MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

 
~ 140 ~ 
deyil,  özü  də  ruhən  təmizlənir.  Ġnsanlar  arasında  olan  sevgi, 
dostluq  hissləri  qəlbimizə  hakim  kəsilir.  Yazın  gəliĢini  bildirən 
Su,  Od,  Hava,  Torpaq  kultları  birləĢdikdə,  təkcə  təbiətdə  deyil, 
insanların  daxilində  də  bu  bayramın  milli  dəyərlərini  daha  geniĢ 
təqdim etməyə imkan verir. 
Ilkin  dövrlərdə  çərĢənbə  gecələrinə  ―tək  gecəsi‖  deyilirdi. 
Sonralar  onu  çərĢənbə  axĢamı  adlandırdılar.  Buna  görə  də  bizdə 
Qarabağda çərĢənbə gecəsinə tək gecəsi deyilirdi. Sovet dövründə 
Mirzə Ġbrahimov Ali Sovetin sədri olan zamanda qərar verildi ki, 
Azərbaycan dilinin əlifbasından qoĢa səsli hərflər çıxarılsın. Ona 
görə  də  tək  sözü  dilimizdən  çıxarıldı  və  çərĢənbə  sozü  ilə  əvəz 
olundu. Amma müəyyən bölgələrdə yenə ―tək gecəsi‖ iĢlədilir. 
Qarabağda  da  Novruz  bayramı  ilə  bağlı  silsilə  adət  və 
ənənələr,  mərasimlər  mövcuddur.  Bunlar  xalq  arasında  uğur 
gətirən ənənələr kimi geniĢ yayılmıĢdır. Dörd çərĢənbə ərəfəsində 
qoz,  armud  ağaclarında  yelləncəklər  asılardı.  Yelləncəkdə 
yellənənlər  arasında  yaĢ  məhdudiyyəti  yox  idi.  Qızlar,  oğlanlar 
yellənən  zaman  digər  tay-tuĢları  onun  ayaqlarına  vururdular  ki, 
sevdiyinin  adını  desin.  Deməsə  niĢanlısının  adını  deyənə  kimi 
vurmağa  davam  edirdilər.  Kollektiv  olaraq,  yəni  qızlar,  oğlanlar 
bu  mərasimdə  iĢtirak  edirdilər.  Bu  da  Novruz  Ģənliyinin  bir 
mərasimi olaraq bayram gününə kimi davam edirdi. 
Qarabağda  çərĢənbələrin  sayı  beĢdir.  Ġlk  çərĢənbə  yalançı 
(yəni xəbərçi), I-ci çərĢənbə Su, 2-ci çərĢənbə Od, 3-cü çərĢənbə 
Yel,  4-cü  çərĢənbə  Torpaq  ilə  əlaqələndirirlər.  Hər  çərĢənbənin 
bir  ünsürə  aid  olması  həyatverici  ünsürün  dirilməsi,  canlanması, 
istiləĢməsi ilə bağlıdır. ―Axırıncı çaharĢənbəyə M.N.Marrin Mirzə 
Məhəmməd Kirmanidən etdiyi tərcüməsində ―çaharĢənbeyi çərxi‖ 
deyilir.  Buradan,  məlum  olur  ki,  hər  nə  qədər  adında  dəyiĢiklik 
olsa  da,  ilin  axır  çaharĢənbəsi  istər  çaharĢənbeyi-suri  bir-biri  ilə 
əlaqəlidir‖. (9.s.97).  
Bayram  gecəsi  küsülüləri  barıĢdırar,  sevənləri  niĢanlayar, 
niĢanlı  qızlara  bayram  xonçaları  aparardılar.  ―Bayramda  xonça 
göndərmək  adəti  bu  günə  kimi  davam  etməkdədir.‖(4.s.117) 
―Novruz bayramı gecəsi həm də sevgi, istək gecəsi sayılır. Cavan 
oğlanlar  sevdikləri  qızlar  olan  evin  bacasından  salladıqları 
qurĢaqların ucuna dəsmal bağlayırlar. Qız və qızın valideynləri o 
saat  mətləbi  baĢa  düĢürlər.  Əgər  bu  iĢə  razılıq  varsa,  dəsmalı 
qursaqdan açıb qızın qoluna bağlayardılar‖(5.143). Qarabağda ən 
geniĢ  yayılmıĢ  kütləvi  hadisələrdən  biri  də  insanların  sevinc 
içində  Novruz  bayramı  toyunun  keçirilməsidir.  On  gün  müddə-


 
~ 141 ~ 
tində  bayram  toyları  bütün  məhəllələrdə  aĢıqlar  tərəfindən 
keçirilirdi.  AĢıq  QaraĢ,  nağaraçı  Yelmar,  dəmçi  Məmmədəlinin 
iĢtirakı  ilə  dan  yeri  ağaran  kimi  toy  çalınardı  və  bayram  Ģənliyi 
keçirilərdi. Ġkinci AĢıq dəstəsi AĢıq Məmməd, nağaraçı Həsən və 
zuyçü  ƏliĢ,  üçüncü  dəstə  AĢıq  Məhi,  züyçü  Ġsmayıl,  nağaraçı 
Həsən  olurdu.  Sonralar  bu  dəstələr  xanəndələr  ilə  əvəz  olundu. 
‖Sazlar,  söhbətlər,  nəĢəli  gülüĢlər,  -həzin  bayatılar,  yanıqlı 
Ģikəstələr  bir-birinə  qarıĢaraq,  xoĢ  bir  təranə  vücuda  gətirir.‖ 
(3.s.464)  Qarmonda  ġeyyub,  Ziyadxan  həm  nağarada  ifa  edir, 
həm də xanəndəlik edirdi.  
Novruz bayramında Qarabağda kiçik  yaĢlı uĢaqlar arasında 
heybə, torba, papaq (nənələrimizin uĢaqlar üçün toxuduğu papaq-
dan  söhbət  gedir,)  atma  adəti  və  mərasimi  bu  gün  də  davam 
etdirilir.  Yeniyetmə  uĢaqlar  qonĢulara,  qohumlara  papaq  atmağa 
gedərkən  mərasimlər  də  keçirirdilər.  Bu  mərasimlərdən  bir 
neçəsini nümunə göstərə bilərik. Məsələn, çərĢənbələr ərəfəsində 
iblisin  qabığından  zınqrovlar  düzəldər,  qonĢulardan  pay  alandan 
sonra  onları  sevindirmək  üçün  zınqrovu  sinələrinə  taxardılar. 
Cavanlar tanınmasınlar deyə baĢlarına Keçəl, kosa, keçi maskaları 
keçirər  rəqs  edən,  tütək  çalar  və  insanları  Ģənləndirərdilər.  Ev 
yiyəsi  də  onlara  qoĢular  və  bununla  da  bayramın  sevincinə 
rəngarənglik  qatardılar.  Novruz  bayramında  Ģər  qarıĢan  andan 
qapılar açıq qoyulur, heybə, torba, papaq atmağa gələn insanlara 
Ģirniyyat, qoz-fındıq, qorğa, boyadılmıĢ yumurta, tut, alma, armud 
qurusu pay qoyulardı. UĢaqlar üçün ən çox boyanmıĢ yumurtalar 
qoyulur  və  onlar  bu  yumurtaları  götürüb  bir-birilə  döyüĢdürür, 
baxtlarını  yumurtada  sınayırlar.  Təbiidir  ki,  bunun  çox  qədim 
mifoloji anlayıĢlarla bağlılığı vardır. Yumurta sınanması yaranıĢı 
simvolizə  edir.  Bunları  atan  kəs  el  adətinə  uyğun  Ģəkildə  özünü 
gizlədir. Papaq və yaxud heybə, torba atanı pusmaq və ya tutmaq 
eldə qəbahət hesab edilirdi. Bu gün də əhalinin maddi durumunun 
necə olmasına baxmayaraq, Novruz adətlərini unutmurlar. 
  
Milli  mənəvi  dəyərlərə  əsaslanaraq  səməni  cücərtmək, 
yumurta  boyamaq,  tonqal  qalamaq,  heybə,  papaq,  torba  atmaq, 
Ģirniyyat  biĢirmək,  meyvə  və  çərəzlərdən  xonça  düzəltmək  və  s. 
Novruz  bayramının  atributları  bayramın  hansı  ərazidə  keçirilmə-
sindən  asılı  olmayaraq  adət-ənənəyə  əsasən  hər  bir  bölgədə 
eynidir.‖ Adət və ənənələrdən danıĢarkən belə bir məsələni nəzərə 
almaq  lazımdır  ki,  haqqında  danıĢdığımız  Ģənliklərin  bir  çoxu 
qədim  kökə  malik  olmuĢlar.  Orta  əsrlərdə  yaĢamıĢ  ata-babaları-
mız bu adət və ənənələrin bir çoxunu öz əcdadlarından irsən qəbul 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə