241
də məqsədinin təyini, rekultivasiyanın növbəti mərhələsinə təlabatın müəyyən olunması və iş metodunun seçil-
məsi, rekultivasiya üzrə texniki-iqtisadi əsaslandırmanın və texniki – işçi layıhələrin tərtibi.
İkinci mərhələ – ərazirin müxtəlif məqsədli istifadə üçün dağ-texniki və ya mühəndisi hazırlanması –
texni-
ki və ya dağ-texniki rekultivasiyası. Birinci mərhələdə hazırlanmış layihələr əsasında aparılır. Məqsədli istifa-
dəyə olan tələbatı nəzərə alaraq bura tullantı laylarının, karxanaların səmərəli formalaşması (müəyyən şəklə sa-
lınması) daxildir. (Məsələn, layların optimal strukturunu və parametrini yaratmaq, yamaclarını hamarlamaq, lay-
ların səthinə məhsuldar suxurların verilməsi, su rejimini nizama salmaq, su hövzəsinin dibini formaya salmaq,
müxtəlif meliorativ tədbirlər, mühəndis qurğuları yaratmaq və s.).
Üçüncü mərhələ - bioloji rekultivasiya və rekultivasiya olunan ərazinin məqsədyönlü istifadəsinə keçid.
Buna pozulmuş yerin münbitliyinin və bioloji məhsuldarlığının bütövlüklə bərpa edilməsi, kənd təsərrüfatı və
meşə təsərrüfatı sahələrini yaratmaq, su hövzələrində balıq, salınan meşələrdə isə ov heyvanları yetişdirmək.
Rekultivasiyanın dağ-texniki mərhələsi
Rekultivasiyanın istiqaməti və ərazinin sonrakı məqsədli istifadəsi aşkar edildikdə tədbirlərin seçilməsi və
ərazinin hazırlanma keyfiyyətinə olan tələbatı və xarakteri, bununla da rekultivasiyanın hər bir mərhələsi üçün
çəkiləcək xərclər müəyyənləşdirilir.
Ən ağır və baha başa gələn dağ-texniki mərhələyə olan tələbatın müəyyənləşdirilməsi, xüsusən mühüm he-
sab edilir, belə ki, bu mərhələ sonrakı bioloji rekultivasiyanın və məqsədli istifadənin effektivliyini təmin edir.
Faydalı qazıntıların açıq üsulla istehsalı zamanı pozulmuş ərazilərin rekultivasiyasının dağ-texniki mərhələ-
sinin əsas istiqamətləri aşağıdakılardır:
a) Pozulmuş ərazinin müxtəlif məqsədli istifadə növü üçün hazırlanması. Bura aşağıdakılar daxildir: əlverişli
struktura malik layların məqsədə uyğun (səmərəli) relyefini yaratmaq, səthin planlaşdırılması, yamacların ha-
marlanması, çökmənin nəticələrini aradan qaldırmaq, meliorativ tədbirlərin yerinə yetirilməsi, sahəyə münbit
torpaq qatının verilməsi və s.
b) Magistrala çıxış yol şəbəkəsinin yaradılması.
c) Hidroloji rejimin nizamlanması (drenaj xəndəklərinin yaradılması, axımın nizamlanması, çay və kanalların
yerinin dəyişdirilməsi və s.).
ç) Lazımi mühəndis qurğuların yaradılması.
Çevrilmiş (yararsız) gilli tərkibli layların meylliyi 1:3, qumlu laylarınki isə 1:4 –dən dik olmamalıdır. Əgər
layların meşələşdirmə məqsədilə istifadəsi nəzərdə tutularsa yamaclarının meylliyi 1:3, bağçılıqda istifadə olu-
nacaqsa isə 1:5-dən artıq olmamalıdır. Kənd təsərrüfatında istifadə üçün layların səthi hamar və atmosfer yağın-
tılarının artığının axması üçün birtərəfli 3-5
0
meylli olmalıdır. Səthin planlaşdırılması iki mərhələdə aparılması
məsləhət görülür:
ilk dəfə ümumi, 1-2 ildən sonra isə son planlaşdırma. Tədqiqatçıların fikrincə laylar 15-20 il-
dən sonra tam sabitlik halını alır: çökmə ən çox ilk 2 ildə baş verir. Kənd təsərrüfatı rekultivasiyası zamanı lay-
ların üzərinə verilən məhsuldar qruntun (torpağın) qalınlığı 1 m-dən, meşə təsərrüfatı rekultivasiyasında isə 2 m-
dən az olmamalıdır.
Fitotoksiki süxurların səthini əlverişli tərkibli qruntla (torpaqla) örtmək mümkün olmadıqda qazıntı kömürü-
nün külündən, əhəngdən və s. köməyi ilə kimyəvi meliorasiya aparılır.
Dağ-texniki prosesində laylarda su rejiminin nizamlanmasında eroziyanın qarşısını almaq üzrə tədbirlərə bö-
yük fikir verilir. ABŞ-ın Kontukki ştatında layların yamacında hündür olmayan yaşıl terraslar düzəldilir. Belə
terraslar gilli süxurların yuyulmasını 65%, qumlu süxurların yuyulmasını 52% azaldır.
İngiltərədə açıq üsulla istehsal zamanı öncə üst torpaq qatı götürülür, bir yerə yığılır, sonra isə layların plan-
laşdırılmış səthinə tökülür.
Almaniya və digər ölkələrdə son illər işlənmiş karxanaların yerində müxtəlif təyinatlı su hövzələrinin yara-
dılmasına böyük əhəmiyyət verilir.
Kənd təsərrüfatı rekultivasiyası
Dünyada kənd təsərrüfatı torpaqlarının sahələrinin və adambaşına düşən əkin sahəsinin azalması ilə əlaqədar
açıq üsulla pozulmuş ərazilərin kənd təsərrüfatı məqsədləri üçün rekultivasiyası böyük əhəmiyyət kəsb edir. Al-
maniya, İngiltərə, Çexoslovakiya və digər ölkələrdə bu iş yerinə yetirilərkən öncə sahə hamarlanır, üzəri 0,5-1,0
m münbit torpaq qatı ilə örtülür, su rejimi nizamlanır, çoxlu miqdarda gübrə verilir. Azot gübrəsi daha çox işlə-
nir (nisbəti N:P:K=3:2:1 və ya 3:2:2). Gübrə əsasən iki dəfədə, üç il verilir.Bitki növünün və meliorativ əkin
dövriyyəsinin düzgün seçilməsi böyük rol oynayır, paxlalılar (lüpin, yonca, çöl noxudu) çoxlu miqdarda biçin
qalıqları verən taxıllarla növbələndirdikdə yaxşı nəticə verir.
Təcrübələr göstərir ki, belə sahələrdə kənd təsərrüfatı bitkilərindən zonal torpaqlarda olduğu qədər məhsul
götürmək mümkündür. Torpaq qatı fitotoksik xassəyə malik olmayan süxurların səthinə verilir.
Rekultivasiya olunan, xüsusilə çoxillik bitkilər altında istifadə edilən sahələrdə mikrofloranın fəaliyyəti xeyli
aktivləşir, onun kəmiyyət və keyfiyyət tərkibi dəyişir, fermentasiya aktivliyi yüksəlir. Laylar üzərində taxıl-pax-
lalı bitikilərin qarışığı və sırf paxlalılar becərdikdə torpaqəmələgəlmə prosesinin inkişafını sürətləndirir. Qısa
bir zaman ərzində intensiv humus toplanır, ilkin torpaqların differensasiyası gedir. A.D.Qoqatişvilinin (1973)