~ 166 ~
vaxtlar onun hövsələsini lap daraltmıĢdı...‖ cümləsində aydınlıq
gətirilmiĢdir. Amma bütün bunlara baxmayaraq, yenə kiĢi
qəlbinin döyüntülərini ifadə edən bir cümlədə – ―əslində o, heç
arvadını qınamırdı da‖ – verilən fikirdə ər arvadının ruhi vəziyyə-
tindən doğan deyingənliyinin səbəbini övladlarının acından ölmək
təlaĢından yarandığını anlayır.
Milli həyatımızın etnoqrafik aynası kimi özünü göstərən bu
detallara daha bir cümlə ilə belə aydınlıq gətirilir ki, ―Birgə
həyatlarının on doqquz ilini çox səmimi, mehriban keçinmiĢ bu
cavan ər-arvad, demək olar ki, bir-birlərinə soyuq söz deməmiĢ,
həmiĢə necə deyərlər, üzü sulu dolanmıĢ, bir-birlərindən abır-
həya saxlamıĢdılar‖. Deməli, on doqquz il bir igidin ömrüdür. Ər-
arvadın bu illərdə bir-birləri ilə abır-həyalı dolanması da ailə
həyatımızın özəlliklərindən sayılmalıdır. ―Abır harda, çörək orda‖
deyib, həm də ailədə pərdə saxlamağı vacib amil hesab edib
babalarımız.
Ərin əlində ali təhsil diplomu olmasına baxmayaraq, ailə-
uĢağını acından ölməyə qoymamaq üçün evindən-eĢiyindən çıxıb
Bakıya üz tutması, fəhləliyi ən saf peĢə hesab edib, zavodların
birində kiĢi qüvvəsi ilə – zəhmətə qatlaĢmaqla iĢləməyə getməsi
də Azərbaycan kiĢisinin mental duyğularını əks elətdirir.
Yuxarıda dediyi kimi, ―bazarda, qapan dibində durmağı‖ özünə-
Ģəninə sığıĢdırmayıb, ali təhsilli olduğu halda ağır zəhmət tələb
edən kiĢi iĢinə – fəhləliyə baĢlamağı özünə Ģərəf sayır. Bu arada
müəllifin iĢlətdiyi ―Müharibə kiĢi iĢlərini də qadınların çiyninə
qoymuĢdu‖ cümləsi də bu məsələyə iĢıq salır. Yəni xalqımızın
milli adət-ənənəsində zərif məxluq hesab olunan qadın iĢi də
qadın adına yaraĢan incə, zərif, daha doğrusu, yüngül, çox zəhmət
tələb etməyən iĢ olmalıdır. KiĢi isə xalqımızın təfəkküründə
qürur, əzəmət simvolu olduğundan, ağır, fiziki iĢlərin görülməsi
də milli düĢüncədə kiĢilərin çiyninə bir Ģərəfli yük kimi düĢür.
KiĢi kiĢi iĢi görməlidir, kiĢi zəhmət çəkib ailə yükü çəkməli,
arvad-uĢağını dolandırmalıdır. Bu prinsip ailəçilik devizimiz
olduğundan povestdə də problem bu Ģəkildə qoyulmuĢdur. Bu
gün Avropanın bizə yeni bir tendensiya kimi sırımaq istədiyi
gender bərabərliyi prinsipi xalqımızın ailə-məiĢət həyatında,
folklorumuzda yetərincə öz həllini tapmıĢdır. ―KiĢinin kiĢi iĢi var,
arvadın arvad iĢi‖ bölgüsü ilə hər bir iĢ ağır-yüngüllüyü nəzərə
alınmaqla ta binayi-qədimdən xalq təfəkküründə nizamlanmıĢdır.
ĠĢlərin yüngülü, zərifi qadınlarımıza, ağırı, ağır fiziki zəhmət tələb
edənləri isə güc ifadəçisi olan kiĢilərə həvalə olunmuĢdur.
~ 167 ~
Xüsusən də ev iĢləri qadınlara Ģamil edilmiĢ (hətta buna müvafiq
bir ―evdar qadın‖ ifadəsi də formalaĢmıĢdır, heç vaxt ―evdar kiĢi‖
ifadəsi iĢlənməz, iĢlənsə də lağ obyekti kimi, ironik mənada
iĢlənər), çöl-bayır iĢləri isə kiĢilərə aid olunmuĢdur.
Sevil Nur ―Anam deyərdi ki..‖ kitabında məhz milli-etno-
qrafik detalları təsvirə gətirmiĢdir. Əlbəttə, bu elementlər əsərin
ruhundan, hadisələrin gediĢatından doğan təbii amillər kimi
meydana çıxır, ona görə ki, tarixi hadisələr Azərbaycan regionun-
da və Azərbaycan əhalisinin məiĢət həyatı zəminində cərəyan
edir. Mühitin insanların həyatında oynadığı rol da bu zaman
diqqətdən yayınmır, ziddiyyətli məqamlar da həyatın reallığı
olaraq müĢahidə obyektindən kənarda qalmır: ―Əslində çox yaxın
qohum olan bu iki adam bir-birinə daban-dabana zidd təbiətə
malik idilər, onlar həmyaĢıd olmalarına və uĢaqlıqda bir yerdə
aĢıq-aĢıq, çilədi, Ģuppu-Ģuppu, saqqa-saqqa oynamaqlarına bax-
mayaraq, gənclik onları baĢqa-baĢqa ruhda tərbiyələndirmiĢ və
nəhayət, yetkin kiĢilər olduqda az qala sinfi düĢmənə çevril-
miĢdilər‖ (1, 7-8).
Göründüyü kimi, uĢaq oyunları adları burada xatırladılır və
ictimai mühitin insan həyatındakı təsirli rolu diqqət mərkəzinə
çəkilir ki, bu da reallığın inikası kimi düĢünülməlidir.
―Bir gün Sədulla bəy kəndin dalında Çovdara rast gəldi.
Oturduğu kəhər atdan endi, qoĢalüləni çiynindən alıb kəhərin
boynuna keçirdi: əsl kiĢi odur ki, silahsız bac ala, kiĢi özü silah
olmalıdır, – fikrilə Çovdara yaxınlaĢdı‖.
Bundan sonra Sədulla bəy Çovdarı elədiyi baĢından böyük
qələt üstündə söyüb – yamanlayır: ―Qoduğ oğlu qoduğ, ġahdağ,
Eldayaq kimi oğulların anası it Yaqubun oğluna salam versin? –
deyib atını mahmızlamıĢdı‖ (1, 8).
Bu epizodlarda xalq həyatının təsviri canlandırılır: kəhər
atın belində, qoĢalülə tüfəng çiynində olan Sədulla bəy bir türk
kiĢisi – azərbaycanlı övladı kimi təqdim olunur və folklorumuzun
bir janrı olan el söyüĢü ilə yaĢlı qadına qarĢı hörmətsizlik edəni
özünə düĢmən bildiyi üçün haqlı yerə təhqir edib yamanlayır.
Burada iki məqama diqqəti yönəltmək gərəkdir: yaĢlı qadın
Mərcan keyvəni (keyvəni – yaĢlı, zəif qoca qadın mənasında el
arasında iĢlənir, hətta Qarabağda ―keyvəndi‖ formasında da yaĢlı
adamların dilində bu söz qalmaqdadır) oğlanlarına ġahdağ,
Eldayaq adları veribmiĢ ki, bu da Ģəxs adları kimi xüsusi maraq
doğurur və bu cür əzəmətli adları daĢıyan oğullar el yolunda
müharibədə qurban getmiĢlər. Deməli, hər Ģeydən öncə, ad özü də
Dostları ilə paylaş: |