~ 160 ~
6.Xəlilov Pənah. «Aytmatovun qadınlar aləmi». «Ulduz», 1987,
№ 12
АГАЕВА САБИНА
ТРАГЕДИЯ КИРГИЗСКОЙ ЖЕНЩИНЫ
РЕЗЮМЕ
Ключевые слова: война, женщина, верность, любовь
В статье анализируется жизнь киргизских женщин,
ставших главными героинями в повестях Чингиза Айтматова.
Раскрывается глубина трагедии их души.
AGAYEVA SABĠNA
THE TRAGEDY OF KIRGIZ’S WOMAN
SUMMARY
Key words: war, woman, devotion, love
This article discusses the life of Kyrgyzstan women who be-
came the protagonist of the Chingiz Aitmatov’s novels. It reveals
the depth of the tragedy of their souls.
~ 161 ~
ġAKĠR ALBALIYEV
AMEA Folklor Ġnstitutu, dosent
“ANAM DEYƏRDĠ KĠ...” SOYNAMƏSI – ÇAĞDAġ
DÖVRÜMÜZÜN OĞUZNAMƏSĠ, YA “DƏDƏ
QORQUD”un XIII BOYNAMƏSĠ!..
Açar sözlər: folklor, povest, ana, entoqrafiya, tarix
Sevil Nur (Mehdiyeva-Nurəlibəyli) povest-soynamə adlan-
dırdığı ―Anam deyərdi ki..‖ əsərinin müqəddiməsində oxuculara
xitabən qeyd edir ki, ―Burada nə varsa, bir Xanım Ananın Ģirin
xatirələridir! Mənim iĢim bu söhbətləri səbirlə dinləmək, gecələr
su da yatanda onları olduğu kimi qələmə almaq marağı olmuĢdur!
Bu yazının əsl müəllifi cəfakeĢ, həyatın hər cür gözlənilməzlik-
lərinə durub-dözmüĢ mənim sərtqaya Anamdır! Mənim Xanım
Anam!‖
Müəllifin ―Qılınc ləqəbli Atamın, üzünurlu, əli Quranlı
Xanım Anamın əziz xatirəsinə‖ epiqrafı ilə baĢladığı bu xatirə-
kitabı oxuduqca istər-istəməz beynimdən bir fikir gəlib keçdi:
görəsən tarixin yüzilliklərini adlayıb günümüzədək gəlib çatmıĢ
Ana kitabımız – BaĢ kitabımız olan Dədə kitabımız – Baba
kitabımız ―Kitabi-Dədə Qorqud‖ adlı nəhəng folklor abidəmizi
vaxtında – vədəsində cəfakeĢliklə yazıya köçürmüĢ katib (mirzə)
olmasaydı, bu cür möhtəĢəm, misilsiz folklor incimizin taleyi
necə olardı?!. Bu məqamda ―Kitabi-Dədə Qorqud‖umuzu qələmə
almıĢ mirzənin əməyinin nə dərəcədə böyük əhəmiyyətə malik
olduğunu özlüyümüzdə tam aydınlaĢdırırıq.
Bax professor Sevil Hacıbala qızı Mehdiyevanın – Sevil
Nurun da konkret bir dövrə – XX əsrə canlı Ģahidlik edən
Anasının xatirələrini olduğu kimi, xüsusən də milli koloriti qoru-
yub saxlamaq Ģərtilə yazının, qələmin-kağızın yaddaĢına salması
eyni dərəcədə mühüm əhəmiyyətə malikdir. AMEA Nəsimi adına
Dilçilik Ġnstitutunun əməkdaĢı olan Sevil xanımın bir alim kimi
dilçilik elmi sahəsindəki elmi axtarıĢlarının nəticələri olan 200-
dən çox elmi və elmi-publisistik yazılarının, 5 monoqrafiyasının,
3 metodiki vəsaitin, həmmüəllifi olduğu 9 monoqrafiyasının üs-
tünə kölgə salmadan, dəyərlərini əskiltmədən, hətta əksinə,
artıraraq, ağır çəkiyə malik olduğunu bilərək, onları tərəzinin bir
gözünə, ―Anam deyərdi ki..‖ povest-soynaməsini isə tərəzinin o
biri gözünə qoyub heç də bu kitabın yüngül gəlmədiyini, hələ