71
sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə bilər. Bu halda onlar (növlər) bir biose-
nozda yaşamaq qabiliyyəti əldə edir. Bir yerdə yaşayan yaxın qohum növlərdə adətən ekoloji sığınacağın çox
incə məhdudlaşması müşahidə olunur. Belə ki, Afrika savannalarında otlayan dırnaqlılar otlaq yemindən
müxtəlif cür istifadə edir: zebrlər əsasən otların üst hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək
zebrdən sonra qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə digər otyeyən
heyvanlardan sonra qalan hündür boylu quru gövdələr ilə kifayətlənir.
Təbii şəraitdə qarışqaların çoxnövlü assosiasiyaları mövcuddur, onların üzvləri həyat tərzinə görə
fərqlənirlər. Moskvaətrafı meşələrində tez-tez aşağıdakı növlər aşkar edilir: Dominant növ (Formica rufa,
F.aquillonia və ya Lasius fuliginosus) bir neçə yarusu tutur, torpaqda L.Flavus, meşə döşənəyində – Myrmica
rubra, torpaqüstü yarusu L.Niger və F.Fusca mənimsəyir, ağaclarda isə Camponotus herculeanus məskunlaşır.
Qarışqalar ərazidə ayrılması ilə (paylanması ilə), həm də qida əldə etmək və sutkalıq vaxt aktivliyinə görə də
fərqlənirlər (Çernova, Bılova, 1988).
Səhralarda ən çox torpaq səthindən qida toplayan qarışqalar kompleksi inkişaf etmişdir (herpetobiontlar).
Onların arasında üç tropik qrupun nümayəndələri ayrılır: 1) gündüz zoonekrofaqlar – ən isti vaxtlarda aktiv
olurlar, həşəratların cəsədləri və gündüz aktiv olan xırda həşəratlarla qidalanırlar; 2) gecə zoofaqları – torpaq
səthinə yalnız gecə çıxan yumşaq örtüklü yavaş hərəkətedən həşəratları və tüklərini dəyişən buğumayaqlıları
ovlayır; 3) karpofaqlar (gündüz və gecə) – bitki toxumlarını yeyirlər.
Bir trofik qrupdan bir neçə növ birgə yaşaya bilər. Belə vəziyyətdə rəqabətdən çıxmaq və ekoloji sığınacağı
məhdudlaşdırmaq mexanizmi aşağıdakı kimidir:
Ölçü diferensasiyası. Məsələn, Qızılqum qumlarında üç adi gündüz zoonekrofaqların işçi fərdlərinin orta
çəkilərinin nisbəti 1:8:120 təşkil edir. Böyük olmayan pişik, vaşaq və pələngin nisbətləri də təxminən belədir.
Davranış müxtəlifliyi – yem tədarük etmənin müxtəlif mövqeyindən ibarətdir. Qarışqalar yol çəkərək əldə
etdikdəri qidanı yuvaya daşımaq üçün yükdaşıyanları səfərbər etməklə əksəriyyət hallarda topa halında bitən
bitkilərin toxumlarından istifadə edirlər. Qarışqalar, yem daşıyanlar tək-tək toplayıcı kimi işlədikdə isə əsasən
seyrək yayılan bitkilərin toxumlarını toplayır.
Ərazi diferensasiyası. Bir yarus daxilində müxtəlif növlər tərəfindən qidanın toplanması müxtəlif
sahələrdə aparıla bilər, məsələn, açıq sahədə və ya yovşan kolunun altında, qum və ya gil sahələrində və s.
Vaxta görə aktivlik müxtəlifliyi əsasən sutka vaxtına aiddir, lakin bəzən bəzi növlərdə ilin mövsümləri
üzrə (əsasən yaz və payız aktivliyi) aktivliyin bir vaxta düşməməsi qeydə alınmışdır.
Növarası rəqabətin zəifləməsi növün ekoloji sığınacağının genişlənməsinə səbəb olur. Kasıb faunaya malik
olan okean adalarında bir sıra quşlar özlərinin qohum fərdlərinə nisbətən, materikdə olduqca müxtəlif yaşayış
yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, onlar bu zaman rəqib növlərlə də toqquşmurlar.
Əgər növarası rəqabət növün ekoloji sığınacağını daraldırsa, hövzədaxili rəqabət, əksinə ekoloji sığınacağı
genişləndirir. Növün sayı artdıqca əlavə yemdən istifadə olunmağa başlanır, yeni məskənlər mənimsənilir, yeni
biosenotik əlaqələr peyda olur.
Ekoloji sığınacaq konsepsiyası bir sıra praktiki məsələlərin bilavasitə həlli ilə bağlıdır.
Gözlənilməz nəticələrlə qurtaran ən sərt rəqabət baş verə biləcək əlaqələri nəzərə almadan qruplaşmaya yeni
heyvan və bitki növləri daxil etməkdir. Əksinə, əgər introduksiya olunan növ rəqibə rast gəlmirsə, o asan və
müvəffəqiyyətlə uyğunlaşır (alışır).
Ayrı-ayrı portnyorların qarşılıqlı kontaktının (əlaqəsinin) faydalı və ziyanlı olmasına görə yuxarıda
göstərilən biosenotik əlaqə tipləri yalnız növarası deyil, həm də növdaxili əlaqələr üçün də səciyyəvidir. Lakin
növ daxilində ayrı-ayrı növlər arasındakı əlaqəyə görə ya başqa dərəcədə baş verir, yaxud da bir qədər spesifik-
liyi ilə seçilir. Məsələn, may böcəyinin sürfələrini quru torpaqda yerləşdirdikdə bir-birini yeyə bilər. Oturaq
bonnelilərdə karlik erkək müstəqil qidalanan iri dişinin üzərində parazitlik edir. Buna bənzər əlaqələr bəzi
dərinlik balıqlarına da xasdır. Dişilər üzərində özündən xeyli kiçik olan erkəkləri daşıyır, onlar ağızları ilə dişin-
in bədəninə yapışır və parazit kimi qidalanır.
V Fəsil
EKOLOJİ SİSTEMLƏR
«Ekosistem» terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki Artur Corc Tensli daxil etmişdir. Termin
müəyyən sahədə (biotopda) bütün orqanizmlər (yəni biosenoz) daxil olmaqla istənilən vahidi (olduqca mütəlif
həcmdə) və onun sistem daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji axınının müəyyən dəqiq
trofiq strukturunu, növ müxtəlifliyini və maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında mübadilə-
ni) ifadə edir. Sadə desək, biosferdə maddələr mübadiləsi gedən üzvi və qeyri üzvi komponentlərin istənilən
məcmusu ekosisem adlanır. Tenslinin fikrincə ekosistem yer səthində əsas təbiət vahididir. O, ekosistemə bio-
top və biosenozun tam vahidi kimi baxır. (şəkil 5.1.)
72
Şəkil 5.1. Ekosistemin sxemi (Məmmədov, Suravegina, 2000)
«Ekosistem» anlayışı «biotop» anlayışından ayrılmaz surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif
ölçülü və ya həcmli coğrafi rayondur. Biotop və ya ekotop eyni relyef, iqlim, torpaq və digər abiotik amillərə
malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahədir. Aşağıdakı biotoplar ayrılır:
polipedop, yəni torpaq sudibi məskəni;
klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və
hidrotop – su
dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar
da ayırırlar. Biotop bəzən üzvi təbiətli (parazitlərdə) ola bilər.
Øÿêèë 5.2. Áèîýåîñåíîçóí êîìïîíåíòëÿðèíèí òÿðêèáè âÿ
ãàðøûëûãëû ÿëàãÿñè
Şibyə yastığında ekosistemin bütün komponentlərini tapmaq olar: simbiotik yosunlar – produsent rolunu oy-
nayıb fotosintez prosesini yerinə yetirir. Konsument kimi bəzi xırda buğumayaqlılar çıxış edir,
onlar şibyələrin
canlı toxumaları ilə qidalanır, göbələk hifləri isə yosunların hüceyrələrində parazitlik edir. Göbələklərin hifləri
və şibyələrin yastıqlarında yaşayan mikroskopik heyvanların (gənələr, nematodlar, ibtidailər, rotatoritlər) çoxu
redusentlər rolunda çıxış edir. Göbələk hifləri yosunların yalnıız canlı hüceyrələrin deyil, həmçinin ölü hüceyrə-
lərin hesabına yaşayır, xırda heyvanlar – saprofaqlar ibtidailərin ölü kök və yarpaqlarını emal edir. Bu işdə onla-
ra bir çox mikroorqanizmlər köməyə gəlir. Belə sistemdə dövranın qapalılıq dərəcəsi olduqca kiçikdir: parçala-