MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə21/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   17   18   19   20   21   22   23   24   ...   228

 

36

UB şüaların təsiri onun dozasından asılıdır: artıq şüalanma orqanizmə mənfi təsir göstərir. Qısa dalğalı ra-



diasiyaya qarşı xüsusilə bölünən hüceyrələr davamsız olur. Orqanizmlərin UB şüaların yüksək dozasına qarşı 

ekranlaşmasına uyğunlaşması nəticəsində bir çox növlərdə bu şüaları udan tünd piqmentlər formalaşır. İnsanda 

günəş altında yanma da (qaralma) bu qəbildəndir.  

UB  şüalar (radiasiya) hidrosferdə  də müəyyən  əhəmiyyət kəsb edərək 65 m dərinliyə  qədər keçir (çatır). 

Məsələn, Antarktikada buzda məskən salan yosunlara yayda buz qatının aşağı hissəsində, fitoplanktona isə bu-

zun altında kölgəli yerdə rast gəlinir. Bu «a» və «c» xlorofilinin UB şülarının təsiri ilə parçalanması ilə bağlıdır. 

fotosintezin pozulması CO

2

-dən istifadəni azaldır, bu isə okean və atmosfer arasında karbonun balansına təsir 



göstərir. 

Ultrabənövşəyi radiasiya yer səthinə çatan ümumi radiasiyanın təxminən 5-10%-ni təşkil edir.  



Görünən işıq – spektrin bu hissəsi Yer səthinə çatan günəş enerjisinin 40-50%-ni təşkil edir. Heyvanlar 

üçün spektrin görünən hissəsi  ətraf mühitdə istiqamət götürmək (səmtləşmə) ilə bağlıdır. Görmə  səmtləşməsi 

əksəriyyət gündüz heyvanları üçün xasdır. Bununla belə bir sıra gecə növləri də görmə orqanları ilə istiqamət 

götürür, çünki mütləq qaranlıq şəraitində yaşayan heyvanlara çox az rast gəlinir.  

İşığın intensivliyinin zəifləməsi görmə orqanlarının adaptasiya dəyişməsinə səbəb olur (bayquş, keçisağan, 

bəzi gecə məməliləri). Tam qaranlıq şəraitində məskunlaşma bir qayda olaraq görmə orqanlarının reduksiyası ilə 

əlaqədardır. Bu qismən mağaralarda yaşayan, həmçinin torpaq heyvanlarına xasdır. Torpaq orqanizmlərinin işıq 

hissetmə orqanları əksərən reduksiya olunmuş şəkildə olsa da, qalır və işıqlı səthə çıxmaq üçün informasiya al-

maq üçün istifadə olunur.  

Okeanda işıqlanma intensivliyi dərinliyə getdikcə azalır. Buna paralel olaraq işığın spektral tərkibi də 

dəyişir: dərinliyə onun qısadalğalı hissəsi-göy və mavi şüaları keçir.  

Məlum olduğu kimi, 800-950 m dərinlikdə  işığın intensivliyi səthin yarımgünlük işıqlanmasının 1%-ə 

qədərini təşkil edir. Bu işığı hiss etmək üçün kifayət edir. Dərinliyin sonrakı artması  bəzi növlərdə görmə 

orqanlarının reduksiyası, digərlərində isə çox zəif işıqda görmək qabiliyyətinə malik olan hipertrof gözlərin 

inkişafı ilə bağlıdır. Belə gözlərin inkişafı çox dərinliklərdə işıqverən orqanizmlərin mövcudluğu ilə təyin olu-

nur. Mavi işıqlanma (dalğanın uzunluğu 400-500 nm) dərinliklərdə yaşayan heyvanların görmə orqanları ilə 

uyğun gəlir. Bioloji işıqlanmadan balıqlar da istifadə edir. Onlar işıqsaçan mikroorqanizmlərlə simbiotik əlaqə 

yaradaraq xüsusi orqanlar əmələ  gətirir, bunların işığından qəniməti (ovu) aldatmaq, qarşılıqlı tanımaq, cinsi 

seçməkdə və s. istifadə edilir.  

Fotosintez prosesində işıq enerji mənbəyi kimi çıxış edərək ondan piqment sistemində (xlorofil) istifadə olu-

nur. Lakin fotositezdə spektrin bir hissəsindən (380 nm-dən 760 nm-ə qədər) istifadə edilir, buna fizioloji aktiv 

radiasiya (FAR) deyilir. Bunların daxilində fotosintez üçün qırmızı-çəhrayı (600-700 nm) və  bənövşəyi-mavi 

(400-500 nm) şüalar daha böyük əhəmiyyətə malikdir, sarı-yaşıl  şüalar (500-600) az əhəmiyyət daşıyaraq 

xlorofildaşıyan bitkilərə yaşıl rəng verir.  

Piqment sistemindən istifadə  nəticəsində su molekullarında parçalanma baş verərək qazşəkilli oksigen 

ayrılır, fotokimyəvi sistemdən alınan enerjidən isə karbohidratın əmələ gəlməsində istifadə olunur: 

 

xlorofil



kC

H

O

O

H

C

O

H

CO

0

6



6

12

6



2

2

6



12

6

2816



2

2

+



+

⎯ →



+

 



Xlorfilin şüa enerjisindən və heyvanların görmə piqmentindən istifadə etmək qabiliyyəti olduqca yaxındır. 

Odur ki, günəş şüalanmasının spektrində fotosintetik aktiv radiasiya (FAR) praktiki olaraq spektrin görünən 

hissəsində 400-700 nm uzunluqda dalğanın diapazonuna uyğun gəlir. Bakterioxlorofilə malik olan bəzi 

bakteriyalar spektrin uzundalğalı hissəsində  işığı udma qabiliyyətinə malikdir (maksimum 800-1000 nm-lik 

sahədə).  

Yaşıl yarpaq onun üzərinə düşən şüa enerjisinin orta hesabla 75%-ni udur. Lakin onun fotosintezə istifadə 

əmsalı yüksək olmayıb aşağı işıqlanma şəraitində 10%-ə qədər, yüksək ilıqlanmada isə cəmi 1-2% təşkil edir. 

Qalan enerji istilik enerjisinə keçərək transpirasiyaya və başqa proseslərə sərf edilir.  

Fotosintezin səviyyəsinə təsir göstərən mühüm xarici faktorlar – temperatur, işıq, karbon qazı və oksigen 

hesab olunur. Bitkinin özünün səviyyəsində bu prosesə xlorofilin və suyun miqdarı xüsusilə yarpağın 

anatomiyası, fermentlərin konsentrasiyası  təsir göstərir. Mezofit bitkilərin yarpaqları kserofitlərə nisbətən az 

şüaəksetdirmə qabiliyyətinə malikdir: kserofitlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir, bununla belə 

nazik mezofit yarpaqlar görünən günəş  şüalarının 20-40%-ni özündən keçirir. İşıq rejimi şəraitinə  tələbatına 

görə bitkilər aşağıdakı ekoloji qruplara bölünür:  

1. İşıqsevən bitkilər və ya heliofitlər – bura açıq sahələrin, daim işıqlanan yerlərin (savanna, səhra) bitkiləri 

daxildir.  İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb 

olunur. Meşə zonasında bu bitkilərə az təsadüf olunur. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, kəklikotu, 

günəbaxan, pambıq, qarğıdalı, kalış,  şam ağacı, safora, akasiya, palıd, saqqızağac, dağdağan, badam, 

məryəmnoxudu və s. daxildir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə