~ 154 ~
ALĠYEVA GULGUN
CONSIDERATIONS ON SOME OF LITERATURE
SUMMARY
Key words: a modern concept, the city, the term, the village
The article provides information on contemporary literature.
Here yeniliyindən literature, "rural" and "urban" is about the
frequency of publication of the application of concepts and
terminology. The author notes that, Sabir Ahmadov, the "village"
is one of the brightest representatives of prose, and in this article
as an example of "the rest of the trail on the hill", a story is
analyzed. The article also tells about the life and work
Malikzadeh Isi.
AĞAYEVA SƏBĠNƏ
BDU, dosent
QIRĞIZ QADINININ FACĠƏSĠ
Açar sözlər: müharibə, qadın, sədaqət, məhəbbət
Çingiz Aytmatovun əsərləri qırğız bədii nəsrinin inkiĢafında
əhəmiyyətli yer tutur. Onun üçün vacib olan varlıq – insandır və o
insanın zəngin dünyasını hər zaman kəĢf etməyə çalıĢırdı.
Ç. Aytmatov bir çox qırğız nasirlərindən fərqlənir. O
yaratdığı obrazlarının daxili aləminin mürəkkəbliyini göstərə
bilən yazıçılardandır. Onun bir çox əsərlərində qadın surətləri
özünəməxsus yer tutur. Onun «Ana tarla», «Qırmızı yaylıqlı
qovağım mənim», «Cəmilə» əsərlərində qadın qəhrəmanlarının
həyatı geniĢ Ģəkildə əks olunmuĢdur. Bir necə əsərlərdə II dünya
müharibəsinin abu-havası duyulur. KiĢilər müharibədə düĢmənə
qarĢı çıxaraq, qadınlar isə doğma kəndlərində ərlərinin iĢlərini
davam etdirirdilər. Ön cəbhəyə əllərindən gələn köməyi
əsirgəmirdilər. «Ana tarla» povestində ədib ana ilə tarla arasında
olan bənzərlikləri oxucuya çatdırmağa çalıĢır.
Ana dünyaya övlad gətirir tarla isə ruzi-bərəkət. Müharibə-
nin amansız sınaqlarından ana da və tarlada keçir. Povestin
qəhrəmanı Tolqanay gizli saxladığı bir həqiqəti insanlarla bölüĢ-
mək istəyir. Əsər ana tarla ilə Tolqanayın dialoqu ilə baĢlayır və
dialoqla da bitir.
Ana tarla bu qadının taleyinə acıyır, çətin günlərdə ona yeni
qüvvə toplamaqda kömək edir. Ana tarla insanların törətdiyi
müharibələrdən əziyyət çəkir, o istəyir ki, insanlar çalıĢaraq
yaĢadıqları ölkəni ən gözəl məskənə çevirsinlər.
Tolqanay müharibədən əvvəl çox xoĢbəxt yaĢayırdı. O,
oğullarının xoĢbəxt ailə qurmasını arzu edirdi. Həyat yoldaĢı
Suvanqulla birlikdə halal zəhmətləri ilə dolanırdılar. Amma
müharibə arzularını alt-üst etdi. Bu qadın üç oğlunu, həyat
yoldaĢını və gəlini Alimanı itirdi. Ancaq buna baxmayaraq, həyat
davam etdi. Çunki Alimamdan sonra qalan və Tolqanaya doğma
olmayan körpənin qayğısına qalıb onu böyütməliydi. Qadın ondan
çəkinir ki, bu oğlan böyüdükdən sonra acı həqiqəti qavramağı
bacararmı, olmuĢ hadisəni eĢidəndən sonra ona necə baxacaq.