MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə132/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   128   129   130   131   132   133   134   135   ...   228

 

251


Aqroekoloji rayon – becərilən bitkilərin tərkibi üzrə kənd təsərrüfatı istehsalının rayon fərqlərini müəyyən 

edən aqroekoloji şərtlərin kompleksi (torpaq örtüyünün strukturu, onun relyef üzrə paylanması, mezo və mikro-

iqlimin xüsusiyyətləri, iri yaşayış məntəqələrinə yaxınlıq və s.), daha dar ixtisaslaşması, becərilən bitkilərin tər-

kibi ilə səciyyələnən aqroekoloji vilayət hissəsidir. Rayonların əsas əlaməti yerli aqroekoloji və aqronomik şərt-

lərlə müəyyən olunan kənd təsərrüfatı istehsalının ixtisaslaşması və aparılma üsullarıdır. Aqroekoloji rayonlar 

adətən bir neçə inzibati rayonun ərazisini əhatə edirlər. 



Aqroekoloji yarımrayon – ayrı-ayrı mədəni bitkilərin becərildiyi, eynicinsli yem və meşə sahələrindən is-

tifadə edildiyi rayon hissəsidir. Başqa sözlə, burada istehsalın dar ixtisaslaşması özünü göstərir. 



Aqroekoloji qrup – yaxın qiymət balına malik olan torpaq taksonomik vahidlərini birləşdirən rayon və ya 

yarımrayon hissəsini əhatə edir. Torpaqların aqroekoloji qrupu iki yarımtipə: kompleks və ixtisaslaşmış tiplərə 

ayrılır. 

Torpaqların kompleks aqroekoloji qrupu – aqrosenozların, yem və meşə sahələrinin becərilməsinə im-

kan verən torpaq taksonomik vahidlərinin kompleks xassələri üzrə birləşməsidir. 



Torpaqların ixtisaslaşmış aqroekoloji qrupu – torpaq taksonomik vahidlərinin aqrosenozların, yem və 

meşə sahələrinin mövcudluğunu təmin edən hər hansı torpaq xassələrinə və əlamətlərinə görə birləşməsidir. Bu 

torpaq qrupu həm də hər hansı mənfi torpaq xassəsi və əlamətini, məsələn, şorlaşma, şorakətləşmə,bataqlaşma 

və s. aradan qaldırmaq üçün ayrılır. 




 

252


Cədvəl 12.10. 

Azərbaycan Respublikasının aqroekoloji  

rayonlaşdırılması  

     

Aqroeko


loji si-

niflər 


Aqroekoloji 

vilayətlər 

Aqroekoloji 

 rayonlar 

Aqroekoloji 

yarımrayonlar 

Aqroekol

oji qrup-

laşma 

I. Dağlıq 



 

 

 



 

 

 



 

 

 



 

 

 



II 

Düzənlik 

A. Böyük 

Qafqaz 


 

 

 



 

 

B.Kiçik 



Qafqaz 

 

 



 

 

C. Naxçıvan 



MR 

 

Ç.Talış 



 

 

 



 

 

 



D. Kür-Araz 

ovalığı 


4 Üzümçülük 

 



Tərəvəzçilik 

 

 



 

6 Meyvəçilik 

 

8 Taxılçılıq 



 

 

3 Tütünçülük 



 

7 Subtropik 

bitkilər 

2 Çayçılıq 

 

 

9 Otlaqlar 



10 Meşə 

 

 



Pambıqçılıq 

Ağ şanı, qara 

şanı və b. 

Kələm, pomi-

dor, xiyar və b. 

 

 

Alma, armud 



və b. 

Bərk buğda, 

yumşaq buğda 

və b. 


«Trabzon» və 

s. 


 

Nar, feyxoa, 

əncir və b. 

Çin çayı və b. 

 

Yay və qış 



Palıd, vələs, 

fıstıq və b. 

 

Zərif lifli və b. 



I. Çox 

yaxşı tor-

paqlar. 80 

baldan 


yuxarı 

 

 



 

 

 



II. Yaxşı 

torpaqlar 

60-80 bal 

 

III. Orta 



torpaqlar 

40-60 bal 

IV. Aşağı 

keyfiyyətl

i, 20-40 

bal 


 

 

 



 

V. Şərti 

yararsız 

torpaqlar 

20 baldan 

aşağı 


 

Qeyd: torpaqların xassəsinə görə hər rayon və ya yarımrayon beş qrupa bölünür 

Aqroekoloji rayonlaşdırma üçün çıxış materialları kimi aşağıdakı Azərbaycan xəritələrindən istifadə edil-

mişdir: 1) torpaq-eroziya və yerlərin mühafizəsi xəritəsi – M1:600000 (1980); 2) iqtisadi xəritə – M 1:600000; 

3) landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırma xəritəsi (kənd təsərrüfatı üçün) – M 1:600000 (1972); 4) tor-

paq bonitetləri kartoqramı – M 1:600000 (1985, 1991); 5) aqroiqlim rayonlaşdırma xəritəsi (1968); 6) ən yeni 

torpaq xəritəsi (1991) və Azərbaycan MEA Torpaqşünaslıq və Aqrokimya  İstitutunun başqa nəşr olunmuş fond 

materialları. 

Aqroekoloji rayonlaşdırmanın son məqsədi – qeyd edilən regionları onların sərhədlərində üzə  çıxarmaq, 

yəni onları  xəritəyə köçürmək və lazımi xarakteristika ilə  təmin etməkdir. Bu baxımdan, rayonlaşdırma 

Azərbaycan torpaqlarının bonitet kartoqramı əsasında aparılmışdır. Xəritədə aqroekoloji rayonlaşdırmanın tak-

sonomik bölgülərinin sərhədləri göstərilmişdir. Ancaq onlar yalnız aqrar təyinata deyil, həm də başqa 

məqsədlərə, məsələn, ərazinin gigiyenik məqsədlərlə rayonlaşdırılmasına xidmət edə bilər. 



 

12.16. Azərbaycan torpaqlarının  

aqroistehsal qruplaşması 

Kənd təsərrüfatı və meşə sahələri torpaqlarının aqroistehsal qruplaşması Azərbaycan torpaqlarının bonitet 

balı əsasında aparılmışdır. Bu tədqiqatların nəticəsində 5 aqroistehsal qrupu üçün sahələr, onların torpaqlarının 

orta qiymət balı və nisbi dəyərlilik əmsalları müəyyən edilmişdir. Bütün bunlar torpaqlardan səmərəli istifadə və 

onaların keyfiyyət uçotu üçün əsas rolunu oynayacaqdır. Dövlət Torpaq Kadastrında da bu cür yanaşmadan ge-

niş istifadə olunur. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə