~ 159 ~
larını onlara olan dəstəyi, qayğını gördükdə, ona laqeyd yanaĢa
bilmir və sonda o Baydəmirin mənəvi xüsusiyyətlərini seçir.
Bütün bunları Asel oğlunun xoĢbəxtliyi naminə edir. Aselin
balaca oğlu Baydəmiri özünə ata hesab edir ki, o, Səmədi sevsin,
onun qayğısını çəksin və onun gələcəkdə əsl insan olmasına
kömək etsin. Asel öz qismətini tapır.
Asel gec də olsa yaxĢı adama qiymət verməyi bacarır. Ġlyas
ona xain çıxanda Aselin ata yurduna qayıtmaq fikri olmur. Bu
qadın, taleyindən müəyyən qədər razıdır. Çünki qarĢısına Baydə-
mir kimi nəcib, ailə qayğısı çəkən, alicənab bir insan çıxıb və
onunla xoĢbəxt ailə həyatı qurmaq istəyir. Bu ailə mehriban,
səmimi insanı keyfiyyətlərlə zəngin olan Baydəmirin Aselə və
oğluna olan doğmalıq münasibətindən doğur. Amma bunlara
baxmayaraq ömürlərinin sonunacan nə Ġlyas, nə Asel ən xoĢbəxt
günlərini unutmayacaqlar. Ġlyas – Ġssik – Kulu, Asel – Ġlyas sevgi-
sinin Ģahidi olan qu quĢlarını hər zaman xatırlayacaq. Ġlyas
ömrünün sonuna qədər Asellə bağlı xoĢ xatirələri ürəyində daĢı-
yacaq. O etiraf edir ki, «Mənim hər Ģeyim olacaq, ailəm olacaq,
dostlar da, yoldaĢlar da tapılar. Yalnız mənim bir Ģeyim olmaya-
caq, biryolluq əbədi olaraq itirdiyim adamım olmayacaqdır …»
[2, 31].
Ç.Aytmatovun yaratdığı obrazlar misilsizdir. «Cəmilə»
povestinin qəhrəmanı bir qadın kimi sərbəst və cəsarətlidir. «Qır-
mızı yaylıqlı qovağım mənim» povestində Asel insana inanan,
sevib evləndiyi kiĢidən qarĢılıqlı sədaqət qayğı gözləyir. Bu gəlin
ailəsi uğrunda hər cür fədakarlıq göstərə bilər.
Ç.Aytmatov sevdiyi və inandığı qəhrəmanlarının arxasınca
gedir. Aytmatov yaradıcılığının əsas qayəsini insana hörmət
duyğusu, vicdana və həqiqətə çağırıĢ hissi təĢkil edir.
Ədəbiyyat:
1.Aytmatov Ç. «Ana tarla». Azərbaycan Dövlət nəĢriyyat. Bakı,
1966
2.Aytmatov Ç. «Qırmızı yaylıqlı qovağım mənim». «KöĢək
gözü». B., 1965
3.Воронов Владимир «Чингиз Айтматов». М., 1976
4.Лебедева Лариса. Повести Ч.Айтматова. М.: Художест-
венная
литература, 1972
5.Левченко Виктор. «Чингиз Айтматов». Москва: Советский
писатель. 1983