36
Çiləmə üsulunun tətbiqi yüksək sukeçiriciliyə malik sü-
xurlarda, yararsız mürəkkəb relyef, su ehtiyatının çatışmadığı və s.
şəraitlərdə məqsədəuyğundur.
Çiləmə üsulu ilə suvarma zamanı müxtəlif maşın və aqre-
qatlardan–səyyar, yarımstasionar və stasionar - istifadə olunur. Bu
aqreqatların seçilməsi zamanı əkinin növü, relyefin xüsusiyyəti,
torpaq örtüyü, hidrogeoloji şərait nəzərə alınır. Su, çiləyici apa-
ratlara müvafiq maşın və aqreqatların köməyi ilə açıq və qapalı
suvarma şəbəkəsindən verilir. Çiləyici aparatda yaradılan təzyiqin
təsirindən suvarma suyu şırnaq şəklində atmosferə vurulur, oradan
da kiçik damcılara çevrilərək süni yağış kimi yağdırılır.
Çiləmə üsulunun digər suvarma üsullarından üstünlükləri
aşağıdakılardır:
-suvarma prosesi bütövlükdə mexanikləşdirilir və avtomat-
laşdırılır;
-suvarma suyuna qənaət olunur;
-suvarma kiçik normalarla və tez-tez aparılır;
-suvarma nəticəsində torpaqla bərabər bitkinin gövdəsi də
islanır;
-yer səthinə yaxın atmosfer təbəqəsində əlverişli mikroiqlim
yaradılır. Bu isə öz növbəsində ümumi buxarlanmanın azalmasına
səbəb olmaqla bərabər, bitkinin normal inkişafı üçün əlverişli
şərait yaradır;
-əsaslı hamarlama işləri aparmadan mürəkkəb relyefli və
maili sahələrdə bu
üsulun tətbiqi mümkündür;
-torpaqdan istifadə əmsalı və sistemin faydalı iş əmsalı
yüksək olur;
-suvarma zamanı torpağın
strukturu pozulmur;
-torpağın yalnız fəal layı islanır;
-sahələrə suvarma suyu ilə birlikdə gübrənin verilməsi im-
kanı da yaranır və s.
Çiləmə üsulu ilə suvarmanın çatışmayan cəhətləri: çiləyici
qurğuların və aparatların hazırlanmasına çoxlu metal sərfi, əlavə
istismar xərclərinin artımı, küləkli havada suvarılan sahədə su-
37
varma suyunun qeyri-bərabər paylanması və nəticədə suvarmanın
effektivliyinin azalması və s.-dən
ibarətdir;
-
narın dispers suvarma (şək. 7) çiləmə üsulu ilə suvarmanın
bir növüdür. Bu suvarma üsulu xırda su damlaları yaradan xüsusi
qurğularla aparılır. Bu zaman havanın yerüstü layı, bitkilərin yer
səthində olan hissəsi və torpağın səthi nəmləşdirilir, nəticədə
mikroiqlim yaxşılaşır, bitkilərin transpirasiyası azalır. Bu üsul
sitrus, üzüm və digər əkin sahələrində bitkiləri donmadan qoru-
maq, vegetasiya müddətini azaltmaq və bununla da məhsuldarlığı
artırmaq
üçün istifadə edilir;
a
b
Şəkil 7. Çiləmə qurğusu: a - impulsla işləyən çiləmə qurğusu;
b - nasosla işləyən qövs üzrə çiləmə qurğusu.
38
Torpaqdaxili suvarmada su gübrə ilə birlikdə torpağın bitki
kökü yerləşən layına, aralarındakı məsafə 1 m olmaqla, 45-60 sm
dərinlikdə yerləşən borular vasitəsilə verilir. Bu zaman torpağın
strukturu pozulmur, əmək sərfi və suvarma norması azalır, kənd
təsərrüfatı işlərinin mexanikləşdirilməsi şəraiti yaxşılaşır. Lakin
torpaqların şoranlaşması təhlükəsi istisna olunmur.
Torpaqdaxili suvarmanın
bir növü də damcı suvarmasıdır.
Damcı suvarma üsulunda suvarma suyu qidalandırıcı mad-
dələrlə birlikdə arasıkəsilmədən mikrovericilər vasitəsilə, bitki-
lərin fizioloji təlabatı nəzərə alınmaqla, fasiləsiz olaraq kiçik su
sərfləri ilə boru kəmərindən su qəbuledən xüsusi damcıladıcılarla
torpağın bitki və ya meyvə ağaclarının bilavasitə kök sisteminin
inkişaf etdiyi hissəsinə verilir. Bu zaman süzülməyə və buxarlan-
maya sərf olunan suyun miqdarı minimum olur və yüksək məh-
suldarlıq əldə edilir. Belə suvarma bağ, üzümlüklər və sitrus bit-
kilərinin, o cümlədən istixanalarda güllərin və tərəvəzlərin suva-
rılması üçün
tətbiq olunur;
Suyun verilməsi “
damcı şlanqı” vasitəsilə aparılır. Belə
şlanqlar mikroməsaməli səthə malik olur, həmin şlanq vasitə-
silə su damcı şəklində sovrulur və bu zaman şlanq sanki “tərlə-
yir”. “
Damcı şlanqı” diametri 16-22 mm olan nazik divarlı
plastik boru olub, daxildən səthi damcıladıcılardan təşkil
olunur (şək.8).
Bu üsulun tətbiqi mürəkkəb və yüksək mailliyə malik rel-
yef şəraitində,
axar qumlarda, güclü
küləklərin müşahidə olun-
duğu zonalarda əlverişlidir. Bu suvarma üsulunun tətbiqi za-
manı, çiləmə üsulu ilə müqayisədə, suya 1,5-2,0 dəfə qənaət
olunur.