MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə55/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

 
~ 163 ~ 
edənlər  bir  daha  o  dövrün  ekran  vasitəsilə  əyani  görüntüsü  ilə 
rastlaĢacaqlar.  Bu  da  tarixi  dolaylar  içərisində  bir  xalq  kimi 
kimliyimizi  –  özünəməxsusluğumuzu  yaxından  tanımaqda  bizə  - 
gələcək  nəsillərə  bir  yardımçı  olacaq.  ―Kitabi-Dədə  Qorqud‖  öz 
zamanının tarixi-etnoqrafik mənzərəsini bu gün bizə təqdim etdi-
yi,  tanıtdığı  kimi,  ―Anam  deyərdi  ki..‖  soynamə  xarakterli 
memuar-oçerki  də  XX  əsr  Azərbaycan  həyatını  incə  detalları  ilə 
bizlərə  çatdıra  biləcəkdir.  Cəlil  Məmmədquluzadənin  ―Anamın 
kitabı‖  pyesində  qoyulan  ideyanın  burada  əyani  mənzərəsinin 
təsviri  ilə  qarĢılaĢırıq.  Əzizə  Cəfərzadənin  ―Anamın  nağılları‖ 
əsasında  təqdim  etdiyi  folklor  incilərimizin  burada  tarixi  hadisə-
lərlə  çulğaĢıq  Ģəkildə  etnoqrafik  lövhələri  ilə  rastlaĢırıq.  Bəli, 
Sevil  Mehdiyevanın  ―Anam  deyərdi  ki..‖  əsəri  tarixlə  etnoqrafik 
məiĢət  həyatımızın  cizgilərinin  paralel  müstəvidə  verilməsi  ilə 
daha  dolğun  təsir  gücündədir.  Dediklərim  demək  olar  ki,  əsərin 
hər  səhifəsindən  boy  göstərir,  hər  cümlədə  öz  əksini  tapır.  Mən 
yuxarıda  ―Kitabi-Dədə  Qorqud‖la  müqayisəni  əbəs  yerə 
aparmamıĢdım.  Əsərdən  bir  parçaya  diqqət  edib  dediklərimizi 
isbat edək:  
―Səhərdən bazara gedib zənbilini kifayət qədər doldura bil-
məmiĢ  uĢaqların  anası  balaca  mətbəxin  palçıq  eyvanında  sil-
süpürünü edə-edə yenə öz-özünə deyinir, giley-güzar edirdi:  
–  Xalxın  kiĢiləri  daĢdan  qanqal  qoparır,  nə  vaxt  gedirsən, 
durublar bazar ağzında, birinnən alıllar, birinə satıllar... Neynəsin-
nər, kiĢidilər də... uĢaqlarını saxlamalıdılar, yoxsa yox?! Bizimki 
də... gəldi-gəlmədi, həyətdən küçəyə çıxmadı... nə var, nə var – iĢ 
gözləyirəm... Dayi demir ki, uĢağa ―gözlə!‖ demək olmur, ...yiyən 
ağızdır... istəyir...  
Bu  vaxta  qədər  cavabsız  buraxdığı  belə  danıĢıqlara  son 
qoymaq məqsədilə bu gün o:  
– Biləm ki, dörd balamın dördü də bu gün acından öləcək, 
mən əlimə Ģey alıb bazar ağzında, qapan dibində durmayacağam... 
bu  yol  mənim  üçün  deyil!  Bunu  birdəfəlik  bil!  –  demiĢdi  və 
qapını  çırpıb  həyətdən  çıxmıĢdı.  Hərçənd  ki,  dediklərinin  birinci 
hissəsi  onun  yaranıĢından  kövrək  qəlbinin  tellərini  titrətmiĢdi 
(əlbəttə, evlad Ģirindir!), lakin arvad son vaxtlar onun hövsələsini 
lap daraltmıĢdı...  
Əslində o, heç arvadını da qınamırdı. Nə etməli, zəmanə pis 
idi... vətən, Vətənin bir zərrin guĢəsi olan bu kiçik cənub Ģəhəri də 
çox  böyük  imtahandan  yenicə  çıxmıĢdı.  Bütün  müharibə  illərin-
dən  balalarını  ―diĢində‖  xatasız-balasız  çıxarmıĢ  bu  qadın  Ana, 


 
~ 164 ~ 
elə bil indi onların yanaqlarının bir qədər soluxmasından qorxuya 
düĢmüĢdü...  
Birgə  həyatlarının  on  doqquz  ilini  çox  səmimi,  mehriban 
keçinmiĢ  bu  cavan  ər-arvad,  demək  olar  ki,  bir-birlərinə  soyuq 
söz  deməmiĢ,  həmiĢə  necə  deyərlər,  üzü  sulu  dolanmağa,  bir-
birlərindən  abır-həya  saxlamağa  çalıĢmıĢdılar.  Ġndi  isə  ...müha-
ribənin  üzü  qara  olsun...  hansı  evi  mağmun  qoymadı,  hansı  evə 
bədbəxtlik gətirmədi?! 
Beləcə  yarıgileyli,  yarıincik  düĢüncələrlə  o,  geyinib  həyət-
dən çıxarkən köhnə, ―Nikolaydanqalma‖ stolüstü saat 5-i vurdu... 
...Yox,  onun  fikri  qəti  idi.  Artıq  bir  il  olardı  ki,  öz-
özlüyündə belə qərara gəlmiĢdi ki, Bakıya getsin. Böyük Ģəhərdir. 
Fabriki,  zavodu  var.  Fəhləlik  onun  ən  çox  hörmət  etdiyi 
peĢələrdən idi. Onun fikrincə, fəhləlik ən saf, ən vacib və nəhayət, 
bu  gün  üçün  ən  lazımlı  iĢdir.  Nə  olsun  əlində  diplomu  var,  ali 
təhsillidir.  Bu  gün  müharibə  kiĢi  iĢlərini  də  qadınların  çiyninə 
qoymuĢdu. Zavodlarda kiĢi qüvvəsinə ehtiyac çoxdur‖... (1, 5-6). 
Povestin  baĢlanğıc  hissəsindən  gətirdiyim  bu  bütöv  epizod 
1947-ci  ilin  çiskinli  payız  günlərindən  birini  təsvir  edir.  Görün-
düyü  kimi,  tarixi  fakt  öz  yerindədir.  Böyük  Vətən  müharibəsi 
təzəcə  qurtarıb,  ölkəmizin  Cənub  Ģəhəri  Lənkəranda  bir  azər-
baycanlı  ailəsinin  timsalında  milli  ailə-məiĢət  lövhələri  canlı 
danıĢıq  dili  ilə  əks  olunub.  Bazardan  kasıbçılıq  ucundan  istədik-
lərinin hamısını ala bilməyən ―UĢaqların  anası‖  balaca mətbəxin 
palçıq  eyvanında  sil-süpürünü  edə-edə  ərinin  ünvanına  yenə  öz-
özünə  deyinir.  Bu  bir  cümlənin  bətnində-məğzində  milli  həyatın 
özəllikləri  təsvir  edilib.  Əvvəla,  evfemistik  deyim  kimi  ―UĢaq-
ların  anası‖  ifadəsi  diqqəti  çəkir.  Ġkincisi,  bazarlıqdan  qayıtmıĢ 
xanımın  sil-süpür  etməsi  və  deyinməsi  də  qadın  əməyinin  və 
psixologiyasının  təzahürü  olub,  azərbaycanlı  ailədə  qadının  iĢ-
gücünün  nədən  ibarət  olmasına  eyham  vurulur.  Üçüncüsü, 
―balaca  mətbəxin  palçıq  eyvanı‖  isə  mənzil  Ģəraitinin  hansı 
formada  olmasını  əks  etdirir.  Qadının  ərinə  gileyinin  məzmu-
nunda  da  milli  koloritin  özünüifadəsi  dayanıb:  ―xalxın  kiĢiləri 
daĢdan  qanqal  qoparır‖  –  ―xalxın  kiĢiləri‖  birbaĢa  ümumiĢlək  el 
ifadəsi olub, nümunə kimi ümumi misal səciyyəsi daĢıyır, kiminsə 
kiĢisinin adı dilə gətirilməyib, kiminsə ünvanına qeybət xarakterli 
dedi-qodular deyilmir. Burdakı ―durublar bazar ağzında, birinnən 
alıllar, birinə satıllar...‖ ifadəsi də deyiliĢ tərzində yazılmaqla xalq 
dilinin  Ģirinliyindən  istifadə  etməkdir.  Bu  da  müəllifin  xalq 
ruhunu canlı xalq danıĢığı vasitəsilə əks etdirməsidir. Yoxsa Sevil 


 
~ 165 ~ 
xanım  özü  dilçi  alim  kimi  orfoqrafiya  qayda-qanunlarını  çox 
yaxĢı  bilir  və  bu  mənada  onun  deyiliĢ  üslubunda  yazmasının  da 
bir  daha  məqsədli  olduğu  aydınlaĢır.  Ardınca  deyilən:  ―Neynə-
sinnər,  kiĢidilər  də...  uĢaqlarını  saxlamalıdılar,  yoxsa  yox?!‖ 
cümləsi  isə  yenə  birbaĢa  milli  məiĢətə  iĢarə  edir:  azərbaycanlı 
ailəsində  arvad-uĢaq  saxlamaq  yükünün,  ailə  qayğısı  çəkmək 
missiyasının  məhz  kiĢilərə  -  evin  kiĢisinə  həvalə  olunduğu 
reallığını  göstərir.  BaĢqa  sözlə,  alfonsluğun  milli  düĢüncəmizə 
yad olduğu aydın Ģəkildə ifadə olunur.  
―Bu vaxta qədər cavabsız buraxdığı belə danıĢıqlar‖ ifadəsi 
isə  Azərbaycan  kiĢisinin  qadın  deyingənliyinə  ciddi  münasibət 
bəsləmədiyinin  göstəricisi  olmaqla  kiĢi  xarakterinə  uyğun 
ağırtəbiətliliyin  ifadəsidir;  yəni  bu,  kiĢinin  arvadın  ağzına  ağız 
verməməsi – arvadağızlılıq etməməsi, hər ucuz sözdən, hər tənə-
töhmətdən  ötrü  reaksiya  verməməsi,  cırtqozluq  (darqursaqlılıq) 
etməməsi  deməkdir.  Ancaq  nə  vaxtsa  da  olsa,  cavab  vermək 
məcburiyyətində qaldıqda isə verdiyi  cavab da  yenə Azərbaycan 
kiĢisinin mental hisslərinin təzahürü kimi meydana çıxır: ―Biləm 
ki, dörd balamın dördü də bu gün acından öləcək, mən əlimə Ģey 
alıb  bazar  ağzında,  qapan  dibində  durmayacağam...‖.  Kitabda 
―qapan‖  sözünə  belə  bir  izah  da  verilib  ki,  ―iri  həcmli  tərəzi, 
adətən  iribuynuzlu  mal-qaranı  çəkmək  üçün  iĢlədilən  böyük 
tərəzi‖.  Amma  ―qapan  dibində  durmaq‖  ifadəsi  birbaĢa  iĢlək  el 
deyimi  olub,  əsərin  canlı  danıĢıq  leksikasında  yazıldığını  əks 
etdirir.  Cavabın  mahiyyəti  isə  kiĢilik  qürurunun  göstəricisidir: 
alverçiliyin  kiĢi  adına  yaraĢmayan  iĢ  olduğu  milli  düĢüncənin 
inikası  kimi  özünü  göstərir.  Xalq  Ģairi  Qabilin  ―Ağ  biləklər,  gül 
əllər  tarlada  qabar,  bir  qeyrətsiz  yekəpər  qızılgül  satar‖  misra-
larındakı  ironiyanın  obyekti  də  məhz  bazarda  qızılgül  satan 
―kiĢidir‖  (yekəpərdir).  Deməli,  milli  mentalitetimizdə  ―bazar 
ağzında  qapan  dibində  durmaq‖  kiĢiliyə  xas  xarakter  sayılmayıb 
və  bu  duyğu  povestdə  də  öz  əksini  milli  deyim  üslubunda 
tapmıĢdır.  Ancaq  kiĢinin  dilindən  deyilən  ―biləm  ki  dörd  balam 
acından öləcək‖ ifadəsinə müəllifin çox doğru və yerində gətirdiyi 
açıqlama  da  milli  psixologizmi  əks  etdirməsidir:  ―Dediklərinin 
birinci  hissəsi  onun  yaranıĢından  kövrək  qəlbinin  tellərini  titrət-
miĢdi,  əlbəttə,  evlad  Ģirindir!‖.  Yəni  bu  sözləri  evin  kiĢisi 
yandığından  –  əsəblərinin  gərgin  həddə  çatması  səbəbindən  ürə-
yini  boĢaltmaq  üçün  iĢlədib.  Əslində,  ata  ürəyi  öz  övladının 
nəinki  ölümünə  razı  olmaz,  heç  xəstələnməsinə  də  qıymaz.  Ona 
görə də bu gərgin psixoloji səbəbi doğuran cəhətə də ―arvad son 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə