MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə65/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

 
~ 192 ~ 
yıĢında ―aĢığın elin anası‖ olması təsəvvürü çox-çox qədimlərdən, 
―Kitabi-Dədə Qorqud‖ dastanlarında Dəli Ozan obrazında özünün 
mükəmməl  formulunu  tapır.  Qazan  xanın  ona  (Bamsı  Beyrəyə) 
verdiyi  səlahiyyətlər  (yaratdığı  Ģərait),  Dədə  Qorqudun  bir  ozan 
olaraq ozana olan münasibəti müəyyənləĢdirməsi sırf milli dəyər 
prinsiplərinə  hesablanmıĢdır  (8).  O.Sarıvəlli  ―aĢıq  eldən  alar  öz 
nəfəsini‖ (9, 156) deyirdi. AĢıq Nəcəfin də ―qız, gəlini bacı, ana 
bilməsi‖, təmiz adı özünə Ģərəf və ləyaqət nümunəsi hesab etməsi 
məhz xalq təsəvvüründə qəlibləĢmiĢ əxlaq prinsiplərinə bağlanır. 
Göyçə mühitinin ustad sənətkarı AĢıq Ələsgərdə buna yaxın olan 
və bu təsəvvürləri özündə ehtiva edən bir nümunəni veririk. 
 
YaxĢı hörmət ilə, təmiz ad ilə
Mən dolandım bu Qafqazın elini... 
Pirə ata dedim, cavana qardaĢ, 
Ana-bacı bildim qızı, gəlini. 
 
Bədəsildən hərgiz olmaz heç əsil
Lənət sənə gəlsin pis soy, pis nəsil! 
Firib, fəsad ondan qalxar müttəsil
Ölüncə tərgitməz öz əməlini. (1, 209) 
 
AĢıq  yaradıcılığı  bütün  qayəsi,  mahiyyəti  ilə  yaxĢılıqların, 
müdriklərin fəzilət kitabıdır. Sənətin stixiyasında dayanan dəyər-
lər bir növ etnosun davranıĢ qaydalarının formulu kimi Qurbanini, 
Abbas Tufarqanlını, Sarı AĢığı, Xəstə Qasımı, AĢıq Valehi, AĢıq 
Alını, AĢıq Ələsgəri və  son olaraq Göyçəli AĢıq Nəcəfi izləmiĢ-
dir.  ―Qız  -  gəlini  bacı,  ana  bilmiĢəm‖  deyən  ustad  əlavə  edir  ki, 
―bəsdi belə təmiz ad mənim üçün‖ deməsi ilə özü haqqında bütöv 
təsəvvürü  formalaĢdırır.  Məlum  olduğu  kimi,  ―aləmin  hərəkət 
dairəsi  səbəblərin  varlığından  asılı  olduğu  üçün,  hər  bir  cüzün 
özünəməxsus xüsusiyyəti vardır və hər bir xasiyyət də bir xeyirli 
iĢ  üçündür.  Əgər  iĢ  məsləhətə  müvafiq  olsa,  bu  iĢin  nəticəsi  də 
xeyirli  olar.  Deməli,  aləmdə  olan  hər  Ģey  xeyir  üçün  yaradıl-
mıĢdır‖  (4,  25-26).  Ustad  sənətkar  AĢıq  Nəcəfin  də  yaradıcılığı 
məhz  milli-mənəvi  dəyərlərə,  xeyirxahlığa,  insanlığa  hesablan-
mıĢdır.  Burada  adi  münasibətdən  tutmuĢ  bütün  insani  dəyərlərə 
qədər hamısı bir sistem olaraq gorünür. Həyata, dünyaya münasi-
bətlər  çərçivəsində  olanları  iki  istiqamətdə  təhlildən  keçirmək 
gərəyi  yaranır.  Birincisi,  sosial  sferanın  əxlaqi-mənəvi  kanonla-
rının AĢıq Nəcəf yaradıcılığında görünüĢü. Ġkincisi, AĢıq Nəcəfin 


 
~ 193 ~ 
cəmiyyətin doğurduğu davranıĢ aktlarına münasibəti. Hər iki xətt 
özlüyündə yaddaĢ hadisəsi, mənəvi dəyər faktı olaraq həmiĢə aĢıq 
yaradıcılığında  mühüm  hissəni  təĢkil  etmiĢdir.  Məsələn,  AĢıq 
Ələsgərin  bir  ustad  kimi,  ―yaxĢı  hörmət  ilə,  təmiz  ad  ilə,  mən 
dolandım  bu  Qafqazın  elini...‖  deməsi  məhz  sənətkarın  özünü 
ifadəsidir.  Bir  ustad  olaraq  aĢıqlıq,  aĢıq  sənəti  haqqında  verdiyi 
bilgidir.  FolklorĢünas  Ġ.Ələsgər  aĢıqlıq  və  mühit  səviyyəsində 
müəyyənləĢmiĢ davranıĢ modelini belə təqdim edir: ―Böyük ustad 
―aĢıq‖  adı  daĢıyanların  saz  çalıb,  söz  oxumaları  ilə  vəzifələrini 
bitmiĢ hesab eləmirdi; odur ki, Ģagirdlərindən də ―mərifət elmində 
dolu‖, ―oturub-durmaqda ədəbin bilən‖, ―xalqa həqiqətdən mətləb 
qandıran‖,  ―DanıĢdığı  sözün  qiymətin  bilən‖,  ―ġeytanı  öldürüb, 
nəfsin  yandıran‖,  ―el  içində  pak  oturub,  pak  duran‖,  ―dalısınca 
xoĢ  sədalı‖  olmağı  tələb  edirdi‖  (2,  22-23).  AĢıq  yaradıcılığı 
özlüyündə  funksional  mahiyyəti,  bütün  ictimai-sosial  məzmunu 
etibarilə xalqın mənəvi dəyər ölçüsünə hesablanmıĢdır. Ustadların 
fəaliyyəti,  həyata,  dünyaya,  insanlara  münasibəti  məhz  milli 
Ģüurdakı  müəyyənləĢmiĢ  mahiyyəti  ehtiva  edir.  Göyçəli  AĢıq 
Nəcəfin  də  Ģeirləri  özlüyündə  həmin  dəyərlərin,  münasibət  və 
davranıĢların ifadəsinə hesablanmıĢ nümunələrdir. 
 
Bir adamın əsli-zatı olmaya, 
Hər nə ki, iĢ desən tutar, a qardaĢ. 
YaxĢı nəsli, soy zavotu olmaya
Dar gündə adamı satar, a qardaĢ. (5, 15) 
 
Məlum  olduğu  kimi,  ―əxlaq  ictimai  Ģüurun  formalarından 
biri  olub  insanın  mənəvi  simasını,  özünə,  baĢqalarına,  əməyə, 
bütünlükdə  cəmiyyətə  münasibətlərini  müəyyən  edən  keyfiyyət-
lərin,  prinsip  və  qaydaların  (normaların)  məcmusudur‖  (7,  283). 
Göründüyü  kimi,  bu  nümunədə  əsil,  nəsil  məsələləri  bir  isti-
qamətdə  əxlaq, dəyər anlamında mətnə  gətirilir  və onun toplum, 
soy  müstəvisində  doğurduğu  anlam  öz  ifadəsini  tapır.  Didak-
tikanın  ümumi  problemləri  ilə  məĢğul  olan  Platon,  Aristotel, 
Seneka,  Sisseron,  Monten,  Ġ.H.Pestalotsi,  J.J.Russo,  S.T.ġatski, 
P.P.Blonski,  B.P.Yesipov,  M.N.Skatkin,  M.A.Danilov  və  baĢqa-
ları  didaktikanın  ümumi  nəzəri  prinsiplərini  geniĢ  təhlil  etmiĢ, 
onun  ictimai  Ģüurdakı  funksiyasına  xüsilə  diqqət  yetirmiĢlər. 
Ġctimai  Ģüur  özlüyündə  kateqorial  hadisə  olaraq  milli  dəyərlərə 
söykənir və onun prinsiplərinə əsaslanmaqla mənəvi-əxlaqi dəyər-
ləri müəyyənləĢdirir. Göyçəli AĢıq Nəcəf də öz Ģeirlərində məhz 


 
~ 194 ~ 
həmin  dəyərlərin  ifadəliliyinə  diqqət  yetirmiĢ,  qəlibləĢmiĢ 
formulları  mətn  hadisəsi  olaraq  müxtəlif  səviyyələrdə  Ģeirə 
gətirmiĢdir.  
AĢıq  yaradıcılığında  əxlaqi-didaktik  məzmun  bütün  dövr-
lərdə  aparıcı  müstəvidə  dayanmıĢdır.  Ustadlar  el  ağsaqqalı, 
müdriklik statusunda həmiĢə mənəvi dəyərlərin təbliğ və təqdimi 
ilə  örnək  olmuĢlar.  Ustadnamələr  bir  istiqamət  kimi  məhz  bu 
düĢüncənin ifadə forması olaraq aĢıq yaradıcılığında qəlibləĢmiĢ-
dir.  Ümumilikdə  aĢıq  yaradıcılığına  bir  bütöv  olaraq  diqqət 
yetirsək  (bəzi  istisnalar  nəzərə  alınmazsa)  bu  zəngin  xəzinə  bir 
əxlaq, mənəviyyat toplusudur. Dədə Qorqudun, Dirili Qurbaninin, 
Abbas  Tufarqanlının,  Xəstə  Qasımın,  Sarı  AĢığın,  AĢıq  Alının, 
ġəmkirli  Hüseynin,  AĢıq  Ələsgərin  yüksək  sənət  nümunəsi  olan 
ustadnamələri  bütünlükdə  ədəbiyyat  üçün  hadisə  səviyyəsində 
dayanan  faktlardır.  Ustadnamələr  aĢıq  yaradıcılığının  mahiyyət 
məsələsidir.  Bütünlükdə  etnosun  dəyər  sisteminin,  düĢüncəsinin 
göstəricisidir,  həyata,  dünyaya,  mühitə,  insanlara,  nə  varsa 
hamısına  müəyyənləĢmiĢ  davranıĢ  formuludur.  Göyçə  aĢıq 
mühitinin nümayəndəsi olaraq AĢıq Nəcəfin də yaradıcılığında bu 
dəyərlər  ustad  sözü,  nəsihəti  kimi  əxlaq,  mənəviyyat  hadisəsi 
olaraq bədii sferaya gətirilir.  
 
Verdiyim vədədən qaça bilmərəm
Əhd-peyman, düz ilqara bağlıyam. 
Sirrim seyraquba aça bilmərəm, 
Namusa, qeyrətə, ara bağlıyam. 
 
Artırıb həddindən aĢan deyiləm, 
Qaynaram, coĢaram, daĢan deyiləm, 
Özgə bir xəyala düĢən deyiləm, 
Doğru-dürüst etibara bağlıyam. (5, 22).  
 
AĢıq  yaradıcılığında  milli  -  mənəvi  dəyərlərin  dominantlıq 
təĢkil etməsi və bütün çalarları ilə bədii mətndə özünə yer tapması 
sənətin  özünün  mahiyyətindən,  daĢıdığı  funksional  xarakterdən 
irəli  gəlirdi.  Ona  görə  də  bu  dəyərlərin,  istər  əxlaqi-tərbiyəvi, 
istərsə  də  ictimai-siyasi  səciyyəli  olmasından  aslı  olmayaraq  bü-
tün elmi-nəzəri müstəvilərdə bir sistemin düĢüncə tipi kimi nəzər-
dən  keçirmək  gərəyi  yaranır.  Fərqlilik  isə  hadisə  və  faktın  ifadə 
və yanaĢma dərəcəsi ilə bağlıdır. Məlum olduğu kimi, aĢıq yara-
dıcılığında qorunan konservativlik yaradıcı Ģəxsiyyətini, sənətkar 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə