~ 142 ~
etmiĢlər‖ (4.s.111). Həmçinin hər bir bölgənin özünəməxsus adət-
ənənələri, özəllikləri var. Qarabağda mərasimlər zamanı maraqlı
tamaĢalar göstərilir, oyunlar keçirilirdi. Bunlardan ―Kəndirbaz‖,
―Keçi papaq‖, ―Yelləncək‖ və s. Hər il Novruz bayramı ərəfəsin-
də kəndə kəndirbazlar gəlirdi. Onlar xüsusi kəndir üzərində məra-
simlər keçirdiyi zaman, gözün Ģüasını qırmaq üçün kəndirbazın
keçi papağı, keçinin baĢının formasında maskalar geyərək, yerdə
maraqlı söhbətlər və cürbəcür hərəkətlər edirdilər. Onlar insanlar-
dan nəmər yığar və nəmər verən o insanların adlarını çəkib təĢək-
kür edərdilər. AĢıq dəstələri bu göstərilən mərasim məclislərində
kəndirbazı müĢayiət edirdilər.
ÇərĢənbə axĢamlarında kəndin hündür yerində Məsədi
Abbas qayasında ―VıĢka‖ deyilən hündürlükdə bir neçə köhnə
maĢın, traktor təkərlərini Kitabi Dədə Qorqud dastanımızda
olduğu kimi üç yerdə yandırardılar. Bütün gecəni səhərə kimi bu
tonqallar yanırdı. Rayonun ən ucqar kəndləri bu alovu görürdü.
Səhər bulaq baĢına gedər, hər bir insan, dərdini suya danı-
Ģardı ki, onu su yuyub aparsın. Su üstündən atlanıb xəstəliklərdən
xilas olmaq, sudan içməklə səsi təmizləmək və s. kimi ənənələr
müxtəlif görüĢ və tapınmaları ifadə etdiyi kimi eyni zamanda
bayramı el içində müqəddəsləĢdirən mərasimlərdi. ―Kiçikbəyim
suyun kənarına gəldi: ‖Ağırlığım, uğurluğum tökülsün!‖-deyə bir
neçə dəfə suyun üstündən o yan-bu yana atlandı.‖ (2.s.455)
ġahnisə xanım bir az dincəlib durdu, bulaq baĢında əl-üzünü yudu
və: ―Ağırlığım uğurluğum tökülsün!‖ deyə axar su üstündən
atlandı.(2. s.456) Od üstündən atlanıb pis nəfsdən və nəzərdən
xilas olmaq
Digər regionlar kimi Qarabağda da, əhali dörd çərĢənbənin
keçirilməsinə ciddi əhəmiyyət verirlər. Qarabağda Novruz adət-
ənənələri bununla yekunlaĢmır. Novruz bayramına hazırlıq
mərhələsi xüsusi təntənə ilə keçirilir. Bayrama bir neçə həftə qal-
mıĢ səməni göyərdilir, evlər təmizlənir, torpaq bellənir, insanlar
yazın gəliĢini toy-busatla qarĢılayırlar.
Axırıncı torpaq çərĢənbəsində baharın ilk suyundan gətiri-
lərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eĢitməsin. Torpaq
çərĢənbəsinin gecəsində axĢam qadınlar, qızlar, oğlanlar kiminsə
evinə yığılıb çilə çıxarardılar. Bu mərasimlərdən biri də ―Üskük
çıxarma‖ falı idi. Bir camın içərisinə hərə öz niĢanəsini üzük,
sırğa, düymə atırdı, sonra qabın üzərinə dəsmal salınırdı. Bayatı
deyilirdi, bir az yaĢlı qız uĢağı əlini camın içərisinə salıb niĢanə-
nin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kiĢi hər kəs
~ 143 ~
deyə bilərdi. Bayatı çağrılanda camdan kimin niĢanəsi çıxsa
bayatı onun olurdu. Deyilən bayatılar həyatda öz əksini tapırdı.
Bayatı söyləniləndə hələ niĢanə çıxmamıĢ hiss olunurdu ki, həmin
bayatıya uyğun kimin üzüyü, niĢanəsi çıxa bilər. Bunlara nümunə
olaraq:
Sarı yağın tortası
Sarı kilimin ortası
Allah muradın versin
Gələn ayın ortası
Ayağımdakı çarıqdı
Dəryadakı balıqdı
Elin deməyi deyil
Taleh verən Xaliqdi
Boz at gəlir yeniĢdən
Sinə bəndi gümüĢdən
Allah muradın versin
Gətirdiyi yemiĢdən.
Axırıncı çərĢənbə və əsil bayram gecəsinin axsamı gedib
qapı dinləyər və eĢidəcəyi ilk sözdən ürəyindəki arzusunun həyata
keçib-keçməyəcəyi bəlli olurdu. Məsələn, olmuĢ bir nümunəyə
diqqət yetirək: Qızlar gəlir əmisi evinin qapısını pusmağa bu
zaman ev yiyəsinin qızı anasına deyir: ―Ay ana icazə ver biz
bayram toyuna gedək‖. Anası cavab verir: ―Qələtinizi qırın oturun
yerinizdə‖. Bu deyilən sözlər həyatda öz əksini tapır, yəni bu
ifadəni eĢidən insan ailə qursa da xoĢbəxt olmadı. Yuxarıda
göstərilən adətlərin əksəriyyəti bu gün Qarabağda yaĢamaqdadır.
Elə məqalədə də bu adətlərin əsasən Qarabağda qeydə alınması
xüsusi diqqət çəkir. Lakin onu da qeyd edək ki, yeni günə bu
bayramda ailədə kiçiyindən böyüyə hər bir kəsə təzə paltar alınar
və ya tikilərdi. Bu ənənədən heç kəs kənarda qalmaz, nə də
qalmaq mümkün deyildi. ―Xan bayram münasibətilə Ləmbəran
qumaĢından tikilmiĢ ağ çuxa, ağ arxalıq geyinmiĢ və baĢına da ağ
dəri papaq qoymuĢdu. Çiyninə içi samur xəzli tirmə xirqə sal-
mıĢdı‖.(2.s.462)
Tək gecəsi çərĢənbələrində xörəklər biĢirilirdi. Birinci Su
çərĢənbəsində xəmir aĢı və yaxud əriĢtəli aĢ biĢirər və həmin gün
tezdən bulaq, kəhriz suyu gətirib samovar çayı qoyardılar. Ġkinci
Od çərĢənbəsində lobyalı aĢ biĢirər üstünə Ģəkər töküb yeyər və
~ 144 ~
qırmızı suyunu həyətə tökürdülər ki, bolluq olsun, insanlar
qırmızı günə çıxsınlar. Üçüncü Yel çərĢənbəsində səbzəli aĢ biĢi-
rilərdi. Bu çərĢənbədə yeniyetmə qız uĢağı olan ailədə xəmir
xırda-xırda kündələnir həyətdə qoyulurdu. QuĢlar dimdiyi ilə
xəmiri hansı istiqamətə dimdikləyib atsa qızın elçisi o istiqamət-
dən gələrdi. Dördüncü Torpaq çərĢənbəsində qovurmalı aĢ biĢi-
rilərdi. Axırıncı çərĢənbədə inanca görə sübh tezdən bar ağacının
altından keçirdilər ki, yeni günə barlı-bərəkətli çıxsınlar.
Dünyasını dəyiĢənlərə, ili tamam olmayanlara bayramdan
əvvəlki cümə axĢamında qara bayram keçirilərdi. ―Novruz bay-
ramı axĢamı qonĢular təziyəli, yaĢlı adamların həyətlərində tonqal
yandırıb onları ‖qara bayram‖dan çıxarardılar.(5.s.114) ‖Bundan
əlavə həmin gün dünyasını dəyiĢən əzizlərini gedib ziyarət edər,
yasin oxudurdular.
Novruz bayramının gəliĢinə az qalmıĢ ilin axır çərĢən-
bəsində bayram Ģirniyyatı-Ģirin çörək (fətir, üç qulaq, ay, ulduz,
balıq, saç formasında) biĢirilərdi. Qorğa, tut qurusu, qoz-fındıq,
qırmızı yumurta (boyaq otu ilə boyayırdıq), armud, alma qurusu,
yeddi ləvin lacivərdi süfrəyə düzülərdi. ―Ġkisi də durub kallayının
yuxarı baĢındakı bayram süfrəsinin qırağında döĢəkçə üstündə
əyləĢdilər. Qələmkar süfrənin üstünə lacivərdi saxsı boĢqablarda
noğul, qəzəngülü, zilbiyə, paxlava, Ģəkərçörəyi, qorabiya, açıq
narınc rəngli Mazandaran nabatı və quru yemiĢlər qoyulmuĢdu.
Süfrənin ortasına bir neçə boĢqab səməni otu düzülmüĢdü.
Kənarlarındakı lacivərdi mətrəblərdə də Ģərbət vardı.‖ (2.s.459)
Bütünlüklə əhali xüsusi ruh yüksəkliyi ilə Novruz bayramının
gəliĢinə hazırlaĢardı. ―Novruz bayramının süfrəsi bolluq, firavan-
lıq, xoĢbəxt həyatın rəmzi olan bir abidədir.‖(1.s.99). Nənələrimiz
səməni qoyardı. Bunun üçün buğda təmizlənir, yuyulur, bir qabın
içərisinə yığılır. Üzərinə su səpilir, üstü bir balaca kətan parça ilə
örtürülsə kifayətdir. Suyu dəyiĢmək Ģərtilə iki gündən sonra
çırtlayan (yəni cücərən) buğdanı qabaqcadan isladılmıĢ kətan
parçanın içərisinə yerləĢdirilir. Kətan parça quruduqca onu su
çiləyərək islatmaq və cücərib kök atmıĢ buğdaları qablara yığ-
maq, üstünə kətan parça salmaq isti yerdə saxlamaq lazımdır. Hər
gün buğda yığılan parçanı islatmaq lazımdır. Səməni göyərib beĢ
sm artanda parçanı üstündən götürmək dibinə su tökmək və elə
etmək lazımdır ki, çürüməsin. Sonra onu sərin yerdə saxlamaq
lazımdır. ―Novruz bayramı üçün göyərdilmiĢ səməni saralıb
solanda axar suya axıdılar, arxasınca Ģirni atılar. Belə etdikdə ,
deyərlər evdə xeyir bərəkət olar‖ (5.s.114). Xalq arasında ilkin
Dostları ilə paylaş: |