MəHƏRRƏm qasimli



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix08.07.2018
ölçüsü2,05 Mb.
#53812
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

 
~ 110 ~ 
Kəlağayını gəlin köçən qızın baĢına salınar və üzərinə Ģirni 
səpərlər. Bəzi zonalarda bəy tərifi zamanı bəyin çiyninə də  kəla-
ğayı salınar. Bütün bunların mənası, yozumu vardır. 
Kəlağayı istifadə olunduğu vaxtdan bir baĢ örtüyü kimi çox 
uğurlu yozumlarla dəyərləndirilmiĢdir. 
Odur  ki,  bir  inanc  mənbəyi  kimi  daim  xalqın  diqqətini 
çəkmiĢdir. 
Mifik anlamları, uğurlu inancları ilə hər zaman Azərbaycan 
türkünün  hafizəsində  yaĢayan  kəlağayı  bu  gün  də  dövlətimiz 
tərəfindən  qeyri-maddi  irs  kimi  qiymətləndirilərək,  ―Kəlağayı 
simvolizmi  və  ənənəvi  sənəti‖  adı  ilə  YUNESKO-nun  qeyri-
maddi  irs  üzrə  Reprezentativ  siyahısına  daxil  edilib.  Heydər 
Əliyev  fondunun  prezidenti  Mehriban  Əliyevanın  təĢəbbüsü  ilə 
həyata  keçirilən  bu  dəyərli  ideya  Azərbaycan  xalqının  milli-
mənəvi  dəyərlər  sistemində,  adət-ənənələrində  mühüm  mədə-
niyyətə  malik  olduğunu  beynəlxalq  səviyyədə  bir  daha  təsdiq-
ləyir. 
Ədəbiyyat: 
1.
 
ACE- Bakı 1981 səh 333. 
2.
 
Rəsulova  Zumrud  Hilal  qızından  toplanıb  -  Ağdam  köçkünü. 
Nərimanov r-nu Rəhim ġixəliyev küç. ev 4. 
3.
 
Axundova ġüküfə Həsən qızından toplanıb.  8-ci  mikrarayon, 
təvəllüd 1946. 
4.
 
Qəhramanova Xədicə Əyyub qızından toplanıb. 
5.
 
Röya  və  onun  sirləri,  Fəridə  Hicran,  Bakı  Elm  Təhsil  2000. 
Səh. 84. 
6.
 
Mehdiyeva  Suqra  Məhəmməd  qızı,  təvəllüd  1924,  Nizami 
Q.Qarayev küç. mən. 11, ev 10. 
7.
 
525 Qəzet, 26.11.14. 
 
 


 
~ 111 ~ 
ФАРИДА ХИДЖРАН ВЕЛИЕВА 
 
АЗЕРБАЙДЖАНСКОЕ КЕЛАГАИ В КОНТЕКСТЕ  
МИФИЧЕСКИХ ПОВЕРИЙ 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: бута, келагаи, наследие, 
 сокровищница, поверье 
 
Келагаи, испокон веков, на территории Азербайджана, и 
в  частности,  в  Карабахе,  были  в  центре  внимания  своими 
мифическими понятиями,  удачными поверьями. В народном 
быту оно всегда выделялось как предмет с позитивной энер-
гией.  
С  древних  времен  келагаи  надевали  знатные  женщины 
из зажиточных семей. В то время оно ценилось как редкость.  
Что касается изготовления келагаи, оно изготавливалось 
во многих регионах причудливыми методами. Начало его из-
готовления исходит из созревания кокона. То есть оно изго-
тавливается из шелкопряда. 
 
FERIDE HICRAN VELIYEVA  
 
AZERBIJANI KALAKHAYI IN MYTHICAL CONTEXT 
 
SUMMARY 
 
Key  words: almand, silk korchup,heritape, wealth, beeif 
 
Silkker  chief  ―Kalakhayi‖  remained  in  the  spotlight  tin 
Azerbaijan, also in Garabakh with its mythical meaning and suc-
cessful beliefs. 
In  a  daily  life  of  people  this  was  chosen  as  a  full  positive 
thing. Even in  a old  times  Kalakhayi  was used in a rich families 
also  by  respected  women.  During  last  times  Kalakhayi  apprecia-
ted as a rarely found thing. 
Regard  production  –  it  was  made  in  different  regions  of 
Azerbaijan  with  strange  methods.  The  beginning  of  production 
connected  with  cocoon  worn  actions.So  it  means,  that  get  cro-
cheted with a silk cocoons.  


 
~ 112 ~ 
MƏHƏMMƏD MƏMMƏDOV 
 BDU, dosent 
 
NOVRUZ MƏRASĠMĠNDƏ KOSA VƏ KEÇƏLĠN 
DAġIDIĞI FUNKSĠYALAR 
 
 Açar sözlər : Kosa, keçəl, funksiya, karnaval, mifik zaman
 məhsuldarlıq, bayram  
 
Son dövrlərdə KĠV və TV kanallarında ilin son çərĢənbəsin-
də  və  Novruz  bayramı  günlərində  baharın  gəliĢi  münasibətilə 
oynanılan qıĢın ölümü və yazın gəliĢini, təbiətin oyanıĢını Ģən bir 
biçimdə canlandıran ―Kosa-kosa‖ meydan tamaĢasının qəhrəman-
ları  Kosa  və  Keçəl  obrazları,  onların  funksiyaları  haqqında 
düzgün  olmayan  fikirlər  səslənir.  Bəzən  isə  bu  obrazların 
tamamilə  bahar  bayramının  əsas  atribut  və  simvolları  sırasından 
çıxarılması  təklifi  də  verilir.  Fikrimizcə,  bu  cür  yanlıĢ  fikir  və 
təkliflərin səslənməsi Kosa və Keçəlin daĢıdığı funksiyaların dərk 
edilməməsi ilə bağlıdır. 
Dini-mifoloji,  arxaik  mifopoetik  ənənədə  Novruz  bayramı 
sakral  sferaya  maksimum  dərəcədə  bağlılığı  ilə  seçilən  zaman 
kəsimidir. Arxaik ritual semantikası və dəyəri ilə seçilən bayram 
zamanının  baĢlıca  əlaməti  onun  sakrallığıdır.  Bir  sıra  bayramlar 
görünüĢdə dini məzmun daĢımasalar belə, mənĢə etibarilə sakral-
dini  olandan  gəlməkdədir.  Bayram  öz  strukturu  ilə  kosmosun 
xaosdan  əmələ  gəldiyi  situasiyanın  sərhədlərini  müəyyən  edir. 
Sakral  zamanlarda  keçirilən  bayramlarda  ilkin  çağa  qayıdılaraq 
mifik  zamanın  yenidən  canlandırıldığı  düĢünülmüĢdür.  Novruz 
bayramı  ilə  bağlı  ilk  bayram  gecəsi  hər  Ģeyin  bir  anlığa 
dayandığına dair inanc köhnə zamanın-xaosun bitib, yeni zamanın 
―baĢlanğıcı‖  olan  zamanı  -  kosmosun  yaranmasını  mənalandırır. 
Həmin ―baĢlanğıc‖da - xaosdan kosmosun  yaradılıĢı anında olan 
situasiyadır ki, bayram vaxtı bir daha təkrarlanaraq aktuallaĢır (3, 
60). 
Novruz bayramının abı-havası daxili sərbəstlik və azadlığın 
sayəsində yaranır. Bayram zamanı kəskin Ģəkildə birlik və sosial 
həmrəylik  hisləri  yaranır,  emosional  gərginlik  aradan  götürülür. 
Bayram  mərasim  kimi  həm  fərdi  insan,  həm  də cəmiyyətin  tələb 
və ehtiyaclarını ödəmək  baхımından ikili  funksiya  yerinə  yetirir. 
Rəsmi  adamların,  yaxud  din  xadimlərinin  təĢkil  etdiyi  bayram-
larda  küçə  və  meydanlara  çoxlu  insan  yığılsa  da,  xalq  bayram-


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə