MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə48/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

 
~ 142 ~ 
etmiĢlər‖ (4.s.111). Həmçinin hər bir bölgənin özünəməxsus adət-
ənənələri,  özəllikləri  var.  Qarabağda  mərasimlər  zamanı  maraqlı 
tamaĢalar  göstərilir,  oyunlar  keçirilirdi.  Bunlardan  ―Kəndirbaz‖, 
―Keçi papaq‖, ―Yelləncək‖ və s. Hər il Novruz bayramı ərəfəsin-
də kəndə kəndirbazlar gəlirdi. Onlar xüsusi kəndir üzərində məra-
simlər  keçirdiyi  zaman,  gözün  Ģüasını  qırmaq  üçün  kəndirbazın 
keçi papağı, keçinin baĢının formasında maskalar geyərək, yerdə 
maraqlı söhbətlər və cürbəcür hərəkətlər edirdilər. Onlar insanlar-
dan nəmər yığar və nəmər verən o insanların adlarını çəkib təĢək-
kür edərdilər. AĢıq dəstələri bu göstərilən mərasim məclislərində 
kəndirbazı müĢayiət edirdilər. 
ÇərĢənbə  axĢamlarında  kəndin  hündür  yerində  Məsədi 
Abbas  qayasında  ―VıĢka‖  deyilən  hündürlükdə  bir  neçə  köhnə 
maĢın,  traktor  təkərlərini  Kitabi  Dədə  Qorqud  dastanımızda 
olduğu kimi üç yerdə yandırardılar. Bütün gecəni səhərə kimi bu 
tonqallar yanırdı. Rayonun ən ucqar kəndləri bu alovu görürdü. 
Səhər bulaq baĢına  gedər, hər bir insan, dərdini suya danı-
Ģardı ki, onu su yuyub aparsın. Su üstündən atlanıb xəstəliklərdən 
xilas  olmaq,  sudan  içməklə  səsi  təmizləmək  və  s.  kimi  ənənələr 
müxtəlif  görüĢ  və  tapınmaları  ifadə  etdiyi  kimi  eyni  zamanda 
bayramı  el  içində  müqəddəsləĢdirən  mərasimlərdi.  ―Kiçikbəyim 
suyun kənarına gəldi: ‖Ağırlığım, uğurluğum tökülsün!‖-deyə bir 
neçə  dəfə  suyun  üstündən  o  yan-bu  yana  atlandı.‖  (2.s.455) 
ġahnisə xanım bir az dincəlib durdu, bulaq baĢında əl-üzünü yudu 
və:  ―Ağırlığım  uğurluğum  tökülsün!‖  deyə  axar  su  üstündən 
atlandı.(2.  s.456)  Od  üstündən  atlanıb  pis  nəfsdən  və  nəzərdən 
xilas olmaq  
Digər regionlar kimi Qarabağda da, əhali dörd çərĢənbənin 
keçirilməsinə  ciddi  əhəmiyyət  verirlər.  Qarabağda  Novruz  adət-
ənənələri  bununla  yekunlaĢmır.  Novruz  bayramına  hazırlıq 
mərhələsi xüsusi təntənə ilə keçirilir. Bayrama bir neçə həftə qal-
mıĢ  səməni  göyərdilir,  evlər  təmizlənir,  torpaq  bellənir,  insanlar 
yazın gəliĢini toy-busatla qarĢılayırlar. 
Axırıncı  torpaq  çərĢənbəsində  baharın  ilk  suyundan  gətiri-
lərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eĢitməsin. Torpaq 
çərĢənbəsinin gecəsində  axĢam  qadınlar, qızlar, oğlanlar kiminsə 
evinə  yığılıb  çilə  çıxarardılar.  Bu  mərasimlərdən  biri  də  ―Üskük 
çıxarma‖  falı  idi.  Bir  camın  içərisinə  hərə  öz  niĢanəsini  üzük, 
sırğa,  düymə  atırdı,  sonra  qabın  üzərinə  dəsmal  salınırdı.  Bayatı 
deyilirdi, bir az yaĢlı qız uĢağı əlini camın içərisinə salıb niĢanə-
nin birini sudan çıxarırdı. Bayatını oğlan, qız, qadın, kiĢi hər kəs 


 
~ 143 ~ 
deyə  bilərdi.  Bayatı  çağrılanda  camdan  kimin  niĢanəsi  çıxsa 
bayatı  onun  olurdu.  Deyilən  bayatılar  həyatda  öz  əksini  tapırdı. 
Bayatı söyləniləndə hələ niĢanə çıxmamıĢ hiss olunurdu ki, həmin 
bayatıya uyğun kimin üzüyü, niĢanəsi çıxa bilər. Bunlara nümunə 
olaraq:  
Sarı yağın tortası 
Sarı kilimin ortası 
Allah muradın versin  
Gələn ayın ortası  
 
Ayağımdakı çarıqdı 
Dəryadakı balıqdı 
Elin deməyi deyil 
Taleh verən Xaliqdi 
 
Boz at gəlir yeniĢdən 
Sinə bəndi gümüĢdən 
Allah muradın versin 
Gətirdiyi yemiĢdən. 
 
 Axırıncı  çərĢənbə  və  əsil  bayram  gecəsinin  axsamı  gedib 
qapı dinləyər və eĢidəcəyi ilk sözdən ürəyindəki arzusunun həyata 
keçib-keçməyəcəyi  bəlli  olurdu.  Məsələn,  olmuĢ  bir  nümunəyə 
diqqət  yetirək:  Qızlar  gəlir  əmisi  evinin  qapısını  pusmağa  bu 
zaman  ev  yiyəsinin  qızı  anasına  deyir:  ―Ay  ana  icazə  ver  biz 
bayram toyuna gedək‖. Anası cavab verir: ―Qələtinizi qırın oturun 
yerinizdə‖.  Bu  deyilən  sözlər  həyatda  öz  əksini  tapır,  yəni  bu 
ifadəni  eĢidən  insan  ailə  qursa  da  xoĢbəxt  olmadı.  Yuxarıda 
göstərilən adətlərin əksəriyyəti bu gün Qarabağda  yaĢamaqdadır. 
Elə  məqalədə  də  bu  adətlərin  əsasən  Qarabağda  qeydə  alınması 
xüsusi  diqqət  çəkir.  Lakin  onu  da  qeyd  edək  ki,  yeni  günə  bu 
bayramda ailədə kiçiyindən böyüyə hər bir kəsə təzə paltar alınar 
və  ya  tikilərdi.  Bu  ənənədən  heç  kəs  kənarda  qalmaz,  nə  də 
qalmaq  mümkün  deyildi.  ―Xan  bayram  münasibətilə  Ləmbəran 
qumaĢından tikilmiĢ ağ çuxa, ağ arxalıq geyinmiĢ və baĢına da ağ 
dəri  papaq  qoymuĢdu.  Çiyninə  içi  samur  xəzli  tirmə  xirqə  sal-
mıĢdı‖.(2.s.462) 
Tək  gecəsi  çərĢənbələrində  xörəklər  biĢirilirdi.  Birinci  Su 
çərĢənbəsində xəmir aĢı və yaxud əriĢtəli aĢ biĢirər və həmin gün 
tezdən bulaq, kəhriz suyu gətirib samovar çayı qoyardılar. Ġkinci 
Od  çərĢənbəsində  lobyalı  aĢ  biĢirər  üstünə  Ģəkər  töküb  yeyər  və 


 
~ 144 ~ 
qırmızı  suyunu  həyətə  tökürdülər  ki,  bolluq  olsun,  insanlar 
qırmızı günə çıxsınlar. Üçüncü Yel çərĢənbəsində səbzəli aĢ biĢi-
rilərdi.  Bu  çərĢənbədə  yeniyetmə  qız  uĢağı  olan  ailədə  xəmir 
xırda-xırda  kündələnir  həyətdə  qoyulurdu.  QuĢlar  dimdiyi  ilə 
xəmiri hansı istiqamətə dimdikləyib atsa qızın elçisi o istiqamət-
dən  gələrdi.  Dördüncü  Torpaq  çərĢənbəsində  qovurmalı  aĢ  biĢi-
rilərdi. Axırıncı çərĢənbədə inanca görə sübh tezdən bar ağacının 
altından keçirdilər ki, yeni günə barlı-bərəkətli çıxsınlar. 
Dünyasını  dəyiĢənlərə,  ili  tamam  olmayanlara  bayramdan 
əvvəlki  cümə  axĢamında  qara  bayram  keçirilərdi.  ―Novruz  bay-
ramı axĢamı qonĢular təziyəli, yaĢlı adamların həyətlərində tonqal 
yandırıb  onları  ‖qara  bayram‖dan  çıxarardılar.(5.s.114)  ‖Bundan 
əlavə həmin  gün dünyasını dəyiĢən  əzizlərini gedib  ziyarət  edər, 
yasin oxudurdular.  
 Novruz  bayramının  gəliĢinə  az  qalmıĢ  ilin  axır  çərĢən-
bəsində  bayram  Ģirniyyatı-Ģirin  çörək  (fətir,  üç  qulaq,  ay,  ulduz, 
balıq,  saç  formasında)  biĢirilərdi.  Qorğa,  tut  qurusu,  qoz-fındıq, 
qırmızı yumurta (boyaq otu ilə boyayırdıq), armud, alma qurusu, 
yeddi ləvin lacivərdi süfrəyə düzülərdi. ―Ġkisi də durub kallayının 
yuxarı  baĢındakı  bayram  süfrəsinin  qırağında  döĢəkçə  üstündə 
əyləĢdilər.  Qələmkar  süfrənin  üstünə  lacivərdi  saxsı  boĢqablarda 
noğul,  qəzəngülü,  zilbiyə,  paxlava,  Ģəkərçörəyi,  qorabiya,  açıq 
narınc  rəngli  Mazandaran  nabatı  və  quru  yemiĢlər  qoyulmuĢdu. 
Süfrənin  ortasına  bir  neçə  boĢqab  səməni  otu  düzülmüĢdü. 
Kənarlarındakı  lacivərdi  mətrəblərdə  də  Ģərbət  vardı.‖  (2.s.459) 
Bütünlüklə  əhali  xüsusi  ruh  yüksəkliyi  ilə  Novruz  bayramının 
gəliĢinə hazırlaĢardı. ―Novruz bayramının süfrəsi bolluq, firavan-
lıq, xoĢbəxt həyatın rəmzi olan bir abidədir.‖(1.s.99). Nənələrimiz 
səməni qoyardı. Bunun üçün buğda təmizlənir, yuyulur, bir qabın 
içərisinə yığılır. Üzərinə su səpilir, üstü bir balaca kətan parça ilə 
örtürülsə  kifayətdir.  Suyu  dəyiĢmək  Ģərtilə  iki  gündən  sonra 
çırtlayan  (yəni  cücərən)  buğdanı  qabaqcadan  isladılmıĢ  kətan 
parçanın  içərisinə  yerləĢdirilir.  Kətan  parça  quruduqca  onu  su 
çiləyərək  islatmaq  və  cücərib  kök  atmıĢ  buğdaları  qablara  yığ-
maq, üstünə kətan parça salmaq isti yerdə saxlamaq lazımdır. Hər 
gün buğda yığılan parçanı islatmaq lazımdır. Səməni göyərib beĢ 
sm  artanda  parçanı  üstündən  götürmək  dibinə  su  tökmək  və  elə 
etmək  lazımdır  ki,  çürüməsin.  Sonra  onu  sərin  yerdə  saxlamaq 
lazımdır.  ―Novruz  bayramı  üçün  göyərdilmiĢ  səməni  saralıb 
solanda  axar  suya  axıdılar,  arxasınca  Ģirni  atılar.  Belə  etdikdə  , 
deyərlər  evdə  xeyir  bərəkət  olar‖  (5.s.114).  Xalq  arasında  ilkin 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə