MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə61/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

 
~ 180 ~ 
cəsarət və igidliyi ilə tanınan Tatoğlu Qara silahdaĢları ilə erməni-
lərə  qarĢı  vuruĢaraq,  onların  irəliləməsinə  mane  olurdu.  Erməni-
lərin  təhriki  ilə  yaxınlıqdakı  kazarmalarda  yerləĢən  rus  əsgər-
lərinin açdığı  atəĢ ilə Tatoğlu  Qara öldürülür...  Qara Tatoğlunun 
ölümü yerli camaatı çox sarsıdır. Rus əsgərləri, polislər və jandar-
mlar türklərin qırılmasını kənardan seyr edirdilər. Elə ki, erməni-
lər  türklər  tərəfindən  sıxıĢdırılırdı,  baĢlayırdılar  onlara  kömək 
etməyə‖(3,123).  
Xatirələrində  Gəncə  üsyanından  bəhs  edən  Nağı  ġeyx-
zamanlı yazır ki, igidliyi ilə məĢhur olan Tatoğlu Qara öz adam-
ları ilə birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilər özləri 
onu öldürməyə cürətləri  çatmadığından rus  əsgərlərini ələ alaraq 
onların  vasitəsilə  öldürtdülər.  Tatoğlunun  ruslar  tərəfindən  öl-
dürülməsini  Gəncə  əhalisi  hüznlə  qarĢıladı.  Bu  hadisədən  sonra 
erməni-müsəlman  münaqiĢəsi  təzədən  qızıĢır.  Diqqəti  cəlb  edən 
bu  idi  ki,  çar  hökuməti  və  məmurları  bu  mühüm  qanlı  qırğına 
münasibətdə seyrçi mövqe tuturdu (6,16).  
―Dəli  Alı‖  dastanında  adı  çəkilən  Tatoğlu  Qaranın  qardaĢı 
Həsəndir.  1906-cı  ildə  Dəli  Alı  öz  bacısı  oğlu  Zeynalabdinə 
Xaçbulaqda toy edir və Azərbaycanın ən ləyaqətli adamlarını toya 
dəvət edir. Tatoğlu Həsən də həmin toyda fəxri qonaq kimi iĢtirak 
edir.  Onun  səxavəti,  alicənablığı  AĢıq  Ələsgərin  nəzər-diqqətini 
cəlb edir. Toya tərif deyəndə Tatoğlu barədə misralar qoĢur. Bəs 
Tatoğlu  Həsənin  adı  ilə  yanaĢı  çəkilən  Bala  MəĢədi  kimdir? 
Tatoğulları nəslinin  tarixini  araĢdıran Xanlar  Bayramov  yazır ki, 
Tatoğlu  Həsən  uca  qaməti,  cəsurluğu,  mərdliyi  və  səxavətilə 
bütün  Gəncəbasarda  ad-san  qazanıbmıĢ.  Rəsmi  sənədlərdə  onun 
on  min  desyatin  torpaq  sahələri,  saysız-hesabsız  qoyun  sürüləri, 
1000  baĢdan  artıq  qaramalı,  at  ilxılarının  olması  təsdiq  edilir. 
Goranboy  ərazisində  qıĢlaqları,  Xaçbulaq  ətrafında  yaylaqları 
varmıĢ.  Professor  Sədnik  PaĢayevin  verdiyi  məlumata  görə 
Həsənə məxsus sürülər o qədər çox imiĢ ki, Goranboy ərazisindən 
mal-qara  yaylaqlara  aparılan  gün  birinci  sürü  yaylağa  çatanda 
axırıncı  sürü  qıĢlaqdan  çıxarmıĢ.  Bir  dəfə  var-dövlətilə  məĢhur 
olan Bala MəĢədi Naltökən  yolunda dayanıbmıĢ. Sürülər isə bir-
birinin  arxasınca  yaylağa  gedirmiĢ.  O,  çobanlardan  bu  sürülər 
kimindi-deyə  soruĢduqda  hamısının  bir  cavabı  olur:  ‖TatuĢaq-
larının‖. Bala MəĢədi atdan düĢür və zarafatla: - Bu at da yəqin ki
Tatoğullarınındı, onu da aparın, - deyərək atını çobanlara verir.  
Bu xəbər Həsənə çatdıqda deyir:  


 
~ 181 ~ 
-Bala  MəĢədi  bilir  ki,  Həsən  onun  hədiyyəsinə  biganə 
qalmaz,  əvəzini  ikiqat  ödəyəcək.  Bu  hadisədən  sonra  onların 
arasında  möhkəm  dostluq  əlaqələri  yaranır.  Hətta  bir  yerdə  Dəli 
Alının  bacısı  oğlu  Zeynalabdinin  toyunda  da  iĢtirak  edirlər. 
Toyun  aparıcısı  AĢıq  Ələsgər  də  toy  iĢtirakçılarının  bir  qisminə 
tərif yazanda Tatoğlu Həsənin və Bala MəĢədinin adlarını xüsusi 
vurğulayır.  Onların  Gəncəbasarda  ən  cəsur  və  səxavətli  insan 
olduqlarını qeyd edir (5,196). 
1920-ci  ildə  Azərbaycanda  sovetlərin  hakimiyyətinə  qarĢı 
etiraz olaraq Gəncədə baĢ verən üsyanda qaçaq igidlərdən Tatoğlu 
Həsənin, eləcə də ―Difai‖ partiyasının Gəncədə fəaliyyəti zamanı 
mühüm tapĢırıqların yerinə yetirilməsində Tatoğullarının rolu bö-
yük olub. Gəncə üsyanını araĢdırması zamanı Tatoğulları nəslinin 
nümayəndələrinə  xüsusi  yer  ayıran  X.Bayramov  yazır  ki,  bu 
nəslin nümayəndələri tarixin bütün sınaq məqamlarında düĢmənlə 
ölüm-dirim  mübarizəsi  aparmağı  bacarıblar.  XX  əsrin  əvvəllə-
rindən  baĢlayaraq,  ən  ağır  günlərdə  həmiĢə  mübarizə  meydan-
larında  olublar.  Onlar  Gəncədəki  milli  Ģüur  daĢıyıcılarının  töv-
siyələrinə əməl edərək Azərbaycanın tale yüklü məsələlərində heç 
zaman  gözləmə  mövqeyi  tutmamıĢ  və  cəsarətlə  döyüĢ  mey-
danlarına  atılıb  mübarizədən  alnıaçıq,  üzüağ  çıxmıĢlar.  Tato-
ğullarının mübarizə əzmi,  mərdliyi  və  cəsarəti qanlı sovet rejimi 
dövründə  müntəzəm  olaraq  təhrif  olunduğuna  görə,  Qaranın, 
Həsənin,  Məmməd  Söyünün,  Aslanın  adları  adsız  qəhrəmanlar 
siyahısına daxil edilmiĢ və unutdurulmağa cəhd göstərilmiĢdir. 
Ġsmayıl  ġıxlı  1920-ci  il  Gəncə  hadisələrinə  toxunduğu  son 
romanı – ―Ölən dünyam‖ romanında da Tatoğlu Həsənin, eləcə də 
digər igidlərin adlarını çəkir. Diqqət edək: ―ġəhərin ətraf yolları-
nı,  ətraf  kəndlərini  qorumağı  və  nəzarət  altında  saxlamağı  adlı-
sanlı qaçaqlara tapĢırmalıyıq. Bizim Sarı Ələkbər, Qaçaq Qəmbər, 
Topalhasanlı  Cabbar,  Topalhasanlı  Xallı  Heydər,  Qabaxtəpəli 
Dəli  Xəlil,  Tatoğlu  Hasan,  Sarı  Qafar,  Qaçaq  Məmmədqasım, 
Nainsafoğlu Məmmədəli kimi igidlərimiz var‖ (8,323).  
Qaçaq  igidlərimiz  zaman-zaman  çar  məmurlarını  qorxu 
içində  saxlamıĢ,  onların  hünəri  hətta  düĢməni  də  heyrətdə  qoy-
muĢdur:  ―  Onun  (Dəli  Alının-  K.N.)  səddi  –sorağı  Nikolaya  da 
yetiĢmiĢdi.  Nikolayın  qızı  Nikolayın  əmisindən  xahiĢ  etmiĢdi ki, 
gedər  o  iyidin  Ģəklini  çəkdirər,  mana  gətirərsən  (2,332).  Qoçaq-
lığı,  qəhrəmanlığı  ilə  hətta  düĢmənini  valeh  etmiĢ  Dəli  Alı  və 
onun igidləri haqqında belə faktlar dastanın sovet rejimi dövründə 


 
~ 182 ~ 
nəĢr  olunmuĢ  variantında  –  ―AĢıq  Ələsgərin  Dəli  Alıynan  əhva-
latı‖nda təbii ki, ixtisar olunmuĢdur.  
Xalq öz igidliklərilə qəhrəmanlıq dastanları yaradan qaçaq-
ları  sevmiĢ,  onları  qorumuĢ,  xatirəsini  əziz  tutmuĢdur.  Azərbay-
can  aĢıq  sənətinin  görkəmli  təmsilçisi  AĢıq  Ələsgər  bu  el 
qəhrəmanlarının portretini  sözlə çəkməyi,  onları  tanıtmağı,  ürək-
lərdə  yaĢayan  bu  qəhrəmanların  hünər  dolu  həyatını,  Ģücaətini 
qələmə alaraq gələcək nəsillərə çatdırmağı  özünə borc bilmiĢdir. 
Ġgidlərimiz  haqqında  bu  dastanlar  tariximiz  üçün  də  dəyərli 
qaynaq  hesab  oluna  bilər.  Xalqın  yaddaĢlarda  qoruyub  saxladığı 
bu söz sənəti örnəkləri təkcə folklor nümunəsi kimi yox, tarixi əks 
etdirən,  keçmiĢi  xəbər  verən  bədii  sənəd  kimi  də  dəyərli 
mənbədir.  
Ədəbiyyat: 
 
1.
 
AĢıq  Ələsgər.  (Tərtib  edənlər:  Ə.Axundov,  M.H.Təhmasib). 
Bakı: Azərbaycan EA-nın nəĢri, 1963, 487s. 
2.
 
AĢıq  Ələsgər.  Əsərləri  (tərtib  edən:  Ġslam  Ələsgər).  Bakı: 
ġərq-Qərb, 2004, 400s.  
3.
 
Baykara  H.  Azərbaycan  istiqlal  mücadiləsi  tarixi.  Bakı: 
AzərnəĢr, 1992 
4.
 
Əlizadə H. Azərbaycan aĢıqları: 2 cilddə; I c. Bakı: AzərnəĢr, 
1929, 295s. 
5.
 
Bayramov  X.  Gəncə  üsyanı  1920.  Sənədlər  və  materiallar. 
Bakı,2010 
6.
 
Keykurin  N.  Nağı  bəy  ġeyxzamanlının  xatirələri  və 
istiqlaliyyət fədailəri. Bakı: Təknur, 2007, 181s. 
7.
 
Refik  S.  Azeri  halk  edebiyatında  ―Deli  Alı‖  destanı.  ―Azer-
baycan yurt bilgisi‖, Ġstanbul, 1933, sayı 23, s.415-419 
8.
 
ġıxlı Ġ. SeçilmiĢ əsərləri: 2 cilddə; I c. Bakı: ġərq-Qərb, 2005, 
408s. 
 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə