MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

 
~ 134 ~ 
etnoqrafik mənbələrdən istifadə yolu ilə irəli sürülən bu mülahizə-
lər  qədim  Asiya,  Ġran  və  Qafqaz  ərazisində  yaĢamıĢ  köçəri 
tayfaların həyatını, sonralar türk, fars, xarəzm, hind və s. xalqlar 
kimi  təĢəkkül  tapmasını  onların  məiĢətinə,  dininə  və  psixolo-
giyasına daxil olmuĢ ünsürləri əhatə edir...Tarixin qədim dövrünü, 
cəmiyyətin ilk yaĢayıĢ mərhələsini bu istiqamətdə öyrənmək, elmi 
metoda  uyğun  olmaqla  bərabər,  obrazlı  təfəkkür  əsasında 
canlandırılmağa  da  müvafiqdir.  Yazıçı  tarixi  mənbələrə  və 
məxəzlərə  müraciət  edəndə  həqiqətə  sadiqdir,  götürdüyü  möv-
zunu  və  qələmə  aldığı  hadisələri,  insanları  bədii  boyalarla 
canlandıranda hərarətli və səmimidir" (5). 
"Qızlar  bulağı"  romanının  mənbə  və  qaynaqları  xalqın 
keçmiĢi  ilə  yaxından  səsləĢir,  onun  həyat  tərzini,  adət-ənənəsini, 
özünəməxsusluğunu ifadə edir. 2500 il əvvəl təsvir edilən hadisə-
lərə  enmək,  onu  bütün  detalları  ilə  təsvir  etmək  və  mahiyyətini 
açmaq  üçün  yazıçı  tarixiliklə  müasirliyin  vəhdətini  bədii  təxəy-
yüldə  canlandırmağa  müvəffəq  olmuĢdur.  Burada  qəbilə  üçün 
təhlükə,  təbiətə  pərəstiĢ,  yas  və  toy  mərasimləri  və  s.  adətlərin 
təsviri  zəngin  mənbə  və  qaynaqlardan  istifadə  etməklə  yanaĢı, 
sərhədsiz bədii təxəyyüldən də istifadəni Ģərtləndirir.  
"Qızlar  bulağı"  tarixi  romanının  mənbə  və  qaynaqları 
"Avesta" və ZərdüĢtilik olduğundan romanda təsvir edilən hadisə-
lər,  adət-ənənələr  də  tarixi  gerçəkliklə  bədii  təxəyyülün  qovuĢu-
ğunda  təsvir  edilir.  Məlumdur  ki,  xalqımızın  müqəddəs  saydığı 
od,  su,  torpaq,  hava  ünsürləri  xalqın  tarixi  inkiĢaf  yolunda, 
məiĢətində,  həm  də  Ģifahi  xalq  yaradıcılığında  baĢlıca  yer  tutur. 
Yazıçı "Ənasiri-ərbəə"ni (dörd ünsür) təsvir edərkən tarixə, eləcə 
də "Avesta" kitabına müraciət etmiĢ, qəbilənin müqəddəs saydığı 
inanclar  arasında  "Ənasiri-ərbəə"ni  bədii  Ģəkildə  göstərməyə 
çalıĢmıĢdır.  Xüsusilə  oda  və  axar  suya  sitayiĢ  əsərdə  geniĢ  yer 
tutur.  ―Suyu  murdarlamazlar‖  düĢüncəsi  də  məhz  buradan  irəli 
gəlir.  Bugün  də  insanların  Novruza  yaxın  çərĢənbələrdə  axar  su 
üstünə  çıxmaları,  çillə  kəsdirmələri  də  məhz  qədim  inancların 
davam  etdirilməsidir.  "Suya tüpürməzlər",  "odu  murdarlamazlar" 
düĢüncəsi romanda Xoruz qəbiləsinin əsas inanclarından biri kimi 
təsvir edilir.  
ZərdüĢt  fəlsəfəsinin  bir  çox  parametrləri  (iĢıq-kölgə,  həyat-
ölüm, xeyir-Ģər, hörmüz-Əhrimən və s.) "Qızlar bulağı romanında 
da  ifadə  olunur.  Əsəri  nəzərdən  keçirərkən  Hörmüz  ilə  Əhrimən 
arasındakı  mübarizənin  Ģahidi  oluruq.  Buna  görə  də  romanda 
təsvir edilən dünyanın, müəyyən mənada, "Avesta" dünyası oldu-


 
~ 135 ~ 
ğunu görmək olar. Lakin yazıçı bunu o dərəcədə incəliklə iĢləmiĢ-
dir  ki,  tarixiliklə  bədii  təxəyyülün  sərhədləri  əriyib  getmiĢdir. 
Aydındır  ki,  romanın  süjeti  boyu  qəbilələr  tərəfindən  xoĢbəxt 
yaĢamaq yolları aranılır. Əsərin əsas qəhrəmanı Caməsb dünyanı 
cismani  bir  xilqət  olaraq  qəbul  edir.  ZərdüĢtdə  də  belədir.  Zər-
düĢtün irəli sürdüyü bu ideya Caməsbi tam razı salır. Bu ideyanın 
isə  mayası  onu  deyir  ki,  Ģər  və  əzab  allahın  Ģıltaqlığından  irəli 
gəlmir, öz xoĢbəxtliyinin fəal yaradıcısı olan insanların özlərindən 
asılı olan bir Ģeydir.  
"Avesta"da  olduğu  kimi,  "Qızlar  bulağı"  romanında  da 
təbiətə pərəstiĢ və sitayiĢ əsas yerlərdən birini tutur. Yazıçı Xoruz 
qəbiləsi  ilə  bağlı  təsvirlərdə  bunu  aydın  təsvir  edir;  evlənmək 
üçün Qoç qəbiləsinə gedəcək gənclər məcməyi içində bir qab su, 
bir  qədər  torpaq  və  odun  parçası  gətirirlər.  Hər  kəsin  diz  çöküb 
məcməyiyə sitayiĢ etməsi, daha sonra isə nəğmə oxuyaraq torpağı 
həyətdəki  bar  verən  ağacların  dibinə  tökməsi,  suyu  səpələməsi, 
elə  buradaca  ocaq  qalayaraq  tonqalın  ətrafında  əl-ələ  tutuĢub 
Ģənlik etmələri, hərənin yeddi dəfə yeddi zərərli cücü və həĢaratı 
öldürməsi  ZərdüĢti  inancların  bədii  təfəkkürdəki  təsvirindən 
baĢqa bir Ģey deyil.  
Yaxud  baĢqa  bir  məsələ  üzərində  dayanaq;  belə  ki,  tarixi 
mənbələrdən də məlumdur ki, ZərdüĢti adətlərə görə meyidi dəfn 
etmirlər,  nə  də  yandırmırlar.  Hər  ikisini  etmək  olmaz.  ZərdüĢti 
düĢüncəyə görə meyidi yerə basdırmaq ona görə olmaz ki, torpaq 
müqəddəsdir, ölü isə torpağı iyləndirə bilər və təbiətdə xəstəliyin 
yayılmasına Ģərait  yaradar. Xəstəlik isə ġər qüvvənin-Əhrimənin 
yaratdıqlarındandır,  onun  artmasına,  yayılmasına  yol  vermək 
olmaz. Ona görə də əsərdə yazıçı Jinduqt və onun anasının meyi-
dini dəfn etmirlər. Bunun üçün xüsusi ayrılan daxmaya aparırlar. 
Bura  artıq  skeletlərlə  doludur;  meyid  burada  qaldığı  müddətdə 
quĢlara-qartala,  Ģahinə  yem  olur.  Bu  inanc  romanda  bütün 
aydınlığı ilə təsvir edilir.  
Ümumiyyətlə, Y.V.Çəmənzəminli ―Qızlar bulağı‖ romanın-
da ―Avesta‖ dünyasının maddi və mənəvi dəyərlərini bədii cəhət-
dən  təsvir  etməyə  çalıĢmıĢ  və  bit  etnoqraf,  tarixçi  və  folklorçu 
kimi  çıxıĢ  etmiĢdir. Bu  gün xalqımızın  həyat  tərzində bəzi  izləri 
qalan adət-ənənələrin bütün reallığı və detalları ilə təsviri həm də 
xeyirxahlığın, yaxĢılığın təsviri kimi mənalanır. 
 


 
~ 136 ~ 
Ədəbiyyat: 
 
1. Axundlu Y. SeçilmiĢ əsərləri. 3 cilddə, II c., Naxçıvan: Əcəmi 
nəĢriyyatı, 2013, 448 s. 
2. Ordubadi M.S. Əsərləri. 8 cilddə, III c., Bakı: AzərnəĢr, 1965, 
447 s. 
3.Vəzirova F.Məmməd Səid Ordubadi.Bakı:Gənclik, 1970, 123 s.  
4.  Əlioğlu  M.  Bədii  nəsrimizdə  tarixi  roman.  ―Azərbaycan‖ 
jurnalı, 1965, N12, s. 83-98  
5. Əlioğlu M. Məhəbbət və qəhrəmanlıq. Bakı: Yazıçı nəĢriyyatı, 
1979, 406 s. 
 6.  Əlioğlu  M.  ―Qızlar  bulağı‖  haqqında  qeydlər.  ―Ədəbiyyat  və 
incəsənət‖ qəzeti, 1967, 11 noyabr 
 7.Mustafayev  C.  Fəlsəfi-tarixi  araĢdırmalar.  Bakı:  Vətən  nəĢriy-
yatı, 2013, 126 s.  
 
БАХТИЯР АСКЕРОВ 
 
ЕДИНЕНИЕ ПРАВДИВОСТИ И ХУДОЖЕСТВЕН-
НОГО ВЫМЫСЛА В ИСТОРИЧЕСКИХ РОМАНАХ 30-x 
ГОДОВ XX ВЕКА 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: Девичий родник, Тебриз туманный, 
 Авеста, традиций, источник 
 
С  точки  зрения  единения  правдивости  и  художест-
венного  вымысла  особо  привлекают  внимание  два  истори-
ческих романа – «Тебриз туманный» и «Девичий родник». В 
статье  раскрывается  сюжетная  линия  романа  М.С.Ордубади 
«Тебриз туманный», определяется характер исторических со-
бытий,  занимающих  главное  место  в  этом  произведении. 
Вносится  ясность  в  историческую  правдивость  и  истори-
ческие  личности.  Дается  обзор  способов  использования  раз-
личных  исторических  источников  в  романе  «Девичий  род-
ник»,  в  котором  Ю.В.Чеменземинли  при  помощи  худо-
жественного  вымысла  излагает  историческую  правдивость. 
Доносится  до  внимания  то,  что  первоисточниками  романа 
являются  «Авеста»  и  зороастризм,  а  также  связь  прошлого, 
образа жизни, обычаев и традиций с современной жизнью.  


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə