MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə64/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   60   61   62   63   64   65   66   67   ...   113

 
~ 189 ~ 
MUSTAFAYEVA D. 
 
DĠLĠN MƏNĠMSƏNĠLMƏSĠNDƏ MƏTNĠN 
ÖYRƏNĠLMƏSĠNĠN ROLU 
 
XÜLASƏ 
 
Açar sözləri: mətn, mətnin məzmunu, sözün tezlik 
 göstəricisi, dominant leksika, adekvat qavrama 
 
Məqalədə  xarici  dillərin  mənimsənilməsində  mətinlərin 
düzgün  seçilib  müxtəlif  səpkidə  təhlil  edilməsinin  əhəmiyyəti 
Ģərh  edilir.  Bu  cəhətdən  dominant  leksikanın  funksiyası  araĢdı-
rılır. 
MUSTAFAYEVA D.  
 
THE ROLE OF MASTERING THE LANGUAGE OF 
THE  TEXT OF THE STUDY 
 
SUMMARY 
 
Key words: text, text content, an indication of the frequency 
of the word, the dominant vocabulary, adequate perception.
 
 
Such reviews of a variety of foreign languages was elected 
to the development of the article, the importance of the text is in-
terpreted correctly. This function is being investigated in terms of 
the dominant vocabulary. 


 
~ 190 ~ 
 ALTAY MƏMMƏDOV 
 AMEA Folklor Institutu 
 
  
GÖYÇƏLĠ AġIQ NƏCƏFĠN YARADICILIĞINDA 
MĠLLĠ-MƏNƏVĠ DƏYƏRLƏRĠN TƏCƏSSÜMÜ 
 
 Açar sözlər: aşıq yaradıcılığı, Göyçə aşıq mühiti, Aşıq  
Ələsgər, Göyçəli Aşıq Nəcəf, milli-mənəvi dəyərlər  
 
AĢıq  Nəcəf  yaradıcılığında  milli-mənəvi  dəyərlərin  ümumi 
mahiyyətini,  məramını,  funksional  xarakterinin  spektrlərini 
müəyyənləĢdirmək.  
Milli-mənəvi  yaddaĢın,  etnos  varlığının  hadisəsi  olan  aĢıq 
yaradıcılığı  özlüyündə  bir  əxlaq,  mənəviyyat  toplusudur.  Qlo-
ballaĢan  dünyada  yeni  təfəkkürün  nüvəsi,  nüvə  qaynağı  olan 
mədəniyyətlər  bütün  müstəvilərdə  milli  və  bəĢəri  dəyərlərin 
qorunuĢuna hesablanır. Zamanlar, toplumlar arasında olan bağlar 
daha çox və bəlkə də birinci sırada mənəvi dəyərlərlə, etnosların 
müəyyənləĢdirdiyi  əxlaq  formulları  ilə  davamlılıq  tapır.  Göyçə 
aĢıq  mühiti  də  mədəni  sferaya  daha  çox  məhz  özünün  qoruyub 
saxladığı  və  gələcəyə  varislik  funksiyası  ilə  daĢıdığı  kompleks 
dəyərlərdə  tapınır.  Burada  milli  yaddaĢ,  onun  komponentləri, 
milli  əxlaq  formulları,  davranıĢ  etiketləri  və  s.  bir  bütöv  olaraq 
cəmlənir.  AĢıq  Nəcəf  də  məhz  bir  sənətkar  olaraq  məclislərdə 
ozanların (məsələn, Dədə Qorqudun ―eldən-elə, bəydən bəyə ozan 
gəzər‖  (8),  aĢıqların  (―oturub  durmaqda  ədəbin  bilə,  mərifət 
elmində  kamil  gərəkdir‖  (1)  sənət  statusundan  çıxıĢ  etməklə 
mənəvi-mədəni  varlığın,  tarixi  toplumisal  dəyərlərin  qoruyucusu 
və  yaĢadıcısı  funksiyasını  yerinə  yetirir.  Burada  digər  bir 
istiqamət sahiblik missiyasıdır. AĢıq Nəcəf yaradıcılığı, bütünlük-
də  Göyçə  aĢıq  mühiti  sosial  sferanın  zaman-zaman  müəyyənləĢ-
dirdiyi  əxlaqa,  davranıĢa,  insani  dəyərlərə  sədaqət  nümayiĢ 
etdirmiĢ,  bir  növ  onun  ruporu  funksiyası  yerinə  yetirmiĢdir. 
ƏdəbiyyatĢünas Y.Qarayev ―Göyçə folkloru‖ toplusuna redaktor-
dan adlı məqaləsində yazır: ―...Göyçədə cocuq sazın səsini sözün 
sədasından  daha  əvvəl  eĢitmiĢdir.  Sözün  laylası  ilə  körpə  hər 
yerdə, sazın laylası ilə isə təkcə Göyçədə gözünü və dilini açır.  
Bu  layla  –  rübabın  simində,  qopuzun  telində  dilə  gələndə 
isə,  bayatı,  oxĢama  Burlanın,  Selcanın,  Banunun  dilində  zilə 


 
~ 191 ~ 
gələndə isə beĢikdə ərsəyə çatan da artıq ancaq Qazan xan, yalnız 
Bamsı Beyrək, ya da Dəli Domrul özü olur. 
Burla xatun, Selcan xanım, Banu çiçək bu laylanı min ildir 
ki,  çalır,  oxuyur  və  millətimizin  körpəliyini  hələ  də  beĢikdə 
yırğalayır.  
...Tarixdə  hər  Ģey  bizim  üçün  folklordan,  folklor  isə... 
Göyçədən  baĢlayır.  Rübabın  (Füzuli  qəlbinin  telinin)  vətəni  – 
Dəclə və Fərat arası, lirikanınkı – Egey dənizinin sahili, Qopuzun 
vətəni isə Göyçənin bətninin, bağrının baĢı olub‖ (3, 4-5). Layla 
da, bayatı da, rübab, da, qopuz da bütünlükdə xalqın dəyər toplu-
sudur,  əxlaq  və  mənəviyyat  yaddaĢıdır.  Etnosun  cəmiyyətə, 
bütünlükdə sosial sferaya baxıĢı, anlayıĢlar sistemi məhz sazın və 
sözün  laylasından  baĢlayır.  Göyçə  aĢıq  mühiti,  bütünlükdə  türk 
milli  ruhu  saza  güvənik  yeri,  toplumisal  mədəniyyətin  qaynağı 
kimi  baxır.  Mirzə  Bəylər  aĢıq  sənətinin  ustad  sənətkarlarından 
olan AĢıq Ələsgərə ―afərin, afərin əsli-zatına‖ (10) deyəndə məhz 
böyüklüyü,  əxlaq  zənginliyini  vurğulayırdı.  Musiqi  aləti  olaraq 
sazın,  coğrafi  ərazi  olaraq  Göyçənin  formalaĢdırdığı  və  təlqin 
etmək məqsədində olduğu fəlsəfə milli-mənəvi  dəyərlərə, əxlaqa 
hesablanır.  
AĢıq  yaradıcılığında  əxlaqi-tərbiyəvi  mahiyyət  bütünlükdə 
bədii düĢüncəni,  sənəti, sənətin təlqin  etməyə çalıĢdığı  dəyərləri, 
toplumisal  təsəvvürləri  əhatə  edir.  Çünki  aĢıqlığın  formalaĢdır-
mağa  çalıĢdığı  düĢüncə  bir  lay,  mədəniyyət  hadisəsi  olmaqla 
həyat,  dünya,  insan,  cəmiyyət,  təbiət  və  s.  təsəvvürləri  özündə 
ehtiva edir. AĢıq Nəcəfin zəngin yaradıcılığı milli-mənəvi dəyər-
lərin ifadəsi və özünəməxsusluğu baxımından bir rəngarəngliklə, 
həyat  müxtəlifliyinin  ifadəsi  ilə  canlı  və  təbii  görünür.  Məsələn, 
―Mənim  üçün‖  Ģeirində  qoyulan  problem  sırf  insanlıq  müstəvi-
sində sənətkar yanaĢmasını özündə ehtiva edir. 
 
Dünyanın iĢini qana bilmiĢəm,  
Dostların oduna yana bilmiĢəm, 
Qız - gəlini bacı, ana bilmiĢəm, 
Bəsdi belə təmiz ad mənim üçün (5, 86). 
 
Folklor  stixiyası  bir  mədəniyyət  hadisəsi  olaraq  bütün 
zamanlarda  xalqa,  onun  əxlaq  və  davranıĢ  kodeksinə  bağlanır. 
Burada  bədii  düĢüncənin  panoramı  o  qədər  dəqiqlik,  aydınlıqla 
iĢlənir  ki,  onun  daha  mükəmməl  variantının  müəyyənləĢməsi  və 
ortaya  qoyulması  mümkünsüz  görünür.  Türkün  etik  əxlaq  anla-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə