~ 198 ~
ĠLHAMƏ QƏSƏBOVA
BDU, fil. ü.f. dok.
QAZAXDA NOVRUZ ADƏT-ƏNƏNƏLƏRĠ
Açar sözlər: Novruz, Qazax, lopa, çərşənbə, səməni,
şəkərbura-paxlava, əydəy
Türk dünyasının ən əziz bayramlarından biri də zaman-za-
man müəyyən dəyiĢikliklərə uğrayan, bəzi adətləri unudulub, bəzi
adətlərini isə yeniləyən Novruz bayramıdır. Ġnsan, kainat 4 ünsür-
dən - su, od, torpaq və küləkdən yaranıb. AĢıqlarımız da vücud-
namələrində «Ab, atəĢ, xak, baddan yarandım» deyərək- su, od,
torpaq və yelə bağlı olduqlarını nəzərdə tutublar. Molla Cümə:
...Abı, atəĢ, xaki,
baddan xəlq etdi,
Ġlahi Adəmi yaratdı ata, bu məxluqata.
- zincirləməsində oddan, sudan, torpaqdan və yeldən yarandığını
söyləyir (4).
ġimal yarımkürəsində astronomik yazın baĢlandığı, gecə-
gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində)
keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlan-
ması ilə bağlamıĢ, bu münasibətlə Ģənliklər keçirmiĢ, onu yeni ilin
baĢlanğıcı kimi bayram etmiĢlər. Qədim zamanlardan baĢlayaraq
Azərbaycan, Ġran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir
çox Ģərq ölkələrində baharın-yeni ilin gəliĢini Ģənliklərlə
qarĢılayırlar. Martın 21-i Ġran və Əfqanıstanda rəsmi təqvimin ilk
günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNES-
KO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiĢ, 23
fevral 2010-cu ildə isə BMT BaĢ Assambleyasının 64-cü sessiya-
sının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan
edilmiĢdir.
Hər il 4 çərĢənbə Novruzdan, günün bərabərləĢməsindən
əvvəl qeyd olunur. Bütün bölgələrdə Novruz bayramı böyük
sevinclə qarĢılanıb və qeyd olunduğu kimi, folklor örnəklərini
özündə daha çox ehtiva edən Qazax mahalında Novruz bayramı
özünəməxsus əhval-ruhiyyədə keçirilir. Novruz adətləri Qazaxda
ta qədimlərdən yüksək dəyərləndirilərək keçirilib. Səməd
Vurğunun böyük qardaĢı Mehdixan Vəkilov Ģair haqqındakı
xatirələr kitabında 1906-cı ilin 21 mart gecəsini təsvir edərək
~ 199 ~
yazır: "1906-cı ilin 21 mart gecəsi idi. Novruz bayramı gəlmiĢdi.
Salahlı kəndinin daĢ evlərindən gur lampa iĢığı gəlirdi. Həyət-
lərdə tonqal yanırdı. UĢaqlar, yeniyetmələr, hətta yaĢlılar da od
üzərindən hoppanır, köhnə təsəvvürlərə görə, azar-bezarlarını və
xata-balalarını atəĢə tökürdülər. Bütün kənddə Ģadlıq əhvali-
ruhiyyəsi var idi. FiĢənglər atılır, lopalar alovlanırdı. Qızlar,
gəlinlər öz baxtlarını qabaqcadan bilmək ümidiylə suya üzük salır
və bayatılar deyirdilər. Ġtlərin səsi aləmi götürmüĢdü. Keçəpapaq
(kosa) adlanan məzhəkəçilər qapı-qapı gəzib adamları güldürür,
bayram payı alırdılar" (1, s102).
Adət-ənənəni xalq yaradır və özü də inkiĢaf etdirir. Novruz
adət-ənənələrini də xalqdan öyrənmək lazımdır. Novruz bayramı
ilə əlaqədar yetərincə alimlər Ģərhlər yazmıĢ, araĢdırmalar apar-
mıĢ, bir-birindən müxtəlif qənaətlərə gəlmiĢlər. Ona görə də bu
Ģərhlərə bayramın həqiqi mahiyyətini əks etdirən arqumental
mülahizələr kimi deyil, bayramla bağlı əski mifoloji görüĢləri
özündə daĢıyan dəyərli informasiya mənbəyi kimi baxmaq daha
düzgün və dəqiq yanaĢma olar ( 2, s 87).
Elm zaman-zaman xalqdan adətləri toplayıb kitablara
köçürür. Heç bir tarixi hadisə, yaxud Ģəxsiyyətin adı, onun
fəaliyyəti ilə bağlı olmayan Novruz təbiətin, kainatın qanunları ilə
idarə olunan bir bayram olub (
3, s 7).
Dörd çərĢənbə ilə qeyd olunan
bayram su, od, torpaq
və yel-
ilaxır çərĢənbədir. Qazax bölgəsində çərĢənbələrin adlarında bir
az fərqli deyimlərlə qarĢılaĢırıq. Belə ki, su çərĢənbəsi olan
çərĢənbə el arasında cıvrıxçı, cıdırçı, yaxud xəbərçi (Qazax bölgə-
sində xəbərçi ifadəsi ən çox dialekt söz olan "cıvrıxçı" kəlməsi ilə
iĢlədilir) çərĢənbəsi adlanır. Həmin çərĢənbədə mütləq evə dan
üzü su gətirilir, həmin su ilə aĢ dəmlənir, çay qoyulur. Hətta çox
evlərdə o
su ilə xəmir yoğrular, çörək biĢirərlər.
Ġlk çərĢənbə, yəni cıvrıxçı çərĢənbəsi adı ilə ona görə
səslənir ki, artıq yazın gəliĢini xəbər verir. Cıvrıxçı də elə xəbərçi
deməkdir. Hətta bir bölgədə kəndlərdə müxtəlif cür iĢlənir.
Məsələn Xanlıqlar kəndində "cıdırçı" deyilir. Bu çərĢənbəni
Qazax bölgəsində xüsusi qeyd edirlər. Ġnanclara görə, ilk çərĢən-
bəni necə keçirərsən, həmin il axıra qədər ruzulu-bərəkətli olar-
san. Ġlk çərĢənbədə ocaq yandırılır, uĢaqlar üçün lopa düzəldilir.
Lopa çox qədimdən digər bölgələrdə olduğu kimi Qazaxda da
istifadə olunur. Bunu həm Novruz bayramında, həm də keçmiĢdə
toy mərasimində "Ģax qaldırma" (Ģah bəzəmə, toyda qardaĢlıq ya
bacılıq tərəf toyu olana bəyə və gəlinə qaldırılar) lopa yandırırlar.