MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə68/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   64   65   66   67   68   69   70   71   ...   113

 
~ 201 ~ 
qeyd  edir.  Azad  Nəbiyevin  fikrincə  söyləsək  ki,  ölüyə  bayram 
etməzlər, əslində bayram deyil də həmin gün ölüləri yad edirlər.  
ÇərĢənbələrdə  uĢaqlar  (üçüncü  ölü  çərĢənbəsindən  baĢqa) 
aĢ-piĢ  oyunu,  dirə  -döymə  oyunu  oynamaqla  yanaĢı  yumurta 
döyüĢdürər,  yumurta  qatara  qoyardılar.  Ġndi  yumurta  döyüĢdür-
mək  qalsa  da,  yumurtanı  qatara  qoyma,  aĢ-piĢ  oyunu  və  dirə-
döymə oyunu tamamilə unudulub.  
Dördüncü çərĢənbə torpaq çərĢənbəsidir ki, bu həm də ilaxır 
çərĢənbədir.  Bu  çərĢənbə  artıq  tam  fərqli  bir  əhval-ruhiyyədə 
keçirilir. Həmin gün çox böyük canfəĢanlıq olur. Evlərdə bayram 
xonçaları  bəzədilir,  hərənin  adına  bir  Ģam  yandırılır.  Məhlələrdə 
tonqallar  düzəldilir.  Stollar  düzülür,  üzərinə  Ģirniyyat  qoyulur, 
samovar  qaynadılır.  Ən  əsası  isə  həmin  gün  qapı  pusma,  fala 
baxma,  papaq  atma  mərasimi  olur.  NiĢanlı  qızların  qapısına 
bayram  hədiyyəsi  gedir.  1989-cu  ilin  Novruzuna  qədər  Qazax 
bölgəsində  ilaxır  çərĢənbəni  aĢıqlarsız  və  qara  zurnasız  təsəvvür 
etmək  olmazdı.  AĢıqlar  və  zurnaçılar  baĢlarında  bir  neçə  dəstə 
masqalı  gənclərlə  qapı-qapı  gəzər,  bayramlaĢardılar.  Bir  kənddə 
bir neçə belə dəstə yaranardı. Hər qapıya gedərdilər və baja-baja 
payı  yığardılar.  Həmin  gün  həm  də  "Dan  atma"  mərasimi  də 
keçirilir. Bu mərasim niyyət gecəsini reallaĢdırır. Kim niyyət edib 
deyirsə ki, niyyətim yerinə yetsin Novruzda "Dan" atacam, məhz 
onlar keçirirlər. "Dan atma" gecəsi ən çox ilaxır çərĢənbə keçirilsə 
də,  bəzən  bunu  Novruz  bayramı  gecəsi,  yəni  ayın  21-də  də 
keçirənlər  olur.  Dan  atma  gecəsində  keçmiĢdə  yəni,  təxminən 
1985-88-ci  illərə  qədər  mütləq  aĢıqlar  iĢtirak  edərdilər.  Onlar 
səhərə  qədər  çalıb-oxuyar,  dastan  danıĢardılar.  Bu,  həm  də  dan 
gecəsinə yığıĢanların yatmaması, dan suyu gətirilənə qədər yuxu-
suz  qalmaları  məqsədini  daĢıyır.  Həmin  dan  atma  gecəsində  heç 
kim  yatmamalı, saqqız çeynənilməməli, Ģemiçka  yeyilməməlidir. 
Yatan  Ģəxs  digərləri  tərəfindən  yatdığı  yerdə  iynə  ilə  tikilirdi. 
Səhərə qədər insanlar yeyib-içir, deyib-gülür, aĢıqların dastanları-
na  və  ifalarına  qulaq  asırdılar.  YaĢlı  qadınlar  gəlmiĢdən-getmiĢ-
dən  söhbətlər  açarmıĢlar.  Hətta  gecə  boyunca  gənc  qızlar  fala 
baxar,  qulaq  falına  çıxarlar.  Sonra  səhər  dan  yeri  söküləndə 
iĢtirakçılar kollektiv Ģəkildə axar sudan su gətirməyə gedirlər. Su 
baĢında da aĢıqlar çalıb-oxuyar, qara zurnanın səsi kəndə yayılar-
dı. Hər kəs dan suyundan içib evə də su gətirərdilər. Bu suyu evə 
gətirənə  qədər  niyyət  edənlər  danıĢmazlar.  Səhər  açılanda,  yəni 
dan suyunu gətirəndən sonra hərə öz evinə dağılar. Bu adət bir az 
yenilənib  dəyiĢsə  də,  yaĢanmaqdadır.  Ġlaxır  çərĢənbəni  evində 


 
~ 202 ~ 
qarĢılayanlar da bayram adət-ənənələrini yaĢadırlar. Gənclər baja-
baja  yığmaq  üçün  evlərə  gedər,  getdikləri  evdən  isə  onlara 
torbalarına və ya papaqlarına bayram payı, yəni evdə biĢiriləndən 
qoyardılar.  
Bir  neçə  kənddə  isə  ilaxır  çərĢənbə  fərqli  keçirilir.  Orta 
Salahlı və Qıraq Salahlı kəndlərində daha fərqli, maskalarla qapı-
qapı  gəzər,  gəzdikləri evdən bayram  payı  ilə  yanaĢı  hətta pul  da 
alırlar. Onlar da qara zurna və sazla keçirillər bu bayramı.  
21-i  günü  hər  bölgədə  olduğu  kimi  Qazaxda  da  bayram 
gecəsi  böyük  izdihamla  keçirilir.  Həmin  gecə  məxsusi  lopalar 
yandırılır  göyə  atılır,  bayram  tonqalı  yanır.  Məhlələrdə  yenə  də 
bayram tonqalı yandırılır, müsiqi qurulur, süfrələr bəzənir. Qazax-
da  ən  ümdə  ənənələrdən  biri  də  əgər  qonum-qonĢuda  dünyasını 
dəyiĢən varsa, o məhlədə bayram tonqalı yandırılmaz.  
 Səhəri gün isə, yəni 22-də məxsusi Çaylı kəndində kəndin o baĢ 
bu baĢında dünyasını dəyiĢənlərin (ili çıxmamıĢ ölülərin) qapıla-
rını gəzib onlarla bayramlaĢar, yasdan çıxardarlar. Hər qapıda da 
(yası  düĢən  qapıda)  süfrə  açılar,  o  süfrəyə  də  Ģirniyyat  düzülər, 
səməni  qoyular.  Daha  sonra  ən  dəyərli  adətlərdən  biri  də  (məhz 
bu da Çaylı kəndi ilə bağlıdır) martın 22-si günü qonĢuluqda olan 
uĢaqların  hərəsinin  adına  bir  bağlama  bağlayar,  içində  Ģirniyyat 
qoyular  və  paylanılar.  Əslində  bu  da  Bayram  adını  daha  da 
doğruldur.  Bayram  elə  paylaĢmaq  deməkdir.  Seyfəddin  Rzasoy 
yazır  ki,  Novruz  bayramı  öz  tarixi-mədəni  kökləri  etibarilə  onu 
dünən  və  bu  gün  qeyd  edən  xalqların  bayramı  olmaqla  yanaĢı, 
həm  də  öz  teokosmik-ümumbəĢəri  mahiyyəti  baxımından  bütün 
dünyada insanlığın yenilənmə və sülh bayramıdır (1, s 21).  
 Adətə görə, bir neçə gündən sonra səmənini torpağa basdı-
rarlar ki, torpaq bərəkətli olsun. 
 
Ədəbiyyat: 
 
1. S.Rzasoy. Muğanlıda Novruz karnavalı, Tbilisi 2014 
2. R.Allahverdi. Təqvim mifləri və Novruz. Bakı: Nurlan, 2013 
3.  Xalq  yaradıcılığı  bayrama  yeni  rəng  gətirib  Məhəmməd 
Məmmədov ―Azərbaycan‖ qəz., 19 mart 2011. 
4.
 
Söyləyici: M. MəĢədiyev, 1965-ci il  
5. Söyləyici: Sakibə Bənnayeva, 1951-ci il 
6.  C.Bəydili,  Ġstiqbal  xalq  ədəbiyyatınındır.  Bakı:  Elm  və  təhsil, 
2015 
  


 
~ 203 ~ 
ИЛЬХАМА ГАСАБОВА 
              
НОВРУЗОВСКИЕ ТРАДИЦИИ В ГАЗАХЕ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: Новруз, Газах, хлопья, чершенбе, 
 сэмэни, шекербура-пахлава, айдай
 
 
В  статье  говорится  о  традициях  праздника  Новруз,  яв-
ляющегося одним из любимых праздников азербайджанского 
народа.  в  Газахском  регионе.  Здесь,  наряду  с  кулинарными 
праздничными  приготовлениями,  также  исследуются  наиме-
нования чершенбе. Широкое место отведено описанию ночи 
Дан-атма, проводимой в Газахском регионе, и традиций, свя-
занных с этой ночью. 
 
ILHAMA GASABOVA 
  
NOVRUZ TRADITIONS IN GAZAKH 
 
SUMMARY 
 
Key words: Novruz, Gazakh, flakes, Chershenbe, semeni,  
shekerbura-pakhlava, aydai 
 
In  the  article  is  spoken  about  traditions  of  one  of  favorite 
holidays of the Azerbaijanian – Novruz holiday in Gazakh region. 
There,  along  with  culinary  celebratory  preparations,  also  are  in-
vestigated  the  names  of  Chershenbe.  The  wide  place  is  taken 
away  to  the  description  of  Dan-atma  night,  spent  to  Gazakh  re-
gion, and the traditions connected with this night. 
 
 
 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə