MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə128/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   124   125   126   127   128   129   130   131   ...   228

 

245


Suvarma ilə su rejiminin yaxşılaşdırılması torpağın aqrokimyəvi xassələrinin yaxşılaşmasına səbəb olur, həm də 

qida maddələrinin hərəkətinə, mikrobioloji fəaliyyətinə və bioloji proseslərin aktivliyinə təsir göstərir. 

Torpağın turşuluğu neft və neft məhsullarının parçalanmasında mühüm rol oynayır. PH-ın neytrallığa yaxın 

olması mikroorqanizmlərin inkişafı üçün optimal sayılır. Neftlə çirklənmiş turş torpaqların bərpası  məqsədilə 

əhəng verilir. Əhəng həm də neftin tərkibindəki toksik maddələrin hərəkətini zəiflədir. 

Neftlə çirklənmiş torpaqlarda şaxəli kök sisteminə malik olan yoncanın və digər paxlalı bitkilərin səpilməsi 

karbohidrogenlərin parçalanmasının sürətlənməsinə səbəb olur. Kənd təsərrüfatı bitkilərinin, o cümlədən çoxil-

lik bitkilərin səpini inkişaf etmiş kök sistemləri ilə çirklənmiş torpağın qaz-hava rejimini yaxşılaşdırır, torpağı 

azotla və bioloji aktiv birləşmələrlə zənginləşdirir. Bütün bunlar mikroorqanizmlərin inkişafını stimullaşdıraraq 

neft və neft məhsullarının parçalanmasına şərait yaradır. 

Yuxarıda göstərilən tədbirlər konkret fiziki – coğrafi mühit şəraiti, çirklənmənin intensivliyi və xarakteri, tor-

paq tipi və iqlim xüsusiyyətlərinə əsaslanaraq həyata keçirilməlidir. 

N.M.İsmayılov və Y.İ.Pikovski (1988) rekultivasiya tədbirlərinin 3 mərhələdə aparılmasını göstərir. Birinci 

mərhələ yüksək toksik geokimyəvi mühitdə (şəraitdə) yerinə yetirilir. Bu mərhələdə hazırlıq işləri görülür: aera-

siya, rütubətlənmə, çirklənməni lokallaşdırma (məhdudlaşdırma). Bu tədbirlərin məqsədi – mikrobioloji proses-

ləri, həmçinin neftin fotokimyəvi və fiziki parçalanma proseslərini intensivləşdirmək, torpaqda onun qatılığını 

azaltmaqdan ibarətdir. Bu mərhələnin müddəti ayrı-ayrı zonalarda müxtəlifdir, orta qurşaqda bu mərhələ təxmi-

nən 1 il çəkir. 

İkinci mərhələ çirklənmiş sahələrdə torpağın fitotoksiklik qalığını qiymətləndirmək, neftin biodeqradasiya 

prosesini gücləndirmək, torpağın aqrofiziki xassələrini yaxşılaşdırmaq məqsədilə təcrübə səpin işləri aparılır. Bu 

mərhələdə su rejimini və torpağın turşuluq – qələvilik şəraitini nizamlamaq, lazım gələrsə şoranlaşmaya qarşı 

tədbirlər də həyata keçirilir. 

Üçüncü mərhələdə təbii bitki örtüyü bərpa olunur, mədəni fitosenozlar yaradılır, çoxillik otların səpini təcrü-

bədən keçirilir.  

Rekultivasiya prosesinin ümumi müddəti torpaq – iqlim şəraitindən və çirklənmənin xarakterindən asılıdır. 

Bu proses çöl (bozqır), meşə –çöl və subtropik rayonlarda daha tez  başa çatır. Şimal rayonlarında isə uzun müd-

dət çəkir. Müxtəlif təbii zonalarda rekultivasiyanın ümumi dövrü təxminən 2-dən 5 ilə qədər və ya daha uzun 

vaxt tələb edir. 

 

12.13. Azərbaycanda torpağın rekultivasiyası 

Respublikamızda torpağın texnogen çirklənməsi əsasən dağ – mədən və neft sənayesi tərəfindən baş verir. 



12.13.1. Dağ – mədən sənayesi 

Daşkəsən dəmir  filizi kombinatı ərazisinin sahəsi 1200 ha-dır. Şimal-şərq və şimal-qərb mədənlərində filiz 

açıq üsulla aparılırdı. Bununla əlaqədar ərazinin 960 ha-rı, o cümlədən 500 ha yararsız süxur laylarından ibarət-

dir. Bu layların qalınlığı 10 … 200 m olub meylliyi 5-30

0

, bəzən 40-45



0

-yə çatır. Dik yamaclarda güclü eroziya 

prosesi gedərək yarğanlar əmələ gəlir. 

Yararsız filiz laylarında rekultivasiya işlərini öyrənmək məqsədilə K.R.Məmmədov (1978) tərəfindən üç va-

riantda təcrübə işləri yerinə yetirilmişdir: təbii torpaqda (nəzarət); süxurların layında və 20 sm torpaq qatı tökü-

lən süxur layında. Təcrübə sahəsində süxur layının qalınlığı 30-40 sm təşkil edir. Şimal-şərq filiz mədənində sü-

xur laylarının üst hissəsi iri daş və qumdan ibarət olub, mexaniki tərkibi eyni deyildir, 80 sm dərinlikdə fiziki gi-

lin miqdarı 32-33% -dir, 80-100 sm dərinlikdə mexaniki tərkib quma keçir. Şimal-şərq filiz mədəninin layları-

nın üst 40 sm-lik qatının da mexaniki tərkibi eyni olmayıb fiziki gilin miqdarı 28-32 % təşkil edib, aşağı qatı 

qumdan ibarətdir.

 

Saflaşdırma fabrikinin tullantıları 100 sm dərinliyində qum hissəciklərində eyni mexaniki tərkibə malik olub, 



fiziki gilin miqdarı 1,7-3,6 % təşkil edir, rütubət tutumu az olduğundan üst qatdan atmosfer yağıntıları tez bu-

xarlanır, əkilən ağac tingləri yay aylarında quruyur. 

K.R.Məmmədov (1978) 4 variant təcrübə sahəsində bioloji rekultivasiya tədqiqatları apararaq 40 bitki nö-

vündən, o cümlədən otlardan qara yonca, xaşa(esparset), bağayarpağı, əvəlik, buğda, qarğıdalı; kollardan mur-

darça, itburnu, böyürtkan, moruq: ağaclardan palıd, göyrüş, əzgil, zoğal və s.-dən istifadə etmişdir. bu bitkilər-

dən bağayarpağı, qanqal, əvəlik, kəkotu, yonca və xaşaya təbii halda rast gəlinir. Bu bitkilər çox yaxşı inkişaf 

edərək rekultivasiya işlərində onlardan geniş istifadə olunmalıdır. Tədqiqatçının 4 illik təcrübələrinin nəticələri 

göstərdi ki, süxur laylarında kanada qovağı, böyürtkan, moruq daha yaxşı inkişaf edir. Cərgəaralarında qara 

yonca və xaşa səpinindən yaxşı nəticə əldə edilmişdir. 

Daşkəsən alunit laylarının ərazisi 300 ha təşkil edir. Burada əkilən ağ akasiya, söyüd, göyrüş tingləri və kol-

ların dəmir filizi mədəni laylarındakına nisbətən daha yaxşı inkişaf etməsi qida maddələrinin miqdarının çox ol-

ması ilə izah olunur. 

Kobalt mədəni laylarının ərazisi 25 ha təşkil edir. Onların qalınlığı 10-200 m arasında dəyişir. Mədənin ye-

raltı üsulla istifadəsi süxurların geniş ərazilərə atılmasına səbəb olmuşdur. Buradakı layların üzərində təbii halda 

tək-tək vələs və böyürtkan bitkilərinə rast gəlinir. Ot örtüyü zəif inkişaf edib 8-10%-ə qədər təşkil edir. 



 

246


Gədəbəy mis mədəni süxur laylarının ərazisi 150 ha –dır. Əkin işlərindən qabaq sahə hamarlanmış, süxurlar 

hektara 24 ton əhəng verməklə neytrallaşdırılmış, səthi 40 sm qalınlığında torpaq qatı ilə örtülərək 2000 ədəd 

(3,5x3,5 m) alma şitili əkilmişdir, 4-cü ilində ağaclar meyvə vermişdir. 

K.R.Məmmədov (1978) arardığı tədqiqatlara əsaslanaraq dağ-mədən süxur laylarını kənd təsərrüfatında isti-

fadə  baxımından 3 sinifə bölür (gübrə vermək şərti ilə). 

I – sinif  – alunit və dəmir filizi mədən layları, PH-6-8, süxurların 40-60 % tərkibi bitki köklərinin inkişafı 

üçün əlverişlidir, qalan hissəsi iri süxurlardan ibarətdir, mexaniki tərkibi müxtəlifdir. Kənd təsərrüfatı üçün ta-

mamilə yararlıdır. 

II – sinif – kobalt və qızıllı süxurların layları, PH –6,4-8, layın kütləsinin 30-40 %-i bitki köklərinin inkişafı 

üçün əlverişlidir. İri süxurlar çox olduğundan səth suları tez buxarlanır və aşağı qatlara asan süzülür. 

III – sinif – zəy tullantıları, pirit və mis mədən layları, yüksək turşuluq bitkinin inkişafına maneçilik törədir. 

Kimyəvi meliorasiya (əhəngləmə və s.) vasitəsilə onları kənd təsərrüfatına yararlı etmək mümkündür. 

Lay süxurlarında qida maddələrinin yüksək olmasına baxmayaraq (NPK və mikroelementlər) onların mütə-

hərrik formaları olduqca aşağıdır. Odur ki, bu laylara həm makro, həm də mikrogübrələrin verilməsi məqsədə 

uyğundur. 

 

12.13.2. Azərbaycanın neftlə çirklənmiş torpaqları. 

Torpağın neft və neft tullantıları ilə çirklənməsi əsasən Abşeron yarımadasında baş verir. Neft məhsullarının və 

çoxlu miqdarda buruq sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin qalxması və torpa-

ğın təkrar şorlaşmasına səbəb olur. Abşeronda neft yataqlarının düzgün istismar olunmaması 10 illər ərzində ətraf 

mühitin mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü mi-

nerallaşmış və radioaktiv çirkli suların yerin səthinə axıdılması Abşeron yarımadasının ayrı-ayrı landşaft sahələrinin 

çirklənməsinə və pozulmasına səbəb olmuşdur (20 min ha). 100 ildən də artıq olan bir dövrdə neft və neft tərkibli çir-

kab sularının adsorbsiyası, filtrasiyası və landşaftın ayrı-ayrı komponentlərinin çirklənməsi baş vermişdir.  

Məlum məlumatlara görə (Maqribi, 1998) 1995-ci il üçün Abşeron yarımadasında 7000 neft quyusu möv-

cuddur, onun demək olar ki, 5000-i fəaliyyət göstərir, qalanı isə fəaliyyətdə deyildir. Abşeron yarımadası daxi-

lində neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-rı çirklənmiş və ya lay suları və neft axı-

dılmışdır, onun 8000 ha-ı çirklənmiş torpaqlar, qalanı isə su hövzələridir. Neftin torpağın dərin qatlarına daxil 

olması qravitasiya axını ilə olur. 

Neftin mikroelement tərkibi müxtəlif olur. Ekoloji baxımdan mikroelementlər toksik və qeyri toksik olur. 

Qeyri toksik  və ya zəif toksik elementlərə Fe, Al, Mn, Ca, Mo, P aid olub, neft külünün əsas hissəsini təşkil 

edir. V, Ni, Co, Pb, Cu, Y, As yüksək konsentrasiyalı olduqda biosenoza toksik təsir göstərə bilər. Abşeron yarı-

madasında ən toksik elementlər B, Mo, Hg, Al, Pb, Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Onlardan yüksək konsentra-

siya klarkına B və Mo aiddir. (Budaqov, Əhmədov, 1989). 

 

Øÿêèë 12.7. Òîðïàüûí ÷èðêëÿíìÿñèíäÿ õàì íåôòèí ìèãðàñèéà éîëëàðû 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə