MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə52/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

 
~ 154 ~ 
ALĠYEVA GULGUN 
 
CONSIDERATIONS ON SOME OF LITERATURE 
 
SUMMARY 
 
Key words: a modern concept, the city, the term, the village 
 
The article provides information on contemporary literature. 
Here  yeniliyindən  literature,  "rural"  and  "urban"  is  about  the 
frequency  of  publication  of  the  application  of  concepts  and 
terminology. The author notes that, Sabir Ahmadov, the "village" 
is one of the brightest representatives of prose, and in this article 
as  an  example  of  "the  rest  of  the  trail  on  the  hill",  a  story  is 
analyzed.  The  article  also  tells  about  the  life  and  work 
Malikzadeh Isi. 


 
AĞAYEVA SƏBĠNƏ 
BDU, dosent  
 
QIRĞIZ QADINININ FACĠƏSĠ 
 
Açar sözlər: müharibə, qadın, sədaqət, məhəbbət 
 
Çingiz Aytmatovun əsərləri qırğız bədii nəsrinin inkiĢafında 
əhəmiyyətli yer tutur. Onun üçün vacib olan varlıq – insandır və o 
insanın zəngin dünyasını hər zaman kəĢf etməyə çalıĢırdı. 
Ç.  Aytmatov  bir  çox  qırğız  nasirlərindən  fərqlənir.  O 
yaratdığı  obrazlarının  daxili  aləminin  mürəkkəbliyini  göstərə 
bilən  yazıçılardandır.  Onun  bir  çox  əsərlərində  qadın  surətləri 
özünəməxsus  yer  tutur.  Onun  «Ana  tarla»,  «Qırmızı  yaylıqlı 
qovağım  mənim»,  «Cəmilə»  əsərlərində  qadın  qəhrəmanlarının 
həyatı geniĢ Ģəkildə əks olunmuĢdur. Bir necə əsərlərdə II dünya 
müharibəsinin  abu-havası  duyulur.  KiĢilər  müharibədə  düĢmənə 
qarĢı  çıxaraq,  qadınlar  isə  doğma  kəndlərində  ərlərinin  iĢlərini 
davam  etdirirdilər.  Ön  cəbhəyə  əllərindən  gələn  köməyi 
əsirgəmirdilər. «Ana tarla» povestində ədib ana ilə tarla arasında 
olan bənzərlikləri oxucuya çatdırmağa çalıĢır.  
Ana  dünyaya  övlad  gətirir  tarla  isə  ruzi-bərəkət.  Müharibə-
nin  amansız  sınaqlarından  ana  da  və  tarlada  keçir.  Povestin 
qəhrəmanı Tolqanay gizli saxladığı bir həqiqəti insanlarla bölüĢ-
mək istəyir. Əsər ana tarla ilə Tolqanayın dialoqu ilə baĢlayır və 
dialoqla da bitir.  
Ana tarla bu qadının taleyinə acıyır, çətin günlərdə ona yeni 
qüvvə  toplamaqda  kömək  edir.  Ana  tarla  insanların  törətdiyi 
müharibələrdən  əziyyət  çəkir,  o  istəyir  ki,  insanlar  çalıĢaraq 
yaĢadıqları ölkəni ən gözəl məskənə çevirsinlər. 
Tolqanay  müharibədən  əvvəl  çox  xoĢbəxt  yaĢayırdı.  O, 
oğullarının  xoĢbəxt  ailə  qurmasını  arzu  edirdi.  Həyat  yoldaĢı 
Suvanqulla  birlikdə  halal  zəhmətləri  ilə  dolanırdılar.  Amma 
müharibə  arzularını  alt-üst  etdi.  Bu  qadın  üç  oğlunu,  həyat 
yoldaĢını və gəlini Alimanı itirdi. Ancaq buna baxmayaraq, həyat 
davam etdi. Çunki Alimamdan sonra qalan və Tolqanaya doğma 
olmayan körpənin qayğısına qalıb onu böyütməliydi. Qadın ondan 
çəkinir  ki,  bu  oğlan  böyüdükdən  sonra  acı  həqiqəti  qavramağı 
bacararmı, olmuĢ hadisəni eĢidəndən sonra ona necə baxacaq. 


