MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

 
~ 166 ~ 
vaxtlar  onun  hövsələsini  lap  daraltmıĢdı...‖  cümləsində  aydınlıq 
gətirilmiĢdir.  Amma  bütün  bunlara  baxmayaraq,  yenə  kiĢi 
qəlbinin  döyüntülərini  ifadə  edən  bir  cümlədə  –  ―əslində  o,  heç 
arvadını qınamırdı da‖ – verilən fikirdə ər arvadının ruhi vəziyyə-
tindən doğan deyingənliyinin səbəbini övladlarının acından ölmək 
təlaĢından yarandığını anlayır.  
Milli həyatımızın etnoqrafik aynası kimi özünü göstərən bu 
detallara  daha  bir  cümlə  ilə  belə  aydınlıq  gətirilir  ki,  ―Birgə 
həyatlarının  on  doqquz  ilini  çox  səmimi,  mehriban  keçinmiĢ  bu 
cavan  ər-arvad,  demək  olar  ki,  bir-birlərinə  soyuq  söz  deməmiĢ, 
həmiĢə  necə  deyərlər,  üzü  sulu  dolanmıĢ,  bir-birlərindən  abır-
həya saxlamıĢdılar‖. Deməli, on doqquz il bir igidin ömrüdür. Ər-
arvadın  bu  illərdə  bir-birləri  ilə  abır-həyalı  dolanması  da  ailə 
həyatımızın özəlliklərindən sayılmalıdır. ―Abır harda, çörək orda‖ 
deyib,  həm  də  ailədə  pərdə  saxlamağı  vacib  amil  hesab  edib 
babalarımız.  
Ərin  əlində  ali  təhsil  diplomu  olmasına  baxmayaraq,  ailə-
uĢağını acından ölməyə qoymamaq üçün evindən-eĢiyindən çıxıb 
Bakıya  üz  tutması,  fəhləliyi  ən  saf  peĢə  hesab  edib,  zavodların 
birində kiĢi qüvvəsi  ilə  – zəhmətə qatlaĢmaqla iĢləməyə  getməsi 
də  Azərbaycan  kiĢisinin  mental  duyğularını  əks  elətdirir. 
Yuxarıda  dediyi  kimi,  ―bazarda,  qapan  dibində  durmağı‖  özünə-
Ģəninə  sığıĢdırmayıb,  ali  təhsilli  olduğu  halda  ağır  zəhmət  tələb 
edən kiĢi iĢinə – fəhləliyə baĢlamağı özünə Ģərəf sayır. Bu arada 
müəllifin  iĢlətdiyi  ―Müharibə  kiĢi  iĢlərini  də  qadınların  çiyninə 
qoymuĢdu‖  cümləsi  də  bu  məsələyə  iĢıq  salır.  Yəni  xalqımızın 
milli  adət-ənənəsində  zərif  məxluq  hesab  olunan  qadın  iĢi  də 
qadın adına yaraĢan incə, zərif, daha doğrusu, yüngül, çox zəhmət 
tələb  etməyən  iĢ  olmalıdır.  KiĢi  isə  xalqımızın  təfəkküründə 
qürur,  əzəmət  simvolu  olduğundan,  ağır,  fiziki  iĢlərin  görülməsi 
də  milli  düĢüncədə  kiĢilərin  çiyninə  bir  Ģərəfli  yük  kimi  düĢür. 
KiĢi  kiĢi  iĢi  görməlidir,  kiĢi  zəhmət  çəkib  ailə  yükü  çəkməli, 
arvad-uĢağını  dolandırmalıdır.  Bu  prinsip  ailəçilik  devizimiz 
olduğundan  povestdə  də  problem  bu  Ģəkildə  qoyulmuĢdur.  Bu 
gün  Avropanın  bizə  yeni  bir  tendensiya  kimi  sırımaq  istədiyi 
gender  bərabərliyi  prinsipi  xalqımızın  ailə-məiĢət  həyatında, 
folklorumuzda yetərincə öz həllini tapmıĢdır. ―KiĢinin kiĢi iĢi var, 
arvadın  arvad  iĢi‖  bölgüsü  ilə  hər  bir  iĢ  ağır-yüngüllüyü  nəzərə 
alınmaqla ta binayi-qədimdən xalq təfəkküründə nizamlanmıĢdır. 
ĠĢlərin yüngülü, zərifi qadınlarımıza, ağırı, ağır fiziki zəhmət tələb 
edənləri  isə  güc  ifadəçisi  olan  kiĢilərə  həvalə  olunmuĢdur. 


 
~ 167 ~ 
Xüsusən də ev iĢləri qadınlara Ģamil edilmiĢ (hətta buna müvafiq 
bir ―evdar qadın‖ ifadəsi də formalaĢmıĢdır, heç vaxt ―evdar kiĢi‖ 
ifadəsi  iĢlənməz,  iĢlənsə  də  lağ  obyekti  kimi,  ironik  mənada 
iĢlənər), çöl-bayır iĢləri isə kiĢilərə aid olunmuĢdur.  
Sevil  Nur  ―Anam  deyərdi  ki..‖  kitabında  məhz  milli-etno-
qrafik  detalları  təsvirə  gətirmiĢdir.  Əlbəttə,  bu  elementlər  əsərin 
ruhundan,  hadisələrin  gediĢatından  doğan  təbii  amillər  kimi 
meydana çıxır, ona görə ki, tarixi hadisələr Azərbaycan regionun-
da  və  Azərbaycan  əhalisinin  məiĢət  həyatı  zəminində  cərəyan 
edir.  Mühitin  insanların  həyatında  oynadığı  rol  da  bu  zaman 
diqqətdən  yayınmır,  ziddiyyətli  məqamlar  da  həyatın  reallığı 
olaraq müĢahidə obyektindən kənarda qalmır: ―Əslində çox yaxın 
qohum  olan  bu  iki  adam  bir-birinə  daban-dabana  zidd  təbiətə 
malik  idilər,  onlar  həmyaĢıd  olmalarına  və  uĢaqlıqda  bir  yerdə 
aĢıq-aĢıq,  çilədi,  Ģuppu-Ģuppu,  saqqa-saqqa  oynamaqlarına  bax-
mayaraq,  gənclik  onları  baĢqa-baĢqa  ruhda  tərbiyələndirmiĢ  və 
nəhayət,  yetkin  kiĢilər  olduqda  az  qala  sinfi  düĢmənə  çevril-
miĢdilər‖ (1, 7-8). 
Göründüyü kimi, uĢaq oyunları adları burada xatırladılır və 
ictimai  mühitin  insan  həyatındakı  təsirli  rolu  diqqət  mərkəzinə 
çəkilir ki, bu da reallığın inikası kimi düĢünülməlidir.  
―Bir  gün  Sədulla  bəy  kəndin  dalında  Çovdara  rast  gəldi. 
Oturduğu  kəhər  atdan  endi,  qoĢalüləni  çiynindən  alıb  kəhərin 
boynuna  keçirdi:  əsl  kiĢi  odur  ki,  silahsız  bac  ala,  kiĢi  özü  silah 
olmalıdır, – fikrilə Çovdara yaxınlaĢdı‖. 
Bundan  sonra  Sədulla  bəy  Çovdarı  elədiyi  baĢından  böyük 
qələt  üstündə  söyüb  –  yamanlayır:  ―Qoduğ  oğlu  qoduğ,  ġahdağ, 
Eldayaq kimi oğulların anası it Yaqubun oğluna salam versin?  – 
deyib atını mahmızlamıĢdı‖ (1, 8). 
Bu  epizodlarda  xalq  həyatının  təsviri  canlandırılır:  kəhər 
atın  belində,  qoĢalülə  tüfəng  çiynində  olan  Sədulla  bəy  bir  türk 
kiĢisi – azərbaycanlı övladı kimi təqdim olunur və folklorumuzun 
bir  janrı  olan  el  söyüĢü  ilə  yaĢlı  qadına  qarĢı  hörmətsizlik  edəni 
özünə  düĢmən  bildiyi  üçün  haqlı  yerə  təhqir  edib  yamanlayır. 
Burada  iki  məqama  diqqəti  yönəltmək  gərəkdir:  yaĢlı  qadın 
Mərcan  keyvəni  (keyvəni  –  yaĢlı,  zəif  qoca  qadın  mənasında  el 
arasında iĢlənir, hətta Qarabağda ―keyvəndi‖ formasında da yaĢlı 
adamların  dilində  bu  söz  qalmaqdadır)  oğlanlarına  ġahdağ, 
Eldayaq  adları  veribmiĢ  ki,  bu  da  Ģəxs  adları  kimi xüsusi  maraq 
doğurur  və  bu  cür  əzəmətli  adları  daĢıyan  oğullar  el  yolunda 
müharibədə qurban getmiĢlər. Deməli, hər Ģeydən öncə, ad özü də 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə