəl  obrazının  da  qəhrəman  obrazından  yarandığı 
qənaətinə  gətirmiĢdir.  V.Y.Propp  keçəlliyin  kökünü  inisiasiya 
məqsədilə  baĢ  verən  dəyiĢmədə  (18,  136-137),  E.M.  Meletinski 
isə  magik  qorunma  məqsədilə  baĢ  verən  dəyiĢmədə  axtarır  (15, 
254). 
Nağıl  və  dastanlarda  qəhrəmanın  köməkçisi  yerində  çıxıĢ 
edən keçəl surəti Ģamanizmdə qam-Ģamanın hami ruhları ilə eyni 
bir  funksiyanı  yerinə  yetirir.  Sehrli  nağıllarda  köməkçi  kimi 
keçəllik  atributunu  təkcə  insan  deyil,  həm  də  Ģamanın  köməkçi 
ruhları daĢıyır. Hami ruhların Ģamanlıq ruhu (Ģamanın o dünyaya 
gedən ruhu-M. M) kimi təsəvvür olunduğunu nəzərə alsaq, deməli 
o,  Ģamanın o dünyadakı  mövcudiyyət  forması kimi qavranılır (6, 
85 ). 
AMEA-nın  m.ü.,  prof.  M.Kazımoğlu  Keçəlin  qeyri-adi 
mənĢəyinin  təzahür  formalarından  birini  bu  obrazın  qızıl-gümüĢ 
saçlı qəhrəmanlarla əlaqəsində axtarmağın zəruriliyini qeyd edir. 
Keçəllik  donuna  girib,  sonra  öz  libasına  qayıdan  qəhrəmanlarla 
yanaĢı,  əvvəldən  axıracan  keçəl  kimi  görüb  tanıdığımız  qəhrə-
manların da bir qismini masqa taxıb özünü baĢqalarından qoruyan 
adamların obrazı da adlandırmaq olar (9, 109-111). 


 
~ 118 ~ 
Türk  mifoloji  düĢüncəsində  demonik  varlıqların  keçəl 
olmaları həmin varlıqların o biri dünyaya məxsus olduqlarının bir 
göstəricisidir. O biri dünyaya yollanan qəhrəmanlar həmin yeraltı 
dünyanın  atributunu  qəbul  eləyir,  yəni  keçələ  çevrilirlər.  B. 
Ögəlin  fikrincə,  atları  ilə  keçəl  cildinə  girən  nağıl  və  dastan 
qəhrəmanları  bu  yolla  ilahi  güc  almıĢ  olurlar.  Qəhrəmanlar 
göydəki  savaĢlarda  güc  tapmaq  üçün  keçəl  olur  və  həmin  güclə 
dünyalar arasındakı sədləri adlaya bilirlər (13, 76-79). 
BaĢda  tükün  olmaması  dünyaya  gəliĢin,  doğuluĢun  əlaməti 
sayılır.  Müvəqqəti  ölüm  kimi  rəmzləndirən  inisiasiya 
mərasimlərində saçının qırxılmağı  ―ölüm‖ünün  ardından neofitin 
sanki  ―yenidən  doğulmağı‖  kimi  mənalandırılır.  Burada  gülüĢ, 
keçəllik  və doğulma aktı ilkin  arxaik  anlamdakı  eyniyyyət  təĢkil 
edən simvolikası ilə özünü göstərir. ‖Kosa-kosa‖ meydan tamaĢa-
sında  oxunan  nəğmə  örnəklərindən  aydın  olur  ki,  Kosa  kimi 
Keçəl də dirilik, artım, bolluq və məhsuldarlıqla bağlıdır: 
 
 ....Keçəl, keçəl, mərəndə, 
 Arpa, buğda sərəndə... 
 Bir arpanı beĢ eylər, 
 Yeddi qazan aĢ eylər. (8, 481) 
 
Kosa  və  Keçəlin  bolluq,  bərəkət,  artım,  məhsuldarlıq  və  s. 
funksiyaları daĢıması onların sakral dünyaya, yəni o biri dünyaya 
məxsusluqlarından  xəbər  verir.  Bu  funksiyaların  müəyyən-
ləĢdirilməsi həmin obrazlarla bağlı mülahizəyə, yəni keçinin yaz, 
Kosa  və  Keçəlin  isə  qıĢı  təmsil  etməsi  fikrinə  yenidən  baxmaq 
zərurətini yaradır. AMEA-nın m.ü., prof. M. Kazımoğlunun fikir-
lərinə Ģərik olaraq bildiririk ki, Kosa məhz qıĢ, yəni qocalıq libası 
geymiĢ  yazdır-cavanlıqdır  (  9,  117).  Belə  olmasaydı,  tamaĢada 
Kosanın  artım,  məhsuldarlıq  funksiyasına  iĢarə  edilməzdi. 
Deməli, zahiri görünüĢcə, eybəcər, çirkin, keçəl olan bu obrazlar 
zəifliyi,  acizliyi,  qıtlığı,  qıĢı,  qocalığı  deyil,  gücü,  qüdrəti,  yazı, 
gəncliyi, məhsuldarlığı, bolluğu rəmzləndirir. 
 
 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə