MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

 
~ 131 ~ 
alınmıĢ Ģəxsiyyətlərin bədii surətidir, bəziləri də yazıçı təxəyyül-
ünün  məhsuludur.  Müəllif  tarixi  simaları  da  olduğu  tərzdə 
göstərmir, müəyyən halda onların xarakterinə, xasiyyətinə müva-
fiq gəlməyən cizgilər də artırır, bəzən də həyatda olan Ģəxsiyyət-
ləri təhrif edir. Yeri düĢəndə diqqəti bir o qədər də cəlb etməyən 
və sezilməyən xüsusiyyətlərini böyüdüb ümumiləĢdirir" (4, 89). 
ƏdəbiyyatĢünas M.Əlioğlu əsərdəki tarixi Ģəxsiyyət obrazla-
rına qiymət verərkən bir qədər tənqidi yanaĢaraq yazıçının bəzən 
bu  tarixi  Ģəxsiyyətləri  düzgün  təsvir  etmədiyinin  fərqinə  varır. 
Görkəmli  inqilab  qəhrəmanı,  ictimai  xadimi  Səttarxanın  bəzən 
"avam",  "sadəlövh"  təsvir  edilməsi  həqiqətəuyğun  deyil.  Yaxud 
ədəbiyyatĢünası  bəzən  təsvirlərdən  Səttarxanın  fəaliyyət  dairə-
sinin "sakin  olduğu küçədən"  kənara  çıxmaması,  "iĢi-peĢəsi  sulu 
qəlyan  çəkməkdən"  ibarət  olması  təsiri  bağıĢlaması,  eləcə  də 
"Sərdari-milliyə"  kənardan  göstəriĢlərin,  məsləhətlərin  verilməsi 
də razı salmır (4, 90). 
Burası  məlumdur  ki,  "Dumanlı  Təbriz"  romanı  olduqca 
ciddi bir mövzuya həsr olunmuĢ, müəyyən mənada ziddiyyətli və 
mürəkkəb siyasi hadisələri özündə ehtiva edir. Tarixi mənbələrin 
özündə  belə  Səttarxan  inqilabının  mahiyyəti  və  onun  Ģəxsiyyəti, 
bu  inqilabdakı  rolu  barədə  bir-birinə  zidd  fikirlər  mövcud 
olmuĢdur.  Görünür,  bu  da  əsərin  yazılmasında  əsas  amillərdən 
biri  olduğundan  müəllifin  təsvirlərində  ədəbiyyatĢünasları  narazı 
salan məqamlar da olmuĢdur. Maraqlıdır ki, bu məqamlar yenə də 
tarixi  romanda  gerçəkliklə  bədiiliyin  sərhədlərinin  düzgün 
müəyyənləĢdirilməməsindən  irəli  gəlmiĢdir.  Bəzi  tədqiqatçılar 
yazıçının  Səttarxanın  hərəkat  yoldaĢı  Bağırxanın  da  həqiqətə 
uyğun olmadığını israr edir və bu obrazın yaradılmasında "...real 
həqiqətlə heç cür uzlaĢmayan sərbəstliyə yol verilmiĢdir ki, bu da 
yazıçının  tarixi  Ģəxsiyyətləri  və  hadisələri  dərk  etmək,  canlan-
dırmaq  prinsipində  müəyyən  qədər  yanlıĢlıq,  qeyri-obyektivlik 
vardır" (5, 382) kimi hökmlər verməsinə gətirib çıxarmıĢdır.  
30-cu  illərdə  roman  janrına  müraciət  edən  Y.V.Çəmənzə-
minli  yaradıcılığında  da  tarixiliklə  bədiilik  vəhdətdə  çıxıĢ  edir. 
Onun  "Qızlar  bulağı"  və  "Qan  içində"  romanlarında  tarixdən 
bəhrələnmə,  xüsusilə  "Avesta"ya  müraciətlər  görmək  olar.  Yazı-
çının "Azərbaycanda ZərdüĢt adətləri", "Azəri nağıllarının əhvali-
ruhiyyəsi",  "Xalq  ədəbiyyatının  təhlili"  kimi  məqalələrində 
"Azərbaycan  ədəbiyyatına  bir  nəzər"  tədqiqatında  da  "Avesta"ya 
istinadlar etmiĢdir.  


 
~ 132 ~ 
Bir  məsələni  qeyd  etmək  lazımdır  ki,  Y.V.Çəmənzəminli 
ZərdüĢtilik  fəlsəfəsi  və  "Avesta"  ilə  hələ  Avropada  mühacir 
həyatı yaĢayarkən tanıĢ olmuĢ və bu fəlsəfəni dərindən mənimsə-
miĢdir. Tədqiqatçı D.Dəmirlinin yazdığına görə yazıçı "Avesta"nı 
fransız  dilində  oxumuĢdur:  "Görkəmli  ədib-alim  Yusif  Vəzir 
Çəmənzəminli  ġərq  aləminin  bu  nadir  əsərini  fransız  dilində 
oxumuĢ, ondan öz elmi tədqiqat əsərlərində, bədii yaradıcılığında 
geniĢ istifadə etmiĢdir" (6, 50). 
Məlumdur  ki,  ZərdüĢt  və  "Avesta"nın  Avropa  və  dünya 
fəlsəfi  fikrinə  böyük  təsiri  olmuĢdur.  Volter  zərdüĢtliyin  əsas 
əxlaqi-tərbiyəvi mənasına böyük üstünlük verirdi. Alman filosofu 
Kantın  ZərdüĢt  təliminə  marağı  olmuĢ,  "Zend-Avesta"nı  alman 
tərcüməsində oxumuĢdur. O, fəlsəfənin  müdrikliyə doğru inkiĢa-
fında  ZərdüĢt  təliminə  böyük  qiymət  verirdi.  "Ġnsanlığın  tarix 
fəlsəfəsinə  dair  ideyalar"  əsərinin  müəllifi  Herder  ZərdüĢt 
təliminin praktiki təbiətini onun dövlət dini olması ilə bağlayırdı. 
Filosof C.Mustafayev ZərdüĢt təliminin avropa fəlsəfəsinə təsirin-
dən danıĢarkən yazır: "Hegel fəlsəfəsini öyrənənlər onun ZərdüĢt 
təliminə  həqiqətən  dərin  maraq  göstərdiyinə  yaxĢı  bələddirlər. 
"Ruh  fəlsəfəsi",  xüsusən  "Tarix  fəlsəfəsi",  "Estetika"  əsərlərində 
münasib  məqamlarda  bu  təlim  xüsusunda  fikirlərini  söyləyib. 
"Zend-avesta"nı Anılan Anketi Duipperonun fransız tərcüməsində 
sistemli tədqiq etmiĢdi" (7, 48).  
Y.V.Çəmənzəminli ilk dəfə olaraq romana ZərdüĢt təlimini 
hopdurmaqla  kifayətlənməmiĢ,  dövrü  ġərq  xalqlarının  adət-
ənənələrinə  uyğun  Ģəkildə  qələmə  almıĢdır.  Yazıçının  "Avesta" 
ilə əlaqələndirdiyi təsvirlər (adət-ənənələr, rənglər, rəmzlər və s.) 
yalnız  onun  təxəyyülünün  məhsulu  olmayıb  "Avesta"  təlimi  ilə 
səsləĢir.  Romanda  tarixlə  bədii  təxəyyülün  sərhədlərinin  qovuĢ-
masında ən yaxĢı nümunələrdən biri kimi diqqəti cəlb edir.  
"Qızlar bulağı" romanında  Midiya qəbiləsinin həyat  tərzin-
dən danıĢılır; Caməsb adlı bir Midiyalının baĢçılıq  etdiyi  qəbilə-
nin həyatı, tarixi və quruluĢunun müxtəlif mərhələləri təsvir edilir. 
"Xoruz" və "Qoç" qəbilələrinin getdikcə böyüyərək mahal, oba və 
cəmiyyət halına düĢməsi prosesi reallıqla göstərilir. 
Caməsbin ölümündən sonra qəbilə get-gedə böyüyür, sakin-
ləri  artdığı  kimi,  qanunları  da  dəyiĢir.  vaxtilə  qəbul  edilmiĢ 
qanunların,  adət-ənənələrin  zaman  keçdikcə  həyati  əhəmiyyətini 
itirməsi  nəticəsində  onun  yerini  baĢqa  qanunlar,  adət-ənənələr 
tutur.  Yeni  adət-ənənələrin  yaradılmasında  qəbilənin  gəncləri 
yaxından  iĢtirak  edir.  Bu  adət-ənənələr  Azərbaycan  mərasimləri 


 
~ 133 ~ 
ilə  yaxınlıq  təĢkil  edir.  yazıçı  xalqın  keçmiĢi  və  bugününü  bir-
birinə  bağlayan  telləri  axtarıb  tapır.  Yazıçı  mənbələrdən,  məxəz-
lərdən məharətlə istifadə edir.  
Romanın süjet xətti də sadə bir mexanizm üzərində qurulub; 
əsərin  əsas  qəhrəmanı  zərdüĢtilik  dininə  mənsub  olan  Caməsb 
gənc  yaĢlarından  baĢlayaraq  bu  dinin  geridə  qalmıĢ,  bugünün 
tələblərinə  cavab  verməyən  qayda  və  qanunlara  qarĢı  çıxdığına 
görə təqib edilir və qəbilədən tərki-vətən olur. Əslində isə o, yeni 
fikir  söyləyir,  ideoloq  kimi  çıxıĢ  edir,  cəmiyyəti  (ibtidai  icma 
quruluĢunu) kökündən dəyiĢməyə çalıĢırdı. baĢına bir çox qəzavü-
qədərlər  gəldikdən sonra gənc ideoloq  Muğan düzünə  gəlib çıxır 
və  burada  yeni  bir  dinin  əsasını  qoymağa  nail  olur.  Caməsbin 
Muğan  düzünə  gəlməsini  də  yazıçı  təsadüfən  vermir,  belə  ki, 
Midiya dövlətinin əsasını təĢkil edən yeddi tayfadan biri muğlar, 
mağlar  olur  ki,  yazıçı  da  əsərini  məhz  midiyalılar  üzərində 
qurmağa  qərar  vermiĢdir.  O,  burada  yeni  bir  qəbilənin  əsasını 
qoymaqla qalmır, həm də  yeni bir din və qayda-qanunun əsasını 
qoyur  ki,  romanda  müxtəlif  qəbilələrin  həyat  tərzini  təsvir 
etməklə  yazıçı  Caməsbin  qurduğu  qəbilənin  və  dinin  müqayisə-
sini  verməyə  çalıĢmıĢdır.  Qəbilədə  müəllimlərdən  Xanburabi  və 
Kəbusey, gənclərdən Ceyniz, Çopo kimi yeni, açıq düĢüncəlilərin 
olması yeni cəmiyyət quruculuğunun inĢasına yaxından köməklik 
göstərir.  Xanburabi  və  Kəbusey  kimi  müəllimlər  gənclərə 
qəbilənin inanc sistemini, tarixini öyrədir, qədim mixi yazılarının 
həkk  olunduğu  kərpicləri  oxutdururlar.  Lakin  Caməsbin  qurduğu 
yeni  qəbilə  ətrafdan  təcrid  olunmamıĢdır,  müəlimlər  qonĢuluqda 
yerləĢən "Qoç", "Xoruz", "Quzğun" kimi qəbilələrlə də tanıĢ edir, 
onların yaĢayıĢ tərzi, ayin və mərasimləri barədə dolğun təsəvvür 
yaradır.  Bu  səhnə  mübahisə  və  dialoq  Ģəklində  gedir,  bununla 
yazıçı  oxucunu  (burada  oxucunun  sovet  oxucusu,  rejimin  isə 
sovet  rejimi  olduğunu  nəzərdən  qaçırmamalı)  qədim  Midiya, 
Urartu dövlətləri, ZərdüĢ dini, "Avesta" kitabı ilə tanıĢ edir.  
Y.V.Çəmənzəminli  bu  tarixi  həqiqətləri  bədii  təxəyyülün 
dili  ilə  verməklə  zamanında  deyə  bilmədiyimiz  tarixi  həqiqətləri 
çatdırmağa  çalıĢır,  Azərbaycan  xalqının  qədimliyini  göstərir, 
qədim  Babil,  Urartu,  Pars,  Xaldey  kimi  ölkələrdən  gələn  hər 
qəbilənin  özünəməxsus  həyat  tərzi,  adət-ənənəsi  olduğunu  tarixi 
məxəzlərin  və  bədii  təxəyyülün  qovuĢuğunda  ortaya  qoymuĢdur. 
ƏdəbiyyatĢünas  M.Əlioğlu  yazıçının  tarixi  romanındakı  alt 
qatlarını  bütün  reallığı  ilə  ortaya  çıxaran  fikirləri  romanın  tarixi 
əhəmiyyətini  bir  qədər  də  artırır:  "Tarixi  məxəzlərdən  və 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə