MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə57/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

 
~ 168 ~ 
folklor  hadisəsi  olmaqla  maraq  doğurur.  Ġkincisi,  Sədulla  bəyin 
dediyi: ―Əsl kiĢi odur ki, silahsız bac ala, kiĢi özü silah olmalıdır‖ 
cümləsi  aforistik  məzmun  yükü  daĢımaqla  milli-mənəvi  dəyər 
daĢıyıcısı  kimi  birbaĢa  türk  xislətini  əks  etdirir.  Bu  səhnə 
―Koroğlu‖ dastanında ―Koroğlunun qocalığı‖ qolundakı Koroğlu-
nun  silaha-tüfəngə  bəslədiyi  nifrətedici  münasibətlə  üst-üstə 
düĢür. Ġgidliyin silah-tüfəng gücünə yox, qol gücünə güvənməklə 
göstərilməsi  prinsipi  güdülür.  Povestin  digər  bir  yerində  isə 
Sədulla bəy ―Hamparrar‖ adlı göy talada tanımadığı Qaçaq Nəbi 
ilə qəflətən qarĢılaĢanda da: ―– Əmioğlu, kiĢi silahsız keçinməli-
dir.  Silahla  vuruĢ  hər  kiĢinin  iĢidir...  kiĢi  elə  silahdı  da...  bizdə 
adət belədir‖ deməsi ilə ―naməlum adam (Qaçaq Nəbi – ġ.A.) bu 
qəfil  sözdən  alındı,  özündən  asılı  olmayaraq  silahı  –  sevimli 
aynalısını  aĢağı  saldı...  o  gündən  Qaçaq  Nəbi  ilə  Sədulla  bəyin 
dostluğu baĢladı‖ (1, 11). 
Bu təsvirdə xalq qəhrəmanı Qaçaq Nəbinin əsərə gətirilməsi 
də  folklor  ruhunu  artırmaqla  o  vaxtkı  Azərbaycan  həyatını  göz 
önündə  canlandırır.  ―Tüfəngin  çıxması  ilə  kiĢilik  zamanının 
bitməsi‖  ―Koroğlu‖  eposunda  elan  olunur  ki,  bu  cür  təfəkkür 
tərzinə ―Anam deyərdi ki..‖ povest-soynaməsində bir neçə  yerdə 
rast  gəlirik.  Hətta  əsərdə  bəylik  rütbəsinin  də  qol  zoruna 
qazanılmasına – fiziki güc hesabına alınmasına da iĢarə var.  
―Nurəlibəylilər  nəsli  öz  qolları  gücünə  (qolu  zorbalılıqları 
ilə) bəylik qazanmıĢdılar. Onlar bəyliyi sonradan öz hal-əhvalları 
ilə  qazanmıĢdılar.  Anamın  dediklərinə  görə  Nurəlibəylilərin  çox 
müdrik,  ağır  adamları  olub:  ulu  babaları  (bu,  təxminən  7-8-ci 
babaya  düĢür)  xalq  loğmanı  –  türkəçarə  həkimi  imiĢ...  Əslən-
nəslən  Qarabağ  mahalından  olan  bu  xalq  loğmanı  bir  gün  bu 
yerlərdən  keçərkən  Göylü  kəndinin  (Masallı  rayonunun  Xıl 
kəndi)  güllü-çiçəkli  mənzərəsi  xoĢuna  gəlir  və  öz  ―həkimliyini‖ 
bu kənddə davam etdirmək qərarına gəlir. Sonradan Salyanda bir 
əlacsız  xəstəni  sağaltdıqdan  sonra  ona  sual  olunur  ki,  zəhmət 
haqqı  olaraq  bizdən  nə  istəyirsən?  O,  ev  sahibinin  qızına  iĢarə 
edir  və  onunla  evlənir.  Sonradan  Allah  tökür  onun  baĢına  oğul 
övladlarını.. 
Anam deyərdi ki, bu nəsildə oğlan övladı çox olarmıĢ... mən 
bura gəlin gələndə bu boyda nəsildə bircə qız uĢağı var idi. Özü 
də  həm  ağıllı,  həm  də  çox  qoçaq,  atıcı-vurucu  olublar,  mərdi-
mazar  olmayıblar...  Çox  kələntər  kiĢilər  var  idi...  Elə  bunun 
hesabına bəylik qazanmıĢdılar, camaat onları bəy adlandırırdı‖(1, 
12-13). 


 
~ 169 ~ 
Bu  hissədə  ananın  dedikləri  əsasında  soyköklə  bağlı  məlu-
mat-informasiya verilir ki, bu da Ģifahi yaddaĢ iĢığında folklor irsi 
vasitəsilə  tarixə,  soykökün  mənĢəyinə  aydınlıq  gətirilir.  Bu  fakt 
özü  də  birbaĢa  povestin  baĢdan-baĢa  xatirə  əsasında  –  Ģifahi 
yaddaĢ  sayəsində  formalaĢdığını  təsdiqləyir.  Elə  əsər  baĢdan-
ayağa  folklor  materialından  təĢkil  olunduğundandır  ki,  Ģifahi 
repertuardan  yazıya  götürüldüyündəndir  ki,  zaman,  tarix  burada 
etnoqrafik  elementlərlə  vəhdətdə  əksini  tapıb.  Bu  barədə  kitabın 
içərisində  mötərizə  daxilində  müəllif  yenə  belə  bir  əlavə  izahat 
iĢlədib  yazır:  ―Oxucum.  Heç  də  təəccüblənmə,  bunlar  mənim 
Xanım  anamın  dedikləri,  mənim  eĢitdiklərimdir!  Bu  kitabımda 
yazıçı  təxəyyülü,  demək  olar  ki,  yoxdur,  sadəcə  Anamdan  eĢit-
diklərimi  və  gördüklərimi  olduğu  kimi  yazıya  almıĢam...  Bəli, 
zaman  olub  ki,  insanlar  öz  övladları  ilə  bacı,  qardaĢ  övladları 
arasında  heç  bir  fərq  görməyiblər...  Ürək  o  qədər  geniĢ  olub  ki, 
orada bütün qohum-əqrəbaya yer çatıb...‖ (1, 16). 
Milli  etnoqrafik  həyat  tərzi-bacı  və  qardaĢ  balaları  ilə 
insanın  öz  balaları  arasında  fərq  qoymaması  prinsipi  də  Ģifahi 
repertuardan  zaman  və  insan  qoĢalığının  hansısa  bir  formada 
təqdimidir: insanların  dəyiĢməsi  zamanın (zəmanənin) dəyiĢməsi 
ilə gerçəkləĢir – nəticələnir. 
―Bu yerlərdə təzə niĢanlılar əks tərəfin qohum-əqrəbasından 
bir müddət gizlənərdilər ki, niĢanlının yaĢca böyük qohumlarının 
gözünə  bir  müddət  görünməsinlər...  Abır-həya  var  idi.  Avropa 
hələ uzaqda idi...‖ (1, 17). 
Bu  qeydlər  isə  bir  daha  müasir  yabançı  Avropa  həyat 
tərzinin üstümüzə ayaq açıb gəlmədiyi vaxtlarımıza – zəmanənin 
abır  həyanın  olduğu  çağlara  iĢarə  olub,  niĢanlı  gənclərimizin 
cəmiyyətdə davranma qaydasına - əks tərəfin yaĢlı qohumlarından 
utanıb-gizlənmə adətinə toxunmaqla bir daha milli-mənəvi dəyər-
lərimizin özünəxaslığını göstərir.  
―Nurəlibəylilər  nəslinin  bir  ucu  da  Azərbaycanın  Cənub 
bölgəsinin  tanınmıĢ,  Azərbaycan  mədəniyyətinə  görkəmli  nüma-
yəndələr vermiĢ  Kələntərlilər nəsli ilə bağlı olmuĢdur. Bu nəslin 
böyük  qızı  Tükəzban  xanım  Hacıbalanın  atası  MəĢədi  Əzizin 
doğma  əmisi  oğlunun  arvadı  idi.  Varlı  ailənin  qızı  olan  Tükəz-
banın dədə-babadan qalma çox paltarları, çadraları, yaylıqları var 
idi  (lap  uĢaq  olarkən  bu  sətirlərin  müəllifi  həmin  paltarları,  baĢ 
örtüklərini  Tükəzban  xanıma  –  hamının  Xanbacısının  –  toylarda 
olarkən  öz  gözləri  ilə  əynində  görmüĢdü).  Sonralar  bu  nəsildən 
olan görkəmli muğam və opera sənətinin ustası HəĢim Kələntərli, 


 
~ 170 ~ 
Yavər 
Kələntərli, 
Münəvvər 
Kələntərli 
Azərbaycan 
mədəniyyətinə  öz  layiqli  xidmətlərini  göstərib,  Azərbaycan 
xalqının hörmətini qazandılar‖ (1, 20-21). 
―Bir  gün  yenə  nəslin  böyük  gəlini  Xandostu  (Tükəzban 
xanım) kiçik gəlinlə (Tuğra xanımla) böyür-böyürə oturub söhbət 
edirmiĢlər:  
–  Dünən  Bəkidən  Münəvvər  xəbər  göndərib...  Mənim 
―Gəndədur‖ yaylığımı göndərməyi tapĢırıb... 
– Xandostu, neynir görəsən o yaylığı, baĢına örtəcək yəqin... 
–  Yox  e!  O,  baĢına  haçannan  yaylıq  örtməz,  ―lazımdı‖ 
deyib. 
–  Ay  Xandostu.  Heyfdi  ey  o  yaylığ,  indi  kimdə  var  elə 
Ģeylər... 
– Deyib ki, Xanbacıma denən ―Gəndədur‖u mənə çatdırsın 
bir-iki günlüyə... Kino çəkillər, lazımdı... 
Sonralar  məlum  oldu  ki,  Üzeyir  Hacıbəylinin  ―O  olmasın, 
bu  olsun‖  filmində  ―gəlinin‖  (MəĢədi  Ġbadın)  baĢına  örtülmüĢ 
yaylıq bizim Xandostunun ―Gəndədur‖u imiĢ.  
O baĢ örtüyü hələ o zamanlar Lənkəranda nadir xanımlarda 
olardı.  Mən  o  yaylığı  Xandostunun  böyük  oğlunun  toyunda 
gəlinin baĢında görmüĢdüm‖ (1, 22). 
Dialoq formasında folklor informasiyası kimi təqdim olunan 
bu  parçada  mədəniyyət  tariximizin  keĢməkeĢli  inkiĢaf  yolundan 
bir  mənzərə  gözlərimiz  qarĢısına  gəlir.  Azacıq  sonra  isə 
―Gəndədur‖  haqda  məlumatın  verilməsi  isə  folklor-etnoqrafik 
yöndən  çox  böyük  dəyər  daĢıyır:  ―Gəndədur‖  doğrudan  da, 
kənardan  seyr  edilməyə  layiq  bir  baĢ  örtüyü  idi  –  qırmızı,  lalə 
rəngli atlaz üzərində ipək qızılı-sarı saplarla, incə, zərif gül-çiçək 
Ģəkilləri  ilə  iĢlənmiĢ  (toxunmuĢ)  bu  baĢ  örtüyü  baxanı  valeh 
edərdi,  xüsusən  günəĢ  və  ya  çıraq  iĢığında  onun  par-par  parıl-
daması  baxanın  ağılını  baĢdan  aparırdı.  GünəĢ  Ģüalarının  isti-
qamətindən  asılı  olaraq  gah  zərxara  parçaya,  gah  əlvan  xalçaya 
oxĢayırdı:  doğrudan  da,  bu  zərxara  Ģal  lap  alıĢdım-yandım  idi!‖ 
(2). 
Qadınlarımızın  baĢ  örtüyü  olan  ―Gəndədur‖  yaylığı  barədə 
çatdırılan bu informativ bilgi tarixi-etnoqrafik baxımdan özlüyün-
də çox qiymətli məlumatı əks etdirir.  
Folklorumuzda yuxugörmə instinkti və yuxunun çin çıxması 
məsələsi  də  mühüm  yer  tutur.  Və  povestdə  bu  barədə  də  tarixi 
reallığa söykənən maraqlı bir epizoda diqqət yetirək: 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə