MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

 
~ 107 ~ 
növüdür)  yarpaqları  ilə  qidalanır  və  hər  bir  qurd  bir  barama 
hazırlamaqla  və  sonda  isə  bu  yolda  özünü  fəda  etməklə  iĢlərini 
bitirir.  Lakin  onları  artırmaq  üçün  iri  toxumluq  baramalar  götü-
rürlər və baramanın içərisində qurdun kəpənəyə dönmüĢ forması 
sürfə qoyub uçur... 
Beləliklə, kəlağayının istehsalında istifadə olunan baramanı 
tanrının möcüzəsi kimi qəbul edən xalq ondan istehsal olunan bu 
əĢyaya  da  bir  növ  sehrli  qüvvə  kimi  baxmıĢ,  onu  baĢqa  növ  baĢ 
örtüklərindən  fərqləndirmiĢlər.  Elə  buna  görə  də,  kəlağayı 
toxunarkən,  zəngin  mifik  görüĢlərə  sahib  olan  soydaĢlarımız  bu 
örtüyün  yelənindəki  naxıĢlara  da  xüsusi  həssaslıqla  yanaĢmıĢ  və 
uğurlu,  sehirli  yozumları  olan  ornamentlərə  müraciət  etmiĢlər. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  kəlağayıların  yelənində  iĢlənən 
butalarla  yanaĢı  nöqtəli,  göbəkli  naxıĢlar  da  toxunub,  təbii  ki, 
bunların  da müxtəlif pozitiv  yozumları var. Daha çox buta naxı-
Ģına diqqət edən istehsalçılar yəqin ki, kəlağayılara bu naxıĢı həkk 
etməklə bir tərəfdən də onun dəyərini, qiymətini artırmağa çalıĢ-
mıĢlar. Çünki, buta özü də yuxarıda qeyd etdiyimiz kimi bir çox 
mifik  anlamlarla  ilgili  iĢlənən  motiv  kimi  folklorĢünaslarımız 
tərəfindən  daim  diqqət  mərkəzində  olmuĢdur.  Butanın  ən  bəsit, 
sadə anlamı gül-çiçək məfhumu ilə bağlıdır, yəni gül butasıdır ki, 
bu  da  daha  çox  qönçə  mənasını  ifadə  edir.  Buta  Ģəklində  qızıl-
gümüĢ əridilən bir qab əĢyası da mövcuddur ki, o da buta adlanır 
və  həmin  qab  da  çox  güman  ki,  quruluĢuna  görə  qönçəyə 
bənzədiyindən bu adı almıĢdır. 
Ümumilikdə  isə  əgər  ―Buta‖nın  Ģərq  mifologiyasında  daha 
çox  gözəllik  və  məhəbbət  verən  Butanın  adı  ilə  bağlı  olduğunu 
nəzərə  almasaq  belə,  bütün  tərəflərinə  baxmayaraq  bir  əsgi 
anlayıĢ  kimi  badama  bənzər,  qönçə  naxıĢını  xatırladan  Azərbay-
can  ornamentinin  çox  yayılmıĢ  bəzək  elementlərindən  olduğunu 
düĢünməliyik.  Ancaq unutmaq olmaz ki,  butanın dastanlarımızın 
mayasındakı,  yuxuda  aĢiqələrə  verilən  ―buta‖  anlayıĢı  ilə  də  sıx 
əlaqəsi var, o zaman gəlinlərə üstü butalı, ağ, qırmızı kəlağayılar 
aparılmasının magik anlamı aydınlaĢar. 
Tədqiqat  zamanı  87  yaĢlı  Xədicə  Əyyub  qızı  Qəhrəman-
ovanın da fikirləri diqqətimi çəkdi: 
―Butalı ipək kəlağayıları o zaman hər kəs alıb örtə bilməzdi, 
həm az tapılardı, həm də adət idi ki, onu əsasən bəy arvadları alıb 
örtə  bilərdi,  kimsə  sadə  birisinin  baĢında  kəlağayı  görəndə 
deyərdilər  ki,  xeyir  ola,  bəy  arvadısan?  Nə  yaxĢı  baĢına  butalı 
kəlağayı  salmısan...  kiminsə  uĢağı  qızılca  səpəndə,  su  çiçəyi 


 
~ 108 ~ 
çıxaranda  deyərdilər  ki,  gedin  Ġldırım  bəyin  xanımının  butalı 
yaylığını iki-üç günlük alın, uĢağın üstünə salaq (4). Hətta qızıl-
canı  ağır  keçirən  uĢaqları  bu  kəlağayılara  bükərdilər  və  inanar-
dılar ki, bununla uĢaqdan bədxah qüvvələr, Ģər ruhlar uzaqlaĢar və 
xəstə tez sağalar. 
Buradan  da  aydın  olur  ki,  bu  uğurlu  simvolu  təkcə  yaylıq 
daĢımır. Çox güman ki, yelənindəki buta və bir çox uğurlu naxıĢ-
ların da mifik anlamlı tərəfinə güvən olub. 
Ümumiyyətlə,  yaylıq  bütün  tarixi  dövrlərdə  ucalıq  rəmzi 
kimi  qətiləĢib.  Hətta  yuxuda  baĢına  yaylıq  örtənin  də  Ģan-Ģöhrət 
sahibi olacağına inanılıb (5,48). 
Azərbaycanın  bir  çox  bölgələrinin,  o  cümlədən  Qarabağın 
milli  adət-ənənəsinə uyğun olaraq  gənc qıza elçi  gedib  ―hə‖-sini 
alarkən ilkin olaraq ona bir ağ yelənli kəlağayı, bir də sadə niĢan 
üzüyü  verərmiĢlər.  NiĢan  adlanan  bu  sınaq  dövrü  qızın  bu  kəla-
ğayı ilə artıq oğlana bağlandığını zənn edərlərmiĢ. Hətta əsgərliyə 
və  ya  uzaq  bir  səfərə  gedən  oğlan  da  sevdiyi  qıza  kəlağayı 
bağıĢlamaqla onu özünə bağladığına iĢarə verərmiĢ və bununla da 
vəfalı  sevgilisi  özünü  artıq  ona  bağlı  hesab  edərək,  yolunu 
gözləyərmiĢ. 
 
Yelənli yaylıq getdi, 
Səni mənə ram etdi. 
Söz-söhbət burda bitdi 
Qız niĢanəm səndədir. 
                *** 
Kəlağayı göndərmiĢəm 
―Hə‖ni alıb gəlmiĢəm 
Vücudun kəmənddədir 
Qız niĢanəm səndədir (6). 
                *** 
Kəlağayını almısan 
Məni tora salmısan 
Bu sevgi könlümdədir 
Qız niĢanəm səndədi. 
 
El-oba arasında belə nəğmələr də səslənər və bu üç bənddə 
də  kəlağayının  toyu  olacaq  qıza  göndərilən  ilk  bəy  hədiyyəsi 
olduğu vurğulanır. Beləliklə, kəlağayının xalqımızın tarixi-mədə-
ni yaddaĢında xüsusi önəmi olubdur. 


 
~ 109 ~ 
Hətta  tayfalar  arasında  münaqiĢələr  yaranarkən  qəzəbli 
insanların ayağı altına kəlağayı atılardısa, o zaman böyük hörmət 
əlaməti olaraq, sakitləĢər, özünü ələ almağa cəhd edər və qəzəbini 
boğardı. Bir ənənə olaraq hələ qədim zamanlardan xalq arasında 
qətiləĢmiĢdir ki, qara kəlağayı ilə yas mərasimlərinə, soğanı və ağ 
kəlağayılılarla  isə  Ģənliklərə  getmək  olar.  Qırmızı,  gül  rəngli 
kəlağayıları isə gəlin köçən qızın üzünə örtərdilər. 
Qarabağda  Novruz  bayramının  axırıncı  təkinin  axĢamı 
gənclər  arasında  ―düymə  salma  sancaq  salma‖  adlanan  bir 
mərasim də keçirilərmiĢ ki, burada içində su olan bir camın içinə 
hərə  bir  düymə  atarmıĢ  və  bu  vəsfi-hallar  söylənərkən  kimin 
düyməsi  çıxsa  ona  aid  edilərmiĢ  və  həmin  bənddəki  məzmun  o 
gəncin həyatını müəyyənləĢdirərmiĢ. Burada da kəlağayı ilə bağlı 
ifadələrlə tez-tez rastlaĢırıq: 
 
Kəlağayın soğanıdı 
ġərlərin qovanıdı 
Yelənində butası 
Arzusuya kim çatası 
Və ya Soğanı yaylığım var 
Tur adlanan dağım var 
Yelənində butalar, 
Axtardığın tapılar. 
 
Söylənən  beytlərdə  soğanı  kəlağayının  mifik  yozumları 
əksini  tapır.  Soğanı  yaylığın  bəd  ruhlara  qarĢı  təsiri  ilə  ilgili 
Qarabağ  bölgəsindən  toplanmıĢ  bir  mətndə  də  deyilir  ki,  Uzun 
Həsənin anası Sara xatın baĢına həmiĢə sarı-soğanı kəlağayı salar-
mıĢ.  O,  bir  dəfə  səfərə  çıxmalı  olur,  odur  ki,  qalın  tirmə  baĢ 
örtüyündən  istifadə  etdiyi  üçün  qızılı  kəlağayısını  unudub  evdə 
qoyur. Ona hər zaman uğur gətirən bu kəlağayısını unutduğu üçün 
narahat olur. Sara xatunun sadiq mehtəri bu narahatçılığı  anlayır 
və  səbəbini  öyrənən  kimi,  onları  müĢayiət  edən  atlardan  birinə 
oturub,  üzəngini  çəkir  bir  günlük  yolu,  vaxtından  bir  neçə  saat 
əvvəl baĢa vurub, geri qayıdır və Sara xatunun qızılı kəlağayısını 
ona çatdırır. Sara xatundan soruĢanda ki, 
 
Yaylığın butası çox, 
Boz atım tövlədə tox, 
Tanrım mənə yar olsun, 
DüĢmənin xatası yox. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə