MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

 
~ 125 ~ 
zamanda  müxtəlif  tədbirlərdə,  görüĢlərdə  etdiyi  çıxıĢlarında, 
məruzələrində  «Kitabi-Dədə  Qorqud»un  fəal  tədqiqatçısı  kimi 
özünü göstərmiĢdir. 
1926-cı  ildə  Ə.Bayramov  adına  qadın  klubunda,  1927-ci 
ildə Bakı Darülfünunda, 1928-ci ildə Bakı Maarif evi nəzdindəki 
«Ədəbiyyat dərnəyində», 1929-cu ildə Proletar Yazıçılar Cəmiy-
yətinin ziyalılarla görüĢündə və baĢqa tədbirlərdə Ə.Abid «Kitabi-
Dədə Qorqud»un Azərbaycan milli ədəbiyyatının baĢlanğıcı kimi 
öyrənilməsi,  onun  nəĢri,  ali  və  orta  məktəblərdə  tədrisi,  eposun 
dərsliklərə daxil edilməsi, dünya dillərinə tərcümə olunması və s. 
kimi  məsələlərdən  bəhs  edərək  xalqın  bu  böyük  Ģifahi  abidəsi 
barədə özünün dəyərli fikirlərini və təkliflərini söyləmiĢdir. 
Ə.Abidin dastanla bağlı bir xidmətini də qeyd etmək yerinə 
düĢərdi.  O,  1928-ci  ildə  Xalq  Maarif  Komissarlığına  yazdığı  bir 
məktubda deyirdi: «...Bu gün Azərbaycan xalqının özünün əĢirət-
lər dövründəki ədəbiyyatını yenidən onun öz malı etmək gərəkdir. 
Buna görə də Maarif komissarlığı həm ibtidai, həm də məktəbin 
sonrakı  pillələrində  «Kitabi-Dədə  Qorqud»u  məktəb  proqramla-
rına  daxil  etməlidir.  Biz  həm  darülfünunda,  həm  də  kənd 
məktəblərində  ədəbiyyatımızın  tarixini  Füzulidən  deyil,  «Dədə 
Qorqud» oğuznamələrindən baĢlamalıyıq...» (5, 16). 
1926-1929-cu illər arasında «Kitabi-Dədə Qorqud»un ali və 
orta  məktəblərin  proqramlarına  daxil  edilməsi,  onun  ayrı-ayrı 
boylarının nəĢrə hazırlanması, ümumilikdə abidənin milli yaddaĢa 
qaytarılması  sahəsində  Ə.Abidin  fəaliyyəti  geniĢ  və  intəhasızdır. 
Onun  ayrıca  bir  tədqiqata  ehtiyacı  vardır.  Bu  iĢin  bir  tərəfidir. 
Ġkinci tərəfi isə Ə.Abidin gördüyü bütün bu iĢlərin Azərbaycanda 
qorqudĢünaslığın  inkiĢafına  təsiridir.  MüĢahidələr  göstərir  ki, 
Ə.Abidin «Kitabi-Dədə Qorqud»un tədqiqi və təbliği sahəsindəki 
fəaliyyəti, milli qorqudĢünaslığın sürətli yüksəliĢinə səbəb olmuĢ, 
30-cu  illərdə  eposun  orta  və  ali  məktəblərdə  tədrisinin  təĢkili  ilə 
yanaĢı,  Drezden  nüsxəsi  əlyazmasının  latın  qrafikasında  nəĢri 
məsələsini gündəmə gətirmiĢdir. 
20-ci  illərin  sonu  30-cu  illərin  əvvəllərində  Ə.Abid  artıq 
«Kitabi-Dədə  Qorqud»un  öyrənilməsində  tək  deyildi.  O  dövrün 
bir  çox  ziyalıları  bu  iĢə  qoĢulmuĢdular.  Ġ.Hikmət,  H.Zeynallı, 
A.ġaiq,  A.Musaxanlı,  C.Əfəndizadə  və  baĢqaları  ardıcıl  olaraq 
«Kitabi-Dədə Qorqud»un araĢdırılması və təbliği iĢinə qoĢulmuĢ-
dular  (6,  s.  8;  7,  s.  192-204).  Bunlar  içərisində  A.Musaxanlının 
«Qudadqu  bilik»  və  «Kitabi-Dədə  Qorqud»,  H.Zeynallı,  A.ġaiq, 
C.Əfəndizadə  ilə  birlikdə  hazırladığı  «Ədəbiyyatdan  iĢ  kitabı» 


 
~ 126 ~ 
dərsliyi  diqqəti  xüsusilə  cəlb  edirdi.  A.Musaxanlının  nəĢrə  yaz-
dığı  ön  sözdə  deyilirdi  ki,  bu  gün  məktəblərimizdə  ədəbiyyat 
tariximizi yarandığı ilk əsrlərdən baĢlayaraq öyrətməliyik. «Ədə-
biyyatdan  iĢ  kitabı»  kimi  tərtib  edilmiĢ  həmin  nəĢrə  «Qutadqu 
bilik»dən  bir  parça,  «Kitabi-Dədə  Qorqud»dan  isə  xeyli  hissə,  o 
cümlədən,  «Dirsə xan oğlu  Buğac boyu»  daxil edilmiĢdir. Bura-
dakı ön sözdə A.Musaxanlı ən çox F.Köprülüyə və Ə.Abidə əsas-
lanaraq Azərbaycan türkcəsinin hələ V əsrdən müxtəlif ləhcələrə 
ayrıldığını  göstərir.  O,  «Kitabi-Dədə  Qorqud»un  yaranmasında 
qədim oğuznamələrin mühüm qaynaq olduğunu göstərirdi. 
1930-1931-ci  illərdə  yenə  Ə.Abidin  «Kitabi-Dədə  Qor-
qud»la bağlı tədqiqat iĢləri davam edir. Lakin 1930-cu ildən sonra 
bu tədqiqatlar mətbuat səhifələrindən çəkilməyə baĢlayır. «Kitabi-
Dədə Qorqud»la bağlı materiallar əsasən orta və ali məktəblərdə 
tədris edilən dərslik, dərs vəsaiti və metodik göstəricilərdə özünü 
qoruyub saxlayır. Bunun bir çox obyektiv və subyektiv səbəbləri 
vardır.  Obyektiv  səbəblərdən  biri  ondan  ibarət  idi  ki,  ilk  öncə 
Ə.Abid bəzi məlumatlara görə 1931-ci ilin yazında iĢləmək üçün 
Türkiyəyə  getmiĢdi  və  yalnız  Bakıya  1934-cü  ilin  sonlarında 
qayıdıb gəlmiĢdi (7, 171). 
  1938-ci  ildə  isə  öz  soykökünü  öyrənən,  pantürkist  və 
panislamist  kimi  günahlandırılaraq  Azərbaycan  elminin  bir  sıra 
xadimləri  kimi  həbs  edilib,  qətlə  yetirilir.  Yaradıcılıq  yolu  çox 
qısa olan
 
Ə.Abidin araĢdırmaları, məqalələri, mülahizələri isə öz 
elmi əhəmiyyəti, yeniliyi ilə hər zaman Azərbaycan folklorunun, 
ədəbiyyatının tədqiqat obyekti olacaqdır.
 
 
Ədəbiyyat: 
 
1.
 
Abid  Ə.  Türk  el  ədəbiyyatına  elmi  bir  baxıĢ  //  Dan  ulduzu, 
1929, № 6-7, s. 46-50 
2.
 
Abid  Ə.  ƏĢirət  dövründəki  Azərbaycan  ədəbiyyatına  aid 
vəsiqələr // Azərbaycan öyrənmə yolu, 1930, № 3, s. 48-52 
3.
 
Abid Ə. Heca vəzninin tarixi // Maarif iĢçisi, Bakı, 1927, № 3, 
4, 6, 7 
4.
 
Abid  Ə.  Azərbaycan  türklərinin  ədəbiyyatı  tarixi.  S.Mümtaz 
adına ədəbiyyat və incəsənət arxivi: f. 170, s.i. iĢ. 1-8 
5.
 
Abid  Ə.  Xalq  komissarlığına  məktub.  Azərbaycan  Respub-
likasının Mərkəzi Dövlət Arxivi: f. 73, s.v. 42, s. 16 
6.
 
Məmmədli H.M. Dədəm Qorqud gəzən yerdi bu yerlər. Bakı: 
Elm, 1999, 330 s. 


 
~ 127 ~ 
7.
 
Məmmədli H.M. Dünyanı düĢündürən «Dədə Qorqud». Bakı: 
Ümid, 1999, 345 s. 
ГАСАНОВА КЁНЮЛЬ 
 
НАЦИОНАЛЬНО-ДУХОВНЫЕ ЦЕННОСТИ В ТВОР-
ЧЕСТВЕ АМИНА АБИДА 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: эпос, Деде Горгуд, Амин Абид, огузна-
ме, национальный ценности 
В  статье  говорится  об  отражении  национально-духов-
ных ценностей, а также месте и значении отдельных жанров 
фольклора  в  творчестве  и  исследованиях  Амина  Абида.  Ис-
следования  этого  ученого,  заложившего  основы  горгудо-
ведения  и  обращавшего  внимание  на  исторический  ареал 
возникновения,  языковые  особенности  эпоса  «Китаби-Деде 
Горгуд»  и  сегодня  не  потеряли  своего  значения.  В  статье, 
опираясь  на  его  мысли,  определено  место  и  позиция  этого 
эпоса как памятника устного и письменного творчества в ис-
тории культуры и в памяти огузских тюрков. 
 
HASANOV KONUL 
 
NATIONAL AND SPIRITUAL VALUES IN THE 
AMIN ABID’S CREATIVITY 
 
SUMMARY 
 
Key words: epic Dede Gorgud, Amin Abid, Oghuzname,  
 national values 
The  article  refers  to  the  reflection  of  national-spiritual  val-
ues, as well as the location and significance of the individual gen-
res of folklore in the works and studies of Amin Abid. Studies of 
the scientist who laid the foundations of Gorgud epical theory and 
attention  to  the  historical  range  of  occurrence,  language  features 
the epic Kitabi Dede Gorgud  and have not  lost their importance. 
The  article,  based  on  his  thoughts,  the  place  and  the  position  of 
the  epic  as  a  monument  of  interpretation  and  creativity  in  the 
Oguz Turks’s cultural history and memory. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə