MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə60/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

 
~ 177 ~ 
düyü hürriyyət davasını və müdafiə hüququnu təmsil edən dastan 
kimi xüsusilə dəyərləndirməsi diqqətəlayiqdir.  
―Azərbaycan  yurd  bilgisi‖  dərgisində  ―Dəli  Alı‖  dastanı 
haqqında  məlumata  mühacir  ziyalılarımızdan  Səlim  Rəfiqin 
―Azəri  xalq  ədəbiyyatında  ―Dəli  Alı‖  dastanı‖  məqaləsində  rast 
gəlirik.  O,  qaçaq  Alı  haqqında  rəvayətləri  Nağı  Keykurinin 
(ġeyxzamanlının- K.N.) dilindən yazıya köçürdüyünü bildirir. Bu 
qaçaq haqqında məlumatın əsas faktları belədir: Dəli Alı Gəncə-
nin Qarasuçu kəndindən olub çox yaraĢıqlı bir gənc imiĢ. 1898-ci 
ildə  22  yaĢından  dağlara  çəkilib  qaçaqçılığa  baĢlamıĢdır.  BaĢına 
11 igid toplanıbmıĢ. Rus-yapon müharibəsi ilə maraqlandığından, 
gündəlik  qəzetləri  tərcümə  etdirirmiĢ.  Alı  erməni-müsəlman 
davasında (1905) baĢına topladığı 3000 kəndli ilə birlikdə erməni-
lərin  yerləĢdiyi  Bayan və Çardaqlı kəndlərini ələ keçirib. Amma 
uĢaqlara. qadınlara, qocalara və müqavimət göstərməyənlərə əsla 
toxunmayıb. Erməni-müsəlman hadisəsi barıĢıqla nəticələndikdən 
sonra  çar  hökumətinin  əmrinə  əsasən  onu  mühasirəyə  alsalar  da, 
heç bir nəticə əldə edə bilməmiĢlər. Bu barıĢığın baĢ verməsinin 
səbəbi ilə bağlı Nağı ġeyxzamanlı xatirələrində yazır ki, Dəli Alı 
kəndlərdən toplanmıĢ 3000 silahlı cavan ilə erməni məhəllələrinə 
hücuma  keçir.  Gəncədə  xalq  qüvvələri  Ələkbər  bəy  tərəfindən 
idarə olunurdu. Ələkbər bəy burada müəyyən göstəriĢlər verir və 
vəziyyətə  nəzarət  edirdi.  Gəncə  Ģəhərində  vəziyyətin  gərginləĢ-
məsi  ?ar  üsuli-idarəsinin  yüksək  rütbəli  məmurlarını  narahat 
etməyə  baĢladığı  üçün  onlar  general-qubernator  (vali)  Bauerin 
ətrafına  toplaĢmıĢ  və  nə  edəcəklərini  bilmirdilər.  Nəhayət,  onlar 
belə bir qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən baĢqa 
heç  kəs  dayandıra  bilməz.  Onlar  bu  məqsədlə  Ələkbər  bəyin 
yanına  gələrək:  ―Ələkbər  bəy,  Ģəhərin  yarısını  məhv  etmək 
fəlakətdir və ermənilər də tutduqları iĢdən peĢmandırlar‖ deyərək, 
ondan bu xalq hərəkatını dayandırmağı xahiĢ edirlər. Nəhayət, bu 
xahiĢ-minnətlərdən  sonra  Ələkbər  bəy  bu  hərəkatı  dayandırmaq 
əmrini verir (6,17).  
Alını tutmaq üçün hökumət bir çox vasitələrə əl atsa da, onu 
aldada  bilməmiĢdir.  Alıya  böyük  ―güzəĢt‖lər  etməklə  yumĢalt-
mağa səy edəndə də heç nəyə nail ola bilməmiĢlər. Hökumət daha 
güzəĢtli,  daha  inamlı  tədbirlərlə  də  50-60  rus  məmuru  öldürmüĢ 
bu  igidi  yoldan  çıxara  bilməmiĢdir.  Guya  igidliyinə  görə  Rusiya 
çarlığının  300  illiyi  münasibətilə  keçirilən  mərasimə  çağırmıĢ, 
qaçaq  Nağını  öldürməyi  Alıya  təklif  etmiĢlər.  Belə  bir  təkliflə 


 
~ 178 ~ 
razılaĢmağı  namussuzluq  sayan  Alını  öldürə  biləcək  bir  adam 
tapmıĢlar ki, bu da Alının mehtəri olmuĢdur.  
S.Rəfiq bu qəhrəmana qoĢulan dastanı Hümmət Əlizadənin 
topladığı  və  1929-cu  ildə  Bakıda  nəĢr  etdirdiyi  ―El  ədəbiyyatı 
nümunələri‖ kitabından götürdüyünü qeyd edir.  
Dəliqanlı  igidin  tərifində  dastanlarımıza  xas  bədii  ĢiĢirtmə-
dən istifadə etməklə onun yaĢadığı zaman ġah Abbas dövranına, 
igid  yoldaĢları  Azərbaycan  xanına  bənzədilir.  Dəli  Alının  dolaĢ-
dığı  yerlər coğrafi baxımdan konkretdir: QoĢqar dağı,  Xaçbulaq, 
Sarı  yal.  Bu  coğrafi  adlar  təbii  olaraq  Gəncəyə  məxsusdur.  Dəli 
Alının igid yoldaĢları Xaçbulaqda Koroğlu meydanı kimi meydan 
açıb.  Onlar  yalnız  xəncər  və  qılıncla  vuruĢmur,  əllərində 
Yaponiyadan gəlmiĢ tüfəng var: 
 
 Hər biri bir igiddi
 Bir qoĢunun sərkərdəsi. 
 Gördüm asmana dayandı, 
 ―Öldürrəm-öldürrəm‖ səsi. 
 Yaponiyadan tüfəng gəlib
 Yeddi verst vurur gülləsi. 
 
MəĢhur  qaçağa  ―dəli‖  deyilməsi  də  ―Kitabi-Dədə  Qorqud‖ 
dastanından ―Koroğlu‖ dastanına qədər iĢlədilən bir igidlik, dəli-
qanlılıq anlayıĢı mənasındadır: 
 
Ġgidliyin səbəbinə 
Ona deyirlər Dəli Alı, 
ġücaətdə qəhrəmandı, 
Loğmana bənzər kamalı. 
 
Dastanın son bəndinə nəzər salaq: 
 
Biçarə fağır Ələsgər, 
Gəldin yetdin hər nə isə 
Haq səni sərraf yaradıb, 
Qiymət qoy yaxĢınan pisə. 
Tatoğlu iki qardaĢa 
Onlar girəndə məclisə, 
Hamıdan çox pul verib 
Qızılınan doldu kisə.  
AĢıqlar güzəran tapıb  


 
~ 179 ~ 
Bəylər güzəranı kimi (7,418).  
 
Qaçaq  Alı  haqqında  bu  dastan  AĢıq  Ələsgər  tərəfindən 
söylənilmiĢdir.  Əslində  bu  Ģeir  parçaları  aĢığın  Ģəxsən  iĢtirak  et-
diyi Dəli Alının bacısı oğlu Zeynalabdinin toyunda gördüklərinin 
təfsilatıdır.  Bu  hadisə  barədə  ―AĢıq  Ələsgərlə  Dəli  Alı‖  dastan-
rəvayətində  geniĢ  söhbət açılmıĢdır. Bu dastanda Dəli Alının bir 
çox qaçaq yoldaĢları, igidlər öyulur. Lakin Tatoğlu xüsusi maraq 
doğurur. Dastanda adı çəkilən Tatoğlu kimdir? Dastanın Hümmət 
Əlizadə  (  deməli,  eyni  zamanda  Səlim  Rəfiq)  tərəfindən  təqdim 
olunan variantında ―Tatoğlu iki qardaĢ‖dan söhbət gedir. Dastanın 
Azərbaycanda 1963-cü il nəĢrində həmin bənddə Tatoğlunun adı 
qəsdən çəkilmir. Diqqət edək: 
 
Hax səni sərraf yaradıb, 
Qiymət qoy yaxĢıya, pisə. 
Hər yana səda düĢdü, 
Onnar gələndə məclisə. 
 Hamıdan çox pul verdilər
Qızılınan doldu kisə.  
AĢıqlar güzəran tapıb  
Bəylər güzəranı kimi (1,368).  
 
Əslində məclisə kimin gəlməsi aydın olmur və oxucu üçün 
qeyri-müəyyənlik  yaranır.  Dəli  Alının  qaçaq  yoldaĢlarının  hər 
birini  bu  dastanda  yerli-yataqlı  təqdim  və  tərif  edən  AĢıq  Ələs-
gərin  Tatoğlunun  adını  çəkməməsi  ağlabatan  deyil.  Son  dövrün 
nəĢri  (2004)  bunu  sübut  edir.  Burada  bu  cəsur  igidin  adı  bərpa 
edilmiĢ  və  həmin  misra  ―Tatoğlu,  Bala  MəĢədi‖  Ģəklində  qeyd 
olunmuĢdur.  Tatoğlu,  daha  doğrusu  Tatoğulları  kimdir?  Tato-
ğulları xalqın milli azadlıq hərəkatında, o cümlədən Gəncə üsya-
nında  ən  mübariz  qüvvələrdən  biri  kimi  bolĢeviklərə  qarĢı 
mübarizəyə qoĢulublar.  
XX əsrdə Adıgözəlovlar (Tatoğulları) nəslinin 4 nəfər tanın-
mıĢ  nümayəndəsi  Azərbaycan  istiqlalının  qurbanı  olub.  1905-ci 
ildə Həsən Adıgözəlovun qardaĢı, adı dillər əzbəri olan ―Tatoğlu 
Qara‖,  1920-ci  ilin  iyun  ayında  isə  Həsən,  qardaĢı  Məmməd 
Hüseyn və oğlu Aslan güllələnmiĢlər (5,98). 
Tatoğlu Qara Gəncədə müsəlmanlara zülm edən ermənilərin 
qənimi,  el  qəhrəmanıdır!  Hüseyn  Baykaranın  ―Gəncədə  erməni-
lərə  qarĢı  hücum‖  yazısında  oxuyuruq:  ―O  zaman  xalq  arasında 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə