MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə176/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   172   173   174   175   176   177   178   179   ...   228

 

328


təsadüf olunur, kollardan isə ölməz kol (pirakanta), səlb və birgözə üstünlük verilmişdir, tək-tək palma və 

qızılgülə rast gəlinir.  

Münbit torpağına, subtropik iqliminə, zəngin yaşıllıqlarına görə  Lənkəran zonasının sədası 

respublikamızdan çox uzaqlarda yayılmışdır.  Şəhər və  qəsəbələrin yaşıllaşdırılmasında  əsasən azatağac, 

şabalıdyarpaq palıd, ipək akasiyası, hirkan qovağı, Xəzər lələyi, dəmirağac,  şam, sərv, tunq, dəfnə, evkalipt, 

pişikdırnağı (mimoza) və s. ağaclardan istifadə edilmişdir. Ekzot həmişəyaşıl ağac və kol cinslərindən (əsasən 

iynəyarpaqlı) salınmış xiyabanlar daha gözəl görünüşə malikdir. Lənkəran şəhəri İcra Hakimiyyətinin qarşısında 

vətən müharibəsində  həlak olanlara qoyulmuş abidə olan meydanın yaşıllaşdırılmasında Lənkəran (ipək) 

akasiyası, tikanlı (mavi) küknar ağacları və qızılgüllərlə gözəl mənzərə yaradır: akasiyanın bol açan qırmızımtıl 

al, qızıl güllərin ağ, sarı, qırmızı  rəngli çiçəkləri, küknarın mavi və tünd yaşıl çətri, palmaların yaraşıqlı 

budaqları meydana bayram libası geydirir. Bura Lənkəran şəhərinin sevimli istirahət yerlərindən biri olmuşdur. 

Şəhərin mərkəzi parkında digər ağaclar arasında çoxsaylı Xəzər lələyi ağacları daha möhtəşəm görünür, onların 

döş bərabərində yoğunluğu 80-110 sm, hündürlüyü 35-40 metrə çatır.  

Lənkəran  şəhərindən kənarda yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və subtropik bitkilər 

institutunun filialında yerli ağaclarla bərabər ekzot ağac növlərinə daha çox rast gəlinir. Burada 1928-ci ildən 

bəri əkilən onlarla pekan (Amerika qozu) ağaclarının döş bərabərində (130 sm) diametrləri 32-86 sm, boyları 

20-24 m, veymut şamının boyu 23 m, diametri 78 sm təşkil edir, sahədə 20 ədədə qədər sabun ağacı (h=14-20 

m, d=18-32 sm) 10 ədəd çörək ağacı (h=6 m, d=16 sm), evkalipt ağacları (h=18 m, d=36 sm), mantar (probka) 

palıdı (h=20-22 m, d=32-76 sm) ağaclarını qeydə aldıq.  

Astara  şəhərinin yaşıllaşdırılmasında  əsasən ehramvari sərv və eldar şamından istifadə olunmuşdur, tut 

ağacına da çox rast gəlinir. Qayçılanaraq forma verilən dəfnə və birgöz şəhərin küçələrinə özünəməxsus yaraşıq 

verir. Lənkəran akasiyası və dəmirağac kimi yerli ağac cinslərinə nədənsə olduqca az yer verilib. Halbuki tək-

tək təsadüf olunan bu ağaclar yerli şəraitdə daha dözümlü olub görkəmli şəkil alır.  

Yaşıllaşdırma və digər abadlıq işlərinin aparılması baxımından, Naxçıvan MR əhalisinin də özünəməxsus 

səciyyəvi  ənənəsi olmuşdur. Buradakı keçmiş yaşıllıqlar sahəcə az, tərtibatca sistemsiz olsa da, bəzi 

xüsusiyyətlərinə görə  nəzəri cəlb edir. Mövcud yaşıllıqlarda uzunömürlü, dektorativ ağac və kollardan (çinar, 

şam, sidr, nalbənd, püstə  və s.) az istifadə edilmişdir. Möhtəşəm gövdələrinə, dekorativliyinə görə Ordubad 

şəhərinin mərkəzi hissəsində (şəhər meydanı, bazar, Yuxarı Ambaras məscidi qarşısında), Vənənd, Yuxarı Əylis 

kəndlərində olan çinarlar diqqəti daha çox cəlb edir. Onların haqqında qəribə rəvayətlər var. Bir rəvayətə görə 

Yuxarı  Əylis kəndi vaxtilə Ordubad rayonunun ən böyük, abad və  şəfalı  kəndi (mərkəzi) olmuşdur. Buranın 

bazarı nəinki ətraf rayonlarda, hətta İran, Türkiyə və Gürcüstanda məşhur imiş, yerli əhali başqa ölkələrlə ticarət 

əlaqələrini bu bazarda ucalan qocaman çinar ağacının sərin kölgəsində aparırmış. Deyilənlərə görə buradakı 

çinarlar vaxtilə ticarətçilər tərəfindən əkilmişdir.  

Muxtar Respublikanın mərkəzi Naxçıvan  şəhəri və onun digər rayonlarında son vaxtlar yaşıllaşdırma 

işlərinə daha çox fikir verilmişdir. Bu məqsədlə yerli, ekzot  ağac və kollardan geniş istifadə olunur.  

Coğrafi yerləşməsi, mülayim iqlimi, məhsuldar torpağı, coşub daşan çayları, bulaqları, yaşıl meşələri, barlı 

meyvə bağları ilə  fərqlənən Quba-Xaçmaz zonası  nəinki respublikamızda, həm də ondan çox-çox uzaqlarda 

məşhurdur. Zonanın şəhər və qəsəbələri əsasən təbii formalaşmış meşələr qoynunda, çay kənarlarında, dağların 

ətəklərində yerləşir. Bundan əlavə Quba rayonunun Nügədi, Üçgün, İqriq, Tülər, Xuçbala, Dəvəçi rayonunun 

Aygünlü, Qərəh, Gilvar, Qorğan, Zeyvə, Çinar-baba, Gəndob, Xaçmaz rayonunun Müzəffəroba, Qaradağlı, 

Çaxçaxlı, Ləcət və s. kənd və qəsəbələrində, yolkənarı sahələrdə və xiyabanlarda tək-tək və cərgə şəklində 100-

dən çox qocaman çinar, qoz və digər ağaclar vardır. Bu ağaclar 2-3 əsr bundan qabaqkı yaşıllaşdırma 

mədəniyyəti və onun tarixindən xəbər verir.  

Bakı və Abşeronun təbiəti, torpağı, bitki örtüyü və iqlimi haqqında ilkin məlumatlar XVI əsrin əvvəllərində 

qələmə alınmışdır. Həmin dövrdə məşhur ərəb coğrafiyaşünası Əmin Əhməd Rza «Yeddi iqlim» adlı əsərində 

yazmışdır ki, Bakı  və onun ətraflarında nə ot, nə  də  ağac bitir. Abşeronun  ərazisi cərrah-alim N.İ.Piroqov 

tərəfindən 1847-ci ildə «Qafqaz səyahəti üzrə tibbi hesabat»da belə təsvir edilir: «Biz Qusardan keçib Bakıya 

gedirdik.  Şəhərə yaxınlaşdıqca yovşan bitən quru səhra ilə gedirsən. Onun üzərinə çökən duz çöküntüləri 

payızda bəzən yovşan yarpaqlarını dumana bənzədirdi».  

Bakıda ilk yaşıllıqlar XVIII əsrin birinci yarısında salınmışdır. Bu dövrdə  «İçəri  şəhər», «Bayıl  şəhəri» 

(For-Ştadt)  ətrafında heç bir yaşıllıq yox idi. Yalnız Çəmbərəkənddə  (şəhidlər xiyabının yanı) zəfəran 

yetişdirilən bağ var idi.  

XIX  əsrin ortalarında neft sənayesinin inkişafı ilə  əlaqədar olaraq (1859-cu ildə) Quberniya mərkəzi 

Şamaxıdan Bakıya köçürüldü. Neft sənayesinin inkişafı Bakıda kiçik ərazilərdə yetişdirilmiş meyvə bağları, 

üzümlüklər və tərəvəz sahələrinin də neft quyuları altında qalıb xarab olmasına səbəb oldu. Arxiv məlumatlarına 

görə Bakıda mövcud olan 235 ha bağ və üzümlüklər neft buruqları altında qalaraq sıradan çıxmışdır.  

XIX  əsrin sonu XX əsrin  əvvəllərində Bakı  və Abşeronun ağır iqlim-torpaq şəraiti (torpağın duzluluğu, 

qumluqlar, güclü küləklər, suvarmaq üçün suyun çatışmazlığı) burada yeni bağ  və parkların yaradılmasında 

çətinliklər törədirdi. Bunun üçün yerli şəraitə uyğun ağac-kol cinslərinin seçilməsi, qarışdırılması sxemlərinin 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə