MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

 
~ 137 ~ 
 BAKHTIYAR ASKEROV 
 
TRUTHFULNESS AND ART FICTION UNITY IN 
THE HISTORICAL NOVELS OF THE 20th CENTURY’S 
30th YEARS  
 
SUMMARY 
 
Key words: Maiden Spring, Tabriz is Foggy, Avesta,  
traditions, the source
 
 
From the point of view  of unity of truthfulness  and art  fic-
tion,  especially  draw  attention  two  historical  novels  –  Tabriz  is 
Foggy  and  the  Maiden  Spring.  In  the  article  the  subject  line  of 
M.S.Ordubadi’s  Tabriz  is  Foggy  novel  reveals,  character  of  the 
historical events taking the main place in this product is defined. 
Clearness is brought in historical truthfulness and historic figures. 
The review of ways of use of various historical sources is given in 
the  novel  the  Maiden  Spring,  in  which  Y.V.Chemenzeminli  by 
means  of  art  fiction  states  historical  truthfulness.  That  novel  pri-
mary  sources  are  Avesta  and  Zoroastrianism  reaches  attention, 
and  also  communication  of  the  past,  a  way  of  life,  customs  and 
traditions with a modern life. 
 


 
~ 138 ~ 
ALMARA NƏBĠYEVA
 
BDU, fil.ü.f.dok.
 
 
QARABAĞDA NOVRUZ BAYRAMI 
 
Açar sözlər: Novruz, mart, folklor, çərşənbə, yaz, 
 folklorşünaslıq, bayram, mərasim, mədəni dəyərlər 
 
Azərbaycan  xalqının  qədim  ilkin  qaynaqlarını  özündə  əks 
etdirən  bayramlarından  biri  də  Novruz  bayramıdır.  Novruz 
bayramı  insanlar  arasında  bərabərlik,  dostluq,  sülh  bayramı 
olmaqla  yanaĢı  milli  və  bəĢəri  dəyərlərimizi  özündə  əks  etdirən, 
xalqı  firavan  həyata,  sülhə,  dostluğa  çağıran  zəngin  əvəzsiz  yaz 
bayramıdır.  FolklorĢünas  M.H.Təhmasib  yazırdı:  ―Bütün  dünya 
xalqları  kimi,  bizim  xalqımızın  da  tarixində  saysız-hesabsız 
bayramlar  olmuĢdur.  Lakin  bunların  heç  biri  Novruz  bayramı 
qədər geniĢ  yayılmamıĢ, xalqın məiĢətində bu bayram qədər kök 
sala  bilməmiĢdir‖.  (1.s.198)  Novruz  bayramı  2009-cu  ilin  30 
sentyabrında  YUNESKO-nun  dünya  xalqlarının  qorunan  qeyri-
maddi  mədəni  irsi  siyahısına  daxil  edilmiĢ,  2010-cu  ilin  23 
fevralında  BirləĢmiĢ  Millətlər  TəĢkilatı  BaĢ  Məclisinin  64-cü 
sessiyasında martın 21-i dünyada «Beynəlxalq Novruz günü» elan 
edilmiĢdir. Bundan əlavə 1993-cü ilin martında ulu öndər Heydər 
Əliyev Novruz bayramı üzərindən bütün qadağaları götürmüĢ və 
ona  «Milli  dövlət  bayramı»  statusu  vermiĢdir.  Bu  qərar  qədim 
tarixi olan milli mədəniyyətimizin, bayramlarımızın qorunması və 
yaĢaması üçün vaxtında verilən dəyərlərdəndir. 
XX əsrdə Sovetlər dövründə Novruz bayramının qadağalara, 
yasaqlara  məruz  qalmasına  baxmayaraq  Azərbaycan  xalqının 
zəngin  folklor  mədəniyyətinin  tərkib  hissəsi  olan  bu  bayramın 
ümummilli  bayrama  çevrilməsi,  onun  haqqında  materialların 
toplanması, nəĢri və tədqiqi sahəsində böyük zəhmətlər sərf etmiĢ 
F.Köçərli,  Ə.Abid,  H.Zeynallı,  S.Mümtaz,  Y.V.Çəmənzəminli, 
M.H.Təhmasib  kimi  ziyalılarla  yanaĢı  A.Nəbiyevin  də  folklor-
Ģünaslıqdakı  xidmətlərini  təqdirəlayiq  hesab  edirik.  Azərbaycan 
xalqının  yaddaĢında  qorunub  saxlanılan  Mirzə  Ġbrahimov,  Aidə 
Ġmanquliyeva, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Mirzə 
Ġbrahimov  kimi  tədqiqatçıların  Novruz  bayramı  ilə  bağlı  elmi 
məqalələri nəĢr olunmuĢdur. Dahi mütəfəkkir Nizami Gəncəvinin
Mövlanə  Cəlaləddin  Ruminin,  ġah  Ġsmayıl  Xətainin,  ZərdüĢtün 


 
~ 139 ~ 
fəlsəfi  dünyagörüĢlərində  və  digər  ədiblərimizin  yaradıcılığında 
bu mövzuya geniĢ yer verilmiĢdir. 
Akademik  Vasim  Məmmədəliyevin  ―Novruz  və  Ġslam‖ 
mövzusunda dərc edilmiĢ məqaləsində Novruz bayramının tarixən 
hər  cür  siyasi  görüĢ  və  əhvalatlardan  uzaq  olduğu,  elat  həyatının 
bütün  etnoqrafik  gözəlliklərini  özündə  əks  etdirən  yüksək 
ideyaları  ilə  xalqları  birliyə,  həmrəyliyə,  qarĢılıqlı  anlaĢmaya  və 
dostluğa səsləyən bir bayram olduğu qeyd edilmiĢdir. (8.s.128). 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Kəmalə  Ġslamzadə  GünəĢin 
mərkəzi  ekleptika  boyunca  cənub  yarımkürəsindən  Ģimala  keç-
diyi,  gecə-gündüzün  bərabərləĢdiyi  anının  Ģimal  yarımkürəsində 
baharın  baĢlanğıcı  hesab  edildiyini  təbiət  qanunauyğunluqlarının 
cəmiyyətə  təsirinə,  onların  harmoniyasına  geniĢ  yer  verərək 
Novruzun  məhz  bu  harmoniyanı  təĢkil  edən  bir  bayram  olduğu 
qənaətinə gəlmiĢdir.(7.s.109).  
Ulu  əcdadlarımız  qıĢ  fəslini  üç  qismə  bölmüĢdülər.  Birinci 
Böyük Çillə, ikinci  Kiçik  Çillə, üçüncü Boz ay.  Böyük Çillə bir 
az mülayim, bir az sərt qırx gün davam edir. Professor A.Nəbiyev 
yazırdı:  ―Böyük  Çillə  xoĢ  qılıqlıdır,  insana  o  qədər  də  ziyan 
vurmur.  Böyük  Çillənin  ĢəxsləndirilmiĢ  obrazının  əksinə  olaraq 
Kiçik Çillə daha sərt təbiətli, amansızdır. Mərasim düĢüncəsində 
insan  özünün  Ģərə,  pisliyə  münasibətinin  müəyyən  cəhətlərini 
Kiçik  Çillə  ilə  bağlı  poetik  düĢüncəsində  vermiĢdir  ‖  (5.  s.238). 
Sonra  iyirmi  günlük  Kiçik  Çillə  gəlir  və  soyuq,  Ģaxta,  boran  və 
çovğunla  özünü  göstərir.  Prof.  Əzizə  Cəfərzadə  yazırdı:  ―Çillə 
sözü,  ümumiyyətlə  çoxmənalıdır.  Amma  əsas  mənası,  məğzi 
ağırlıq,  çətinlik,  ağır  imtahan  mənalarına  gəlir.  Çillə  çıxarmaq 
bayramı  isə  olduqca  Ģən,  ağrılı-acılı  Kiçik  Çilləyə  vida,  baharın 
gəlməsinə,  Novruzun  yaxınlaĢmasına  sevinmək  bayramıydı‖ 
(3.s.160).  Sonuncu  dörd  çərĢənbənin  yerləĢdiyi  Boz  ay  gəlir.  O, 
fevralın 20-də girib martın 21-də sona çatır. Ġl mart ayının 20-də 
təhvil olur
 
Azərbaycanın  müxtəlif  regionlarında  Novruz  bayramı  məra-
simləri təntənəli Ģəkildə keçirilir. Novruzun strukturunda mövcud 
olan  dörd  ünsürün  çərĢənbələr  Ģəklində  burada  verilməsi  çox 
diqqət  çəkicidir.  Minilliklərdə  olduğu  kimi  Novruz  adətləri  bu 
gün  də  ilkin  mühafizəkarlığını  əsasən  aĢağıdakı  Ģəkildə  qoruyub 
saxlamıĢdır: Su, Od, Yel (hava), Torpaq çərĢənbəsi. Bu mərasim-
lərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan Su çərĢənbəsi 
ilə  baĢlayır  və  bu  proseslər  Torpaq  çərĢənbəsinə  qədər  davam 
edir. Bu bayram ərəfəsində insanların təkcə ev-eĢiyi, həyət-bacası 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə