MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə58/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

 
~ 171 ~ 
―Xanbacı xanım, Əli kiĢi bütün gecəni yatmadılar, gözlərilə 
sübhü açdılar, sübh namazını qıldılar. Yenidən  yataqlarına uzan-
dılar...  Xanbacı  yenicə  çimir  vurmaq  istəyirdi...  Yuxuya  getdi, 
buna yuxu da demək olmazdı, bir balaca huĢa getdi. HuĢa getməyi 
ilə  yuxu  görməyi  bir  an  çəkdi:  evin  qabağındakı,  həmiĢə 
kölgəsində taxt  üstündə  oturub dincəldiyi qoca tut  ağacından bir 
gözəl  ilan  sallanıb  onlara  baxır.  Ġlan,  doğrudan  da  gözəl  idi: 
qarnının  altı  ağ  Ģırmayı,  belinin  üstü  qara  məxməri,  baĢında 
kəkili... 
– Vay! Bu nədi? – deyib yuxudan dik atıldı... Qan-tər apar-
mıĢdı  arvadı.  Bu  nə  yuxudu  ay  Allah!  –  deyib  yerindən  durdu, 
səhər tezdən qoçaq Havanın (evin qulluqçusu idi) quyudan çəkib 
ləmənin  üstünə  yığdığı  su  ilə  dolu  vedrələrin  birini  alıb,  həyətin 
dalından  axan  kiçik  çayın  üstünə  üz  tutdu.  Çayın  iti  axan 
hissəsində üzünü axar suya tutub danıĢmağa baĢladı: 
– Ya Allah! Özün bu yuxunu xeyirliyə cala, axar çay, axar 
sular aparıb dağlar, daĢlar, keçilməz qayalar arxasında gizləsin, ya 
Rəbbim!  Gördüyüm  yuxunu  xeyirliyə  cala,  gördüyüm  yuxunu 
xeyirliyə cala, ya Tanrı!  – deyib əlindəki bir vedrə suyu da çaya 
axıtdı – uzaq olsun, ya Allah!..  
Evin  dalındakı  kənddən  hər  gün  onlara  süd  gətirən  qız 
həmiĢəki kimi sakit, gülər üzlə:  
–  Sabahınız  xeyir,  Xanbacı  xala!  –  deyib  süd  bankəsini 
Havanın  artıq  soyuq  su  ilə  yaxalayıb  (süd  qalın  qazmaq 
bağlamasın  deyə  -  anam  belə  deyərdi...)  hazır  tutduğu  çüyün 
(emallı) qazana boĢaltdı, dönüb getdi. Qızın ĢümĢad boyu, əsmər 
sifəti,  axĢamkı  ilanabənzər  və  yanbızını  döyəcləyən  qoĢa  hörük-
ləri arvadı bir anlığa silkələyən kimi oldu... Olmaya?! Yox, yox! 
Xanbacı  xanım  bunu  özündən  uzaqlaĢdırdı,  elə  bircə  südçümüz 
çatmırdı... talıĢ qızı... 
Eyvana  çıxdı.  YanaĢı  otaqda  yatan  Adili  oyatmasın  deyə 
asta  addımlarla  öz  yataq  otaqlarına  girəndə  arxadan  Adilin 
xoĢbəxt, Ģaqraq səsi onu kandarda saxladı:  
–  Qızəli,  gəlinin  xoĢuna  gəldi?  –  deyərkən  elə  bil  Xan-
bacının baĢına bir qazan qaynar su  tökdülər. Özünü səndələmək-
dən güclə saxladı: 
–  BaĢa  düĢmədim  ay  bala,  nə  deyirsən?  (ƏslindəXanbacı 
çox gözəl baĢa düĢmüĢdü – axĢamkı yuxum çin çıxdı – fikrindən 
keçirib). Adil, nə tezdən durmusan? – arvad özünü bilməməzliyə 
qoydu.  
– Qızəli, o südçü qız xoĢuna gəlir, onu al, evlənim...  


 
~ 172 ~ 
–  Ay  bala,  o  hara,  biz  hara,  o  qız  bizə  bab  dör,  sən  nə 
danıĢırsan, baĢuva dönüm!‖ (1, 24-25). 
Bu  parçada  milli  ailə-məĢiət  həyat  tərzi  qabarıq  ifadəsini 
tapıb:  ərlə  arvadın  namaz  qılması  islami  dünyagörüĢü  əks 
etdirirsə,  yuxuya  (huĢa)  getməsilə  qəribə  bir  yuxunun  görülməsi 
isə xalqımızın təfəkküründə xüsusi yeri olan yuxugörmə vasitəsilə 
öncəgörməni  –  irəlidə  bizi  gözləyəcək  hadisədən  yuxu  simvolu 
vasitəsilə  qabaqcadan  xəbər  tutmanı  bildirir  ki,  yuxu  obrazının 
sirri  də  hələ  folklorumuzda  tam  açılmamıĢ  problemlərdən  biri 
olaraq qalmaqdadır.  
DəhĢətli  yuxu  görülən  zaman  axar  su  üstünə,  çay  kənarına 
gedilib  yuxunun  məzmununun  suya  danıĢılması  və  xeyirliyə 
yozulmasının arzulanması da milli həyat tərzimizdən soraq verən 
etnoqrafik  lövhələrdəndir.  Povestdə  Xanbacı  ananın  da  bu  cür 
hərəkət  eləməsi  məhz  xalqımızın  bu  yuxu  inancından  doğan 
əlamətdir.  Yuxunu  gördüyü  günün  səhərisi  isə  ĢümĢad  boylu, 
əsmər bənizli, ilanabənzər qoĢa hörükləri yanbızlarını döyəcləyən 
talıĢ  qızı  ilə  rastlaĢması  ilə  ani  olaraq  yuxusunu  eynində 
dolandırıb:  ―Yuxum  çin  çıxdı‖,  -  deyə  fikrindən  keçirməsi  və 
azacıq  sonra  oğlunun  da  bu  intuitiv  duyğunu  təsdiq  etməsi  bir 
daha həyatda baĢ vermiĢ bu yuxu fraqmentinin çin çıxması faktını 
göstərir.  Bu  və  bu  kimi  saysız-hesabsız  yuxugörmə  faktlarının 
həyatda  çin  çıxması  isə  bir  daha  yuxunun  sirli-sehrli,  möcüzəli 
tərəfini ortaya qoyur və ruhun sirlərindən biri kimi folklorĢünaslıq 
elmi qarĢısında qalmaqdadır.  
Bir  sözlə,  Sevil  Nurun  ―Anam  deyərdi  ki..‖  adlı  povest-
soynaməsində  ―n‖  sayda  real  həyatdan  gələn  və  xalqımızın  XX 
əsr  tarixi  ilə  birbaĢa  qaynayıb-qovuĢmuĢ  folklor  elementlərini 
misal  gətirmək  olar.  Bu,  nəyi  iĢarələyir?  Bu,  xalqımızın  fitrətən 
öz tarixini folklorumuzla çarpazlaĢdırıb – qovuĢdurmaq ənənəsini 
göstərir və bu ənənə təbii Ģəkildə Xanım Ananın dilində qorunub 
saxlanılmıĢdır.  Professor,  dilçi  alim  Sevil  xanım  Mehdiyeva  – 
Nurəlibəyli  isə  Nur  təxəllüsünü  (imzasını)  bu  dəfə  özündə 
simvolik  missiya  kimi  daĢıyaraq,  XX  əsrin  keĢməkeĢli  həyatını 
yaddaĢda  yaĢayan  folklor  hadisəsi  kimi  olduğu  kimi  qələmə 
almaqla  tarixin  qaranlıq  səhifələrinə  nur,  iĢıq  saçmağa  müyəssər 
olmuĢdur. Bəli, türk xalqları, o cümlədən Azərbaycan xalqı da öz 
tarixini  folklorunda  yaĢadır,  quru  dillə,  rəsmi  salnaməçiliklə, 
yorucu-bezici  tarixi  rəqəmlərin  vasitəsilə  yox,  folklor  dilinin 
Ģirinliyi ilə öz tarixini sinədəftər edib yaddaĢ xəzinəsində qoruyub 
yaĢadıb.  YaddaĢ  xəzinəsində  qorunub  saxlanan  tarix  kitabı  isə 


 
~ 173 ~ 
milli-mənəvi  dəyərlərimizlə  birgə  –  xalq  həyatı  ilə,  folklor-
etnoqrafik  detallarla,  milli  ailə-məiĢət  həyatı  ilə  vəhdətdə  açılıb 
vərəqlənir.  Necə  ki,  bu  folklorda  yaĢayan  tarix  kitabımızın  bir 
nümunəsini  Ģərəfli  mirzəlik  missiyasını  yerinə  yetirməklə  Sevil 
Nur  bizlərə  ―Anam  deyərdi  ki..‖  adı  altında  təqdim  elədi.  Bu 
ənənənin  kökü  çox-çox  qədimlərə  gedib  çıxır.  1300  ildən  çox 
tarixə malik olan ―Kitabi-Dədə Qorqud‖ adlı milli tarix kitabımız 
bunun  ən  bariz  nümunəsidir.  Həmin  ulu  ənənəmizin  davamı  bu 
gün  XX  əsrin  aynasını  əks  etdirən  kitabda  –  2014-cü  ildə 
―Nurlan‖  nəĢriyyatında  buraxılan  kitabda  reallaĢdı.  Türkoloq-
larımız,  qorqudĢünaslarımız  bir  vaxtlar  12  boyluq  ―Kitabi-Dədə 
Qorqud‖  dastanının  13-cü  boyunun  olması  haqda  məlumat 
vermiĢdilər,  lakin  Leninqrad  kitabxanasınınmı,  ya  hansısa  kitab-
xananınsa  arxivindən  həmin  kitab  –  həmin  13-cü  boy  bədnam-
larımız  tərəfindən  it-bata  salındı.  Məhz  həmin  tarixi-filoloji 
ənənənin  davamı  olan  və  XX  əsrə  güzgü  tutan  Sevil  Nurun 
―Anam  deyərdi  ki..‖  kitabını  simvolik  olaraq  ―Dədə  Qorqud‖un 
müasir dövrdə üzə çıxan 13-cü boyu hesab etmək olar. Necə ki, 
―Dədəm Qorqud gəlibən soy soyladı, boy boyladı, bu oğuznaməyi 
düzdü-qoĢdu, getdi‖, bax eləcə də Sevil xanım Anasının dilindən 
bu soynaməni yazdı, bizlərə ərməğan qoydu və bir mirzə – münĢi 
kimi  çox  böyük  fədakarlıq  etdi  deyirik.  Dədə  kitabımız,  Baba 
kitabımız adlandırdığımız bu Ana kitabımız – BaĢ kitabımız olan 
―Kitabi-Dədə Qorqud‖ dastanının motivləri əsasında Xalq yazıçısı 
Anar ssenari yazdı, film çəkildi. Ġndi isə bir Xanım Ananın dilinin 
Ģirinliyindən  süzülüb  gələn,  tariximizi,  soyumuzu  milli-mənəvi 
dəyərlərimizlə  birgə  təqdim  edən  ―Anam  deyərdi  ki..‖  soyna-
məsini  Dədə-Baba  yurdundan  soraq  verən  Ana  kitabımız  kimi 
ssenariləĢdirib  filmə çəkməyin  zamanı gəlibdir.  O zaman folklor 
materialından  təĢkil  olunmuĢ  tariximizin  bu  Ģəffaf  güzgüsündə 
milli-mənəvi kimliyimizi də parlaqlığı ilə görərik!.. 
 
Ədəbiyyat: 
 
1. Sevil Nur (Mehdiyeva-Nurəlibəyli). ―Anam deyərdi ki..‖, Bakı, 
―Nurlan‖ nəĢr., 2014.  
2.  Ġnformator:  Albalıyeva  Qərənfil  QubuĢ  qızı.  Təvəllüd-1942. 
Ġbtidai təhsilli. 
 
 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə