MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə67/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   63   64   65   66   67   68   69   70   ...   113

 
~ 198 ~ 
ĠLHAMƏ QƏSƏBOVA 
BDU,  fil. ü.f. dok.  
 
QAZAXDA NOVRUZ ADƏT-ƏNƏNƏLƏRĠ 
 
Açar sözlər: Novruz, Qazax, lopa, çərşənbə, səməni,  
şəkərbura-paxlava, əydəy 
 
Türk  dünyasının  ən  əziz  bayramlarından  biri  də  zaman-za-
man müəyyən dəyiĢikliklərə uğrayan, bəzi adətləri unudulub, bəzi 
adətlərini isə yeniləyən Novruz bayramıdır. Ġnsan, kainat 4 ünsür-
dən  -  su,  od,  torpaq  və  küləkdən  yaranıb.  AĢıqlarımız  da  vücud-
namələrində  «Ab,  atəĢ,  xak,  baddan  yarandım»  deyərək-  su,  od, 
torpaq və yelə bağlı olduqlarını nəzərdə tutublar. Molla Cümə:  
 
 
...Abı, atəĢ, xaki, baddan xəlq etdi
Ġlahi Adəmi yaratdı ata, bu məxluqata. 
 
-  zincirləməsində  oddan,  sudan,  torpaqdan  və  yeldən  yarandığını 
söyləyir (4). 
ġimal  yarımkürəsində  astronomik  yazın  baĢlandığı,  gecə-
gündüz  bərabərliyi  günündə  (martın  20-si,  21-i  və  ya 22-sində) 
keçirilir.  Bir  sıra  xalqlar  yaz  fəslinin  gəlməsini  təbiətin  canlan-
ması ilə bağlamıĢ, bu münasibətlə Ģənliklər keçirmiĢ, onu yeni ilin 
baĢlanğıcı kimi bayram  etmiĢlər. Qədim zamanlardan baĢlayaraq 
Azərbaycan, Ġran,  Əfqanıstan,  Tacikistan,  Özbəkistanda və  bir 
çox  Ģərq  ölkələrində  baharın-yeni  ilin  gəliĢini  Ģənliklərlə 
qarĢılayırlar. Martın 21-i Ġran və Əfqanıstanda rəsmi təqvimin ilk 
günü  sayılır.  2009-cu  il sentyabrın  30-da  Novruz YUNES-
KO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiĢ, 23 
fevral 2010-cu ildə isə BMT BaĢ Assambleyasının 64-cü sessiya-
sının  iclasında  mart  ayının  21-i  "Beynəlxalq  Novruz  Günü"  elan 
edilmiĢdir. 
Hər  il  4  çərĢənbə  Novruzdan,  günün  bərabərləĢməsindən 
əvvəl  qeyd  olunur.  Bütün  bölgələrdə  Novruz  bayramı  böyük 
sevinclə  qarĢılanıb  və  qeyd  olunduğu  kimi,  folklor  örnəklərini 
özündə  daha  çox  ehtiva  edən  Qazax  mahalında  Novruz  bayramı 
özünəməxsus əhval-ruhiyyədə keçirilir. Novruz adətləri Qazaxda 
ta  qədimlərdən  yüksək  dəyərləndirilərək  keçirilib.  Səməd 
Vurğunun  böyük  qardaĢı  Mehdixan  Vəkilov  Ģair  haqqındakı 
xatirələr  kitabında  1906-cı  ilin  21  mart  gecəsini  təsvir  edərək 


 
~ 199 ~ 
yazır: "1906-cı ilin 21 mart gecəsi idi. Novruz bayramı gəlmiĢdi. 
Salahlı  kəndinin  daĢ  evlərindən  gur  lampa  iĢığı  gəlirdi.  Həyət-
lərdə  tonqal  yanırdı.  UĢaqlar,  yeniyetmələr,  hətta  yaĢlılar  da  od 
üzərindən  hoppanır,  köhnə  təsəvvürlərə  görə,  azar-bezarlarını  və 
xata-balalarını  atəĢə  tökürdülər.  Bütün  kənddə  Ģadlıq  əhvali-
ruhiyyəsi  var  idi.  FiĢənglər  atılır,  lopalar  alovlanırdı.  Qızlar, 
gəlinlər öz baxtlarını qabaqcadan bilmək ümidiylə suya üzük salır 
və bayatılar deyirdilər. Ġtlərin səsi aləmi götürmüĢdü. Keçəpapaq 
(kosa)  adlanan  məzhəkəçilər  qapı-qapı  gəzib  adamları  güldürür, 
bayram payı alırdılar" (1, s102). 
Adət-ənənəni xalq yaradır və özü də inkiĢaf etdirir. Novruz 
adət-ənənələrini də xalqdan öyrənmək lazımdır. Novruz bayramı 
ilə  əlaqədar  yetərincə  alimlər  Ģərhlər  yazmıĢ,  araĢdırmalar  apar-
mıĢ,  bir-birindən  müxtəlif  qənaətlərə  gəlmiĢlər.  Ona  görə  də  bu 
Ģərhlərə  bayramın  həqiqi  mahiyyətini  əks  etdirən  arqumental 
mülahizələr  kimi  deyil,  bayramla  bağlı  əski  mifoloji  görüĢləri 
özündə  daĢıyan  dəyərli  informasiya  mənbəyi  kimi  baxmaq  daha 
düzgün və dəqiq yanaĢma olar ( 2, s 87).  
Elm  zaman-zaman  xalqdan  adətləri  toplayıb  kitablara 
köçürür.  Heç  bir  tarixi  hadisə,  yaxud  Ģəxsiyyətin  adı,  onun 
fəaliyyəti ilə bağlı olmayan Novruz təbiətin, kainatın qanunları ilə 
idarə olunan bir bayram olub ( 3, s 7). 
Dörd çərĢənbə ilə qeyd olunan bayram su, od, torpaq və yel-
ilaxır  çərĢənbədir.  Qazax  bölgəsində  çərĢənbələrin  adlarında  bir 
az  fərqli  deyimlərlə  qarĢılaĢırıq.  Belə  ki,  su  çərĢənbəsi  olan 
çərĢənbə el arasında cıvrıxçı, cıdırçı, yaxud xəbərçi (Qazax bölgə-
sində xəbərçi ifadəsi ən çox dialekt söz olan "cıvrıxçı" kəlməsi ilə 
iĢlədilir)  çərĢənbəsi  adlanır.  Həmin  çərĢənbədə  mütləq  evə  dan 
üzü su gətirilir, həmin su ilə aĢ dəmlənir, çay qoyulur. Hətta çox 
evlərdə o su ilə xəmir yoğrular, çörək biĢirərlər. 
Ġlk  çərĢənbə,  yəni  cıvrıxçı  çərĢənbəsi  adı  ilə  ona  görə 
səslənir ki, artıq yazın gəliĢini xəbər verir. Cıvrıxçı də elə xəbərçi 
deməkdir.  Hətta  bir  bölgədə  kəndlərdə  müxtəlif  cür  iĢlənir. 
Məsələn  Xanlıqlar  kəndində  "cıdırçı"  deyilir.  Bu  çərĢənbəni 
Qazax bölgəsində xüsusi qeyd edirlər.  Ġnanclara görə, ilk çərĢən-
bəni  necə  keçirərsən,  həmin  il  axıra  qədər  ruzulu-bərəkətli  olar-
san.  Ġlk  çərĢənbədə  ocaq  yandırılır,  uĢaqlar  üçün  lopa  düzəldilir. 
Lopa  çox  qədimdən  digər  bölgələrdə  olduğu  kimi  Qazaxda  da 
istifadə olunur. Bunu həm Novruz bayramında, həm də keçmiĢdə 
toy mərasimində "Ģax qaldırma" (Ģah bəzəmə, toyda qardaĢlıq ya 
bacılıq tərəf toyu olana bəyə və gəlinə qaldırılar) lopa yandırırlar. 


 
~ 200 ~ 
Lopa  uzun  bir  çubuğa  köhnə  paltar-palazdan  dolanır  və  simlə 
bərkidilir, sonra onu bir-iki saat neftin içində saxlayırlar, gecə Ģər 
qarıĢanda  yandırılır.  Adətən  evdəki  uĢaqların  sayına  uyğun 
hərəsinin adına bir lopa düzəldilərdi. Təəssüf ki, hazırda bu adət 
unudulmaqdadır.  
Artıq  ilk  çərĢənbədən  səmənilər  göyərdilir.  Bu  bölgədə 
səməni  mütləq  torpaqda  göyərdilər  ki,  bunun  da  rəmzi  mənası 
torpağın ruzulu-bərəkətli olması ilə bağlıdır. ÇərĢənbə öncəsi ev-
eĢik mütləq təmizlənir, bayrama hazırlıq görülür. Məhz bu məna-
da  su  çərĢənbəsi  təmizlik  çərĢənbəsidir  deyə  ev-eĢiyi  təmizlər, 
paklardılar.  
Ġkinci  çərĢənbə  od  çərĢənbəsidir.  Bu  çərĢənbəni  də  Qazax 
bölgəsində  təmtəraqla  keçirirlər.  AĢ  dəmləyər,  süfrə  açar,  Ģəkər-
bura,  paxlava  biĢirirlər.  XX  əsrin  əvvəllərinə  kimi  bayramda 
Ģəkərbura  paxlava  deyil,  sacın  altında  közdə  kömbə,  qatlama, 
əydəy,  fəsəli  biĢirilərdi.  Üç  gün  kəndin  baĢında  zurna  çalınardı. 
(5)  Qazax  bölgəsində  məxsusi  olaraq  aĢı  əriĢtə  ilə  biĢirərlər.  Ġlk 
çərĢənbədən  qabaq  çərĢənbələr  öncəsi  qadınlar  bayram  əriĢtəsi 
kəsərlər.  ÇərĢənbələrdə  və  bayramda  aĢı  mütləq  əriĢtə  ilə 
dəmləyərlər.  Bu  adət  hələ  də  davam  etməkdədir.  Bu  çərĢənbədə 
də ocaq qalanar, lopa düzəldilər.  
Üçüncü  yel  çərĢənbəsinə  Qazaxda  el  arasında  həm  də  ölü 
çərĢənbəsi, qara bayram deyilir. Bu çərĢənbədə ocaq qalamazlar. 
Hər  kəs  dünyasını  dəyiĢən  ailə  üzvlərinin  və  qohum-  əqrəbanın 
qəbir  üstünə  çıxar,  qəbir  üstünə  səməni  aparar,  bayram  xonçası 
qoyarlar.  Evdə  dəmlənən  aĢı  da  ölü  adına  dəmləyərlər.  Azad 
Nəbiyev müsahibələrinin birində deyir ki: «Son vaxtlarda Novru-
zun  rituallarına,  adət-ənənələrinə  bir  qədər  neqativ  münasibətlər 
özünü göstərir. Yəni bəzi məlumatsız adamlar tonqal mərasimini, 
papaqatdını,  kosa-keçəl  personajını  yanlıĢ  Ģərh  edirlər.  Bundan 
əlavə «qara bayram» və «yalançı çərĢənbə» adətləri var ki, bunlar 
da sonradan yaranıb və adət halını alıb. Amma Novruz bayramdır 
və xalq heç vaxt yas mərasimini bayram etməyib». Cəlal Bəydili 
isə ölü çərĢənbəsinin dördüncü çərĢənbədə qeyd edildiyini  yazır: 
Axır  çərĢənbə  gününün  bir  baĢlıca  özəlliyi  də  budur  ki,  qəbir 
üstünə  gedilər,  ölülərin  ruhuna  Quran  oxunar,  dua  elənər.  Bu 
çərĢənbə  axĢamı  da  ,  dədə-baba  adətincə,  adamlar  od  yandırıb 
ocaq çatar, tonqal qalayıb üstündən tullanallar (6,
 
s 156).  
Qazax  bölgəsində  dördüncü  deyil,  üçüncü  çərĢənbəni  ölü 
çərĢənbəsi  adlandırır  və  bu  çərĢənbəni  yuxarıda  deyilən  Ģərtdə 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə