248
sonu) laydırsız kotanla şumlanıb suvarıldıqda neft məhsullarının minerallaşması daha da sürətlənir.
Üç ildən
sonra I qrupda göstərilmiş sadə texnologiya tətbiq olunaraq rekultivasiya davam etdirilir. (Yaqubov, 2003).
Bioloji rekultivasiya mərhələsində sahələrdə əsasən meşə və kənd təsərrüfatı bitkiləri (əksərən çoxillik
yem bitkiləri) becərilir.
12.14. Azərbaycan respublikasının torpaq tiplərinin
qısa xarakteristikası
Azərbaycanın torpaq örtüyü müxtəlif məqsədlərlə V.R. Volobuyev (1953, 1974), K.Ə.Ələkbərov(1961)
H.Ə.Əliyev (1977, 1994), H.Ə.Əliyev, Ş.Q.Həsənov, İ.Ş.İskəndərov, MPBabayev, Q.Ş. Məmmədov, (1991),
M.İ.Cəfərov, M.E.Salayev (1966, 1991), P.B.Kovalyov (1966), X.M.Mustafayev,(1975), M.R. Abduyev(1975),
R.H. Məmmədov (1988), Ş.G.Həsənov, Q.Ş. Məmmədov (1978), MPBabayev (1984), İ.Ş.İskəndərov (1987),
B.İ.Həsənov (1983), V.Q.Həsənov (1978), B.A.Cəfərov (1968), A.P.Gərayzadə (1989), N.A.Ağayev (1990),
Q.Z.Əzizov (1985), Q.Ş. Məmmədov (1998, 2000, 2002, 2003) və başqaları tərəfindən öyrənilmişdir.
Respublika ərazisində dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meş, dağ-qaratorpaq, şabalıdı, sarı, boz və
boz-qonur çəmən və şoran torpaqlar kompleksi ayrılır. Onların morfoloji, bioloji xüsusiyyətlərini və kənd
təsərrüfatı əhəmiyyətini qısaca nəzərdən keçirək. (Cədvəl 12.9).
1.
Dağ-çəmən torpaqları Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında, dəniz səviyyəsindən 1800-
3000 m hündürlükdə yerləşir. Ümumi sahəsi 559,3 ha, yaxud ölkənin ümumi sahəsinin 6,5%-i qədərdir. Bu
torpaqlar yüksək dağların alp və subalp çəmənlikləri altında formalaşır.
Ancaq bu torpaqlar başdan-başa örtük əmələ gətirmir, çox vaxt skeletlik və profilin primitivliyi ilə seçilir
ki, bu da onların bərk ana süxurlar üzərində formalaşması ilə izah edilir.
Dağ –çəmən torpaqlarının üst qatında humusun miqdarı yüksək (10%) olub aşağıya doğru kəskin azalması,
yüksək mübadilə həcmi (100 qr mütləq quru torpağa 45-60 m.ekv.) və turş reaksiyası (pH 5,5-6,4) ilə seçilir.
Cədvəl 12.9.
Azərbaycanın torpaq tipləri
№ Torpaqlar
Sahəsi
min.ha-la %
%
1. Dağ-çəmən
2.
Qonur dağ-meşə
3. Qəhvəyi dağ-meşə
4. Dağ qaratorpaq
5. Şabalıdı
6. Sarı
7. Boz və boz-qonur
8. Çəmən
9. Şoranlar, bataqlıqlar
559,3
416,5
1212,0
76,2
2200,6
157,1
2493,2
1050,8
475,9
6,5
4,8
14,0
0,9
25,5
1,8
28,9
12,2
5,5
Respublika üzrə cəmi:
8641,5 100
1. Dağ-çəmən torpaqları yüksək məhsuldarlıqlı yay otlaqlarının əsas massivləridir. Onlardan biçin üçün
daha az miqdarda, səpin bitkiləri üçün isə qismən istifadə edilir. Bu torpaqların ekoloji əhəmiyyəti kənd təsərrü-
fatı aspektləri ilə bitmir. Onlar yamacları eroziyadan mühafizə edərək dağ ərazilərinin hidroloji rejimində böyük
rol oynayır.
2. Böyük və Kiçik Qafqazın meşə zonasının qonur dağ-meşə torpaqları təqribən 900-2200 m hündürlüq
hüdudlarında yerləşir. Ümumi sahəsi 416,5 min ha-dır. (4,8%) Bitkiliyi – fıstıq, palıd, vələs üstünlük edən enli-
yarpaq meşələrdir.
Qonur dağ-meşə torpaqları monoton profilə malikdir; onlar üçün üst qatda humusun yüksək səviyyəsi (5-
8%- ə qədər) və dərinə getdikcə kəskin azalması, yüksək mübadilə həcmi (100 qr torpağa 28-dən 40 m. ekv. qə-
dər) və turş reaksiya (pH 6,0-6,7 təşkil edir) səciyyəvidir. Bu torpaqların xeyli hissəsi skeletlidir., bəzən bu hətta
səthdə də müşahidə edilir.
Erozion relyef formalı ərazilərin TÖS-ü, əvvəlki zonada olduğu kimi, eroziyaya uğramış və dərə-yarğan
kompleksi torpaqları birləşmələrinin geniş iştirakı ilə fərqlənir. Qonur dağ-meşə torpaqlar zonası respublikanın
mühüm meşə fondunu təşkil edir. Bu cəhət onun bu ərazi və qonşu ərazilərin hidroloji və qaz rejimlərində eko-
loji rolunu müəyyən edir.
3. Qəhvəyi dağ-meşə torpaqları daha quru və mülayim isti iqlim qurşaqlarında formalaşır (yağıntıların
miqdarı təxminən 400 mm, orta illik temperatur 12
0
C təşkil edir). Onlar Böyük və Kiçik Qafqazın və Lənkəran
249
vilayəti dağları və dağətəklərinin
orta hissəsində, 600-1200 m hündürlük hüdudlarında yerləşir. Ümumi sahəsi
1212,0 min ha-dır (14,0%). Bu tip torpaqların əmələ gəlməsi başlıca olaraq, meşənin tədricən geri çəkilməsi (qı-
rılması) və kolluq formasiyasına keçməsi ilə bağlıdır.
Meşə örtüyünün seyrəkliyi və ot bitkiliyinin yaxşı inkişafı nəticəsində torpaqda böyük miqdarda kök kütləsi
və humus (6% və daha çox) toplanır. Qonur meşə torpaqları ilə müqayisədə bu torpaqların qlanulometrik tərkibi
daha çox gillidir; gilləşmiş B horizontu xüsusilə ağır qlanulometrik tərkibi ilə seçilir. Su suspenziyası pH ney-
trala yaxındır. Yüksək mübadilə həcmi ilə səciyyələnir (100 qr torpağa 40 m.ekv. qədər).
Qəhvəyi dağ-meşə torpaqları əsas etibarilə böyük torpaqqoruyucu və susaxlayıcı əhəmiyyəti olan meşələr
tutmuşdur. Öz xassələrinə görə qəhvəyi meşə torpaqları yüksək potensial münbitliklə səciyyələnir və üzümçü-
lük, bağçılıq, qitsmən də taxılçılıq üçün uğurla istifadə olunur.
4. Dağ qaratorpaqları dağların orta hissəsində, yəni 800-1600 m hündürlük hüdudlarında yerləşir. Ümumi
sahəsi 76,2 min ha-dır (0,9%). Onlar ayrı-ayrı az-çox dərəcədə iri massivlər şəklindədir. Torpaqəmələgəlmə şə-
raiti orta illik temperaturu 7-9
0
C-yə yaxın, əsas hissəsi yazda düşən kifayət qədər atmosfer yağıntıları (500-600
mm) olan mülayim-soyuq, yarımrütubətli iqlimlə səciyyələnir. Təbii bitki örtüyü
zəngin olub müxtəlif otlarla
qarışıq dənli bitkilərlə təmsil olunmuşdur.
Çimli-bozqır bitkiliyi altında inkişaf edən dağ-qaratorpaqları yüksək humus (6-7%-ə qədər) tərkibi ilə seçi-
lir. Üst horizontlardan torpaq profili üzrə aşağı getdikcə o, tədricən azalır. Humus qatının qalınlığı 60-120 sm-ə
çatır. Bu torpaqlar dənəvər struktur, yuxarı horizontlarda karbonatların olmaması (karbonatlı süxurlarda yayıl-
mış karbonatlı dağ qaratorpaqları istisna olmaqla), ağır qranulometrik tərkibi, yüksək mübadilə həcmi (100 qr
torpağa 35m.ekv. yaxın) ilə seçilir; reaksiyası zəif-turş və ya neytraldır.
Hazırkı dövrdə dağ qaratorpaqları əhəmiyyətli dərəcədə taxılçılıq, kartofçuluq, üzümçülük və tərəvəzçilik
üçün mənimsənilmişdir. Bu torpaqların üzvi maddələrlə zənginliyi, profilin böyük qalınlığı, eləcə də çox əlve-
rişli su-fiziki xassələri ilə bağlı olaraq bonitirovka zamanı onlar 100 bal almışlar.
5. Sarı torpaqların ümumi sahəsi 157,1 min ha olub, Azərbaycanın ümumi sahəsinin 1,8%-ni təşkil edir.
Bu tip torpaqlar Lənkəran vilayətinin dağətəyi və alçaq dağlıq zonalarında yayılmışdır. Bu torpaqlar orta illik
temperaturu 14,5
0
C, orta illik yağıntı miqdarı 700 mm –dən (şimalda)1300-1900 mm-ə (cənubda) qədər olan
rütubətli Aralıq dənizi tipli, subtropik iqlim şəraitində formalaşmışdır. Yağıntıların əsas miqdarı payızda və qış-
da düşür.
Sarıtorpaqlar hirkan tipli şabalıdyarpaq palıd və dəmirağac meşələri altında formalaşır. Çay plantasiyaları
böyük sahələri tutmuşdur. Rütubətli-subtropik torpaqəmələgəlmənin aşağıdakı növləri ilə təmsil olunmuşlar:
dağ-sarı və podzollu-sarı.
Dağətəyi zonada yerləşən dağ sarıtorpaqları relyefdən və yerləşmə şəraitindən asılı olaraq müxtəlif qalınlı-
ğa malik olurlar. Onların nisbətən yüngül qranulometrik tərkibi var. (<0,01 mm hissəciklərin miqdarı 40%-ə qə-
dər təşkil edir). Su suspenziyası pH 5,4 – 6,2% arasında dəyişir. Mübadilə həcmi aşağı (100 qr torpağa 20
m.ekv. yaxın), kalsiumun üstünlüyü ilədir. (70-80%) Mübadilə əsaslarının tərkibində eləcə də hidrogen (3-10%)
vardır. Torpağın üst qatında humusun miqdarı 6-8%-ə çatır və profil üzrə aşağı getdikcə kəskin azalır.
Dağ-meşə sarıtorpaqları başlıca olaraq meşə bitkiləri altındadır və əkinçilik üçün az istifadə olunur ki, bunu
da ekoloji cəhətdən müsbət hal saymaq lazımdır. Podzollu-sarıtorpaqlar çay bitkisi üçün əlverişli göstəriciləri ilə
səciyyələnir. Bu göstəricilərə: profilin turş reaksiyası və karbonatsızlığı, böyük massivlərin mənimsənilməsinə
və çay plantasiyalarının salınması və istismarı üzrə işlərin geniş mexanikləşdirilməsinə imkan verən düzənlik
relyefi şəraitində olması, eroziya proseslərinin zəif inkişafı, qruntun izafi nəmliyinin olmaması daxildir. Bütün
bu göstəriciləri olan torpaqlar burada çay və başqa subtropik bitkilər yetişdirməyə imkan verir. Bununla yanaşı,
göstərilən torpaqlar bir sıra mənfi xassələrə də malikdir.
Sarı-podzollu qleyli torpaqlar dağətəyi düzənliklərə və qədim terraslara aiddir. Onlar səthi izafi nəmliyin ol-
ması və çox vaxt qrunt sularının yaxın yerləşməsi şəraitində formalaşır. Bu torpaqlar çay və qismən taxıl, bağ və
bostan bitkiləri üçün mənimsənilmişdir.
6. Şabalıdı torpaqlar Azərbaycanda 2200,6 min ha (25,5%) sahə tutur. Onlar kifayət qədər geniş zolaq
şəklində dağətəkləri boyunca və alçaq dağlar zolağında 200 m hündürlüyədək yayılmışdır. Bu zona üçün quru
çöllərin bitkiçiliyi səciyyəvidir. Şabalıdı torpaqlar öz xassələrinə görə (humusluluq, karbonatların miqdarı və
paylanması və b.) açıq-şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlara bölünür.
Açıq-şabalıdı torpaqlar yüksək orta illik temperaturlu (13
0
C-dək) qeyri-kafi rütubət zonasında, quru çöllərlə
yarımsəhranın qovuşma yerində yayılmışdır. Atmosfer yağıntılarının illik miqdarı (250 mm) su sərfini və buxar-
lanmanı heç də ödəmir. Bu torpaqlar az humusa (2%-ə yaxın) malik olub, dərin duzlaşma əlamətləri və qələvi
reaksiyası ilə seçilirlər.
Şabalıdı və tünd şabalıdı torpaqlar zonanın yuxarı hissəsində yayılmışdır. Burada daha yüksək nəmlik qeyd
olunur (atmosfer yağıntılarının miqdarı 300-500 mm), orta illik temperatur isə 12,5
0
C-dir. Humusun miqdarı 3-
5% hüdudlarında, reaksiya – zəif qələvidir.
Şabalıdı torpaqlar zonasının TÖS-ü xeyli mürəkkəbdir: o, xırdakonturluq və kompleksliliyin geniş inkişafı
ilə səciyyələnir ki, bu da xeyli dərəcədə şoranlaşmış, şorakətləşmiş və eroziyaya uğramış torpaqların çox yayıl-