 
~ 156 ~ 
Müharibə sadə qırğız qadınına zərbəni zərbə dalınca endirir. 
Doğmaları  cəbhəyə  gedərkən,  o  kolxozda  briqadir  kimi  çalıĢır. 
Həmin  o  illər  aullarda  qocalar,  qadınlar  və  uĢaqlar  qalmıĢdır, 
maĢınlar  cəbhəyə  göndərilmiĢdir.  Tolqanay  səhərlər  ayaq  üstə 
ora-bura  qaçırdı,  gecəyə  qədər  idarədə  olurdu.  Bununla  bərabər 
bir  gün  xəbər  gəldi  ki  onun  oğlu  Masalbəy  qatarla  stansiyadan 
keçəcək.  Bu  Tolqanayın  və  Alimanın  Masalbəylə  tələsik  görüĢü 
oldu. EĢelonla keçərkən Masalbəy bir neçə söz deyə bilmiĢdir. 
Tolqanay povestin ən həyəcanlı səhnələrində dəmir eĢelonun 
arxasınca  qaçan  ana,  soyuq  polad  relsi,  gözləri  yaĢlı  qucaqlayan 
ana kimi təsvir olunur. Tolqanay xatırlayır ki, ən ağır illərdə xalq 
bir  oldu.  Onlar  kolxozda  var  güclə  iĢləyirdilər  və  qələbəni 
gözləyirdilər. 
Bu əsərin süjetində təsadüflər yoxdur. Həmin dövrdə az ailə 
olardı  ki,  müharibə  illərinin  faciəli  hadisələri  ona  toxunmasın. 
Ç.Aytmatov  Tolqanayın  həyatı  ilə  paralel  olaraq  onun  gəlini 
Alimanın  da  taleyini  göstərir.  Alimanın  da  həyatına  müharibə 
zərbə  vurmuĢdur.  Həyatda  bərkiməyən  Aliman  daxilən  sınır. 
Yazıçı  saf,  zərif  və  sevən  bir  insanın  taleyini  göstərir.  Tolqanay 
görür  ki,  Aliman  həlak  olan  Qasıma  bəslədiyi  məhəbbəti  dünya 
ilə  onun  arasında  bir  pərdə  çəkdi,  o,  baĢqasını  sevmək  barədə 
düĢünə bilməzdi. Amma ana fikirləĢir ki, zaman keçəcək və bəlkə 
bir  adam  tapılacaq,  Alimana  kədərini  unutduracaq  və  baĢqa 
gəlinlər kimi Alimanda yenə sevəcək. Yazıçı Alimanı Tolqanayın 
gözü ilə göstərir. 
Alimanın həyatına nəzər salsaq görə bilərik ki, bu cavan qız 
zanbaq  gülünü  çox  sevirdi.  Müharibədən  əvvəl,  bir  gün  Qasım 
tarlada  iĢləyəndə  gülləri  yığıb  onun  kombaynına  qoymuĢdur. 
Tolqanay  bunu  Alimanın  Qasıma  olan  sevgisinin  iĢarəsi  kimi 
anlamıĢdır  və  Qasımın  ölümündən  sonra  Tolqanay  görür  ki, 
Aliman zanbaqları dərib qara yaylığına yığıb, baĢını qaldırıb ətra-
fına  baxır,  sonra  qəmgin-qəmgin  güllərə  baxdı,  üzü  üstə  yıxıldı, 
yığdığı  gülləri  qırıb  tökdü,  sonra  sakitləĢdi  və  ağladı  [1,  48]. 
Alimanın ən ağır günlərindən biri idi o gün. Öz qısa həyatında o 
çox  çətinliklərlə  üzləĢdi.  QonĢu  kənddən  olan  çoban  tərəfindən 
aldadılan  cavan  gəlin  özünə  qapanır.  Tolqanay  hər  əzaba 
qatlaĢaraq gəlini Alimanı qorumağa çalıĢırdı. Amma Aliman Ģirin 
xülyalı  sevginin  qurbanı  oldu.  Bir  müddət  keçdikdən  sonra 
sarayda saman üstündə tək-tənha uĢağını dünyaya gətirir. Aliman 
çətin  doğuĢdan  sonra  vəfat  edir.  Tolqanay  onu  bağıĢlayır  və 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə