MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə59/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   55   56   57   58   59   60   61   62   ...   113

 
~ 174 ~ 
ШАКИР АЛБАЛЫЕВ 
 
ВЫРАЖЕНИЕ «МАТЬ МОЯ ГОВОРИЛА...»  - ОГУ-
ЗНАМЕ НАШЕГО ВРЕМЕНИ, ИЛИ XIII СКАЗАНИЕ 
«ДЕДЕ ГОРГУДА»!.. 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: фольклор, повесть, мать, 
 этнография, история
 
 
В статье с историко-этнографической точки зрения ана-
лизируется повесть Севиль Нур "Мать моя говорила...".  
В  повести  на  фоне  исторического  прошлого  родос-
ловной  одного  поколения  говорится  об  образе  жизни  жите-
лей южного города Лянкярана на протяжении всего ХХ века. 
События представлены вместе с колоритом народной жизни, 
так как книга была записана с живого репертуара матери ав-
тора.  Здесь  находят  свое  естественное  живое  выражение 
фольклор, этнография, образ жизни народа. 
 
SHAKĠR ALBALIYEV 
 
“MY MOTHER WAS SPOKEN...” – OGHUZNAME 
OF OUR TIME, OR XIII LEGEND OF  
“DEDE GORGUD”!... 
 
SUMMARY 
 
Key words: folklore, the story, mother, ethnography, history
 
 
In  the  article  from  the  historical-ethnographically  point  of 
view is considered Sevil Nur’s My mother was spoken... story. 
In  the  story  against  the  historical  past  of  one  family 
generation  it  is  spoken  about  during  20th  century’s  life-way  of 
inhabitants  of  Lankaran,  the  southern  city.  Events  are  presented 
together with colour of a national life as the book has been written 
down from live repertoire of the author’s mother. There are find 
natural  live  expression  the  folklore,  ethnography,  people  way  of 
life. 


 
~ 175 ~ 
KƏMALƏ NƏCƏFOVA  
BDU, fil.ü.f.dok. 
 
“DƏLĠ ALI” DASTANINDA QAÇAQ OBRAZLARI VƏ 
TARĠXĠ GERÇƏKLĠK 
 
Açar sözlər: qaçaq obrazları, Dəli Alı, Tatoğlu 
 
Ucsuz-bucaqsız  rus  istilaları  bir  çox  türkdilli  xalqlar  kimi, 
Azərbaycan  xalqının  da  uzunmüddətli  bəlası,  qarĢısıalınmaz 
müsibəti olmuĢdur. Bu müsibət əsarət altına düĢən xalqların istiq-
lal mübarizəsinə səbəb olmuĢ, xalq gördüyü ağır zülmləri, çəkdiyi 
iztirabları Ģeir və nəğmələrə, dastanlara köçürərək təsəlli tapmıĢ-
dır.  Təkcə  təsəlli  üçün  deyil,  daha  çox  təbliğat  üçün  yaradılmıĢ 
dastanlar  rus  ordusunun  təcavüzünə  qarĢı  silaha  sarılmıĢ  xalqın 
mübarizəsini əks etdirən real bədii lövhələrdir. 
Rus  istilasından  sonra  xalq-aĢıq  sənəti  yeni  mərhələyə 
qədəm  qoyur.  Folklorda  milli  istiqlal  və  xalq  azadlıq  hərəkatına 
marağın  artması  baxımından  bu  dövrün  çağdaĢ  xalq  yaradıcılığı 
ən yüksək səviyyədə qaçaq dastanları ilə təmsil olunmuĢdur. 
Azərbaycanda  qaçaq  hərəkatı  əsasən  rus  çar  rejiminə  və 
yerli  zülmkarlara  mübarizə  prosesində  meydana  gəlmiĢdir. 
Qəddarlığa,  zülmə  dözməyib  intiqam  üçün  qaçaq  düĢən  igidləri-
mizdən biri də Dəli Alı idi.  
Azərbaycan  Xalq  Cümhuriyyətinin  Gəncə  liderlərindən 
Ġsmayılxan  Ziyadxanlı  1906-cı  ildə  Dövlət  Dumasındakı  məĢhur 
nitqində  söyləmiĢdi:  ―Peterburqa  gələr-gəlməz  əlimə  keçən 
―Novaya  vremya‖  qəzetinin  səhifələrində  beĢ  il  qaçaq  həyatı 
sürmüĢ  gəncəli  bir  tatarın  (türkün)  rəsmini  gördüm.  Bu  rəsmin 
altında  belə  bir  yazı  vardı:  ―Quldurluğu  haqqında  dastanlar 
söylənən  Qafqaz  Ģeytanı  Dəli  Alı‖  (3,  126).  Belə  haqsızlıqlara 
qarĢı  çıxıĢ  edən  millət  vəkili  nitqində  müsəlman  əhalisinin 
təqiblərə,  hökumətin  Ģiddətli  hücumlarına,  böhtanlarına  məruz 
qaldığından, milli varlığına təcavüz edildiyindən, heç bir haqq və 
hüquq  verilməyən  müsəlmanların  dininə  müdaxilədən  həyəcanla 
danıĢmıĢ,  ―artıq  bizim  üçün  də  hərəkət  etmək  vaxtı  çatdığını‖ 
diqqətə çatdırmıĢdı.  
Dəli  Alı  çar  hakimiyyəti  zamanından  dağlara  çəkilmək 
məcburiyyətində  qalmıĢ,  qaçaq  həyatı  yaĢamıĢdır.  ―Adı  qaçaq-
lıqda,  qoçaqlıqda  Qafqazı  götürən‖  Dəli  Alıya  AĢıq  Ələsgər  də 
dastan qoĢub, onun igidliyini öyüb: 


 
~ 176 ~ 
Gün kimi aləmi tutubdu adı, 
 Ġgidlər sultanı, xanı Dəli Alı! 
 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  çar  üsuli-idarəsinə 
qarĢı  silahlı  mübarizə  aparan  Dəli  Alını  AĢıq  Ələsgər  böyük 
Ģövqlə tərif etmiĢdir: 
 
Götürüb süzəni minəndə ata
 Fələk əhsən deyir boya, büsata, 
Nərə çəkib təpinəndə saldata, 
Sel kimi axıdar qanı Dəli Alı. 
 
XX  əsrin  30-cu  illərində  Ġstanbulda  dərc  olunan  mühacirət 
mətbuat  orqanı  -  ―Azərbaycan  yurd  bilgisi‖  dərgisinin  baĢ 
redaktoru  Əhməd  Cəfəroğlunun  ―Azəri  ədəbiyyatında  istiqlal 
mücadiləsi‖ adlı araĢdırmasında  Azərbaycan ədəbiyyatında istiq-
lal  mübarizəsi  dövrünün  beĢ  əsas  meyli  incələnir  ki,  bu 
meyllərdən  biri  də  qaçaq  dastanları  və  aĢıq  ədəbiyyatında  rus 
istilasına  qarĢı  əkslərdir.  Ə.Cəfəroğlu  azəri  xalq  ədəbiyyatında 
ruslara  qarĢı  yürüdülən  istiqlal  mücadiləsini  əks  etdirən  qaçaq 
dastanlarından  ən  çox  rəğbət  qazananı  ―Qaçaq  Nəbi‖  olduğunu 
bildirir.  Tədqiqatçı  dastanın  diqqətəlayiq  faktlarını  xüsusilə 
nəzərə çatdırır. O, dastanda Nəbinin dilindən deyilmiĢ ―gör məni 
kim aparır –bir sarı dığa‖ ifadəsinə diqqəti yönəldir və hesab edir 
ki,  Nəbi  bununla  məhz  rus  əsgərinin  adi  və  qiymətsiz  bir 
―dığa‖dan  fərqi  olmadığını  göstərmək  istəmiĢdir.  Qeyd  edək  ki, 
H.Əlizadənin  topladığı  folklor  nümunələrində  də  ―sarı  dığa‖nın 
əlindən dad edən Həcərin ah-naləsi ifadə olunur: 
 
Ellər köçdü, həsrət qaldıq bu dağa, 
Bülbül olub bir qonmadıq budağa, 
 Qabağım kəsibdir bir sarı dığa, 
Mənim bu günümdə gələsən Nəbi
 Saldatın əlindən alasan Nəbi! (4,195). 
 
Dastanın  1961-ci  ildəki  nəĢr  variantında  bu  bənd  eynilə 
saxlanılmıĢ,  ―sarı  dığa‖nın  adı  çəkilən  misra  ―QoĢun  yayılıbdı 
sola, həm sağa‖ Ģəklində təqdim olunmuĢdur.  
Ə.Cəfəroğlunun  ―Qaçaq  Nəbi‖  dastanını  məna  və  məzmun 
cəhətdən ifadə etdiyi məna etibarı ilə, xalqın ruslara qarĢı  yürüt-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə