237
- süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən
çox olan
halda, yuma normasının həcmindən asılı olmayaraq dərin yumşaltma aparılır və müvəqqəti dayaz drenlər tətbiq
edilir;
- süzülmə əmsalı 0,05-0,10 m/sut, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən az, yuma
normasının həcmi 10-30 min m
3
/ha olan halda da dərin yumşaltma aparılır və müvəqqəti dayaz drenlər tətbiq
olunur;
- süzülmə əmsalı 0,05 m/sutkadan az, zəif su keçirən qatın yerin səthindən dərinliyi 0,6-0,7 m-dən çox olan
halda dərin yumşaltma aparılması və müvəqqəti dayaz drenlər tətbiq edilməsi ilə yanaşı, torpaqlara kimyəvi
meliorantlər verilməklə, yaxud da daimi elektrik cərəyanı tətbiq etməklə yuma aparılır;
- duzların başlıca olaraq torpağın üst qatında yerləşdiyi, aşağı qatların az duzlu və qrunt sularının zəif
minerallaşma dərəcəsinə malik olduğu halda, dərindən yumşaldılmış torpaqda dərin şırımlar tətbiq etməklə üfiqi
yuma həyata keçirilir.
Yuxarıda qeyd olunmuş parametrlərin konkret qiymətlərindən asılı olaraq tətbiq olunan tədbirlərin ölçüləri
(dayaz drenlərin arasındakı məsafə, şırımların dərinliyi, uzunluğu, torpağın hansı dərinlikdə yumşaldılması və
s.) müəyyən edilir.
Təklif olunan əsaslı yuma texnologiyasının tətbiqi şorlaşmış torpaqları bir-iki yuma mövsümündə yararlı
hala salmağa və onların kənd təsərrüfatında istifadəyə verilməsinə tam zəmin yaradır.
3. Ağır qranulometrik tərkibli, zəif sızdırma qabiliyyətli, duz tərkibində sodanın iştirak etdiyi şorlaşmış və
şorakətləşmiş torpaqlar. Qarabağ və Mil düzündə (Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonları ərazilərində)
yerləşmiş bu torpaqlarda adi yuma üsulları səmərə vermir. Odur ki, bu torpaqlarda əsaslı yumalar 2-ci qrup
torpaqlarda tövsiyə olunan yuma texnologiyası ilə aparılmaqla yanaşı, həm də kimyəvi meliorantların tətbiqi də
nəzərdə tutulmalıdır.
Respublikanın suvarılan ərazilərində kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə
mənfi təsir edən amillərdən biri də şorakətlikdir. Şorakətləşmə respublikamızın torpaqlarının ekologiyasında
fəal rol oynadığı üçün bizim tərəfimizdən qismən müstəqil ekoloji problem kimi götürülmüşdür. Şorakət
torpaqların kənd təsərrüfatı bitkilərinin inkişafına və məhsuldarlığına mənfi təsiri torpaq məhlulunda olan
sodanın və uducu kompleksdə natrium və maqnezium kationlarının olması ilə əlaqədardır. V.A.Kovda (1946)
udulmuş natriumun bitkilərə təsirini belə təsvir etmişdir:
a. Mübadiləli natriumun miqdarı udma tutumunun 3-5%-i qədər olduqda, onun kənd təsərrüfatı bitkilərinin
inkişafına təsiri olmur və əksinə müsbət təsir göstərir;
b. Mübadiləli natriumun miqdarı udma tutumunun 5-10%-ni təşkil etdikdə torpağın aqrofiziki xassələri
pisləşir. Bunun qarşısını almaq üçün torpağın yüksək aqrotexniki qaydalarla becərilməsi, növbəli əkinin düzgün
tətbiq edilməsi vacibdir;
c. Mübadiləli natriumun miqdarı udma tutumunun 10-20%-ni təşkil etdikdə torpaqda yüksək şorakətlilik
yaranır, torpağın aqrofiziki xassələri kəskin surətdə pisləşir. Bitkilərin məhsuldarlığı da xeyli aşağı düşür.
Bununla mübarizə etmək üçün kimyəvi meliorasiya tətbiq olunmalıdır;
d. Mübadiləli natriumun miqdarı udma tutumunun 20-40%-ə qədəri olduqda torpağın şorakətlilik dərəcəsi
öz yüksək həddinə çatır, onun münbitliyi kəskin şəkildə azalır, təbii olaraq kənd təsərrüfatı bitkilərinin
inkişafına şərait qalmır.
Şorakətliyin yaranması prosesində torpaqda olan üzvi maddələr suda asan həll ola bilən formalarda suyun
təsiri ilə üst qatlardan aşağı qatlara yuyulur, əkinaltı qatda bərkimə baş verir, torpağın su və hava xassələri
pisləşir və belə torpaqların strukturu tədricən pozulur. Bu cür torpaqlar nəm halda yapışqanlı olub, çox gec
quruyur, quru halda isə çox bərk olur və qaysaq əmələ gətirir, səthi çat-çat olur, onu yumşaltmaq, becərmək
üçün böyük zəhmət tələb olunur. Belə torpaqlar adətən quru və isti iqlim şəraitinə malik olan bozqır, yarımsəhra
və səhra torpaqları arasında ayrı-ayrı ləkələr şəklində yayılmışdır.
V.R.Volobuyev (1953) Kür-Araz düzənliyində şorakətliyin əmələ gəlməsinin dörd yolunu göstərmişdir:
1. Torpaqəmələgəlmə və aşınma proseslərində torpaq məhlullarının natrium ionları ilə zənginləşməsi
nəticəsində baş verən elüvial şorakətləşmə;
2. Zəif minerallışmış səth sularının torpağa hopması prosesi nəticəsində yuyulma və delüvial yolla əmələ
gələn şorakətləşmə;
3. Qrunt sularının kapilyar təsiri nəticəsində şorlaşmadan əvvəl əmələ gəlmiş şorakətləşmə;
4. Şorlaşmış torpaqların duzlaşması nəticəsində əmələ gələn şorakətləşmə.
Kür-Araz ovalığında şorakət torpaqlar əsasən Muğan və Salyan (M.R.Abduyev, 1960, 1961) düzlərində,
Şirvan düzünün qərbində, Kür sahili zonada, Mil düzünün cənub və şimal hissələrində yayılmışdır. Şorakətli
torpaqlar Antipov-Karatayevə görə (1953) udulmuş natriumun miqdarından asılı olaraq aşağıdakı kimi
səciyyələnir (cədvəl 12.7.).
Cədvəl 12.7.
238
Şorakətləşmiş torpaqların təsnifatı
Şorakətlilik dərəcəsi
Na, %-lə
Şorakətləşməmiş torpaqlar
<5
Zəif şorakətli torpaqlar
5-10
Orta şorakətli torpaqlar
10-15
Şiddətli şorakətli torpaqlar
15-20
Şorakətli torpaqlar
>20
Qeyd etmək lazımdır ki, respublika ərazisində təsadüf olunan şorlaşmış şorakət torpaqlar öz növbəsində
neytral və qələvi (sodalı) olaraq iki qrupa ayrılır. Bütün sodalı şorlaşmış torpaqlar
bu və ya digər dərəcədə
şorakətli olur. Sodalı şorlaşmış torpaqlar əsasən Qarabağ düzündə yayılmışdır. Belə torpaqlara Mil və Muğan
düzlərində də ləkələr şəklində rast gəlinir. Bununla yanaşı respublikada maqnezium mənşəli şorakət torpaqların
da (R.H.Məmmədov, 1975) mövcudluğu məlumdur. Bu torpaqların da öz xüsusiyyətləri vardır (cədvəl 12.8.).
Cədvəl 12.8.
Torpaqların və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının uducu kompleksindəki maqnezium
kationunundan asılılığı (R.H.Məmmədov)
Maqnezi
um
udulmuş
əsasların
cəmində
n %-lə
Şorakətli
k
dərəcəsi
Disperslik
dərəcəsi
Şişmə
faizi
Suyun
torpağa
hopması,
mm/saat
Buğdanı
n
məhsuld
arlığı,
s/ha
20-dən
az
şorakətsiz 20-dən az
5-10
200-500
30-dan
çox
20-30
zəif
şorakətli
20-30 5-10
100-200
20-30
30-40
orta
şorakətli
30-40 10-15
30-100
10-20
40-50
şiddətli
şorakətli
40-50 10-20
20-60 5-10
50-dən
çox
şorakət 50-dən çox
20-dən
çox
30-dan az 5-dən az
Torpağın uducu kompleksində maqneziumun miqdarı udulmuş əsasların cəminin 20%-dən az olarsa, belə
torpaqlar maqnezium şorakətsiz, 20-30% olarsa, zəif maqnezium şorakətli, 30-40% olarsa, orta maqnezium
şorakətli, 40-50% olarsa, şiddətli maqnezium şorakətli və >50% olarsa, maqnezium şorakət adlanır. Şorakətlik
dərəcəsindən asılı olaraq bitkilərin məhsuldarlığı da dəyişir. Cədvəldən göründüyü kimi buğdanın məhsuldarlığı
zəif şorakətli torpaqda təxminən 30%, orta şorakətlidə 50%, şiddətli şorakətlidə 75%, şorakət torpaqda isə 90%-
dən artıq aşağı olur. Kür-Araz ovalığında bu torpaqlara Arazboyu zonada, Qarabağ düzündə, Muğan düzündə
təsadüf edilir.
Şorakətləşmə prosesində torpaqda yarıqlar (çatlar) əmələ gəlir və ayrı-ayrı sütunvari struktur parçaları
yaranır. Prosesin getmə dərəcəsindən asılı olaraq sütunvari qatlar müxtəlif dərinlikdə yerləşir və orada becərilən
bitkilərə də müxtəlif təsir göstərir. M.R.Abduyev (1968) Azərbaycanda yayılımış şorakət torpaqların, sütunvari
struktur qatın yerləşdiyi dərinliyə görə aşağıdakı üç növünü göstərmişdir: qaysaqlı şorakət torpaqlar; orta
sütunvari şorakət torpaqlar; dərin sütunvari şorakət torpaqlar.
Şorakət torpaqların əmələgəlmə şəraiti və xüsusiyyətləri nəzərə alınmaqla onları yaxşılaşdırmaq və
münbitliyini artırmaq məqsədilə əsasən aşağıdakı üsullardan istifadə olunur.
1. Kimyəvi meliorasiya üsulu. Bu halda torpağın uducu kompleksində olan natrium ionuna və torpağın
qələviliyinə ekvivalent miqdarda kimyəvi meliorantlar verilir;
2. Aqrobioloji üsul. Bu halda aqronomik və bioloji tədbirlər kompleksi tətbiq edilir (dərin şum və plantaj
vasitəsilə gips və kalsium-karbonat olan qatlardan istifadə edilir, onların həll olunması təmin edilir).
Şorakət torpaqların kimyəvi üsulla meliorasiyası iki mərhələdən, fazadan ibarət olmaqla aparılır:
- meliorasiyanın kimyəvi fazasında uducu kompleksdə olan natrium ionunu kalsium ionu ilə əvəz etmək və
torpaq məhlulunun qələviliyini ləğv etmək məqsədilə ekvivalent miqdarda kimyəvi meliorant verilir. Bundan
sonra torpaqda əlverişli struktur yaranır, torpağın su-fiziki xassələri xeyli yaxşılaşır, torpaqda gedən
mikrobioloji proseslər intensivləşdiyindən münbitlik tədricən artmağa başalyır.