MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə69/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   65   66   67   68   69   70   71   72   ...   113

 
~ 204 ~ 
 AYGÜN BAĞIRLI 
fil.ü.f.dok. 
AMEA, Nizami adına Ədəbiyyat Ġnstitutu 
 
SƏMƏD VURĞUNUN NƏZƏRĠ-ESTETĠK 
GÖRÜġLƏRĠNDƏ  MĠLLĠ-MƏNƏVĠ ĠRS PROBLEMĠ 
 
Açar sözlər: S.Vurğun, milli-mənəvi irs, atəşpərəstlik, Avesta 
 
Səməd  Vurğun  həm  söz  və  fikir,  həm  də  ictimai-mədəni 
həyat  tariximizdə  bir  mərhələ,  bir  hadisə  kimi  dəyərləndirilir  və 
bu  dəyərləndirmə  təsadüfi  xarakter  daĢımır.  Bunu  söyləyənlər 
təkcə onun Ģair kimi bənzərsizliyinə, poetik təfəkkürünün zəngin-
liyinə  istinad  etmirlər,  həm  də  Ģairin  ictimai  həyatdakı  roluna, 
milli tarix, milli ədəbiyyat üçün bəzən birbaĢa, bəzən də dolayısı 
ilə, mətnaltı kontekstdə mücadiləsinə əsaslanırlar.  
ġair  dövrünün,  mənsub  olduğu  ədəbi  mərhələnin  estetik 
düĢüncə  və  fikir  aləminə  təkcə  bədii-poetik  irsi  ilə  xidmət 
etməmiĢdir.  O,  ədəbi  prosesin  tərəqqisinə,  eyni  zamanda,  sözü 
böyük kəsər və əhəmiyyət kəsb edən bir alim kimi də təsir edirdi. 
Biz  bu  baxımdan  S.Vurğunu  yaxĢı  olan  nə  varsa  –  milli-mənəvi 
dəyərlərin, ənənələrin,  zəngin  keçmiĢin, milli  tarixin müdafiəçisi 
mövqeyində görürük. ġair P.Skosırev, Q.Prokofyev, E.Qorbunova 
(ətraflı bax: 2,40-41; 4, 152-159; 293-295) və öz içimizdən olan 
bir  çox  skeptiklərlə  polemikaya  girəndə  belə  öz  yaradıcılığına 
tutulan  iradları  cavablandırmaqdan  daha  çox  Azərbaycan  ədə-
biyyatı, mədəniyyət tariximiz, çoxəsrlik milli ideologiya və fəlsə-
fəmizlə  bağlı  məqamlara  toxunur,  onların  müdafiəsinə  qalxırdı. 
Onu  da  qeyd  edək  ki,  bu  müdafiə,  israrlı  polemikalar  Ģair  üçün 
asan  baĢa  gəlmirdi.  Çünki  mühit,  hakim  rejimin  formalaĢdırdığı 
ictimai ab-hava bu mücadilələr üçün əlveriĢli deyildi. S.Vurğunun 
polemikaya  girdiyi  belə  skeptiklərdən  biri  də  P.Skosırev  idi. 
P.Skosırev,  nədənsə  XII  əsri  Azərbaycan  mədəniyyətinin  çiçək-
lənməsi  dövrü  kimi  qiymətləndirən,  Nizami,  Xaqani,  Məhsəti 
xanım kimi sənətkarların məhz bu yüzillikdə yetiĢdiyini söyləyib 
bu  dövrü  mədəniyyət  tariximizin  «qızıl  dövrü»  adlandıran 
akademik  Mirzə  Ġbrahimova  etiraz  edir,  XII  əsr  Azərbaycanını 
«savadsız,  hüquqsuz  və  dilənçi»  adlandırır,  onun  yadellilərin 
iĢğalı  altında,  əsarətdə  olduğunu  iddia  edirdi.  N.Gəncəvinin 
doğma ana dilində yox, saray əyanlarının dilində yazıb yaratması 
faktı  ilə  də  qərəzli  fikirlərini  əsaslandırmağa  çalıĢırdı.  S.Vurğun 


 
~ 205 ~ 
isə  «Sual  olunur,  əgər  belə  isə  bəs  Nizami  hansı  bir  zəminə 
üzərində  öz  böyük  əsərlərini  yaratmıĢdır?  Skosırevin  iddiasına 
görə  baĢdan-baĢa  savadsız  və  dilənçi  bir  xalq  necə  oldu  ki, 
Nizamini  yaratdı?  XII  əsr  Azərbaycan  mədəniyyətindən  danıĢar-
kən Skosırevə bu qara boyalar nə üçün lazım olmuĢdur? Budurmu 
keçmiĢə  tənqidi  münasibət?  Məncə,  bu,  tarixi  həqiqəti  təhrifdən 
baĢqa  bir  Ģey  deyildir»  (103,  41)  –  deyərək  P.Skosırevə  kəskin 
etiraz  edir,  onun  bu  iddiasını  elmə  zidd  uydurma  adlandırır  və 
orijinal  məntiqi  ilə  sübut  edirdi  ki,  Axsitan  Azərbaycan  hökm-
darıdır,  ancaq  bu  hökmdar  qədim  bir  ənənənin  təmsilçisidir.  Bu 
ənənə  də  ondan  ibarətdir  ki,  o  zaman  fars  dili  bütün  ġərq 
ölkələrində  ədəbi  dil  sayılırdı.  Nizami  Gəncəvi  də  məhz  bu 
səbəbdən  fars  dilində  yazmağa  məcbur  olmuĢdur.  S.Vurğun 
orijinal  məntiqi  ilə  sübut  edirdi  ki,  bu  heç  də  Azərbaycanda 
yüksək mədəniyyət və ədəbiyyat olmayıb  – deməyə əsas vermir. 
ġair Nizami Gəncəvinin fars dilində  yazmasını onun ruhi faciəsi 
hesab  edir,  amma  yad  dildə  yazıb-yaratmasına  baxmayaraq,  öz 
milli  qürur  və  milli  mənlik  hissini  qoruyub  saxlamasına  yüksək 
dəyər  verir,  diqqəti  Ģairin  əsərlərində  türk  ruhunun,  türk  mənə-
viyyatının qorunub saxlanmasına cəlb edirdi. 
Əslində  ayıq  və  uzaqgörən  Vurğun  skosırevlərin  SSRĠ 
tərkibinə zorla qatılmıĢ xalqların, konkret nümunədə Azərbaycan 
türklərinin  qədim  və  zəngin  mədəniyyətini,  dövlətçilik  tarixini 
təhrif  etməsinin  səbəblərini  və  haradan  idarə  olunduğunu  yaxĢı 
baĢa düĢürdü. O, dərk edirdi ki, əvvəlcə proletar, sonra isə sovet 
ədəbiyyatı  adı  altında  formalaĢdırılan  ədəbiyyatın  və  çağdaĢ 
ideoloji  sistemin  əsas  məqsədi  milli  mədəniyyətləri,  mənəvi 
dəyərləri  təhrif  və  inkar  etməkdir.  Bunu  dərk  etdiyindəndir  ki, 
həmin ədəbiyyata qarĢı ilk çıxanlardan biri də S.Vurğun olmuĢdu. 
O,  1928-ci  ildə  qardaĢına  yazdığı  məktubda  «Mən  bugünkü 
yekrəng  ədəbiyyatın  amansız  bir  düĢməniyəm»  deyərkən,  məhz 
əsas  vəzifəsini  çağdaĢ  ədəbiyyatı  milli  çərçivədən  uzaqlaĢ-
dırmaqda  görən  və  bu  məqsədlə  də  «bütün  cəbhə  boyu  hücuma 
keçən» proletar ədəbiyyatını nəzərdə tuturdu. 
ġairin Q.Prokofyevlə mübahisəsinə nəzər salaq – Q.Prokof-
yev, Ģairi «Ġnsan» əsərində mücərrəd «ağıl» və həqiqətin «axtarı-
cılığında»,  idealizmi,  passivizmi  təbliğ  etməkdə,  ZərdüĢtün 
«köhnəlmiĢ»  fəlsəfəsindən  -  Hürmüz  və  Əhrimənin  timsalında 
xeyirlə  Ģərin  mübarizə  fəlsəfəsindən  istifadə  etməkdə  günah-
landırırdı.  S.Vurğun  Q.Prokofyevin  onun  yaradıcılığı  ilə  bağlı 
iradlarını  cavablandırmaqla  yanaĢı  «ZərdüĢtün  fəlsəfəsinin  köh-


 
~ 206 ~ 
nəlməsi»  iddiasının  da  əsassız  olduğunu  sübut  edirdi.  «Birinci, 
demək  istəyirəm  ki,  müasir  adam  kimi,  sovet  yazıçısı  kimi, 
ZərdüĢtün  fəlsəfəsini  özünün  yüksək  humanizminə  görə  bizim 
dövr üçün köhnəlmiĢ hesab etmirəm. 
Ġkinci,  bir  milli  adam  kimi  ənənəvi  olaraq  öz  psixologiya-
mda  çoxəsrlik  milli  ideologiya,  fəlsəfə  və  habelə  psixologiya  və 
mənəviyyatın  nəcibliyini  daĢıyır  və  yaĢayıram»  (4,  156)  – 
deməklə  böyük  tarixi  olan  mədəni  irsimizin,  estetik  və  ictimai 
təfəkkür  tariximizin  müdafiəsinə  qalxır  və  qeyd  edirdi  ki,  mark-
sist olmaq heç də xalqının ideallarından, milli yaddaĢından ayrıl-
maq  demək  deyil.  «Heç  bir  xalq  marksizmin-leninizmin  idrak 
edilməsinə öz milli ideologiya və fəlsəfə tarixindən kənarda gəlib 
çıxmayıb. 
…Qoy hörmətli rəyçi icazə versin ki, milli adam olan mən 
marksizmi ona xalqımın tarixini, ideologiya və mənəviyyatını da 
daxil  etməklə  öz  Ģəxsi  və  milli  hisslərim  mühitində  anlayım  və 
sevim» (4, 156). 
S.Vurğunun bu çıxıĢları ilə tanıĢlıq Ģairin sənətə, ədəbiyya-
ta,  dünənin  zəngin  mədəni  təcrübəsinə  baxıĢ  və  münasibətini 
aydınlatmaqla  yanaĢı,  həm  də  bizdə  o  dövrün  ədəbi-ictimai  mü-
hiti, ədəbi gerçəkliyi haqqında fikir formalaĢdırmıĢ olur. 
S.Vurğun  ayrı-ayrı  sənətkarların  poetik  fikir  aləmindən, 
yaradıcılıq  xüsusiyyətlərindən  bəhs  etməklə  bərabər  müxtəlif 
ədəbi abidələrimizdən də söz açmıĢ, onların mahiyyətini, ideya və 
spesifikasını  açıqlamağa  çalıĢmıĢdır.  «Avesta»,  «Dədə  Qorqud» 
kimi misilsiz abidələrin, mənəvi təcrübənin, milli təfəkkürümüzün 
təĢəkkülündə,  estetik  düĢüncənin  formalaĢmasında  oynadıqları 
rolu  Ģərh  etmiĢdir.  ÇağdaĢ  Azərbaycan  ədəbiyyatının,  estetik 
fikrin  əsl  mahyyətini  baĢa  düĢmək  üçün,  Ģair  mütləq  bu  mədə-
niyyətin tarixinə, ənənələrinə və ümumbəĢər mədəniyyətinə bəxĢ 
etdiyi  böyük  töhfələrə  nəzər  salmağı  vacib  bilir,  bütün  əldə 
olunan  nailiyyətləri  xalqın  potensial  yaradıcı  qüvvəsinin  ifadəsi 
hesab edirdi. «Azərbaycan xalqı dünyanın və xüsusi ilə ġərqin ən 
qədim  xalqlarından  biridir  və  üç  min  il  tarixi  olan  mədəniyyətə 
malikdir. 
Qədim  Muğan  torpağının  ümumdünya  Ģöhrəti  bütün  ġərqə 
məlumdur. Bu torpaqda doğulan ZərdüĢt atəĢpərəstlik fəlsəfəsi ilə 
böyük  mütərəqqi  rol  oynayıb.  Böyük  ZərdüĢt  xeyir  və  Ģərin 
barıĢmaz  mübarizəsi  nəzəriyyəsini  irəli  sürmüĢ  və  sonda  xeyirin 
qələbəsinə  inanmıĢdı.  Bu  inam  ZərdüĢtün  humanizmini,  insana 
məhəbbətini  əks  etdirir.  Ayrı-ayrı  tayfalara  bölünən  insanları 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə