MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

 
~ 160 ~ 
6.Xəlilov  Pənah.  «Aytmatovun  qadınlar  aləmi».  «Ulduz»,  1987, 
№ 12 
АГАЕВА САБИНА  
 
ТРАГЕДИЯ КИРГИЗСКОЙ ЖЕНЩИНЫ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: война, женщина, верность, любовь 
 
В  статье  анализируется  жизнь  киргизских  женщин, 
ставших главными героинями в повестях Чингиза Айтматова. 
Раскрывается глубина трагедии их души. 
 
 
AGAYEVA SABĠNA  
 
THE TRAGEDY OF KIRGIZ’S WOMAN 
 
SUMMARY 
 
Key words: war, woman, devotion, love
 
 
This article discusses the life of Kyrgyzstan women who be-
came the protagonist of the Chingiz Aitmatov’s novels. It reveals 
the depth of the tragedy of their souls. 
 


 
~ 161 ~ 
ġAKĠR ALBALIYEV 
AMEA Folklor Ġnstitutu, dosent 
 
“ANAM DEYƏRDĠ KĠ...” SOYNAMƏSI – ÇAĞDAġ 
DÖVRÜMÜZÜN OĞUZNAMƏSĠ, YA “DƏDƏ 
QORQUD”un XIII BOYNAMƏSĠ!.. 
 
Açar sözlər: folklor, povest, ana, entoqrafiya, tarix 
 
Sevil  Nur  (Mehdiyeva-Nurəlibəyli)  povest-soynamə  adlan-
dırdığı  ―Anam  deyərdi  ki..‖  əsərinin  müqəddiməsində  oxuculara 
xitabən  qeyd  edir  ki,  ―Burada  nə  varsa,  bir  Xanım  Ananın  Ģirin 
xatirələridir! Mənim iĢim bu söhbətləri səbirlə dinləmək, gecələr 
su da yatanda onları olduğu kimi qələmə almaq marağı olmuĢdur! 
Bu  yazının  əsl  müəllifi  cəfakeĢ,  həyatın  hər  cür  gözlənilməzlik-
lərinə  durub-dözmüĢ  mənim  sərtqaya  Anamdır!  Mənim  Xanım 
Anam!‖ 
Müəllifin  ―Qılınc  ləqəbli  Atamın,  üzünurlu,  əli  Quranlı 
Xanım  Anamın  əziz  xatirəsinə‖  epiqrafı  ilə  baĢladığı  bu  xatirə-
kitabı  oxuduqca  istər-istəməz  beynimdən  bir  fikir  gəlib  keçdi: 
görəsən  tarixin  yüzilliklərini  adlayıb  günümüzədək  gəlib  çatmıĢ 
Ana  kitabımız  –  BaĢ  kitabımız  olan  Dədə  kitabımız  –  Baba 
kitabımız  ―Kitabi-Dədə  Qorqud‖  adlı  nəhəng  folklor  abidəmizi 
vaxtında – vədəsində cəfakeĢliklə yazıya köçürmüĢ katib (mirzə) 
olmasaydı,  bu  cür  möhtəĢəm,  misilsiz  folklor  incimizin  taleyi 
necə olardı?!. Bu məqamda ―Kitabi-Dədə Qorqud‖umuzu qələmə 
almıĢ  mirzənin  əməyinin  nə  dərəcədə  böyük  əhəmiyyətə  malik 
olduğunu özlüyümüzdə tam aydınlaĢdırırıq.  
Bax  professor  Sevil  Hacıbala  qızı  Mehdiyevanın  –  Sevil 
Nurun  da  konkret  bir  dövrə  –  XX  əsrə  canlı  Ģahidlik  edən 
Anasının xatirələrini olduğu kimi, xüsusən də milli koloriti qoru-
yub saxlamaq Ģərtilə  yazının, qələmin-kağızın  yaddaĢına salması 
eyni dərəcədə mühüm əhəmiyyətə malikdir. AMEA Nəsimi adına 
Dilçilik  Ġnstitutunun  əməkdaĢı  olan  Sevil  xanımın  bir  alim  kimi 
dilçilik  elmi  sahəsindəki  elmi  axtarıĢlarının  nəticələri  olan  200-
dən çox elmi və elmi-publisistik yazılarının, 5 monoqrafiyasının, 
3  metodiki  vəsaitin,  həmmüəllifi  olduğu  9  monoqrafiyasının  üs-
tünə  kölgə  salmadan,  dəyərlərini  əskiltmədən,  hətta  əksinə, 
artıraraq, ağır çəkiyə malik olduğunu bilərək, onları tərəzinin bir 
gözünə,  ―Anam  deyərdi  ki..‖  povest-soynaməsini  isə  tərəzinin  o 
biri  gözünə  qoyub  heç  də  bu  kitabın  yüngül  gəlmədiyini,  hələ 


 
~ 162 ~ 
bəlkə  də  ağır  gəldiyini  deyərdim...  Ona  görə  ki,  bu  kitabda  XX 
əsrin  tarixi  fonunda  Azərbaycan  dünyası  milli-mənəvi  zənginliyi 
ilə özünün əhatəli və dolğun real təsvirini tapıbdır. ―Anam deyər-
di ki..‖ – kitabın adı, hər Ģeydən öncə, mahiyyətə iĢıq salır. Sevil 
xanım  anasının  gördüklərini  –  xatirələrini  cəfakeĢ  mirzə  sifətilə 
olduğu kimi qələmə alıb. Özünün qeyd etdiyi kimi, ―bu söhbətləri 
səbirlə  dinləyib.  Gecələr  su  yatanda  olduğu  kimi  qələmə  alıb‖. 
Bu,  nə  deməkdir?  ―Gecələr  su  yatanda‖  o  deməkdir  ki,  gecənin 
bir əyyamı olur ki, mifik düĢüncədə o vədə hətta sular da yatır – 
dünya tamam baĢdan-baĢa səssizlik içində olur. Bu sakitlik içində 
ətraf aləmi rahatlıqla dinĢəmək olur, eyni zamanda bu səssizlikdə 
heç  nə  adama  mane  olmur  və  rahatlıqla  istədiyini  yaza  bilirsən. 
Hətta  Ģairlərin  də  gecələr  –  gecələrin  su  yatan  vaxtında  ilhama 
gəlib Ģeir  yaza bilməsinin də psixoloji-mifoloji səbəbində bu cür 
sakitlikdə  sərbəstləĢmək  prinsipi  dayanır.  Və  gecənin  bu  səssiz 
vədələrində  mələklərin  nə  pıçıldadığını  aydınca  eĢidirsən  və  bu 
pıçıltıları qələmin ucuna atıb misralara – mələklərin dili olan Ģirin 
misralara  çevirirsən.  Bax  beləcə,  Sevil  Mehdiyeva  (Nur)  da  heç 
bir  inni-cinninin  onun  yazı  prosesinə  mane  olmadığı  ―su  yatan 
vədədə‖ anasının xatirələrini mirzə kimi yazıya köçürməsi də bu 
təbiiliyin  pozulmamasına  gətirib  çıxarmıĢdır.  Özü  də  bir  incə 
nüansı  da  özümün  qələm  təcrübəmdən  çıxıĢ  edib  deyim  ki, 
hadisələri  danıĢanın  dilindən  olduğu  kimi  eĢidib  qələmə  almaq 
özü də bir ağır iĢdir. Bəlkə də, çoxları deyə bilər ki, burda nə var 
ki,  fikirləĢib,  düĢünüb-yazmırsan  ki!.  Əksinə,  bu  məqamlarda 
diqqətini  daha  çox  toplayıb  səfərbər  etməlisən  ki,  danıĢanın 
xatirələrini  olduğu  kimi  təqdim  edə  biləsən,  danıĢanın  iç  dünya-
sından gəlib keçənləri təbiiliyi pozmadan verə biləsən. Bu zaman 
isə  gərəkdir  ki,  birinci  növbədə  yazan  özü  –  katib,  mirzə  qeydə 
aldıqlarını  danıĢanın  psixoloji-mənəvi  aləminə  girə  bilməklə, 
xatirə  danıĢanın  aurasına  düĢə  bilməklə  yazıya  alsın.  BaĢqasının 
iç dünyasına – könül aləminə nüfuz eləmək üçün isə gərək həmən 
psixoloji  durumu  yaĢayasan.  Bu  yaĢantının  isə  ürək  tellərinin  nə 
dərəcədə həzinliklə, kövrəkliklə titrəməsi bahasına baĢa gəlməsi, 
sinir  tellərinin  də  eyni  ahənglə  bu  ritmə  tabe  olması  hesabına 
olması yəqin ki, yazardan nə qədər böyük həssaslıq və məsuliyyət 
hissi  tələb  etdiyini  aydın  göstərir.  Bəli,  məhz  Sevil  xanım  XX 
əsrin  keĢməkeĢli  ab-havasını  öz  doğmaca  anasının  iç  dünyasını 
onunla  birgə  yaĢaması  hesabına  belə  bir  tarixi-etnoqrafik  yönlü 
dəyərli  bir  xatirə-memuar  kitabını  yazmağa  nail  olmuĢdur.  Elə 
bilirəm ki, bu kitabın əsasında ssenari çəkilsə, həmin filmə tamaĢa 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə