MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə53/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

 
~ 157 ~ 
Alimanın  körpəsini  saxlayır.  Alimanın  taleyi  müharibədən  sonra 
dul qalan bir çox qadınların taleyidir. 
Qırğız  yazıçılarının  çoxu  ədəbiyyata  gəldikdə  müxtəlif 
mövzularda  yazsalar  da,  bir  mövzuya  üstünlük  vermiĢlər.  Onlar 
alçaldılmıĢ  və  təhqir  olunmuĢ  qırğız  qadınlarının  müdafiəsinə 
qalxmıĢlar. 20-30-cu illərin əsərlərində qadınlarla pis rəftar edən, 
onlara zülm edən bəyləri təqsirləndirirdilər. 
Müharibə dövründə sərbəst düĢüncəli, azad bir gəlin obrazı, 
aula  dayaq  olan  Cəmiləni  yazıçı  təsvir  edir.  Bir  çoxlarının 
fikrincə, Cəmilə yoldaĢı Sadığı sevməsə də aulun namusu xatirinə 
ailəsilə  yaĢamalıdır.  Yazıçı  bu  əsərdə  bir  ailə  konflikti  yaradır. 
Cəmilə  feodal  –  patriarxal  münasibətlərin  qalıqlarına  qarĢı  çıxa-
raq öz xoĢbəxtliyini Daniyarda görürdü.  
Cəmilə  əri  Sadığın  cəbhədən  qayıtması  vaxtlarında  sevdiyi 
Daniyara  qoĢulub  qaçır.  Kəbinli  qadının  boĢanmadan  qoĢulub 
getməsinə,  ədib  Cəmilənin  müharibənin  ailə-məiĢət  tələblərinə 
uyuĢmayan, gözlənilməz hərəkətinə bəraət qazandırırdı. 
Hər  kəsin  sevqi  payı  var.  Bu  qadın  öz  sevgi  payını  Dani-
yarda  görürdü.  Sadıq  ailəsinə  məktub  göndərəndə  hamıdan  çox 
bunu  həsrətlə  Cəmilə  gözləyirdi.  Sadıq  məktubun  sonunda 
Cəmiləyə salam göndərirdi və bununla kifayətlənirdi. Cəmilə isə 
bununla  razılaĢmırdı.  Daniyar  Sadığa  oxĢamır.  O,  qəlbində 
məhəbbət mahnısı səslənən aĢıqdır. Daniyar daxilən hamıdan çox 
varlıdır.  Onun  oxuduğu  mahnılarda  qırğız  xalqının  daxili  varlığı 
və  gözəlliyi,  doğma  təbiəti  tərənnüm  edilir.  Cəmilə  Sadığı  tərk 
edir və bunun səbəbləri var. Cəmilə baĢa düĢür ki, Sadıqla keçən 
ömür  mənasız  olacaq,  çünki  onlar  bir-birini  sevmirlər.  Cəmiləyə 
sevgi, məhəbbət su kimi lazım idi. O anlayır ki, Sadığı gözləmə-
yin  heç  bir  faydası  yox.  Kəbinli  Cəmilə  Daniyara  qoĢulub  qaçır. 
Onun  bu  hərəkətinə  aulda  yaxĢı  baxmadılar.  Lakin  yeganə  Səid 
onların  xoĢbəxtliyinə  inanırdı.  Aulun  sakinləri  Daniyarı  səfil, 
avara,  bir  adam  kimi  görürlər,  ona  hörmət  etmirlər.  Cəmilə  və 
Səid  isə  onu  çox  sevirlər.  Eybi  yox  ki,  Daniyarın  ayaqqabıları 
yırtıqdır, Ģineli köhnədir, o aulun adamlarından mənəvi cəhətdən 
zəngindir.  Onun  mahnıları  qəlb  oxĢayır.  Bu  məhəbbət  hissi 
insanın  dünyasını  dəyiĢir  və  onun  qarĢısında  bir  romantik  aləm 
açır. 
Yazıçının  baĢqa qəhrəmanı  Aselin taleyi Cəmilənin taleyini 
xatırladır. Lakin Asellə Cəmilənin faciələri müxtəlifdir. Bu müx-
təlif xarakterli qırğız qadınları doğmalarından sədaqət, məhəbbət, 
xoĢbəxt ailə səadəti, səmimilik gözləyirlər. Asel sevmədiyi adama 


 
~ 158 ~ 
ərə  getməyi  müsibət  sayır.  Bu  əsərdə  köhnə  adət-ənənələr  möv-
cuddur. Aselin ailəsi onun fikirləri ilə razı deiyl. Asel ata-anadan 
xeyir-dua  almadan  sevdiyi  insan  Ġlyasla  ailə  qurur.  Asel  nəslini 
tərk  etdi,  ailə  qayğısından  uzaqlaĢdı.  Ġlyasın  mehribanlığına, 
səmimiliyinə sığındı. 
Ġlyas öz səadəti ilə bir dəfə qarĢılaĢdı və onu həmiĢəlik itirdi. 
Asel Ġlyasın onun ailəsinə etdiyi xəyanəti bağıĢlamır. Asel  Ġlyasa 
görə\ailəsini, nəslini tərk edir. Bu qadın həyatdan bu zərbəni aldı. 
O,  bunu  Ġlyasdan  gözləmirdi.  O,  ərindən  ailəsinə  xüsusi  hörmət 
gözləyirdi.  Onun  buna  bir  qadın  kimi  haqqı  var  idi.  Ġlyasın  bir 
mənfi hərəkəti onların ailə səadətini məf etdi. Asel sadəlövh olsa 
da əlçatmazdır, alçaqlığı sevmir, xəyanəti bağıĢlamır. Ġlyas Aselin 
qəlbini  qırır.  O,  sərxoĢluğa  meyl  salır,  Xədicəylə  gizli  ünsiyyət 
qurur,  təsəllini,  qısa  sürən  xoĢbəxtliyi  Xədicədə  tapır.  Sonra 
Xədicədən bezir və onu da itirir. Xədicə də özünəməxsus xüsusi-
yyətləri  ilə  seçilən  bir  qırğız  qadınıdır.  Asellə  Xədicəni  birləĢ-
dirən  müəyyən  cəhətlər  var.  Onların  hər  biri  özünəməxsus 
formada  Ġlyası  sevir  və  hörmət  edirlər.  Onlar  məhəbbətdə  tələb-
kardılar. Hər iki qadının Ġlyasla  yaĢadığı səadət daimi olmur. Bu 
qadınları  birləĢdirən  Ġlyasa  olan  sevgilərinin  uğursuzluğudur. 
Amma  Ç.Aytmatov  bu  iki  sevən  qadının  daxili  keyfiyyətlərini 
qarĢı-qarĢıya  qoyur.  Asel  çox  safdır,  ucadır.  Asel  mənəvi  cəhət-
dən  Ġlyasa  kömək  edə  bilmir.  Onu  eqoistlikdən,  iĢdəki  problem-
lərdən çəkindirə bilmir. Xədicə isə ona mənəvi rahatlıq verməyə 
bacarır. O, çox çılğın və həssasdır. Ancaq bu cəhətlər Ġlyas üçün 
müvəqqətidir. Asel  Ġlyas üçün həmiĢəlik itirilmiĢdir.  Lakin onun 
obrazı Ġlyasın ürəyində hər zaman qalır. 
Ġlyas  Aselin  yanına  gələ  bilməyəndə  xəyalən  ona  müraciət 
edir «Mənim qovağım, bağıĢla!» Asel onu tərk edəndə də yenə də 
Ġlyas  üçün  o  qırmızı  yaylıqlı  qovağım  kimi  qalır.  Asel  Ġlyasın 
xəyanətindən  sonra  öz  məğrurluğunu  qoruyub  saxlayır.  Ġlyasın 
evindən gedəndən sonra Asel Baydəmirə rast gəlir. Baydəmir çox 
səmimi və mehriban bir insandır. O, Asellə oğluna yardım edib öz 
evində onları yerləĢdirir. Zaman keçdikdə o Aseli sevməyə baĢla-
yır, və onun oğluna bağlanır. Ürəyini açıb Aselə sevgisini çatdıra 
bilmir. Çünki baĢa düĢürdü ki, Asel öz sevgilisinin yolunu gözlə-
yirdi.  O  inanırdı  ki,  bir  gün  gələcək  və  Ġlyas  səhvini  baĢa  düĢüb 
qayıdacaq. Baydəmirin evində təsadüfən görüĢəndə Ġlyas günahı-
nı boynuna alır, Aseli baĢa düĢür ona hörmətlə yanaĢır. Baydəmir 
fikirləĢirdi ki, Asel getmək istəsə gedə bilər və bu onun haqqıdır. 
O  bilirdi  ki  Aselə  mane  olmayacaq.  Asel  Baydəmirin  yaxĢılıq-


 
~ 159 ~ 
larını  onlara  olan  dəstəyi,  qayğını  gördükdə,  ona  laqeyd  yanaĢa 
bilmir  və  sonda  o  Baydəmirin  mənəvi  xüsusiyyətlərini  seçir. 
Bütün  bunları  Asel  oğlunun  xoĢbəxtliyi  naminə  edir.  Aselin 
balaca oğlu Baydəmiri özünə ata hesab edir ki, o, Səmədi sevsin, 
onun  qayğısını  çəksin  və  onun  gələcəkdə  əsl  insan  olmasına 
kömək etsin. Asel öz qismətini tapır.  
Asel gec  də  olsa  yaxĢı  adama qiymət  verməyi bacarır.  Ġlyas 
ona  xain  çıxanda  Aselin  ata  yurduna  qayıtmaq  fikri  olmur.  Bu 
qadın, taleyindən müəyyən qədər razıdır. Çünki qarĢısına Baydə-
mir  kimi  nəcib,  ailə  qayğısı  çəkən,  alicənab  bir  insan  çıxıb  və 
onunla  xoĢbəxt  ailə  həyatı  qurmaq  istəyir.  Bu  ailə  mehriban, 
səmimi  insanı  keyfiyyətlərlə  zəngin  olan  Baydəmirin  Aselə  və 
oğluna  olan  doğmalıq  münasibətindən  doğur.  Amma  bunlara 
baxmayaraq  ömürlərinin  sonunacan  nə  Ġlyas,  nə  Asel  ən  xoĢbəxt 
günlərini unutmayacaqlar. Ġlyas – Ġssik – Kulu, Asel – Ġlyas sevgi-
sinin  Ģahidi  olan  qu  quĢlarını  hər  zaman  xatırlayacaq.  Ġlyas 
ömrünün sonuna qədər  Asellə bağlı xoĢ xatirələri ürəyində daĢı-
yacaq.  O  etiraf  edir  ki,  «Mənim  hər  Ģeyim  olacaq,  ailəm  olacaq, 
dostlar  da,  yoldaĢlar da  tapılar.  Yalnız  mənim  bir  Ģeyim olmaya-
caq,  biryolluq  əbədi  olaraq  itirdiyim  adamım  olmayacaqdır  …» 
[2, 31]. 
Ç.Aytmatovun  yaratdığı  obrazlar  misilsizdir.  «Cəmilə» 
povestinin qəhrəmanı bir qadın kimi sərbəst və cəsarətlidir. «Qır-
mızı  yaylıqlı  qovağım  mənim»  povestində  Asel  insana  inanan, 
sevib evləndiyi kiĢidən qarĢılıqlı sədaqət qayğı gözləyir. Bu gəlin 
ailəsi uğrunda hər cür fədakarlıq göstərə bilər. 
 Ç.Aytmatov  sevdiyi  və  inandığı  qəhrəmanlarının  arxasınca 
gedir.  Aytmatov  yaradıcılığının  əsas  qayəsini  insana  hörmət 
duyğusu, vicdana və həqiqətə çağırıĢ hissi təĢkil edir. 
 
Ədəbiyyat: 
 
1.Aytmatov  Ç.  «Ana  tarla».  Azərbaycan  Dövlət  nəĢriyyat.  Bakı, 
1966 
2.Aytmatov  Ç.  «Qırmızı  yaylıqlı  qovağım  mənim».  «KöĢək 
gözü». B., 1965 
3.Воронов Владимир «Чингиз Айтматов». М., 1976 
4.Лебедева  Лариса.  Повести  Ч.Айтматова.  М.:  Художест-
венная литература, 1972 
5.Левченко  Виктор.  «Чингиз  Айтматов».  Москва:  Советский 
писатель. 1983 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə